Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə13/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   9   10   11   12   13   14   15   16   ...   156

Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
35
fikrini irəli sürür. Bu isə hər bir dindarın arzuladığı duyğunu qabardır. Əslində isə 
dinin əslinə qayıtma düşüncəsi iki iddia irəli sürür. Bunlardan birincisi mövcud din 
anlayışının yanlış olduğu və təhrif edildiyidir. Əsasən bu tənqid əsrlərdən bəri əsas 
damarı təmsil edən ənənəvi İslam anlayışının yanlış olduğunun ifadəsidir. Bu isə sələf 
adlandırılan ilk üç nəslin sonundan, yəni təxminən IX əsrdən XVIII-XIX əsrlərdə 
özlərini sələfi adlandıran cərəyanların meydana çıxmasına qədər davam edən 
müddətdəki, demək olar ki, on əsrlik din anlayışının rədd edilməsi deməkdir. Dinin 
əslinə qayıtma düşüncəsinin ikinci iddiası isə doğru din anlayışının sələfin inhisarında 
olduğudur. Qeyd etmək lazımdır ki, ilk nəsillərin, xüsusilə, ideallaşdırılan səhabə 
dövrünün mükəmməl olduğu düşüncəsi bütün müsəlmanlarda mövcuddur. Bu, 
müsəlmanların əsl dini həyatı keçmişdə axtarma həvəsində özünü açıq-aşkar göstərir. 
Amma bu iddialarla bəzənmiş göz qamaşdıran xarici görkəm aldadıcı olub, buna 
inanmaq sadəlövhlük olar. Çünki bu iki iddianın məzmunundakı  əsl hədəf  şiddət 
(zorakılıq, terror) düşüncəsini bəsləməyə imkan verməyən ənənəvi İslam anlayışının 
yanından sovuşaraq, dinin yazılı  mənbələrinin (Qur`an və sünnə) literal mənasına 
sadiq qalan zəminə (sələf anlayışına) çatmaq və bu `münbit` şəraitdən istədiyi din 
anlayışını emal etməkdir. Məlum olduğu kimi, dilin xüsusiyyətindən asılı olaraq 
sözlərin fərqli mənalara çəkilmə iqtidarı və nəslərin (ayə və hədislər) kontekstindən 
sökülərək istənilən mənayla yüklənmə imkanı buna geniş fürsət verir. Beləliklə, dinin 
gətirdiyi əsl həqiqətləri dərk edəcək qədər biliyə sahib olmayan kütlələrdən meydana 
gələn və müqəddəs mətinlərin yeganə yozumçuları kimi gördükləri liderlərinə  sıx 
bağlı olan radikal cərəyan nümayəndələrinə kifayət qədər dəlil göstərmək çox asan 
olur. Digər yozumların bidət (dinə sonradan daxil edilmiş yad ünsür) olduğunun təlqin 
edilməsi ilə birlikdə hörgü tamamlanmış olur. Artıq bu səddi nə içəri, nə də çölə doğru 
aşmaq mümkün deyil.  
 
Din və terrorizm 
Bütün dinlər sülh və əmin-amanlığa çağırar. İslamda da `haqsız yerə bir insanı 
öldürmək bütün bəşəriyyəti öldürməkdir`, `qəlb qırmaq Kəbəni dağıtmaqdan daha 
böyük günahdır`, `müharibə şəraitində də olsa ağacları səbəbsiz kəsməyin` və bu kimi 
saysız sülhsevər düsturlar mövcuddur. Bəs həddi-hüdudu olmayan və heç bir əxlaqi 
dəyərə sədaqət göstərməyən `İslam terrorçuluğu` haralardan törəyir? 
Terrorizmin dini, irqi, vətəni olmaz. Bu isbata ehityacı olmayan aşkar bi həqiqətdir. 
Buna görə də terrorizmin dindən sui-istifadə etdiyi iddiasını kənara qoyaraq, bunun necə 
baş veridiyinə baxmaq lazımdır. İslamın müqəddəs mətinləri olan Qur`an və sünnədəki 
zorakılıq məzmunlu nəslərin  əksəriyyətinin müharibə qanunları ilə bağlı olduğu 
məlumdur. Ancaq bu mətinlərdən zorakılıq anlayışı emal etmək istəyənlər üçün bunun bir 
əhəmiyyəti yoxdur. Əsas məsələ  məqsədin hasil olmasıdır. Bunu əldə etmək üçün 
müraciət edilən ikinci yol, hermenevtik oxumalara qarşı olmalarına baxmayaraq, lazım 
olduqda özlərinin yozumlama metodundan istifadə etmələridir. 
Radikal cərəyanlar İslama bağlılıqlarını göstərmək üçün yeni bir terminologiya 
yaratmaqdansa mövcud islami terminlərə öz anlayışlarını yükləmə yolunu seçmişlər. 


i.f.d., dos. Mübariz Camalov
 
 
36
Təbliğ, cihad, darul-küfr və darul-küfr, təkfir, tağut, bidət bunlardan sadəcə bir 
neçəsidir. Ənənəvi müsəlmanların zehnində də müsbət yükə sahib olan bu terminlərə, 
əslində,  İslam dünyasının geri qalması  və  çıxış yolları axtarışında tez-tez müraciət 
edilir. Bu da radikalizmin tərəfdaş toplama və radikalizmdə dərinləşmə fəaliyyətinə 
imkan yaradır.  
 
İslam təhsil sistemi 
Klassik İslam təhsil sistemi mədrəsə mərkəzlidir. Bir çoxlarına görə İslamda ilk 
mədrəsə  Məscidi-Nəbəvinin yanında qurulan və  əshabı-süffə adlandırılan təhsil 
quruluşudur. Suffə sözü ərəb dilində kölgəlik deməkdir. Əshabı-süffə yoxsul, qalacaq 
yeri olmayan səhabələr üçün hazırlanan kölgəlikdir. Burada qalan səhabələr həzrət 
Peyğəmbərlə daha çox vaxt keçirdikləri üçün get-gedə onların bilik səviyyələri 
digərlərindən fərqlənməyə başlamışdır. Buna görə də sonralar Mədinədə evi olan bir 
çox səhabə  də buradan faydalanmaq üçün əshabı-süffəyə qoşulmuşdur. Həzrət 
Peyğəmbərin xüsusi təlimindən keçən bu insanlar qısa bir müddət sonra, o dövr üçün 
sistemli deyə biləcəyimiz bir təhsil müəssisəsinə çevrilmişdir. Burada təhsil alan 
insanların sayının 100-dən çox olduğu müxtəlif mənbələrdə qeyd edilir. Bu günə qədər 
İslam dünyasının müxtəlif yerlərindəki mədrəsələrin əsasını buradan aldığı düşünülür. 
Sonrakı dövrlərdə şəraitə uyğun olaraq Beytul-İlm, Beytul-Hikmə ve Darul-İlm kimi 
adlandırılan təhsil qurumları bunun davamını və inkişafını təmsil etmişdir.
25
 
İslamın ilk dövrlərində məscidə bağlı olan mədrəsələr zaman keçdikcə məsciddən 
ayrılaraq müstəqil təhsil müəssisəsi olmuşdur. Çünki İslam torpaqlarının genişləməsi 
və buna bağlı olaraq müsəlmanların yeni elm sahələri ilə tanış olmaları nəticəsində 
mədrəsələrin dərs proqramları da dəyişmiş  və inkişaf etmişdir. X əsrdə  ən parlaq 
dövrünü yaşayan mədrəsələr Səlcuqlu dövlətinin məşhur siyasi xadimi və elm adamı 
Nizamülmülk tərəfindən dövlətin xüsusi nəzarətinə alınaraq sistemləşdirilmişdir. Bu 
dövrdə  mədrəsənin  ən mühüm xüsusiyyəti tədris proqramının müəyyən qəliblərə 
salınmaması və müəllim mərkəzli olmasıdır. Yəni mədrəsələrdə sinif anlayış deyil, 
dərs anlayışı vardı. Beləliklə, bir mədrsədə  təhsil almaq istəyən tələbə istədiyi 
müəllimi seçmə haqqına sahibdir. Bundan əlavə bir mədrəsədə  təhsil alan tələbə 
istərsə başqa bir mədrəsədə təhsilinə dabam edə bilirdi. Mədrəsələrdə dini elmlərlə 
yanaşı əqli elmlər də tədirs olunurdu. Adətən dini elmlərə keçmədən əvvəl məntiq, 
bəlağat, dilçilik, həndəsə, riyaziyyat, fəlsəfə, tarix və coğrafya kimi fənlər 
öyrənilirdi.
26
 
XVI  əsrdən etibarən mədrəsələrdə  tədris keyfiyyətinin azaldığı  və  mədrəsələrin 
əvvəlki gücünü itirdiyi müşahidə olunur. Bunun ilk ağla gələn səbəbi İslam dünyasının 
zəifləməsi və  mədəniyyətin çökməyə başlamasıdır. Çünki, bütün mədəniyyətlərin 
                                                 
25
 İslam Ansiklopedisi: 44 cilddə, XXXVII c., İstanbul, 2009, s.469; Kırkız M. Medreseler ve Ezher’de 
İslami  İlimler (Medrese Müfredatıyla Ezher’in Müfredatının Karşılaştırılması) / Medrese ve İlahiyat 
Kavşağında İslami İlimler, Bigöl, 2013, s.60. 
26
  Hızlı M. Osmanlı Medreselerinde Okutulan Dersler ve Eserler // Uludağ Üniversitesi İlahiyyat 
Fakültesi Dergisi, 2008, № 1, s. 29. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə