Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə3/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   ...   156

 
10
sonsuz məhəbbətlə sevən, insanların azad, firavan yaşaması üçün əlindən gələni edən 
böyük bir ziyalıdır. Onun bütün fəaliyyəti xalqımızın maariflənməsinə, mənəvi 
inkişafına, mədəni yüksəlişinə  həsr edilmişdir.  İnsanların mənəvi inkişafına, 
kamilləşməsinə, yüksəlməsınə can atan və bütün fəaliyyətini bu istiqamətdə quran 
Vasim müəllim yüzlərlə  gəncə, cavana rəhbər və yolgöstərəndir. Onun ibrətamiz 
söhbətlərini dinləyən hər kəs həqiqətən mənəvi cəhətdən saflaşır və zənginləşir. 
Akademik Vasim Məmmədəliyevin xalqımızın qarşısında xidmətlərindən bəlkə 
də  ən önəmlisi onun mərhum akademik Ziya Bünyadovla birlikdə Qurani-kərimin 
Azərbaycan dilinə izahlı tərcüməsidir. Olduqca səlis, oxunaqlı olan Qurani-kərimin 
tərcüməsinin neçə-neçə  nəşri işıq üzü görmüşdür. Görkəmli alim təkcə  ərəbcədən 
tərcümələrlə kifayətlənməmiş, həm də doğma dilimizdən  ərəb dilinə    bir  sıra 
tərcümələr etmişdir. Mirzə  Cəlilin "Saqqallı  uşaq" hekayələr məcmuəsini, Fikrət 
Əmirov haqqında monoqrafiyanı, Həmid Araslının "Xaqani Şirvani" kitabını  və 
başqalarını buna misal göstərmək olar. 
Artıq qeyd etdiyimiz kimi, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində 
məşhur olan Vasim müəllimin tədqiqatlarına həmişə böyük ehtiyac olubdur. Ona görə 
də akademikin bir sıra elmi tədqiqatları fars, türk, ingilis, rus, gürcü və digər dillərə 
çevrilmiş, dünya elmində böyük əks-səda doğurmuşdur. 
1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan Vasim müəllim 
işlədiyi ayrı-ayrı vəzifələrdə həmişə öz sözünü deməyi bacarmış, dəyərli məsləhətləri, 
yüksək elmi səviyyəsi, geniş erudisiyası ilə bütün kollektivin rəğbətini qazanmışdır. 
V.Məmmədəliyev istər vaxtilə Şərqşünaslıq fakültəsinin dekanı, istər həmin fakültədə 
Ərəb filologiyası kafedrasının müdiri, istərsə də hazırda İlahiyyat fakültəsinin dekanı 
kimi işinin öhdəsindən layiqincə gəlmiş və gəlməkdədir. Vasim müəllim 1981-ci ildə 
Şərqşünaslıq fakültəsinin dekanı olarkən mən tədris hissəsinin rəisi vəzifəsində 
işləyirdim. Yaşının cəmi 40 olmasına baxmayaraq, Vasim müəllim işinin öhdəsindən 
yüksək səviyyədə gəlməyə və cavan yaşında ağsaqqal adını qazanmağa müvəffəq ola 
bilmişdi. Məhz onun rəhbərliyi sayəsində fakültədə hər bir iş, demək olar ki, yenidən 
qurulmuşdu. 
Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Vasim müəllim dərs dediyi 
tələbələrə  həmişə atalıq qayğısı göstərmiş, onların problemlərini həll etməyi  ən 
mühüm vəzifə hesab etmişdir. Universitetdə elm adamı, müəllim, ziyalı və müdrik 
ağsaqqal kimi sevılməsi məhz onun insani xüsusiyyətlərindən irəli gəlir. 
Vasim müəllimin BDU-da müəllim işləməyə başladığı dövrdə fakültənin 
Mübariz  Əlizadə, Rəhim Sultanov, Ələsgər Məmmədov kimi nəhəngləri var idi. 
İstedadı,  əməksevərliyi, böyük daxili mədəniyyəti ilə bir müddətdən sonra o, həmin 
nəhənglərin arasında seçilməyə başladı.  İndi nə  Ərəb filologiyası kafedrasını, nə  
İlahiyyat, nə də Şərqşünaslıq fakültələrini onsuz təsəvvür etmək mümkündür. 
Biz qürur hissi keçiririk ki, Bakı Dövlət Universitetində  Vasim Məmmədəliyev 
kimi dünya şöhrətli alim, ziyalı çalışır və o məhz buradan elmin zirvələrinə ucalmış, 
məhz burada xalq qarşısında böyük xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri 
adına, Prezident təqaüdünə, "Şöhrət" və "Şərəf" ordenlərinə və nəhayət "Qızıl çinar" 


 
11
beynəlxalq mükafatına layiq görülmüş, məhz buradan Azərbaycan Milli Elmlər 
Akademiyasına həqiqi üzv seçilmişdir. 
Onu dünyanın hər yerində tanıyırlar. Misir, İraq, Suriya, İran, Türkiyə, Səudiyyə 
Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Amerika Birləşmiş Ştatları və keçmiş 
sovet respublikalarında keçirilmiş elmi konfrans və simpoziumlarda ən ciddi 
məruzələri ona həvalə edirlər. Vasim müəllim ərəb dili üzrə nadir mütəxəssisdir. Bir 
məqamı da vurğulamaq istərdim. Bu yaxınlarda ərəb ölkələrindən bir neçə alim və 
təhsil işçisi universitetimizi ziyarətə  gəlmişdi. Onlarla görüşdə Vasim müəllim də 
iştirak edırdı. Maraqlıdır ki, ərəb dili müxtəlif ölkələrdə çox fərqli ləhcələrlə işlənir 
(məsələn, tunisli ilə misirli az qala bir-birini başa düşmür - təxminən bizimlə qırğızlar 
kimi). Ona görə də qonaqlar müxtəlif ləhcələri eyni dərəcədə tərcümə edən Vasim 
müəllimin  qarşısında heyrətlərini gizlədə bilmirdilər. Onlar V.Məmmədəliyevin ərəb 
dilində onlardan  yaxşı danışdığına, özü də  ərəb dilinin bütün ləhcələrinə yüksək 
səviyyədə bələd olduğuna məəttəl qalmışdılar. 
Şəxsən mən özüm Vasim müəllimlə bir neçə dəfə xarici ölkələrdə konfrans və 
simpoziumlarda olmuşam. Azərbaycanı layiqincə təmsıl edən alimin ərəb ölkələrində 
hörməti, bəlağətli çıxışları, söylədiyi parlaq nitqlər, gətirdiyi dəlillər hamını, elə 
mənim özümü də heyrətdə qoymuş, elmi səviyyəsi bütün konfrans iştirakçılarının 
böyük marağına səbəb olmuşdur. 
Bir elm adamı kimi  akademik V.Məmmədəliyevin fəaliyyəti çoxşaxəli və 
genişdir. Onun 1991-ci ildən indiyə qədər müəllifı olduğu və xalq tərəfindən böyük 
məhəbbətlə qarşılanan "Haqqın dərgahı" televiziya verilişi də alimin nə qədər zəngin 
biliyə malik, İslamın  incəliklərinə dərindən bələd olduğunun göstəricisidir. 
Bəli, Vasim müəllim böyük alimdir. Azərbaycanın fəxr edəcəyi bir ziyalıdır. O, 
vətəninə, elinə, obasına bağlı olan şəxsiyyətdir. Əminəm ki, alimliklə insanlığın bu 
vəhdəti Vasim müəllimə hələ çox uğurlar qazandıracaqdır.  
 
 
Abel Məhərrəmov 
BDU-nun rektoru, akademik 
 
 


 
12
 
 
BÖYÜK ALİM, SADƏ İNSAN VƏ DƏRİN BİLİK SAHİBİ 
 
Bismillahir-Rəhmanir-Rəhim! 
2017-ci il ölkəmizin tarixində və xalqımızın həyatında mühüm yeniliklərlə, eləcə 
də mötəbər tədbirlərlə yadda qaldı. Nəinki Azərbaycanın, hətta bütövlükdə  İslam 
dünyasının böyük alimlərindən biri olan mənim dəyərli və sınanmış dostum akademik 
Vasim Məmmədəliyevin 75 yaşının tamam olması da məhz bu ilə təsadüf etdi. Vasim 
müəllimlə bizi bir-birimizə  əsası  hələ Sovet dövründə qoyulmuş  və uzun illərin 
sınağından keçmiş dostluq əlaqələri bağlayır. Mən bu illər  ərzində onu həm elmin 
incəliklərinə dərindən bələd olan bir alim kimi, həm də gözəl, nəcib və sadə bir insan 
kimi tanımışam.  
Akademik Vasim Məmmədəliyev Azərbaycanda  şərqşünaslıq və ilahiyyat 
elmlərinin inkişafında, İslam dininin elmi şəkildə öyrənilməsində böyük xidmətləri 
olan bir alimdir. Vasim Məmmədəliyevin xüsusilə müqəddəs Kitabımız Qurani-
Kərimin ana dilimizə tərcüməsi üzərində əməyi olduqca dəyərlidir. Onun İlahi kəlama 
olan marağı  hələ  uşaqlıq illərindən başlamışdır. Atası  Məmmədəli müəllim həkim 
olmaqla yanaşı, həm də bir çox dilin, o cümlədən ərəb dilinin dərin bilicisi olmuşdur. 
Vasim müəllim  ərəb dilini ilk dəfə  məhz atasından öyrənmişdir. Beləcə, kiçik 
yaşlarından o, ərəb dilini və Allah-Təalanın bu dildə nazil etdiyi Qurani-Kərimi 
öyrənməyə başlamışdır.  
Vasim Məmmədəliyev dünyanın bir çox yerində fəaliyyət göstərən müxtəlif elmi 
akademiyaların həqiqi üzvü olmaqla yanaşı, 20 kitabın, 600-dən çox məqalənin 
müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir. Lakin mənim 
fikrimcə, onun Azərbaycan islamşünaslıq elminə ən böyük töhfəsi Qurani-Kərimin 
doğma dilimizə olan tərcüməsidir. O, çox böyük məsuliyyət tələb edən bu işə hələ 
dinə qarşı qadağaların hökm sürdüyü Sovet dövründə başlamış, nəhayət Qurani-
Kərimin tərcüməsi 1991-ci ildə  işıq üzü görmüşdür. Azərbaycan öz müstəqilliyini 
əldə etdikdən sonra bir çox həmvətənimiz müqəddəs Kitabımızla məhz Vasim 
Məmmədəliyevin tərcüməsi sayəsində tanış olmuşdur. Daha sonrakı dövrdə Qurani-
Kərimin dilimizdə başqa tərcümələri də nəşr olunmuşdur. Lakin bu tərcümələrin heç 
biri Vasim müəllimin tərcüməsi qədər xalqın rəğbətini qazana bilməmişdir. Şübhəsiz 
ki, bunun da obyektiv səbəbləri var. Belə ki, Vasim Məmmədəliyev Qurani-Kərimi 
tərcümə edərkən  ərəb və Azərbaycan dilinin qrammatik qaydalarının incəliklərinə 
riayət etmiş, bununla yanaşı, mötərizə içərisində oxucu üçün aydın olmayan 
məqamları izah etmişdir. Bu baxımdan, onun tərcüməsini “təfsiri tərcümə” adlan-
dırmaq olar. Maraqldır ki, Vasim Məmmədəliyevin tərcüməsində ayələri həm 
mötərizə ilə, həm də mötərizəsiz oxuduqda cümlənin strukturu pozulmur, hər iki halda 
cümlələr Azərbaycan dilində normal səslənir. Bu, şübhəsizki, Vasim Məmmədəli-
yevin təkcə ərəb dilini deyil, həm də Azərbaycan dilini mükəmməl bilməsi sayəsində 
mümkün olmuşdur. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə