Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə133/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   129   130   131   132   133   134   135   136   ...   156

Ceyhun Vahid oğlu Bayramov
 
 
330 
səsli oxuduqdan sonra, yenidən “Fatihə” surəsini oxumalıdır. Bu Şafei məzhəbinin 
görüşüdür. Hənəfi məzhəbində isə, imamın “Fatihə” surəsini səsli şəkildə oxuması 
camaat üçün də kifayət edir və onların oxumasına ehtiyac yoxdur. Hənəfi imama uyan 
Şafei camaatın, imam “Fatihə” surəsini oxuduqdan sonra, təkrar “Fatihə” surəsini 
oxumaması müraatül-xilafdır. 
35
 
Müraatül-xilaf anlayışı, təəssübkeşliyin qarşısını alır. Bu anlayış  tətbiq edilən 
zaman, icma olan bir məsələ ilə əlaqələndirilməməli, məzhəb görüşü seçilən görüşdən 
güclü olduğunda müraatul-xilafa müraciət edilməməlidir. 
Bəzi üsulşünaslar müraatül-xilafı izah edərkən “İstehsan” məfhumuna 
bənzətdiklərinə görə, bu başlıq altında,
36
 bəziləri də təlfiqə bənzətdiklərinə görə təlfiq 
başlığı altında izah etmişlər.
37
 
Baxmayaraq ki, təlfiq ilə müraatül-xilaf arasında məzhəblərin bir neçə görüşünü 
bir məsələdə  cəm etmək kimi bənzərlik var əslində, bunlar bir-birindən fərqli 
terminlərdir. Bunların arasında olan fərqlilik isə, müraatül-xilaf müctəhid imamların 
sahəsi olduğu halda,
38
 təlfiq təqlidçilərin istifadə etdiyi sahədir.  
IV. Təlfiqin növləri 
A. Qəsidli edilən təlfiq:  Şəxsin bilərəkdən və ya hər hansı bir zərurətə görə 
məzhəblərin görüşlərini toplayaraq əməl etməsidir. 
B. Qəsidsiz edilən təlfiq: Adından da müəyyən olduğu kimi, şəxsin bilməyərək, 
qəsidsiz olaraq feillərində bütün məzhəblərin görüşlərindən istifadə etməsidir. Bu 
əksər hallarda dini savadı olmayan qruplar arasında yayılmışdır.  
Dini savadı olmayan kimsə, hər hansı dini məsələdə sualla qarşılaşdıqda  
məzhəbindən asılı olmayaraq qarşısına çıxan alimə sualını soruşar. Beləliklə, aldığı 
cavaba əməl edər. Zaman keçdikcə bu şəxs, etdiyindən xəbərsiz bir neçə məzhəbin 
görüşünü cəm etmiş olar.
39
 
V. Təlfiqin hökmü 
A. Dörd məzhəbin təlfiqə baxışı 
1.  Hənəfi məzhəbi:  Bu məzhəbin imamı olan İmam  Əbu Hənifə  və onun 
tələbələri təlfiq haqqında hər hansı bir fikir bildirməmişlər. Bunlar sonra gələn Hənəfi 
fəqihlərindən Qazı Nəcməddin İbrahim b. Əli Tarosusi (v. 758/1357), Şeyxül-İslam 
                                                 
35
 Məhəmməd Həsən Əbdülğəffar, “əl-Qəvaidül-fiqhiyyə beynəl-əsaləti vət-təvcih”, XIV, 21 
36
  Məhəmməd b. əl-Həsən b. əl-Ərəbi b. Məhəmməd  əl-Həcəvi  əl-Cəfəri  əl-Fasi, “əl-Fikrüs-sami fi 
tərixil-fiqhil-İslami, Darül-kitabil-ilmiyyə, Beyrut M 1995-H 1416, I, 455. 
37
 İyaz b. Nami b. İvaz əs-Səlma, “Üsulül-fiqh əlləzi lə Yəsəul-fəqih Cehləhu”, Darüt-tədəmuriyyə, Riyad 
M 2005-H 1426, I, 489 
38
 İbrahim b. Musa b. Muhəmməd əl-Ləxmi əl-Ğarnami əş-Şəhir əş-Şatibi, “Müvafəqat”, Dar İbn Əffan, 
M 1997-H 1417, V, 189 
39
 Səidi, e.a.ə, s. 14 


İslam hüququnda təlfiq anlayışı
  
331 
Əbüs-Süud  əl-İmadi (v. 983/1575),
40
 Zeyd ibn Nüceym (v. 970/1562)
41
  bəzi 
məsələlərdə təlfiqin caiz olduğunu qəbul etmişlər. 
Digər tərəfdən Ömər b. Nüceym (v. 1005/1596), Əbül-İxlas Həsən Şurunbuləli 
(v. 1069/1659), İbrahim Biri (v. 1099/1688), Həskəfi
42
  təlfiqin caiz olmadığını 
bildirmişlər. 
2.  Maliki məzhəbi:  Malikilərdən ilk dəfə  Yəhya Zənati bu mövzunu 
araşdırmışdır. Bundan sonra, bu haqda Qərafi (v. 1285), İsnəvi (v. 1370) və Şəbrahiti 
(v. 1106/1695) fikir bildirmişdir. Həmçinin,  Əbu  İshaq  əş-Şatibi (v. 790/1388) də 
təlfiq məsələsini araşdırmış və nəticə də caiz olmadığını qəbul edərək Yəhya Zənati 
ilə eyni görüşü müdafiə etmişdir.
43
 
Təlfiqin caiz olduğunu isə, Dəssuki (v. 1277) və  Şəbrahitinin üstadları  qəbul 
etmişdir. Təlfiq haqqındakı müxtəlif görüşlər mütəəxxirun Malikilər tərəfindən də öz 
həllini tapmamışdır.
44
 
3.  Şafei məzhəbi: İmam Şafei, Qaffal (v. 979), Maverdi (v. 1058), Şirazi (v. 
1083), Qazzali (v. 1111), Rəfi (v. 1226), Nəvəvi (v. 1277), Subki (v. 1370) kimi 
fəqihlər bu məsələ haqqında hər hansı bir fikir söyləməmişlər. 
Şafei fəqihlərindən olan Şəhabəddin Əhməd b. İmadəddin Akfəhsi (v. 808/1405): 
“Təlfiq müsəlmanların icması ilə batildir”,- demişdir. Müasiri olan Şafei Rəmli (v. 
1550) də onun görüşünü qəbul etmişdir.  Əhməd b. Həcər Heytəmi (v. 974/1566) bu 
mövzunu “Tühfətül-muhtac” və “əl-Fətavas-süğra” adlı əsərində ələ almışdır. Görüş 
olaraq isə, Şafei Rəmlinin görüşünü təsdiqləyir. 
Şafeilərdən isə, təlfiqi caiz görənlər İbn Ziyad ilə Bulkinidir.
45
 
4.  Hənbəli məzhəbi: Tarosusinin “Hənbəli qazıların, təlfiqlə verilmiş hökmləri 
tətbiq etdikləri” xəbərindən başqa bir xəbərə rastlanmamışdır. Sənhurinin qeyd etdiyi 
kimi, Hənbəlilərin bu məsələ haqqında qəti bir fikir bildirməmələri, təlfiqi haqqında 
icma olmayan bir ictihadi məsələ olaraq dəyərləndirmələridir.
46
 
5.  Cəfəri məzhəbi: Araşdırma nəticəsində İmamiyyə fiqhində təlfiqlə əlaqəli 
hər hansı məlumat əldə edilə bilinmədiyinə görə, hər hansı məlumat qeyd olunmamış-
dır. Odur ki, Cəfəri məzhəbində təlfiq anlayışının olmadığı qənaətinə gəlinmişdir. 
 
 
                                                 
40
 İbn Abidin Məhəmməd Əmin b. Ömər b. Əbdüləziz əd-Dəməşqi əl-Hənəfi, “əl-Üqudüd-dürriyyə fi 
tənqihil-Tətəvə əl-hamidiyyə, Darül-Mərifə, I, 109.  
41
 Sənhuri, e.a.ə, s. 219. 
42
 Məhəmməd b. Əli b. Məhəmməd b. Əli b. Əbdürrəhman Həskəfi əl-Hənəfi, “əd-Dürrül-muxtar şərhu 
tənviril-əbsar və camiül-bihar”, Darül-kütübil-ilmiyyə, Beyrut 2002, s.16. 
43
 Şatibi, “əl-Muvafəqat”, V, s. 103. 
44
 Sənhuri, e.a.ə, s. 220-221 
45
 Sənhuri, “e.a.ə”, s. 222-223 
46
 Sənhuri, “e.a.ə”, s. 225 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə