Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə132/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   128   129   130   131   132   133   134   135   ...   156

Ceyhun Vahid oğlu Bayramov
 
 
328 
Tətbəür-Rüxəsə nümunə olaraq, bir kişi evlənərkən Hənəfi və  Şafei məzəbini 
təqlid edərək evləndiyi qadına mehr vermir. Maliki məzhəbini təqlid edərək nikaha 
şahid də tutmur. Təkrar Hənəfi məzhəbini təqlid edib nikahda valideynin icazəsini 
əsas almır və əqdi yekunlaşdırır. İslam hüququna görə belə bir nikah batil nikah hesab 
edilir.
20
 
Təlfiq ilə tətbəür-rüxəs arasında oxşarlıq olmasına baxmayaraq, İslam hüququnda 
bunlar bir-birindən fərqlənir. Bu iki terminin birləşdiyi nöqtə ikisinin də, bilərəkdən, 
ixtiyari olaraq məsələnin tətbiq edilməsidir. Təlfiq isə, tətbəür-rüxəsdə olduğu kimi 
sadəcə bu şəkildə meydana gəlmir. Yəni, insan bilməyərək də, təlfiq edə bilər. 
Təlfiq ixtiyari olduğunda həm təlfiq, həm də tətbəür-rüxəs adlana bilər. Amma 
təlfiq qeyri-ixtiyari olarsa, təlfiqi  tətbəür-rüxəs adlandırmaq olmaz.
21
 Hökm olaraq 
isə, tətbəür-rüxəs icma ilə qadağandır.
22
 
C. 
Təlfiq və ihdasi-qövli-salis: dilimizdə “üçüncü bir ictihad” mənasına 
gəlir. Termin olaraq “eyni dövrdə yaşamış müctəhidlərin, bir fiqhi məsələ haqqında 
iki fərqli  görüş bildirdikləri halda, daha sonra gələn bir müctəhidin həmin məsələdə 
özündən  əvvəlki müctəhidlərin görüşlərinə uyğun olmayan üçüncü görüşü qəbul 
etməsidir”.
23
Babanın qardaşları arasında mirasın bölgüsü məsələsi buna aid bir 
nümunədir. Bu haqda birinci görüş, malın hamısı qardaşlara aiddir. İkinci görüşdə, 
baba mirası qardaşlar arasında bölüşdürə bilər. Bu iki görüşə üçüncü görüş  əlavə 
edilmişdir ki, baba qardaşları mirasdan məhrum edə bilər. Sonuncu görüş  “İhdasi-
qövli-salis” dir.
24
 
İhdas-qövli-salisin hökmü haqqında üç görüş vardır. Birincisi, bəzi Hənəfilərin 
görüşüdür ki, onlara görə, belə bir ictihad caizdir. Əsaslandıqları dəlil isə, bir məsələ 
haqqında icma edən alimlərin, eyni məsələ haqqında üçüncü fikrin irəli sürülməsinin 
qadağan olunması haqqında bir görüş müəyyən etməmələridir. 
25
  İkincisi, bir çox 
alimin görüşüdür ki, belə bir ictihad caiz deyildir. Bu, icmaya qarşı  çıxmaqdır.
26
 
Üçüncü görüş isə, ihdasi-qövli-salisin caiz ola bilməsi üçün özündən  əvvəlki iki 
görüşlə ziddiyyət təşkil etməməsini  şərt qoşmuşlar.  Əgər ictihad, icmaya zidd 
                                                 
20
 Zərkəşi, “əl-Bəhrül mühit fi usulil-fiqh”, Darül-kitabi, M 1994-H 1414, VIII, 382. 
21
 Qazi b. Mürşid b. Xələf əl-Atibi, “ət-Təlfiq beynə məzahibil-fiqhiyyəti və əlaqatüh bi teysiril-fətva”, 
Məcmuətül-fiqh, Səudiyyə Ərəbstan 2010, XXV, 8.  
22
 İbn Luhəm Ələd-din Əbül-Həsən Əli b. Məhəmməd b. Abbas əd-Dəməşqi əl-Hənbəli, “əl-Müxtəsər fi 
üsulil-fiqh alə məzhabil-İmam Əhməd b. Hənbəl”, Cəmiatül-Məlik Əbdül-Əziz, Məkkə, I, 168. 
23
  Əbül-Vəfa  Əli b. Üqeyl b Məhəmməd b Üqeyl əl-Bağdadi, “əl-Vazih fi üsulil-fiqh, Müəssəsətür-
Risalə”, Beyrut M 1999-H 1420, c. V, s. 164 
24
 Əbül-Həsən Seyyid-Din Əli b. Əbi. Əli b. Muhəmməd b. Səlim əl-Amadi, “əl-İhkəm fi üsulil-əhkam”, 
əl-məktəbətül-İslamiyyə, Beyrut, I, 268.  
25
 əl-Qazi Əbu Yalə Məhəmməd b. əl-Hüseyn b. Məhəmməd b. Xələf b. əl-Fərrai, “əl-İddə fi üsulil-fiqh”, 
M 1990-H 1410, 4, 1113. 
26
 Əbu Bəkr Əhməd b Əli b Sabit b Əhməd b Mehdi əl-Xətib əl-Bağdadi, “əl-Fəqih vəl-mütəfəqqih”, Dar 
İbnül-Cövzi, Səudiyyə Ərəbistan H 1421, I, 433. 


İslam hüququnda təlfiq anlayışı
  
329 
deyildirsə və alimlərin icma etdikləri bir məsələyə üçüncü görüşün irəli sürülməsinin 
qadağan olunması şərti yoxdursa, bu ictihad etibarlıdır.
27
 
Bu üç fikirdən birincisi daha ağlabatandır. Ona görə də,  ictihad qapısı qiyamətə 
qədər açıqdır.
28
 Tərifə gəldikdə isə, “ iki fərqli görüşə əlavə olaraq üçüncü bir görüşün 
irəli sürülməsi” məsələsində icmadan söz gedə bilməz. Əgər ilk iki görüş haqqında 
icma olsaydı, ikisinin arasında ziddiyyət olmazdı. 
Təlfiqlə ihdasi-qövli-salis arasında oxşarlıq olduğu kimi, bir-birindən fərqli 
cəhətlər də vardır. Bu cəhətlərdən biri təlfiqin, bir məsələ haqqında bir çox hökmü 
cəm etmək kimi bir xüsusiyyəti olduğu halda, ihdasi-qövli-salis özündən əvvəl olan 
iki görüşə üçüncü yeni bir görüş irəli sürməsidir.
 
D. 
Təlfiq və teysir: Lüğətdə “asanlaşdırma, hazır etmək”
29
 mənalarına gələn 
teysir kəlməsi, termin olaraq “bir çox həllin mövcud olduğu məsələ müftiyə 
soruşulduqda, müfti, şəxsin mövcud vəziyyətini nəzərə alaraq ən uyğun həll yolunu 
göstərməsidir”.
30
 
Teysir dinimizin əsas prinsipidir. Zərurət halında olan şəxs bundan istifadə 
etməlidir. Hərçənd ki, Hz. Peyğəmbər də zərurət hiss etdiyində asan olanı seçmişdir.
31
 
Ehtiyac anında istifadə edilən teysir, hər hansı bir zərurət olmadan asanlığı 
seçmək mənasına gəlmir. Çünki, teysirin reallaşması üçün müəyyən  şərtlər
32
 
olmalıdır. Əks halda hökmlər arasında seçmək hüququ etibarlı deyildir.
33
 
Təlfiqlə teysir arasında bir əlaqənin olduğu danılmaz bir faktdır. Amma bu əsas, 
ikisinin eyni termin olduğu mənasına gəlmir. Təlfiq, bir məsələnin bütün rüknlərində 
ixtiyari və ya qeyri-ixtiyari bir neçə görüşü cəm etmək olduğu halda, teysir zərurətə 
əsasən müftinin şəxsin vəziyyətini nəzərə alaraq hər hansı məsələdə müddətli və ya 
müddətsiz asan olan bir görüşə yönəltməsidir. 
E. 
Təlfiq və müraatül-xilaf: Termin mənası “hər hansı bir məsələdə öz 
məzhəbinin dəlilinə yox, digər məzhəblərin müxalif görüşlərinə  əməl etməkdir”. 
Tərifin izahı belədir ki, şəxsin təqlid eləmədiyi məzhəbin dəlilinə əməl etməsi, təqlid 
etdiyi məzhəbin görüşünün batil olmasından irəli gəlmir. Sadəcə  məqsəd, görüşlər 
arasında qüvvətli olanı üstün tutmaqdır.
34
 Müraatül-xilafa, səsli namazlarda oxunan 
“Fatihə” surəsini nümunə vermək olar. Belə ki, Şafei camaat, imam “Fatihə” surəsini 
                                                 
27
 Əbu İshaq İbrahim b. Əli b. Yusif əş-Şirazi, “ət-Təbsira fi üsulil-fiqh”, Darül-fikr, Dəməşq H 1403, I, 
388. 
28
 Fahrettin Atar, Fıkıh Usulü, Marmara Üniversitesi İlahiyat Fakültesi Yayınları, İstanbul 2006, 311. 
29
 İbn Manzur, “e.a.ə”, XI, 349 
30
 Heyət, “əl-Mövsüətül-fiqhiyyətül-Küveytiyyə”, Darüs-Sələsil, Küveyt H 1404-1427, XIV, 244. 
31
 Buxari, Mənaqib 23. 
32
 Ətraflı məlumat üçün müraciət edin: Məhəmməd Səid b. Əhməd b. Məsud Yaqubi, “Dəvabitu-teysirul-
fətva vər- rəddü aləl-mütəsahilinə fiha, Dar İbnül-Cövzi, Mədinə H 1430, 31. 
33
 Məhəmməd əl-Bani bu görüşün əksinə də fitva vermişdir. (bax: Ümdətüt-təhqiq fit-təqlid vət-təlfiq, 
238) 
34
 Məhəmməd Mustafa əz-Züheyli, “əl-Qəvaidül-fiqhiyyə və tədbiqatuha fil-məzahibil-ərbəa”, Darül-
fikir, Dəməşq M 2006-H 1427, I, 673. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə