Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə4/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   2   3   4   5   6   7   8   9   ...   156

 
13
Akademik Vasim Məmmədəliyev həmişə Qafqaz Müsəlmanları  İdarəsinin 
fəaliyyətində yaxından iştirak etmişdir. Onun 1998-ci ildə QMİ-nin nəzdində 
yaradılmış Elmi-Dini Şuranın sədri kimi dini maarifçilik sahəsində böyük xidmətləri 
vardır. Vasim Məmmədəliyev bu gün də QMİ-nin həm ölkə daxilində, həm də ölkə 
xaricində təşkil etdiyi dini və elmi tədbirlərdə aktiv şəkildə iştirak edir.  
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham  Əliyev 
2017-ci ilin ölkəmizdə  “İslam həmrəyliyi ili” elan edilməsi haqqında Sərəncam 
imzalamışdır. QMİ-nin təşkilatçılığı ilə bu münasibətlə istər ölkəmizdə, istərsə  də 
ölkə xaricində bir çox tədbir keçirilmişdir. Akademik Vasim Məmmədəliyev bu 
tədbirlərin bir çoxunda yaxından iştirak etmiş, öz dəyərli məruzələri ilə çıxış etmişdir. 
Azərbaycan dövləti akademik Vasim Məmmədəliyevin fəaliyyətini daim yüksək 
qiymətləndirmişdir. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev həzrətləri 
Vasim Məmmədəliyevin “Şərəf” ordeni, Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyev cənabları isə  “Şöhrət” ordeni ilə  təltif edilməsi haqqında fərman 
imazalamışdır. 2017-ci ildə Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə 
və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə 
Vasim müəllimə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər 
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq 
mükafatının təqdim olunması da dövlətimizin Vasim Məmmədəliyevə verdiyi yüksək 
qiymətin bariz təcəssümüdür. 
Həzrət Peyğəmbər (s) bir hədisində belə buyurub: “Allah-Təala bir şəxsin 
xeyirini istəsə, onu dində dərin bilik sahibi edər” (
 ُهْھﱢقَفُي اًرْي َخ ِهِب ُ ﱠﷲ  ِدِرُي  ْنَم
 ِف
 ِنيﱢدلا ي
). 
Fikrimcə, Vasim müəllim Allah-Təalanın məhz belə  bəndələrindəndir. Mən Vasim 
müəllimə sağlam həyat və yeni-yeni nailiyyətlər arzulayıram. 
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuhu! 
 
 
Şeyxülislam Allahşükür Paşazadə, 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, 
tarix elmləri doktoru, professor 
 
 


 
14
 
 
BÖYÜK ZİYALI 
 
Görkəmli şərqşünas alim, ictimai xadim, akademik Vasim Məmmədəliyev bütün 
həyatını Azərbaycan xalqının mənəviyyatının zənginləşməsinə  həsr etmişdir. 
Müəllim və alim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və 
qayğıkeşliyi, fəal həyat mövqeyi ona xalqımızın dərin rəğbətini qazandırmışdır. 
Cəmiyyətimizin mənəvi inkişafına, kamilləşməsinə, yüksəlməsinə xidmət edənVasim 
müəllim gənclərimiz üçün mayak sayılan böyük ziyalıdır. 
Vasim müəllimin dərin elmi təfəkkürü, hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl 
ziyalıya xas keyfiyyətləri onu fenomenal şəxsiyyət zirvəsinə qaldırmışdır. Xalqın dini 
maariflənməsində, ölkəmizdə  ənənəvi  İslamın təbliğində, Azərbaycanda yüksək 
ixtisaslı kadrların yetişməsində  və formalaşmasında Vasim Məmmədəliyevin 
müstəsna xidmətləri vardır. 
Vasim Məmmədəliyev çoxşaxəli elmi-pedaqoji və ictimai fəaliyyətə malik olan 
nadir şəxsiyyətlərdəndir. Bu gün təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində 
və Avropada görkəmli  şərqşünas alim kimi tanınan Vasim Məmmədəliyev dilçilik 
sahəsində  dərin və  hərtərəfli biliyə malik kamil mütəxəssisdir. Dilçilik elminin 
tanınmış nümayəndəsi kimi Vasim Məmmədəliyev uzun illər ərzində ərəb dilçiliyi və 
filologiyasının aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə  məşğul olmuşdur. 
Onun  ərəb dilçiliyi və filologiyasının bir sıra aspektlərinə  həsr olunmuş  əsərləri, o 
cümlədən müqəddəs “Qurani-Kərim”in təfsiri və dilçilik xüsusiyyətləri ilə bağlı fikir 
və mülahizələri mütəxəssislər tərəfindən təqdirəlayiq hesab edilir.Görkəmli 
akademikin tədqiqatlarında orta əsr  ərəb filoloqları, Avropa şərqşünasları, rus və 
müasir  ərəbşünasların  ərəb dilçiliyi və qrammatika məktəblərinə dair fikir və 
mülahizələrinə münasibət bildirilmiş, bu sahənin öyrənilməsində yeni nəticələr əldə 
edilmişdir. Qiymətli  əsərləri ilə akademik Vasim Məmmədəliyev Azərbaycan 
ərəbşünaslığının nüfuzunu dünyaya tanıtdırmışdır. Onun elmi əsərləri dünya 
şərqşünaslığına layiqli töhfədir. 
Akademik təkcə  Şərq dünyasını,  ərəb filologiyasını öyrənməklə kifayətlən-
məmiş, habelə elm və din problemi haqqında ilahi kəlamları əsas tutan tədqiqatçı kimi 
ilahiyyat elminin uğur qazanmasına xidmət etmişdir. Bakı Dövlət Universitetində 
İlahiyyat fakültəsinin yaradılmasında böyük xidmətləri olan akademik Vasim 
Məmmədəliyev həmin fakültənin dekanı kimi ölkədə yüksək ixtisaslı dini kadrların 
hazırlanması istiqamətində əzmlə çalışır. 
Həmçinin  Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1997-ci ildən 
Qafqaz Müsəlmanları  İdarəsinin nəzdində  fəaliyyət göstərən Elmi-Dini Şurada 
bəşəriyyətin elmi inkişafını təqdir edən İslam dininin müasir cəmiyyətdə rolu və ona 
münasibətlə bağlı müxtəlif məsələlərin həllini tapmasına dair fəaliyyətini də uğurla 
davam etdirir. 


 
15
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi mərhum akademik Ziya 
Bünyadov ilə birgə Azərbaycan dilinə tərcümə etməsi və bu müqəddəs kitaba şərh
eləcə də “Ön söz” yazması ölkəmizin və bütövlükdə İslam dünyasının elmi-mədəni 
həyatında mühüm hadisə olmaqla yanaşı, V.Məmmədəliyevə geniş oxucu kütləsinin 
rəğbətini də qazandırmışdır.Vasim müəllim ölkəmizdə uzun illərdən bəri insanların 
mənəvi ehtiyac duyduğu bir işin - Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin 
öhdəsindən uğurla gəlmişdir. Vasim müəllim hər nəşrdə tərcümə üzərində yenidən 
işləmişdir. Bu yaxınlarda onun üzərində işlədiyi yeni nəşr işıq üzü görəcəkdir. 
Vasim müəllimin ibrətamiz söhbətlərini dinləyən hər kəs həqiqətən mənəvi 
cəhətdən saflaşır, zənginləşir. Böyük alimin İslam dini  dəyərlərinin təbliğində  və 
yayılmasında, Quran ayələrinin, dini ayinlərin və  hədislərin düzgün yozulmasında, 
xalqın mənəvi cəhətdən zənginləşməsi və inkişafında böyük xidmətləri vardır. Bu 
baxımdan akademikin ilk vaxtlar Azərbaycan televiziyası, sonradan isə “Mədəniyyət” 
kanalı ilə "Haqqın dərgahı"ndakı müntəzəm və davamlı çıxışları artıq 20 ildən çoxdur 
ki, Azərbaycan tamaşaçısı  tərəfindən maraqla qarşılanır. Bu veriliş dini-mənəvi 
dəyərlərin ölkəmizdə elmi şəkildə təbliğ olunması işində mühüm rol oynamaqdadır. 
Əlaqələrimizin ildən-ilə gücləndiyi və inkişaf etdiyi İraq, İran, Türkiyə, Suriya, 
Misir kimi ölkələrdə akademik Vasim Məmmədəliyevin fəaliyyəti elmi qurumlar 
tərəfindən yüksək qiymətləndirilmiş  və Azərbaycan alimi həmin ölkələrdə 
akademiyaların, elmi cəmiyyətlərin üzvü seçilmişdir.  İraq Elmlər Akademiyasının, 
Suriya Quran Elmləri və  Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili 
Akademiyasının müxbir üzvü, İslam  Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ 
Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi,  İranın Beynəlxalq 
Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olan dünya-
miqyaslı akademik, həmçinin Azərbaycan-İraq Dostluq Cəmiyyətinin uzun müddətdir 
ki, sədridir. Bu baxımdan müsəlman ölkələri arasında dostluq münasibətlərinin 
qurulmasında, həmrəyliyin yaradılmasında, müstəqil Azərbaycan Respublikasının 
beynəlxalq aləmdə tanınmasında Vasim müəllimin bacarıqlı diplomat kimi 
fəaliyyətini də nümunə göstərmək olar. 
Akademik Vasim Məmmədəliyevin elm və təhsil sahəsindəki əvəzsiz xidmətləri 
dövlət və beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilmişdir. Bu 
sahədəki səmərəli fəaliyyətinə görə o, 1992-ci ildə Azərbaycanın  Əməkdar elm 
xadimi fəxri adına layiq görülmüş, 2002-ci ildə  “Şöhrət”, 2009-cu ildə  “Şərəf” 
ordenləri ilə təltif edilmiş, 2012-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür. 2003-
cü ildə Dağıstan Respublikasının  Əməkdar elm xadimi adına layiq görülmüşdür. 
“Yusif Məmmədəliyev” medalı ilə təltif edilmişdir. 2017-ci ildə isə Heydər Əliyev 
Fondunun yeni nəslin kamil insan kimi formalaşmasında  əhəmiyyət kəsb edən 
layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində  bəşəri dəyərlərin 
təbliğində fəal iştirakına görə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 
görkəmli alim Vasim Məmmədəliyevə Azərbaycan Respublikasının Birinci vitse-
prezidenti Mehriban xanım  Əliyeva tərəfindən "Qızıl çinar” beynəlxalq mükafatı 
təqdim edilmişdir. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə