Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə20/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   16   17   18   19   20   21   22   23   ...   156

f.f.d. Mürsəlov Mirniyaz Mürsəl o.
 
 
54
qorumaq müstəhəb sayılır.
12
 Ümumiyyətlə, Quran oxuyarkən təcvid qaydalarını 
müvəffəqiyyətlə tətbiq edə bilməyənlər namaz qıldırmaq kimi məsuliyyətli bir işi öz 
üzərlərinə götürməməlidirlər.
13
 
Ən-Nəsəfiyə görə Quranın qiraətində altı növ xəta vardır. Qiraət əsnasında bu 
xətaların bəziləri meydana gələrsə, namaz pozular. 
1. Ayədə baş verən xətalar. Bu xətalar altı halda baş verə bilər:  
1.1.  İki ayə arasına həmin surədən olmayan başqa bir ayə  əlavə edilərsə. 
Məsələn,
 نيدلا موي كلام

 
 نيتملا ةوقلا وذ قازرلا وھ ﷲ نا

 
 دبعن كايا
 
1.2. İki ayə arasında olan ayə oxunmazsa. Məsələn,
 نيملاعلا بر ﷲ دمحلا

م
نيدلا موي كلا
 
1.3-4. Ayənin təqdim və  təxiri ilə (yəni hər hansı ayəni özündən sonra gələn 
ayədən sonra və ya sonrakı ayəni ondan əvvəl gələn ayədən əvvəl oxumaq). Məsələn, 
ميحرلا نمحرلا نيدلا موي كلام 
1.5. İbdal ilə, yəni bir ayənin yerinə başqa bir ayə oxunarsa. Məsələn,  ميحرلا نمحرلا

 
 نيتملا ةوقلاوذ قازرلا وھ ﷲ نا

 
دبعن كايا
 Burada نيدلا موي كلام ayəsinin yerinə 
ﷲ نا
قازرلا وھ 
 
ayəsi oxunmuşdur. 
1.6. Təkrar ilə, yəni eyni ayə təkrar edilərsə. Məsələn,
 ميحرلا نمحرلا

 
 ميحرلا نمحرلا

 
نيدلا موي كلام  
Quran oxunarkən hər ayədən sonra vəqf edilərsə, yuxarıda sadalanan xətalar 
namazı pozmaz. Ancaq ayələr bir-birinə  vəsl edilərsə  və  məna dəyişərsə, namaz 
pozular. 
2. Kəlmələrdə edilən xətalar. Bu xətalar da altı halda baş verə bilər. 
2.1. Kəlmə əlavə edilərsə. Əgər bu kəlmə Quranda varsa və məna dəyişmirsə
namaz pozulmaz. Məsələn, (نيعمجا) نيملاعلا بر   دمحلا 
Yox  əgər Quran kəlmələrindən olsa da, mənanı  dəyişirsə, namaz pozular. 
Məsələn, تاحلاصلا اولمع و (اورفكو) اونمآ نيذلا نا Quranda olmayan bir kəlmə əlavə edilərsə 
və  mənanı  dəyişməzsə,  Əbu Hənifə  və  Məhəmmədə görə namaz pozulmaz, Əbu 
Yusufa görə isə pozular. Məsələn, نامرو (حافت و) لخن و ةھكاف امھيف Quranda olmayan kəlmə 
əlavə edilərsə və məna da dəyişərsə, namaz pozular. Bu barədə alimlərin fikir birliyi 
vardır. Məsələn, (نيدحوملا) نيبذاكلا ىلع ﷲ ةنعلف 
2.2. Ayədəki kəlmənin birini oxumamaq. Bu zaman məna dəyişmirsə, namaz 
pozulmaz. Məsələn,  ميحرلا  نمحرلا
 ayəsindəki kəlmələrdən birini oxumamaq kimi. 
Lakin oxunmayan kəlmə səbəbi ilə məna dəyişirsə, namaz pozular. Məsələn,  لا مھل امف
نونموي ayəsindəki لا inkar ədatını oxumamaq kimi. 
2.3-4. Kəlmənin təqdim və  təxiri ilə. Yəni ayədəki bir kəlmənin sonra gələn 
ayədəki kəlmə ilə yerinin dəyişdirilməsi kimi. Məsələn, 
فل راربلاا نا
 ميحج ى

 
 راجفلا نا و
ميعن ىفل 
2.5. İbdal ilə, yəni bir kəlmənin yerinə başqa bir kəlmənin gətirilməsi. Əgər bu 
kəlmə Quran kəlmələrindəndirsə və məna dəyişmirsə, alimlərin fikir birliyi vardır ki, 
namaz pozulmaz. Məsələn, (ميركلا)  نمحرلا  Əgər gətirilən kəlmə  mənanı  dəyişirsə, 
                                                 
12
Demirhan Ünlü, Kuran`ı-Kerimin tecvidi, Ankara, A.Ü.İlahiyyat Fakültesi, 2005, s. 37 
13
 TayyarAltıkulaç, Tecvidu`l-Kuran, s. 8 


Təcvid elmində ləhn anlayışı və onun namazla bağlı fiqhi hökmlərə təsiri
 
 
55
namaz pozular. Məsələn,  
نيلعاف  انك  انا

 
نيلفاغ  انك  انا
 Yox əgər gətirilən kəlmə Quran 
kəlməsi deyilsə və məna dəyişirsə, namaz pozular. 
2.6. Təkrar ilə, yəni ayədəki bir kəlmə təkrar olunarsa. Kəlmə təkrar olunduğu 
zaman məna dəyişmirsə, namaz pozulmaz. Məsələn,  نيملاعلا  بر    دمحلا  دمحلا  Kəlmə 
təkrar olunduğu zaman məna dəyişirsə, namaz pozular. Məsələn, نيدلا موي كلام كلام 
3. Hərflərdə edilən xətalar. Bu xətalar da altı halda baş verə bilər. 
3.1. Hərf əlavə etməklə. Bu da iki halda baş verir. Birinci halda məna dəyişməz. 
Məsələn,  
اونمآ نيذلا نا

 
اونمآ نيذلا نا و
 İkinci halda isə, məna dəyişir. Məsələn,  يبارزو
 
 ةثوثبم

 
ةثوثبم بيبارزو
 Birinci halda, namaz pozulmaz, ikinci halda isə, pozular. 
3.2. Hərfi oxunuşdan düşürməklə. Məsələn, 
و
 اونمآ نيذلا

 
اونمآ نيذلا
 Burada məna 
dəyişməzsə, namaz pozulmaz.  
3.3-4. Kəlmələrdəki hərflərin təqdim və təxiri ilə. Məsələn,  
صعيھك

 
اھصعيك
 və ya 
  ةروسق  نم  ترف

 
ةرسوق  نم  ترف
 Bu zaman məna dəyişərsə, namaz pozular, məna 
dəyişməzsə, namaz da pozulmaz. 
3.5. Hərflərin ibdalı ilə, yəni bir hərfin yerinə başqa bir hərf gətirmək. Əgər bu 
məxrəcləri bir-birinə yaxın olan hərflər arasında baş verərsə  və  məna pozulmazsa, 
namaz da pozulmaz. Məsələn,  
طارصلا

 
طارسلا
 Lakin məna dəyişərsə, alimlərin çoxuna 
görə namaz pozular. Məsələn,  
فيصلا

 
فيسلا
 Əgər bu məxrəcləri bir-birinə uzaq olan 
hərflər arasında baş verərsə və məna da dəyişərsə, namaz pozular. Məsələn,  
ريعسلا

 
ريعشلا Məna pozulmazsa, namaz da pozulmaz. Məsələn,  
رثوكلا

 
رنوكلا
 
3.6. Hərfi təkrar etməklə.  Əgər bu Müzaf feldə baş verərsə, namazı pozmaz. 
Məsələn,  
ّدتري

 
ددتري
 
4. İrabda. Bu da altı halda baş verir.  
4.1. Təşdidli və sükunlu oxumaqla. 
4.2. Məd və qəsrlə oxumaqla. 
4.3. Həmzə və təshil ilə oxumaqla. 
4.4. İdğam və İzhar ilə oxumaqla. 
4.5. Sükun və hərəkə ilə oxumaqla. 
4.6. İbdal ilə, yəni bir hərəkəni başqa bir hərəkə ilə dəyişdirərək oxumaqla. 
Bunlar ümumi xətalar sayıldığı üçün bəzilərinə görə namazı pozmaz. Bəzilərinə 
görə isə, məna dəyişmədiyi təqdirdə namaz pozulmaz. Dəyişdiyi təqdirdə isə, namaz 
da pozular. 
5. Kəlmənin qəti (kəsilməsi) ilə. Bu xətalar da altı halda baş verə bilər.  
5.1. Müəyyənlik artiklı olan لا birləşməsini sözdən ayırmaqla. Məsələn, دمح لا 
5.2. Bitişən şəxs əvəzliklərini sözdən ayırmaqla. Məsələn, ان دھا 
5.3. Bitişən şəxs əvəzliklərinin (cəm formasını) sözdən ayırmaqla. Məsələn,  بر
 نيملاعلا

 
ملاعلا بر
 
5.4. İsmi iki yerə ayırmaqla. 
5.5. Kəlmənin ortasında vəqf etməklə.  
5.6. Kəlmənin yarısını digər yarısından ayırmaqla. Məsələn,  
اندھا

 
 ـھا
-
 
اند
 
İlk beş haldakı xətalar namazı pozmaz. Altıncı halda isə, məna pozular.  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə