Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə2/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   ...   156

 
 

HİLMİ ZİYA ÜLKƏN İBN SİNANIN YARADICILIQ İRSİ HAQQINDA 
Aytək Zakirqızı (Məmmədova) ............................................................................................ 277 
 
MULTİKULTURALİZMİN İDEOLOJİ YÜKÜ VƏ FENOMENİN QƏRBDƏ 
REPRESİYASI 
Rabil Mehtiyev ..................................................................................................................... 285 
 
SUİSİDAL DAVRANIŞ KONSEPSİYALARINA DAİR 
Sədirova Nərmin Cumay qızı .............................................................................................. 291 
 
QEYRİ-MADDİ MƏDƏNİ İRSİN QORUNMASI SAHƏSİNDƏ 
AZƏRBAYCAN TƏCRÜBƏSİ 
f.ü.f.d.Ceyhun Şakiroğlu (Ağayev) ..................................................................................... 299 
 
XX ƏSRİN 40-50-Cİ İLLƏRİNDƏ SSRİ-NİN TÜRKİYƏ SİYASƏTİ 
Leyla Nəbiyeva ..................................................................................................................... 307 
 
ÇƏTİN YENİYETMƏLƏRİN ŞƏXSİYYƏT XÜSUSİYYƏTLƏRİNİN  
ÖYRƏNİLMƏSİNİN NƏZƏRİ ASPEKTLƏRİ 
p.e.d., dosent Elnarə Əhməd qızı Əhmədova ...................................................................... 315 
 
MODA DƏYƏRLƏRİNİN PSİXOLOJİ TƏHLİLİ 
İbrahimova Diyanə Rəşid qızı ............................................................................................. 321 
 
TƏZHİB SƏNƏTİNDƏ NATURALİST VƏ BESTİAR MOTİVLƏR 
Səbinə Ələsgər qızı Nemətzade ............................................................................................ 329 
 
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL DƏYİŞKƏNLİYİNİN  
FORMALAŞMASINDA AİLƏNİN ROLU 
Gülnarə Həsənova ............................................................................................................... 337 
 
İNTERNET VƏ PSİXİ PROSESLƏR  
Mehdiyeva Mədinə Arif qızı ................................................................................................ 345 
 
İSLAM HÜQUQUNDA QADININ ŞAHİDLİYİ 
Əmir Kahayev ...................................................................................................................... 355 
 
BİR DAHA ALBANİYA VƏ ALBANLAR HAQQINDA 
T.ü.f.d. Ramil Əyyub oğlu Ağayev ...................................................................................... 371 
 
ПОСТАНОВКА ПРОБЛЕМЫ КОНФЛИКТА В СОВРЕМЕННОЙ  
ПСИХОЛОГИИ 
Будагова Сабина Вагиф гызы ........................................................................................... 383 
 
 



 
 
 
 
 
 
 
 
 
 
Məcmuənin bu nömrəsi  
Akademik Vasim Məmmədəliyevin  
75 illik yubileyinə  
həsr olunur 



 

 
 
MİLLİ MƏNƏVİYYATIMIZI DAHA DA  
ZƏNGİNLƏŞDİRƏN BÖYÜK ALİM 
 
Mən böyük şərqşünas alim, akademik Vasim Məmmədəliyevi belə adlandı-
rardım. Bu nəcib insanın bütün həyatı, fəaliyyəti xalqımızın mənəviyyatının 
zənginləşməsinə xidmət etmişdir. Hər zaman ucada dayanan Vasim müəllimə Bakı 
Dövlət Universitetində çox böyük sayğı  və hörmət var. Bu məhəbbəti onun özü 
qazanmışdır. 
Sovet hakimiyyəti dövründə SSRİ-nin bütün respublikalarında olduğu kimi, 
Azərbaycanda da ateizm siyasəti nəticəsində dini dəyərlərimizə böyük zərbə 
vurularkən, bir sıra adət-ənənələrimiz yasaq edilərkən, qadağalar qoyularkən xalqımız 
Vasim müəllim kimi böyük alimlərdən nümunə götürərək Allah eşqini, Allah 
sevgisini müqəddəs əmanət kimi qoruyub saxlamış, onu nəsildən-nəslə ötürmüşdür. 
V.Məmmədəliyev müsəlman  Şərqinin müdrikliyini özündə birləşdirərək  İslam 
dininin,  İslam dəyərlərinin təbliğində, geniş yayılmasında, düzgün yozulmasında 
böyük xidmətlər göstərmişdir. Bu dəyərlərə kor-koranə deyil, elmi, həyati nöqteyi-
nəzərdən qiymət vermiş, Qurani-kərimin ayələrini kəlmə-kəlmə  şüurlara həkk 
etmişdir. Mən hesab edirəm ki, məhz belə şəxsiyyətlərin sayəsində dini və mənəvi 
dəyərləri qoruyub bu günə çatdıra bilmişik. 
Artıq yaşı 75-i haqlayan akademik Vasim Məmmədəliyevin bir şəxsiyyət və alim 
kimi bütün fəaliyyətini xalqımız təqdir edir. O, halal zəhməti, intellekti, zəkası, dərin 
düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış görkəmli elm xadimidir. Böyük alim 
nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox kənarda da millətimizə  həmişə 
başucalığı  gətirir. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Eimləri və  Ərəb 
Filologiyası Akademiyasının,  İslam Konfransı  Təşkilatının  İslam Hüququ 
Akademiyasının akademiki kimi şərəfli adlar daşıyır. Görkəmli şərqşünasın indiyədək 
yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının  istifadə etdiyi 30 kitabı 
nəşr edilmişdir. Onlardan "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", 
"Ərəb dilçiliyi", "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" və s. 
monoqrafiyaları əvəzsiz nümunələrdir. Alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının 
müxtəlif problemlərinə həsr edilmiş və islam, şəriət, fiqh, musiqi və ədəbiyyata dair 
məqalələri onun yüksək elmi potensialına, hərtərəfli intellektinə bariz nümunədir. 
Vasim müəllimin bu böyük irsindən gənc alimlər, tələbələr zaman-zaman 
faydalanırlar. Onun yazdığı  dərslik və  dərs vəsaitləri, metodiki vəsaitlər, etdiyi 
tərcümələr, elmi-publisistik məqalələr hər zaman aktualdır, dövrlə, zamanla səsləşir. 
Çünkı bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, digəri bugünkü həyatın axarına 
uyğundur. Yeniliyə, müasirləşməyə  səsləyən hər bir yaradıcı  əmək isə heç vaxt 
təsirsiz qalmır. 
Akademik Vasim Məmmədəliyevin elmi, pedaqoji və ictimai fəaliyyətinin bır 
nəticəsi də odur ki, görkəmli alim xalqın böyük hörmətini qazanmışdır. O, vətənini 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə