Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə11/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   7   8   9   10   11   12   13   14   ...   156

Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
31
başında canlanma yaşanacağı`
9
 inancıdır. Buna görə  də bütün ümidsizlik və 
bədbinliklərə  rəğmən müsəlmanlar səbirlə, inamla bu canlanması gözləmişlər. 
Nəticədə müslümanların  əlində  İslamdan,  İslam  ənənəsindən və bütün cəhətləri ilə 
birlikdə İslam tarixindən başqa bir şey qalmamışdır. Tənqid olunmasına baxmayaraq 
ənənəvi  İslam da müsəlmanlar üçün yeganə  çıxış yolu olmuşdur. Fazlur Rəhmana 
görə modernizmdən əvvəl meydana çıxan islahat hərəkətlərinin müştərək xüsusiyyəti 
müsəlman cəmiyyətlərin  əxlaqi baxımdan pozulması, buna qarşı  tədbir kimi 
müsəlmanların İslamı əslinə qaytarma və dinə sonradan qarışan xurafələri təmizləmə 
cəhdidir.
10
  
 
İslami oyanış 
İki əsrdən bəri İslam dünyasının oyanma cəhdində olduğunu demək mümkündür. 
Başqa sözlə desək, son iki əsr boyunca İslam dünyası  İslamı yenidən anlama, 
yozumlama və yaşama yolu axtarışında olmuşdur. Bu axtarış  bəzən `dinin ihyası`, 
bəzən `şəriətə qayıdış`, bəzən `islami oyanış`, bəzən `biliyin islamlaşdırılması`, bəzən 
də `yeni İslam modeli` şəklində özünü göstərmişdir. Bu kimi təşəkküllərdə gizli yad 
əllərin rolu ilə bağlı mülahizələri bir kənara qoyaraq, məsələnin zahiri görünüşünün 
təhlili haqqında qeydlərə  nəzər salsaq, İslam dünyasındakı bütün bu çalışıb-
çapalamaların qərblə üz-üzə  gəldikdən sonra başladığını demək olar. İslam 
dünyasının özünü tənqid etməyə, dinin əsas mənbələri daxil olmaqla hər şeyi yenidən 
gözdən keçirməyə başlamasında məhz qərbin böyük təsiri olmuşdur. Ən azından son 
yüzillikdə yetişən müsəlman mütəfəkkirlərin böyük əksəriyyətinin məhz qərb 
dünyasında təhsil aldığını və ya qərbdə yaşadığını, qərblə yaxın təmasda olduğunu 
xatırlamaq bunun üçün kifayətdir. Qərbin təsirinin müsbət vəya mənfi olmasını bir 
kənara qoyaraq, İslam dünyasında baş verənlərə nəzər saldıqda görürük ki, ənənəvi 
İslam bütün daxili və xarici təsirlərə baxmayaraq müsəlmanın qəlbinin  ən 
dərinliklərində yaşamağa davam etmişdir. Bu əsnada o, həyatda qalmaq üçün öz 
köklərindən bəslənmişdir. Müsəlmanlar keçmişdəki  şan-şöhrətli günlərinin geri 
gələcəyi ümidini ən çarəsiz göründükləri zamanlarda belə itirməmişlər. Eyni kökdən 
bəsləndiyini iddia etsələr də mühafizəkar-modernist, irrasional-rasional şəklində 
qruplaşan müsəlmanların mübarizəsi mühafizəkar-irrasional olanların üstünlüyü ilə 
sonlanmışdır. Bu da müasir dövrdə müsəlmanların  İslama bağlanmaları  və 
radikallaşmaları ilə nəticələnmişdir.
11
  
Qərbə qarşı reaksiya yaxud qərbin təsiri ilə formalaşan yeni islami anlayış 
metodu əsasən bilik mərkəzli olmuşdur. Bu, İslam dünyasında müasir təhsil siteminə 
bələd olan yeni gənc nəsil tərəfindən mənimsənsə də əksəriyyəti təşkil edən `təhsilsiz 
kütlələr`ə uyğun gəlməmişdir. Bunun nəticəsində bu kütlələr radikal ritorikaların 
                                                 
9
 “Şübhəsiz, Allah hər yüzilliyin başında bu ümmətə dinini yeniləyəcək bir mücəddid göndərəcəkdir” 
(Əbu Davud, Məlahim, 1). 
10
 Rahman F, İslami Yenilenme Makaleler I. (tərc. Adil Çiftçi). Ankara: Ankara Okulu, 2004, s.81. 
11
 Hanafi H. The Origin of Modern Conservatism and Islamic Fundamentalism, p. 101; Ercins, G. (2009). 
Küreselleştirici modernliğin bir antitezi: Fundamentalizm // Uluslararası İnsan Bilimleri Dergisi, s. 667. 


i.f.d., dos. Mübariz Camalov
 
 
32
inkişafı üçün əlverişli mühitin yaranmasına kömək etmişdir. Bu kimi cərəyanların 
xarakteristik xüsusiyyəti bəzən gün işığına çıxsalar da ümumiyyətlə yeraltı fəaliyyət 
göstərmələridir. Bu isə  nəzarət imkanının olmadığı  və  təhlükənin sezilmədiyi 
şəratinin yaranmasına gətirib çıxarır.  
Modernləşmə prosesi XX əsrdə bütün cəmiyyətlərə  fərqli mahiyyətdə  və 
dərəcədə olsa da təsir etmişdir. Bu təsir hər bir cəmiyyətdə özünəməxsus reaksiyalar 
meydana gətirmişdir. Bunların  ən  əhəmiyyətlilərindən biri də,  şübhəsiz, dini 
radikalizmdir. İslam dünyasında fundamentalist cərəyanların təşəkkül tarixi İslamın 
ilk  əsrlərindəki  əhli-hədis anlayışının yaranmasına qədər geri aparılsa da dini 
radikalizmin  ən sərt nümunələrinə XX əsrdə rastlanmışdır.  İslam dünyasında dini 
radikalizm sələfi düşüncə ilə yaxından əlaqəli olub, demək olar ki, eyni mənalı sözlər 
kimi istifadə olunur. Bununla birlikdə dini radikalizmin əsas dinamikası ihya 
hərəkatlarıdır. İslam dininin dəyişən dünya şərtlərinə reaksiyası kimi İslamın yenidən 
canlanması mənasında işlədilən ihya hərəkatlarının radikalizmə çevrilməsi yaxud ona 
təkan verməsi məsələsinə keçmədən əvvəl İslamm dünyasında meydana çıxan ihya 
hərəkatlarına qısaca toxunmaq lazımdır.
12
  
İhya sözü ərəb dilində `həyat` kökündən törəmiş olub diriltmək, canlandırmaq, 
oyatmaq kimi mənalara gəlir.
13
 Adətən ihya sözü dini terminologiyada təcdit, reform, 
təcəddüd, islahat terminləri ilə eyni mənada istifadə olunur. İhya sözünün termin 
mənası M.Aydının təqdim etdiyi ən geniş məzmunlu tərifə görə “İhya İslamı bidət və 
xurafatlardan və hər nə şəkildə olursa olsun tərkibinə girmiş bütün xarici ünsürlərdən 
təmizləyərək saf halını təyin etmək, `tarixi İslam`ın arxasındakı `ilk dövr İslamı`nın 
inanc və  tətbiqlərini canlandırmaq, onu Qur`an və sünnədəki orijinal forması ilə 
yenidən müəyyənləşdirib insanların istifadəsinə təqdim etməkdir”
14
. Bu tərifdə diqqət 
çəkən  ən mühüm nöqtə  İslama yad ünsürlərin daxil olduğunun qəbul edilmiş 
olmasıdır. Bu yad ünsürlərdən xilas olma yolu kimi İslamın yarandığı ilk dövrdəki din 
anlayışının yenidən canlandırılması  məqsəd qoyulur. İhya hərəkatının çıxış yeri, 
şübhəsiz, İslamdır, yəni müsəlmanların böyük əksəriyyəti özlərini ihya məfhumuna 
yaxın hiss edirlər
15
. Buna bağlı olaraq Jhon O. Vollun Fəzlur Rəhmanın 
fundamentalizm haqqında fikrini nəql etdiyi tezisində belə deyilir: `Əgər bir insan 
İslamın  əsaslarını  həyata tətbiq etmək istəyirsə, o bir fundamentalistdir və  əgər bu 
belədirsə, bütün yaxşı müsəlmanlar fundamentalistdirlər`.
16
 Bu anlayışın ilk izlərini 
                                                 
12
 Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri (Gazali, İbn Teymiye, Birgivi ve Muhammed 
İbn Abdulvahhabın ihyacı yönlerine kısa bir bakış) // EKEV Akademi Dergisi. 2001, № 1, s. 25. 
13
 Lisanul-ərəb: XIV c., Beyrut. 1963, s. 211-212. 
14
 Aydın M.S. Fazlurrahman ve İslam modernizmi // İslami Araştırmalar. 1990, № 4, s. 275. 
15
 Rahman F. İslam. Ankara: Ankara okulu yayınları, 2008, s. 269; İşcan M. Gazalinin ihya ve ıslah 
düşüncesine genel bir bakış // Diyanet İlmi Dergisi. 2011, № 3, s. 117. 
16
 Öz S. Sosyolojik bir olgu olarak dini ihya hareketleri, s. 191; Voll J. Modernizm ve fundamentalizm: 
İslam tarihinde yenilenme ve reform / İslam ve Modernizm: Fazlur Rahman tecrübesi, İstanbul: İstanbul 
Büyükşehir Belediyesi Kültür İşleri Daire Başkanlığı Yayınları, 1997, s. 231. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə