Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə129/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   125   126   127   128   129   130   131   132   ...   156

    
 i.f.d. Tahirova Adilə İslam qızı
 
 
320 
yaşamayacağı mövzusundakı ixtilafdır.
7
 Əgər qatil onu öldürməsəydi, onun yaşaması 
da, ölməsi də mümkün olardı.
8
 Zəməxşəri Bağdad məktəbinin düşüncəsini müdafiə 
edərək insanın davranışlarına görə ömrünün uzanıb qısala biləcəyini müdafiə edir.
9
  
Əhli-sünnə  kəlamçılarına görə, məqtul öz əcəli ilə ölmüşdür. Maturidiyyə 
məktəbinin qurucusundan sonra ən önəmli nümayəndəsi sayılan  Əbul-Muin  ən-
Nəsəfiyə görə, ölən əcəli ilə ölür və ölüm Allah tərəfindən yaradılır. Qatil də öldürmə 
əməlinə görə  cəzalandırırlır. Öldürmə  işinin ölənlə  əlaqəsi olmayıb öldürənə aid 
edilir. Qatilə nəzərən o, məqtul hesab edilsə də həyatının sonu demək olan əcəlinə 
görə, o meyit (ölü) sayılır.
10
  Əşəriyyə  məktəbinin nümayəndəsi olan Baqillani də 
“ölən və öldürülənin öz əcəli ilə öldüyü və öldürüldüyü” düşüncəsindədir.  İnsanın 
əcəli Allahın insanın öləcəyini bildiyi vaxtdır. Bu, təxir edilə bilməz. Baqillanidə 
əsasən  əcəlin zaman, vaxt məfhumu ilə  və Allahın elmi ilə  əlaqələndirilərək izah 
edilməsi diqqət çəkən məqamdır.  Əşəri isə  əcəli  əsasən ilahi iradəyə bağlayır. 
Baqillani, Mötəzilənin öldürülən  şəxsin  əcəli gəlmədən öldüyü düşüncəsini tənqid 
edir. Çünki öldürülən  şəxs, başqasının onu öldürməsinə görə deyil, Allahın onda 
ölümü yaratmasına görə ölür. Bu şəkildə  vəfat edən  şəxs üçün öldürülməsəydi 
yaşayardı demək yanlışdır. 
11
 O halda insanın nə qədər yaşayacağı, necə, nə zaman və 
harada öləcəyi Allahın mütləq elmi ilə bilinir. Əcəl də insanın ölüm vaxtıdır. 
Sələfiyyənin düşüncələrinə  gəlincə, bir qolu olduğu  Əhli-sünnənin  əcəl 
haqqındakı ümumi düşüncəsindən, nadirən olsa da, fərqli fikir səsləndirənlərin olması 
maraqlı faktdır. İbn Teymiyyənin Əhli-sünnənin “tək əcəl” nəzəriyyəsinə uymayan 
düşüncəsinin olduğundan bəhs edilir. Belə ki, “Əcəl ikidir. Biri mütləq əcəl, digəri isə 
müqəyyəd  əcəl. Bu əcəl növünü Peyğəmbərin ruzinin artması  və  əcəlin gecikməsi 
üçün sileyi-rəhimə riayət edilməsi ilə  əlaqəli hədisi izah edir.
12
 Ümumiyyətlə 
Sələfiyyənin qədər əqidəsində Allahın elm və iradəsinin mərkəzə alındığı məlumdur. 
Əcəl, həyatın tərəddüdsüz olaraq sona çatdığı zamandır. Əhli-sünnə alimləri əcəli 
“Allahın canlıların öləcəyini bildiyi zaman” kimi tərif edirlər. Canlıların hər birinin 
yaşayacağı əcəl tək olub əsla dəyişməz. Əgər məqtul öldürülməsəydi, o vaxt ölməsi 
də ölməməsi də eyni dərəcədə ehtimal daxilində olardı. Bundan başqa “məqtul 
öldürülməsəydi yaşayardı” demək reallığa ziddir. Ayələr də  əcəli gələn heç kimin 
yaşadılmayacağına işarət edir. İki əcəli qəbul etmək Allahın elmində dəyişiklik qəbul 
                                                 
7
  Qazı Əbdülcabbar. əl-Muğni fi əbvabit-tövhid vəl-ədl. Qahirə: əd-Darul-Mısriyyə littəlif vət-tərcəmə, 
1965, XI (Təklif), səh. 3-4. 
8
 Qazı Əbdülcabbar. Şərhul-usulil-xəmsə. Təhqiq və təqdim edən: Əbdülkərim Osman. Qahirə 1996, səh. 
782-783. 
9
 Cihat Tunç. “Ecel”. TDV İslam Ansiklopedisi. İstanbul 1994, X/381.  
10
  Əbul-Muin  ən-Nəsəfi. Təbsiratul-ədillə fi usulid-din. Təhqiq edən: Klaud Salame. Dəməşq 1993, 
II/686-687. 
11
  Əbu Bəkr Məhəmməd ibn Tayyib əl-Baqillani. Kitabut-təmhidil-əvail və  təlxisid-dəlail. Beyrut: 
Müəssəsətul-kutubis-səqafiyyə, 1993, səh. 373-376. 
12
 Namık Kemal Okumuş. “Ehl-i Hadis ve selefi düşüncede ezeli yazgı, kader ve ecel anlayışı”. Recep 
Tayyip Erdoğan Üniversitesi İlahiyat fakültesi dergisi 4 (2013). səh. 43-104. Sələfiyyədə səsləndirilən 
fərqli fikirlərdən səh. 88-də bəhs olunur. 


Qəza və qədər kontekstində əcəl
  
321 
etmək və ya əcəlin dəyişə biləcəyini ifadə etməkdir. Öldürülənin  əcəlini önə 
almadığına görə, qatilin cəzaya haqq qazanmasının səbəbi Allah-Təalanın “Allahın 
(qətlini) haram buyurduğu cana qıymayın” (Ənam 6/151) ayəsindəki  əmrinə  əməl 
etməmələridir. Yəni dinin qadağan etdiyi bir feili insanın azad iradəsi ilə seçməsidir 
və bu əməlin də nəticəsi sünnətullaha uyğun olaraq ölümdür.  
Əcəl heç bir səbəbə görə dəyişməz. Bəzi ibadət və itaətlərin ömrü artıaracağına 
dair hədislər Əhli-sünnə kəlamçıları tərəfindən insanları xeyirli və gözəl işlərə təşviq 
etmək (tərğib) üçün buyrulmuş hədislər kimi qəbul edilmiş və belə şərh edilmişdir: 
Ömrün artmasından məqsəd  ələm və  kədərdən uzaq, xoşbəxt, sağlam və gözəl 
yaşamaqdır və ya Allahın bu kimi şəxslərin yaxşılıq edəcəyini bildiyi üçün əzəldə 
ömrünü daha çox təqdir etməsidir. 
Şiə alimlərin mövzu ilə əlaqəli düşüncəsinə gəlincə, əcəl belə ifadə edilir: Allahın 
əzəli elmində  məlum olan, başlanğıcı  və sonu təqdir edilmiş  və Allah tərəfindən 
əzəldə bilinən bir ömrün təyin və təsbit edilmiş sonudur. Əbu Cəfər ət-Tusi iki əcəl 
nəzəriyyəsini rədd edir. Qətl və ya qəza olmasaydı, məqtulun və ya qəzaya məruz 
qalan  şəxsin ölməsi də qalması da mümkündür.
13
  Əcəl bəzi  İmamiyyə alimləri 
tərəfindən  əcəli-müəlləq (şərtli) və  əcəli-qeyri-müəlləq (qəti)  şəklində iki qisimdə 
qeyd edilir. Hər iki forması da qədərə bağlı bir faktdır. Son dövr Şiə kəlamçılarına 
görə isə əcəl ikiyə ayrılır: əcəli-mübhəm və “əcəli-müsəmma”. Bu terminlər alimlərə 
görə, müxtəlif şəkillərdə ifadə edilir. Sübhaninin də qeyd etdiyi kimi, insanın təbii 
ömrü təxminən 120 ildir, lakin bu əcəl qəti deyil. Həyatındakı müəyyən səbəblərə görə 
bu müddət azalıb arta bilər.
14
 Şeyx Müfid də iki əcəli qəbul etmişdir. Ənam surəsinin 
2-ci ayəsi, Fatir surəsinin 11-ci ayəsi, Nuh surəsinin 9-11-ci ayələrini dəlil gətirən 
Şeyx Müfid bu dəyişikliyin bəda olmadığını vurğulayır. Müfidə görə, ikinci əcəl qəti 
təqdir edilmiş olan müsəmma əcəldir. Bir çox Şiə mənbədə qarşılaşdığımız 100-120 
il ömür yaşaya bilmə nümunəsinə Müfiddə  də rast gəlirik. Digər düşüncə 
məktəblərində olan münaqişələr, insanın ömrünü artıra bilən sədəqə, sileyi-rəhim, dua 
və bir qisim ibadət və itaətlərin ömrü artırdığına dair rəvayətlər paralel şəkildə 
müzakirə olunmuşdur. Zeydilərin düşüncəsi də Mötəzilənin  əksəriyyəti ilə 
İsnəəşəriyyənin düşüncəsinə yaxındır.
15
 Ancaq Zeydiyyədə də əcəl məsələsində “Əcəl 
birdir” və “əcəl ikidir” deyən hər iki düşüncəyə rast gəlinir.
16
 
Əcəl məfhumu əzəli yazı düşüncəsi içərisində ən qızğın müzakirələrin aparıldığı 
bir məfhumdur. Buna görə hər hansı düşüncə məktəbinin əzəli yazı, qədər konseptini 
anlamaq üçün başda əcəl terminini necə izah etdiklərinə baxmaq lazımdır.  
                                                 
13
 Əllamə Hilli. Kəşful-murad fi şərhi Təcridil-itiqad. Qum: Müəssəsətun-nəşril-İslamiyyə, 1425, səh. 
461-462. 
14
  Cəfər Sübhani. əl-İlahiyyat alə hudəl-Kitab vəs-sünnə  vəl-əql. Qum: Müəssəsətul-İmam  əs-Sadiq, 
1426, IV cild, səh. 228-229.  
15
 Cihat Tunç. “Ecel”. TDV İslam Ansiklopedisi. İstanbul: 1994, X/382. 
16
 Namık Kemal Okumuş. “Şiada –İmamiyye ve Zeydiyye özelinde- ezeli yazgı algısının temel 
basamakları olan kader, kaza, ecel, rızık ve beda anlayışı üzerine bazı tespitler”. e-makalat mezhep 
araştırmaları, VII/1 (Bahar 2014), səh. 19-86. 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə