Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə5/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   ...   156

 
16
Vasim müəllim yorulmaz və gərgin əməyi, dərin savadı və xoş niyyətli əməlləri 
sayəsində insanlığın ən ali zirvəsində dayanaraq öz zəngin bilik və təcrübəsini bu gün 
də gənc nəslin vətənpərvər ruhda yetişməsi yolunda sərf etməkdədir. 
Vasim müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, görkəmli 
alimimizə Allahdan cansağlığı, uzun ömür, məsuliyyətli işində yeni-yeni uğurlar və 
müvəffəqiyyətlər arzu edirəm.  
 
 
Mübariz Qurbanlı, 
 
 
 
 
 
Azərbaycan Respublikası  
Dini Qurumlarla İş üzrə  
Dövlət Komitəsinin sədri


Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsəri və onun şərhləri
 
 
17
 
 
MÖVLANA CƏLALƏDDİN RUMİNİN  
“MƏSNƏVİ” ƏSƏRİ VƏ ONUN ŞƏRHLƏRİ 
 
Q.T.Məmmədəliyeva 
BDU-nun baş müəllimi 
 
 
Açar sözlər: Mövlana Cəlaləddin Rumi, Məsnəvi, sufilik, Məsnəvi şərhləri. 
Ключевыеслова:  Мовлана  Джалаладдин  Руми,  Маснави,  суфизм, 
комментарии Маснави. 
Key words: Mawlānā Jalāl ad-Dīn Rūmī, The Mathnawi, Sufism, Commentaries 
on the Mathnawi. 
 
Mövlana Cəlaləddin Rumi (1207-1273) İslam sufi ədəbiyyatının ən öndə gələn 
nümayəndələrindən biridir. İlahi eşqin tərənnümçüsü olan bu böyük mütəfəkkir öz 
fikirlərini və duyğularını ifadə etmək üçün “Məsnəvi” “Fihi ma fih”, “Divani-kəbir”, 
“Məcalisi-səb`ə” kimi farsca əsərlər qələmə almışdır. Bu əsərlərin içərisində özündən 
sonrakı dövrə  təsiri baxımından  ən mühümünün“Məsnəvi” olduğunu  irəli sürsək, 
yanılmarıq.  
Bir-biri ilə qafiyəli ikili misralardan ibarət olan məsnəvi janrı ilk dəfə fars 
ədəbiyyatında istifadə olunmuşdur. Bəzi tədqiqatçılar ərəb ədəbiyyatında müzdəvic 
və ya rəcəz bəhri ilə  nəzmə  çəkildiyi üçün ürcuzə adlanan şer növünün məsnəvi 
janrının ilkin primitiv nümunəsi olduğunu irəli sürüblər. Lakin qeyd ettiyimiz kimi
bu janr tam şəkildə ilk dəfə fars ədəbiyyatında ortaya çıxmışdır. Məsnəvi qəzəl və 
qəsidə ilə yanaşı, mənzum fars ədəbiyyatının üç əsas janrından birdir.  Məsnəvi fars 
ədəbiyyatının təsiri ilə türk və urdu ədəbiyyatında da mövcud olmuşdur.
1
 Məşhur türk 
ədibi Tahir-ül Mevlevi (1877-1951) məsnəvi janrının farslara türklərdən keçə 
biləcəyini qeyd edir. Ona görə, qədim türklərin sazla oxuduqları  və “qoşuq” 
adlandırdıqları şer növü məsnəvi formasında idi. 
2
 
Sənainin “Hədiqətül-hədiqə”si, Sədi  Şirazinin “Bustan”ı, Firdovsinin 
“Şahnamə”si,  Əsədi Tusinin “Gərşaspnamə” epopeyası, Nizami Gəncəvinin 
“Xəmsə”si fars ədəbiyyatında ən gözəl məsnəvi nümunələrindən hesab olunur.
3
 Bu 
məsnəvilər içərisində Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si özünəməxsusluğu 
ilə seçilir. Bu əsər İslam sufi ənənəsində o qədər təsirli olmuşdur ki, hətta ona Quranın 
                                                 
1
 Mustafa Çiçekler. “Mesnevi”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi (DİA). Ankara, 2004, c. 29, 
səh. 320. 
2
 Tahir-ül Mevlevi. Edebiyat Lügatı. nəşrə hazırlayan: Kemal Edib Kürkçüoğlu. İstanbul, 1994, səh. 99 
3
 لکش ظاحل زا رعش عاونا , http://adabiyatfarsi1.blogfa.com/post-5.aspx; Mustafa Çiçekler. “Mesnevi” səh. 
320 


Q.T.Məmmədəliyeva
 
 
18
farsca təfsiri deyilmişdir. Əbdürrəhman Cami Məsənvinin böyüklüyünü vurğulmaq 
üçün Mövlana haqqında belə demişdir: 
“Mən o uca insan haqqında nə deyə bilərm ki?! Peyğəmbər deyil, amma kitabı 
var. (!باتک دراد یلو ،ربمغيپ تسين ؟بانجیلاع نآ فصو ميوگ هچ نم)”. Caminin “kitab”la nəzərdə 
tutduğu Məsnəvidir.  
Əflaki özünün “Mənaqibul-arifin” adlı  əsərində  Məsnəvinin yazılma səbəbini 
belə açıqlayır: “Bir gün bütün məxluqat içərisində Tanrının xəlifəsi və  həqiqət 
yolunun yolçusu, Haqqın və dinin qılıncı (Hüsaməddin Çələbi)
4
 bəzi dostlarının tam 
bir istək və böyük bir eşqlə  Həkimin (Sənainin) “İlahinamə”si, Fəridəddin  Əttarın 
“Məntiqut-teyr” və “Müsibətnamə”si ilə məşğul olduqlarını və onların sirlərindən çox 
ləzzət aldıqlarını, onların qəribə  mənalarına təəccüb etdiklərini gördü və (bunları 
Mövlana ilə müzakirə etmək üçün)  fürsət axtardı, çünki fürsətlər bulud kimi gəlib 
keçir. Bir gecə Mövlanın yanına gəlib onunla tək qaldıqda başını yerə əyib belə dedi: 
“Qəzəl divanları çoxaldı. Onların sirlərinin nurları dənizi və qurunu, şərqin və qərbin 
hər tərəfini bürüdü. Tanrıya həmd olsun, bütün söz xiridarları bu sözlərin  əzəməti 
qarşısında çaşıb qaldılar. Əgər Həkimin “İlahinamə”si tərzində və “Məntiqut-teyr”in 
vəznində bir kitab yazılsa, bu, bütün  insanlar arasında xatirə kimi qalar, aşiqlərin və 
dərdlilərin sirdaşı olar. Bu, olduqca böyük bir mərhəmət və inayət olar. Bəndəniz 
istəyir ki, dəyərli dostlar üzlərini sizin mübarək üzünüzə çevirib başqa bir işlə məşğul 
olmasınlar. Artıq bundan sonrası Xüdavəndigarın lütf və inayətinə qalıb”. Bundan 
sonra Mövlana dərhal mübarək əmmaməsinin içindən bütün külli və cüzi sirləri izah 
edən bir cüz çıxarıb Çələbi Hüsaməddinə verdi. Orada Məsnəvinin girişindəki 18 beyt 
yazılmışdı.”
5
 
Əflakinin verdiyi yuxarıdakı məlumatdan belə məlum olur ki, Cəlaləddin Rumi 
Hüsaməddin Çələbinin xahişindən əvvəl Məsnəvini yazmağa başlamış və Məsnəvinin 
xülasəsi kimi qəbul olunan ilk 18 beyti yazıb qurtarmışdı.  
Məsnəvinin nə vaxt yazılmağa başlandığı  dəqiq bilinməsə  də,
6
  bəzi 
tədqiqatçıların fikrinncə, Məsnəvinin birinci cildi 1258-1261-ci illər arasında 
yazılmağa başlanmış, 1263 və ya 1264-cü illərdə tamamlanmışdır. Əsərin ümumilikdə 
8-10 il ərzində yazıldığı güman edilir. Mövlana şerləri deyir, Hüsaməddin Çələbi isə 
yazırdı. Sonra yazılmış mətnlərə Mövlana özü baxır və lazımi yerləri düzəldirdi. Altı 
cilddən ibarət olan Məsnəvidəki beytlərin sayı haqqında müxtəlif məlumatlar verilir. 
Bu fərqin səbəbi Məsnəvinin müxtəlif  əlyazma nüsxələrinə malik olmasıdır. 
Ümumiyətlə  əsərdə olan beytlərin sayı 25585-26660 arasındadır. Lakin bu, 
                                                 
4
 Hüsaməddin Çələbi Mövlanın katibi (əsərlərini yazıya köçürən) və ilk xəlifəsi olmuşdur. Hüsaməddin 
Çələbinin Məsnəvinin  ərsəyə  gəlməsində  və Mövləvi təriqətinin inkişafındakı rolu haqqında bax. 
Alkış, Abdurrahim. Mesnevînin İnşasında ve Mevleviliğin Müesseseleşmesi Sürecinde Çelebi 
Hüsâmeddinin Yeri, Dicle Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2011, cilt: XIII, sayı: 2, s. 1-40 
5
 Eflaki, Ahmet. Ariflerin Menkıbeleri. trc. Tahsin  Yazıcı. İstanbul, 1973 , c.2, səh. 167. 
6
 Semih Ceylan. “Mesnevi”. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi. Ankara, 2004, c. 29, səh. 326. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə