Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
35
fikrini irəli sürür. Bu isə hər bir dindarın arzuladığı duyğunu qabardır. Əslində isə
dinin əslinə qayıtma düşüncəsi iki iddia irəli sürür. Bunlardan
birincisi mövcud din
anlayışının yanlış olduğu və təhrif edildiyidir. Əsasən bu tənqid əsrlərdən bəri əsas
damarı təmsil edən ənənəvi İslam anlayışının yanlış olduğunun ifadəsidir. Bu isə sələf
adlandırılan ilk üç nəslin sonundan, yəni təxminən IX əsrdən XVIII-XIX əsrlərdə
özlərini sələfi adlandıran cərəyanların meydana çıxmasına qədər davam edən
müddətdəki,
demək olar ki, on əsrlik din anlayışının rədd edilməsi deməkdir. Dinin
əslinə qayıtma düşüncəsinin ikinci iddiası isə doğru din anlayışının sələfin inhisarında
olduğudur. Qeyd etmək lazımdır ki, ilk nəsillərin, xüsusilə, ideallaşdırılan səhabə
dövrünün mükəmməl olduğu düşüncəsi bütün müsəlmanlarda mövcuddur. Bu,
müsəlmanların əsl dini həyatı keçmişdə axtarma həvəsində özünü açıq-aşkar göstərir.
Amma bu iddialarla bəzənmiş göz qamaşdıran xarici görkəm aldadıcı olub, buna
inanmaq sadəlövhlük olar. Çünki bu iki iddianın məzmunundakı əsl hədəf şiddət
(zorakılıq, terror) düşüncəsini bəsləməyə imkan verməyən ənənəvi İslam anlayışının
yanından sovuşaraq, dinin yazılı mənbələrinin (Qur`an və sünnə) literal mənasına
sadiq qalan zəminə (sələf anlayışına) çatmaq və bu `münbit` şəraitdən
istədiyi din
anlayışını emal etməkdir. Məlum olduğu kimi, dilin xüsusiyyətindən asılı olaraq
sözlərin fərqli mənalara çəkilmə iqtidarı və nəslərin (ayə və hədislər) kontekstindən
sökülərək istənilən mənayla yüklənmə imkanı buna geniş fürsət verir. Beləliklə, dinin
gətirdiyi əsl həqiqətləri dərk edəcək qədər biliyə sahib olmayan kütlələrdən meydana
gələn və müqəddəs mətinlərin yeganə yozumçuları kimi gördükləri liderlərinə sıx
bağlı olan radikal cərəyan nümayəndələrinə kifayət qədər dəlil göstərmək çox asan
olur. Digər yozumların bidət (dinə sonradan daxil edilmiş yad ünsür)
olduğunun təlqin
edilməsi ilə birlikdə hörgü tamamlanmış olur. Artıq bu səddi nə içəri, nə də çölə doğru
aşmaq mümkün deyil.
Din və terrorizm
Bütün dinlər sülh və əmin-amanlığa çağırar. İslamda da `haqsız yerə bir insanı
öldürmək bütün bəşəriyyəti öldürməkdir`, `qəlb qırmaq Kəbəni dağıtmaqdan daha
böyük günahdır`, `müharibə şəraitində də olsa ağacları səbəbsiz kəsməyin` və bu kimi
saysız sülhsevər düsturlar mövcuddur. Bəs həddi-hüdudu olmayan və heç bir əxlaqi
dəyərə sədaqət göstərməyən `İslam terrorçuluğu` haralardan törəyir?
Terrorizmin dini, irqi, vətəni olmaz. Bu isbata ehityacı olmayan aşkar bi həqiqətdir.
Buna görə də terrorizmin dindən sui-istifadə etdiyi iddiasını kənara qoyaraq, bunun necə
baş veridiyinə baxmaq lazımdır. İslamın müqəddəs mətinləri olan Qur`an və sünnədəki
zorakılıq məzmunlu nəslərin əksəriyyətinin müharibə qanunları ilə bağlı olduğu
məlumdur. Ancaq bu mətinlərdən zorakılıq anlayışı emal etmək
istəyənlər üçün bunun bir
əhəmiyyəti yoxdur. Əsas məsələ məqsədin hasil olmasıdır. Bunu əldə etmək üçün
müraciət edilən ikinci yol, hermenevtik oxumalara qarşı olmalarına baxmayaraq, lazım
olduqda özlərinin yozumlama metodundan istifadə etmələridir.
Radikal cərəyanlar İslama bağlılıqlarını göstərmək üçün yeni bir terminologiya
yaratmaqdansa mövcud islami terminlərə öz anlayışlarını yükləmə yolunu seçmişlər.
i.f.d., dos. Mübariz Camalov
36
Təbliğ, cihad, darul-küfr və darul-küfr, təkfir, tağut,
bidət bunlardan sadəcə bir
neçəsidir. Ənənəvi müsəlmanların zehnində də müsbət yükə sahib olan bu terminlərə,
əslində, İslam dünyasının geri qalması və çıxış yolları axtarışında tez-tez müraciət
edilir. Bu da radikalizmin tərəfdaş toplama və radikalizmdə dərinləşmə fəaliyyətinə
imkan yaradır.
İslam təhsil sistemi
Klassik İslam təhsil sistemi mədrəsə mərkəzlidir. Bir çoxlarına görə İslamda ilk
mədrəsə Məscidi-Nəbəvinin yanında qurulan və əshabı-süffə adlandırılan təhsil
quruluşudur. Suffə sözü ərəb dilində kölgəlik deməkdir. Əshabı-süffə yoxsul, qalacaq
yeri olmayan səhabələr üçün hazırlanan kölgəlikdir. Burada
qalan səhabələr həzrət
Peyğəmbərlə daha çox vaxt keçirdikləri üçün get-gedə onların bilik səviyyələri
digərlərindən fərqlənməyə başlamışdır. Buna görə də sonralar Mədinədə evi olan bir
çox səhabə də buradan faydalanmaq üçün əshabı-süffəyə qoşulmuşdur. Həzrət
Peyğəmbərin xüsusi təlimindən keçən bu insanlar qısa bir müddət sonra, o dövr üçün
sistemli deyə biləcəyimiz bir təhsil müəssisəsinə çevrilmişdir. Burada təhsil alan
insanların sayının 100-dən çox olduğu müxtəlif mənbələrdə qeyd edilir. Bu günə qədər
İslam dünyasının müxtəlif yerlərindəki mədrəsələrin əsasını buradan aldığı düşünülür.
Sonrakı dövrlərdə şəraitə uyğun olaraq Beytul-İlm, Beytul-Hikmə ve Darul-İlm kimi
adlandırılan təhsil qurumları bunun davamını və inkişafını təmsil etmişdir.
25
İslamın ilk dövrlərində məscidə bağlı olan mədrəsələr
zaman keçdikcə məsciddən
ayrılaraq müstəqil təhsil müəssisəsi olmuşdur. Çünki İslam torpaqlarının genişləməsi
və buna bağlı olaraq müsəlmanların yeni elm sahələri ilə tanış olmaları nəticəsində
mədrəsələrin dərs proqramları da dəyişmiş və inkişaf etmişdir. X əsrdə ən parlaq
dövrünü yaşayan mədrəsələr Səlcuqlu dövlətinin məşhur siyasi xadimi və elm adamı
Nizamülmülk tərəfindən dövlətin xüsusi nəzarətinə alınaraq sistemləşdirilmişdir. Bu
dövrdə mədrəsənin ən mühüm xüsusiyyəti tədris proqramının müəyyən qəliblərə
salınmaması və müəllim mərkəzli olmasıdır. Yəni mədrəsələrdə sinif anlayış deyil,
dərs anlayışı vardı. Beləliklə, bir mədrsədə təhsil almaq istəyən tələbə istədiyi
müəllimi seçmə haqqına sahibdir. Bundan əlavə bir mədrəsədə təhsil
alan tələbə
istərsə başqa bir mədrəsədə təhsilinə dabam edə bilirdi. Mədrəsələrdə dini elmlərlə
yanaşı əqli elmlər də tədirs olunurdu. Adətən dini elmlərə keçmədən əvvəl məntiq,
bəlağat, dilçilik, həndəsə, riyaziyyat, fəlsəfə, tarix və coğrafya kimi fənlər
öyrənilirdi.
26
XVI əsrdən etibarən mədrəsələrdə tədris keyfiyyətinin azaldığı və mədrəsələrin
əvvəlki gücünü itirdiyi müşahidə olunur. Bunun ilk ağla gələn səbəbi İslam dünyasının
zəifləməsi və mədəniyyətin çökməyə başlamasıdır. Çünki,
bütün mədəniyyətlərin
25
İslam Ansiklopedisi: 44 cilddə, XXXVII c., İstanbul, 2009, s.469; Kırkız M. Medreseler ve Ezher’de
İslami İlimler (Medrese Müfredatıyla Ezher’in Müfredatının Karşılaştırılması) / Medrese ve İlahiyat
Kavşağında İslami İlimler, Bigöl, 2013, s.60.
26
Hızlı M. Osmanlı Medreselerinde Okutulan Dersler ve Eserler // Uludağ Üniversitesi İlahiyyat
Fakültesi Dergisi, 2008, № 1, s. 29.