Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə134/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   130   131   132   133   134   135   136   137   ...   156

Ceyhun Vahid oğlu Bayramov
 
 
332 
B. Ümumi olaraq təlfiqi qəbul edib-etməyənlər və onların dəlilləri 
Təlfiq səhabə, tabeun dövründə bilinən bir mövzu olmadığından və 
mütəqəddimun alimlər tərəfindən araşdırılmadığından onlardan sonra gələn alimlər 
də bu haqda qəti bir hökm verə bilməmişlər. Daha sonra müsəlmanların arasında 
yayıldığına görə bir sıra hökmlər verilmişdir. Verilən hökmlər də, hər hansı  nəssə 
söykənmədiyinə görə qətilik ifadə etməmişdir. İslam alimləri təlfiqlə bağlı üç görüş 
irəli sürmüşdürlər. Onları aşağıdakı kimi sıralaya bilərik: 
1.  Qəbul edənlər və dəlilləri: Bəzi İslam alimləri təlfiqi mütləq olaraq caiz hesab 
etmişlər. Onların dəlil olaraq irəli sürdükləri  əsas,  İslam dininin çətinliyə deyil, 
asanlığa
47
 üstünlük verən bir din olmasıdır. Hz. Peyğəmbərin həyatına nəzər saldıqda 
da bunu bariz şəkildə görmək mümkündür.
48
 
Təlfiqi qəbul edənlər arasında Hənəfi və Maliki məzhəbinin bəzi mütəəxxirun 
müctəhidlərini görmək mümükündür. Bu alimlər öz görüşlərini Quran, Sünnə, əqli və 
nəqli bir sıra dəlillərə əsaslandırmışlar. Onların dəlillərindən bəziləri belədir: 
a.  Səhabə və tabeun dövründə insanlar bilmədikləri mövzuları onlardan soruşur-
dular. Onlar da bildikləri sualı cavablayar, bilmədiklərinə  də bilənlərə yönəldirdilər. 
Ancaq, onların sual soruşan şəxslərə “Bu sualı məndən soruşma. Get öz məzhəb imamına 
soruş, yoxsa təlfiq xətasına düşərsən” kimi bir xəbərdarlıqları bizlərə gəlib çatmamışdır. 
b.  Təlfiqi qəbul etməməklə, digər müctəhid imamların doğru yolda 
olmadıqlarını qəbul etmiş oluruq. Çünki, təlfiqi qəbul etməməklə onların görüşlərinin 
məhəbimizə görə etibarsız olduğu qənaətinə gəlirik. 
c.  Təlfiqi qəbul etməmək, bir qrup müsəlmanı düşdüyü mühitə görə  çətinə 
salacaq, bəlkə də onları ibadət etməkdən uzaqlaşdıracaqdır.
49
 
2.  Qəbul etməyənlər və  dəlilləri:  Hənəfi,  Şafei və  Hənbəli məzhəbinin bəzi 
alimləri bu görüşdədirlər. Hətta Hənbəli məzhəbi alimi Səfərani ifrata vararaq “Mən 
əqli və nəqli dəlillərdən başa düşdüyüm ölçüdə təlfiqin hər növü batildir. Çünki, təlfiq 
qapısının açılması ilə, bir sıra hiylələrə qapı açılacaqdır”-demişdir.
50
 
Bəzi İslam alimləri təlfiqi aşağıdakı səbəblərə görə qəbul etməmişlər: 
a. İslam dinini qorumaq hər kəsin borcudur. Təlfiqin qəbul edilməməsi bunun 
göstəricisidir. İnsan təlfiq etməklə dini hökmləri xəfifə alaraq özünü dinə deyil, dini 
özünə uyğunlaşdırmış olar. 
b. Təlfiq bir hiylədir. Müsəlman buna yol açdıqda, dini qadağaları özünə halal 
edər. Beləliklə, bir mükəlləfiyyəti qalmır. 
c. Təlfiqin nəticəsi məzhəbsizlikdir. Məzhəbsizlik də  təqlidçinin ibadətini 
təhlükəyə salar. Mərhum  İslam alimi Ramazan əl-Butinin qeyd etdiyi kimi: 
“Məzhəbsizlik ən böyük bidətdir”. 
                                                 
47
 Talaq, 65/7. 
48
 Buxari, Mənaqib 23. 
49
 Bani, “e.a.ə”, s. 184-189. 
50
 Səidi, “e.a.a”, s. 32 


İslam hüququnda təlfiq anlayışı
  
333 
ç. Təlfiq, ibadətlərdə elə bir vəziyyət ortaya çıxarki, heç bir müctəhid bu halı 
qəbul etməz.
51
 
3.  Müəyyən şərtlərlə icazə verənlər və dəlilləri: İslam alimlərindən bir qrupu 
təlfiqi müəyyən şərtlər daxilində qəbul etmişlər. Qəbul edilən şərtləri belə  sıralaya 
bilərik: 
a. Təlfiq edərək ibadət edən  şəxslər, bilərəkdən məzhəblərin asanlıqlarını  cəm 
etməməlidir. 
b. Təlfiq Quran və Sünnəyə müxalif olmamalıdır.
52
 
c. Haqqında icma olan məsələdə təlfiq edilməməlidir. Bir şəxsin mehirsiz, vəlisiz, 
şahidsiz bir qadınla evlənməsi buna nümunə göstərilə bilər.
53
 
ç. Tətəbür-rüxəs niyyəti güdülməməlidir. 
d. Təlfiq iki məsələdə gerçəkləşə bilər. Məsələn, bir şəxs Şafei məzhəbinə görə 
dəstəmaz alıb, Hənəfi məzhəbinə görə namaz qılarsa, bunda hər hansı qadağa 
yoxdur.
54
 
Təlfiqi müəyyən  şərtlərlə  qəbul edənlərin dəlilləri, caiz görənlərin dəlilləri ilə 
eynidir. Bu görüşü qəbul edən alimlər, dini qorumaq düşüncəsi ilə ehtiyatlı davranmış, 
öz istəklərinə görə əməl edən insanlara da fürsət verməmişlər.  
 
 
NƏTİCƏ 
 
Əməllərdəki təqlidin insanlar üçün asanlıq olması danılmaz bir faktdır. Əgər buna 
icazə verilməsəydi,  əksər müsəlmanı ibadət həyatında çətinliklərlə qarşılaşardı. 
Tətəbür-rüxəs, teysir, ihdasi-qövli-salis və müraatül-xilaf kimi digər terminlər 
görünüşdə təqlidə bənzəsələr də, əslində fərqli terminlərdir. 
Təlfiq isə, haqqında qəti dəlil olmasa da İslam alimləri bu məsələnin həlli üçün 
təşəbbüs göstərmişlər. Məhz bunu nəzərə alaraq, təlfiqin hökmü bəhsində caiz 
görənlər, caiz görməyənlər və şərtlər əsasında caiz görənlər olaraq üç qrupa ayırdıq. 
Araşdırmanın sonunda, təlfiqi qəbul edənlər ilə qəbul etməyənlərin görüşlərinin 
tutarlı olmadığını gördük. Zərurət daxilində  və müəyyən edilən  şərtlərə riayət 
etdiyimiz halda təlfiqin caiz, asanlığa qaçmaq, şəri hiylə işlətmək, icmaya müxalifət 
etmək kimi məqsədlər güdən təlfiqin isə caiz olmadığı qənaətinə gəldik.     
 
 
 
                                                 
51
 Bani, “e.a.ə”, s. 187-197 
52
 Suləmi, “e.a.ə”, s. 491 
53
  Şəhabəddin  Əbül-Abbas  Əhməd b. İdris Qərafi, “Şərhu Tənqihil-füsul fi ixtisaril-məhsul fil-üsul”, 
Darül-fikir, Beyrut 2004, s. 339.  
54
 Əbdürrəhman b. Muhəmməd b. əl-Hüseyn b. Ömər Bəaləvi, “Buğyətül-Müstərşidin”, Dərul-Kutubil-
İlmiyyə. Beyrut 1998, s. 560 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə