Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə12/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   8   9   10   11   12   13   14   15   ...   156

Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
 
 
33
Ömər ibn Əbdüləzizin xəlifəliyi dövründə görmək mümkündür. Ancaq o dövrdəki 
ihya təşəbbüsləri daha çox siyasətlə bağlı idi. İhya hərəkatı daha geniş mənada ələ 
alındıqda və xüsusilə düşüncə zəminində tədqiq edildikdə Qəzali dövrünün bağşlanğıc 
nöqtəsi qəbul edilməsi daha məqsədəuyğun görünür
17
.  
İslam tarixinə nəzər saldıqda Qəzali öncəsi dövrdə İslam dünyasının qarşılaşdığı iki 
problemi görmək mümkündür. Bunlardan birinci tərcümə fəaliyyətləri ilə birlikdə İslam 
dünyasına girib yeni fikri cərəyanların meydana gəlməsinə  səbəb olan yunan 
düşüncəsidir.  İkincisi isə  ən qısa ifadəsi ilə sufiliyin təşkilatlanmasıdır. Yəni, nəfis 
tərbiyəsi kimi meydana çıxan sufilik sonrakı dövrlərdə liderlərinə imtiyazlı bilik vəd edən 
xüsusi qruplaşmaya çevrilmişdir
18
. Bu problemlərin hər ikisinə  ən ciddi və sistemli 
yanaşma tərzini Qəzalidə görmək mümkündür. Qəzalinin ilk ihyaçı olaraq görülməsinin 
səbəbi də budur. Qəzali həm kəlam elminə gətirdiyi yeniliklərlə bu sahədəki problemləri 
həll etmiş, həm də sufiliklə birlikdə meydana çıxan batini elmlərə qarşı mübarizə 
aparmışdır. Ancaq Fəzlur Rəhmana görə  Qəzali də sufiliyin yaratdığı mühitdən öz 
nəsibini almışdır. Sufilik hicri üçüncü əsrə  qədər müəyyən müridlər qrupu daxilində 
mürşidləri tərəfindən istiqamət verilən xüsusi bir dini yaşama tərzi olmuşdur. Geniş xalq 
kütlələrinə  məlum olmayan bu yol cəmiyyət içərisində, xüsusilə, imanla bağlı  fərqli 
anlayışları meydana gətirmədiyi üçün problem kimi görülməmişdir. Ancaq sufilik 
qapısını  hər kəsə açmağa başladığı dövrdən etibarən insanlar arasında  ənənəvi etiqadi 
məsələlərdən azma halları meydana gəlməyə başladı. Buna baxmayaraq sufiliyin çoxsaylı 
yayılma səbəbləri arasında mənsublarına Allahla birbaşa ünsiyyət sözü verilməsi diqqəti 
daha çox cəlb edir. Çünki bu vədin cazibəsi iqtisadi, ictimai və siyasi xüsusiyyət daşıyan 
digər səbəblərdən daha güclü idi. Üləmanın (sufi təriqətlər xaricindəki alimlər) buna qarşı 
ciddi etiraz və cəhdləri sufiliyin yayılmasının qarşısını ala bilməmişdir. Nəticədə sufilik 
özünəməxsus düşüncə sistemi və yaşayış tərzi ilə formalaşmış və hətta `din içində din` 
adını alacaq qədər sərhədləri aşmışdır. Başlanğıcda ali hədəflərlə yola çıxan bu hərəkat 
əsrlər sonra ilk səmimi məqsədindən ayrılaraq istismarçı  təşkilata çevrilmişdir. Fəzlur 
Rəhmanın baxış  tərzinə görə üləmanın bütün cəhdlərinə baxmayaraq İslam dünyası 
VIII/XIV əsrdən etibarən sufi təriqətlərə təslim olmuşdur.
 19
 
Qəzalidən sonra ihya hərəkatınnın ən mühüm təmsilçisi İbn Teymiyyədir. Qəzali 
kimi İbn Teymiyyənin də ən çox tənqid etdiyi sahələrdən biri təsəvvüfdür. Əslində 
İbn Teymiyyə də bir nəfis tərbiyəsi kimi təsəvvüfə qarşı çıxmamışdır. Onun da sərt 
üslubla tənqid etdiyi nöqtə təsəvvüflə birgə meydana gələn yanlış etiqad məsələləri, 
batil inanclar, sonradan meydana gələn müxtəlif zikir ayinləri, bidətlər və xurafələr 
olmuşdur.  Əslində bütün bunlar sadəcə  İbn Teymiyyənin deyil, ihya və islahat 
tərəfdarı olan alimlərin müştərək fikridir. Dinin bütün bu sapmalardan təmizlənməsi 
üçün böyük cəhd göstərən İbn Teymiyyə buna nail olmanın ilkin şərti kimi ictihadın 
                                                 
17
 Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.29. 
18
 Rahman F. İslam. s. 269. 
19
 Rahman F. İslam. s. 223-224. 


i.f.d., dos. Mübariz Camalov
 
 
34
canlılıq qazanmasını göstərmişdir. Onun fikrinə görə geniş xalq kütlələrinin müəyyən 
bir məzhəbi təqlid etmə imtiyazı olsa da alimlərin ictihadı qaçılmazdır. Bu düşüncələri 
səbəbi ilə sufilərin ağır tənqidlərinə  məruz qalan İbn Teymiyyə fikirləri sonrakı 
dövrlərdə meydana gələn ihya hərəkatlarının, xüsusilə, vəhhabiliyin yaranmasında 
böyük rol oynamışdır.
20
  
İbn Teymiyyənin bütün düşüncələri hər kəs tərəfindən qəbul edilməsə də sufiliklə 
bağlı  tənqidləri  əsasən üləma tərəfindən də  təsdiqlənmişdir. Bir tərəfdən reform 
vurğusu digər tərəfdən  ənənəvi  İslamın sərt  şəkildə  tənqidi Məhəmməd ibn 
Əbdülvəhhab tərəfindən yaradılan vəhhabi cərəyanına mənbə təşkil etmişdir.
21
 Ancaq 
XVIII əsrdə ihya hərəkatlarının vüsət almasıyla birlikdə meydana çıxan vəhhabilik 
bəzən  İbn Teymiyyədən də  sərt və qatı anlayışa bürünmüşdür. Onların ictihada 
yanaşma tərzləri təqdirəlayiq görülsə də həddi aşan dərəcədə təkfirçi üslubları və şirk 
anlayışının sərhədlərini genişlətmələri müsbət qarşılanmamışdır. Buna görə  də 
vəhhabilər özlərini sələfi  əqidəyə nisbət etsələr də  bəzi hallarda onların xarici 
xüsusiyyətlərinin daha ağır gəldiyini düşünənlər də olmuşdur.
22
 
Fundamentalizm meydana çıxma səbəbləri və dini əslinə qaytarma iddiasından 
yola çıxdığı üçün ilk dövrlər etibarilə müsbət qarşılanmış, hətta dinin yarandığı dövr 
olan `qızıl  əsr`ə  həsrət arzusunu canlandırmışdır. Ancaq son dövrlərdə fundamen-
talizmin radikalizm, fanatizm, mürtəcelik, terorizm kimi neqatif xüsusiyyətlərə 
bürünməsi hansı saiqlərdən meydana gəldiyindən asılı olmayaraq onun haqqında mənfi 
təsəvvür yaranmasına gətirib çıxarmışdır. Üstəlik bu təsəvvür sadəcə radikal 
cərəyanlarla məhdud qalmamış, din və müqəddəs dəyər adına hər şeyə sirayət etmişdir. 
Bunun nəticəsi kimi 11 sentyabr hadisələri ilə birlikdə müsəlman adı bütün dünyada 
terorist damğası ilə möhürlənməyə başlamışdır. Beləliklə daha geniş və müsbət mənalı 
fundamentalizm, daha dar və mənfi mənalı radikalizmlə eyni mənaya enişdir
23

Qərbdə müsəlman təsəvvürünün mənfiliyi sadəcə fundamentalist yaxud radikalist 
anlayışa bağlı olmayıb, hər iki tərəfin  şüuraltı dünyasının bunda böyük təsiri var. 
Həsən Hənəfinin xülasə  şəkildə qeyd etdiyi kimi, müsəlman  şüuraltında qərbin 
qarşılığı Roma imperiyası, səlib yürüşləri, müasir müstəmləkələr, tək qütblü dünyadır. 
Qərbli şüuraltında isə İslam təsəvvürü Roma imperiyasına sahib olma, Qüdsü işğal 
etmə,  İstanbula yerləşmə, Viyanadan İspaniyaya qədər Avropanı  təhdid etmə  və 
nəhayət son onilliklərdə  İslam dünyasından qərbə köç axını ilə birlikdə  qərbli 
şəxsiyyətin dəyişməsidir
24

Radikalizmin səciyyəvi  şüarı dinin əslinə qayıtmaqdır. Bu fikir ilk baxışda 
cəlbedici görünür. Çünki `dinin əslinə qayıtma` müddəası saf və dəyişməmiş əsl din 
                                                 
20
 Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.31. 
21
 Voll J. Modernizm, fundamentalizm ve hermönetik / İslam ve Modernizm: Fazlur Rahman tecrübesi, s./233 
22
 Sönmez M. İhyacılığın doğuşu ve bazı önemli temsilcileri. s.34. 
23
 Öz S. Sosyolojik bir olgu olarak dini ihya hareketleri, s. 191. 
24
 Hanafi H. Islam and westernization / I. Uluslararası Kutlu Doğum İlmî Toplantısı, İslam, Gelenek ve 
Yenileşme = Islam, Tradition and Change, İstanbul: TDV İslam Araştırmaları Merkezi Yayınları, 1996, 
s. 250;  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə