Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə10/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   6   7   8   9   10   11   12   13   ...   156

Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
29
Radikalizmin meydana çıxmasını siyasi, iqtisadi, dini, mədəni, fəlsəfi və s. bir 
çox səbəblə izah etmək olar. Bunlardan İslam dünyasında təhsil sisteminin tənəzzülü, 
İslam düşüncəsinin durğunluğu, qərbin İslam dünyasını müstəmləkəyə çevirməsi və 
İslam dünyasında ihya hərəkatlarının başlamasını xüsusi qeyd etmək lazımdır. 
Bununla birlikdə radikalizmi meydana çıxaran səbəbləri aşağıdakı başlıqlar altında 
toplamaq mümkündür. 
 
Xarici təsirlər 
Radikalizmi meydana çıxaran səbəblərdən biri qərbin islam dünyasını öz 
müstəmləkəsinə çevirməsidir. Bu iki dünyanın qarşılaşması çox sərt olmuş  və  İslam 
dünyasının ağır məğlubiyyəti ilə  nəticələnmişdir.  Şübhəsiz müstəmləkəçilik siyasi 
işğaldan əlavə qərbli və sekular olan mədəniyyətin müsəlman cəmiyyətlərində hakimiyyət 
qurması ilə  də  təzahür etmişdir. Bu hakimiyyətə qarşı islam dünyasının reaksiyası 
müxtəlif formalarda və fərqli tonlarda olmuşdur. Müsəlman cəmiyyəti bu məğlubiyyətin 
səbəblərindən biri kimi İslamdan uzaqlaşmağı görmüşdür. Buna görə də vəziyyətdən çıxış 
yolunun təkrar  İslama qayıtmaq (fundamentalizm/radikalizm), İslamı müsəlmanın 
həyatında təkrar canlandırmaq (ihya) olduğunu düşünmüşlər. Gəl gör ki, bu cəhdlərin 
yetərsiz qalması radikal/terorist cərəyanların təşəkkülünə şərait yaratmışdır. 
Qərbin  İslam dünyasına hücumu sadəcə siyasi hakimiyyət qurma yaxud səlib 
yürüşlərində olduğu kimi hərbi müdaxilə şəklində olmamışdır. Bununla birlikdə qərb 
dünyası oryantalizm tədqiqatları ilə İslamı bütün yönlərdən ağır tənqid edərək təhrif 
etməyə çalışdı; vəhyin inkarı, Qur`anın saxtalığı, İslam peyğəmbərinə əqli xəstəlik 
isnadı,  İslamın qılınc dini olduğu iddiası, elmdə  uğursuzluq və  nəhayət geri 
qalmışlığın səbəbi olaraq İslamın göstərilməsi kimi müsəlmanın qəlbini və dərrakəsini 
yaralayan cəhdlər nəticə vermədi, yəni bütün bunlara baxmayaraq müsəlmanlar 
dinlərinin müqəddəsliyinidən və ülviliyindən  əsla  şübhə etmədilər.  Əksinə 
müsəlmanlar qərbin haqsızlığını və İslamın həqiqətini isbat etmək üçün dinlərinə daha 
çox bağlandılar. İslama qarşı bu hücumlar daha radikal islami kimliyin təşəkkülünə 
yol açdı və hətta bu radikalist yanaşma qərbə qarşı müdafiə xətti görkəminə büründü. 
Bundan  əlavə,  İslam dünyasında mədəni irsin tənəzzülü ümidsizlik və özünə 
inamsızlığa gətirib çıxardı. İslam dünyası  qərb ilə arasındakı bu soyuq münasibətə 
görə və xüsusilə qərbin texnoloji inkişafına qarşı yenə də öz ənənəsinə bağlanmağı 
seçdi. Beləliklə  də, Həsən Hənəfinin dediyi kimi, qərbin müasirləşməsinə reaksiya 
olaraq müsılmanlar ənənənyə bağlandılar. İslam dünyasını modernləşdirmək istəyən 
qərb dünyası dini mühafizəkarlıq və İslam fundamentalizmini özü yaratdı.
5
 
İslam dünyasında radikal cərəyanların terorist təmayüllər göstərməyə başlaması 
ilə  qərb dünyasının özünə `xarici düşmən` axtarışı ilə eyni dövrlərə  təsadüf edir. 
Məlum olduğu kimi qərb dünyası tarix boyunca özünü tanımaq üçün başqa 
                                                 
5
 Hanafi H. The Origin of Modern Conservatism and Islamic Fundamentalism / Islamic Dilemmas: 
Reformers, Nationalists, Industrialization: The Southern Shore of the Mediterranean (editor: Ernest 
Gellner), Berlin: Mouton Publishers, 1985, p. 99. 


i.f.d., dos. Mübariz Camalov
 
 
30
terminindən istifadə etmişdir. Adətən  başqa eyni zamanda düşməndir. Sovet 
İttifaqının dağılmasından sonra düşmənsiz qalan qərb yeni bir başqa  axtarışına 
başladı. 1995-ci ildə NATO baş katibi Villi Klaasın `Sovet təhlükəsi keçdi. İndi 
NATO`nun missiyası  İslam ölkələrində inkişaf edən fundamentalist hərəkatlar 
olmalıdır` sözü təsadüf ola bilməz. Son iyirmi ildə qərb ictimaiyyəti və xüsusilə qərb 
mətbuatı İslam dinini fundamentalizm, hətta radikalizm, son on il ərzində isə terorizm 
ilə eyniləşdirmişdir. 
6
 
 
Modernizm, dünyəviləşmə və radikalizm 
Bir çox nüfuzlu tədqiqatçıya görə radikalizm ənənəvi din anlayışı ilə 
modernizmin toqquşmasından meydana gəlmişdir. Buna görə  də radikalizm 
modernizmə verilmiş bir cavabdır. Radikalizm özündə modernist ünsürlər daşısa da 
İslam dini dinin müasirləşməsini deyil, müasirləşmənin islamlaşmasını ümid edir.
7
 
İslam dünyasında radikalizmin dəqiq başlanğıc tarixini vermək mümkün deyil. 
Bununla birlikdə bəzi müəlliflərə görə İslam dünyasında meydana gələn radikalizmin 
əsas iki səbəbi var. Bunlardan birincisi Ərəb-İsrail müharibəsinin 1960-70-ci illərdə 
İsrailin lehinə sona çatması, ikincisi isə 1979-cu ildə baş verən İran İslam İnqilabıdır. 
Şübhəsiz bu tarixlər radikalizmin yaranması deyil, güclənməsi və yayılması dövrü 
kimi qəbul edilə bilər. Biraz daha geriyə gedərsək, XX əsrin  əvvəllərində  İslam 
dünyasında cərəyan edən milliyyətçi inqilablar İslamı  tədricən cəmiyyət həyatının 
küncünə  sıxışdırmışdır. Bunun nəticəsində sonrakı illərdə  İslam dövlətlərindəki 
sekular iqtidarlar müsəlman xalqların gözündən düşərək qanuniliyini və gücünü 
itirməyə başladı. Bu da radikalizmin yaranmasına həm səbəb oldu, həm də münasib 
zəmin hazırladı.
8
 
XIX  əsrin  əvvəllərində  İslam dünyasının nüfuzlu ölkələrində meydana gələn 
milliyyətçi modernist reformlar dünyəviləşməni də özü ilə birlikdə gətirmişdir. Əsrlər 
boyu mühafizəkar və dindar olan bu cəmiyyətlər dini gündəlik həyatdan kənarlaşdıran 
bu dəyişikliyi qəbul etməmişdir. Çünki İslam dini həyatın bütün sahələrinə yayılan, 
din-dünya təsnifini qəbul etməyən bir xarakterə sahib olmuşdur. Nəticədə müsəlman 
cəmiyyətinə yad olan bu anlayış `din əldən gedir` şüarına, bu şüar da dinə daha sıx 
bağlanma düşüncəsinə təkan vermişdir. Əslində müasirləşmənin müsəlman dünyasını 
modernləşdirmə cəhdləri uğursuzluqla nəticələnmiş, hətta son onilliklərdə geriləyərək 
iflas etmişdir. Bunun çoxsaylı səbəblərindən biri modernləşmənin ekonomik və siyasi 
müstəvidə qalaraq geniş xalq kütlələrinə yayılmamasıdır. İkinci səbəb isə təsəvvüfün 
xüsusi təsiri ilə güclənib  ənənəvi  İslam anlayışında özünə yer tutan `hər yüzilliyin 
                                                 
6
 Bulaç A. İslam ve fundamentalizm / II. Uluslararası İslam Düşüncesi Konferansı. İstanbul: İstanbul 
Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı Yayınları, 1997, s. 319. 
7
 Ercins, G. (2009). Küreselleştirici modernliğin bir antitezi: Fundamentalizm // Uluslararası  İnsan 
Bilimleri 
Dergisi, 2009, № 1, s. 661-662. 
8
 Ateş D. İslam Köktenciliği (!) kökeni, genel nitelikleri, tanımlar ve tınıflamalar, s. 64. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə