Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə22/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   18   19   20   21   22   23   24   25   ...   156

Fernan Brodelin sivilizasiyalara dair baxışları
 
 
59
 
 
FERNAN BRODELİN SİVİLİZASİYALARA DAİR BAXIŞLARI 
  
Rəbiyyət Aslanova  
Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və  
mədəniyyətşünaslıq kafedrasının müdiri,  
fəlsəfə üzrə elmlər doktoru, professor 
 
 
Açar sözlər:  tarix fəlsəfəsi, Fernan Brodel, “Annallar Məktəbi”, iqtisadi 
sistemlər, “uzunmüddətli tarix”, “qlobal tarix”, “gündəlik strukturlar” 
Keywords: philosophy of history, Fernand Braudel, "School of Annals", "the long 
duration", "global history", "world-system theory", "everyday structures" 
Ключевые слова: философия истории, Фернан Бродель, «Школа Анналов», 
«время  большой  длительности», «глобальная  история», «миросистемная 
теория», «повседневные структуры» 
 
 
“Tarix mənim üçün bütövlükdə-dünən, bu gün, sabah və perspektivlərdə olacaq 
mümkün tarixlərin məcmusudur. Onların yalnız birini seçib, digərlərindən imtina 
etmək-məncə bu çox böyük bir səhv olardı. Bu-əslində səhvlərin “tarixiləşdirilməsi” 
demək olardı”. Fernan Brodel 
 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə  də 
ictimaiyyətşünaslıq sahəsində müxtəlif tədqiqat  ənənələrinin (məs. sovet dövrünə 
qədərki, sovet dövrü və müasir dövr və s.) formalaşdığı, milli və dünya 
tarixşünaslığında, tarix fəlsəfəsində mövcud olan çoxsaylı nəzəriyyə və məktəblərin 
bir-birindən tamamilə  fərqli, bəzən də ziddiyyətli olduğu ortaya çıxdı. Qədim və 
müasir dövlətçiliyimizlə bağlı siyasi-tarixi proseslərin tədqiqinə yenidən baxmağın 
zəruriliyi, öz növbəsində bu da, bəhs edilən sahələrdə mövcud olan elmi irsə bələd 
olmağı gündəmə gətirdi. 
Müstəqillikdən  əvvəlki yetmiş il ərzində mövcud olan tarixi araşdırmalarla, 
müstəqillik dövrünü tədqiqat metodları  və üsulları arasında nə  qədər böyük fərqin 
olmasının, tarixi proseslərin interpretasiyasının fərqli təhlil  ənənələrinin 
formalaşmasının hamımız şahidiyik. 
Yaşadığımız hazırkı dövrdə dünyada yalnız siyasi-tarixi proseslərin deyil, 
ictimaiyyətşünaslıq sahəsində  də  tədqiqat üsullarının böhran yaşaması, elmlərarası 
əlaqələrin zəifliyi və elmi axtarışların nəticələrinin daha da səmərəli olması üçün 
multidissiplinar tədqiqatların genişləndirilməsinə dair fikirlər səslənir. Bu gün artıq 
mövcud olan və formalaşan paradiqmaların yenə  də tarixin obyektiv reallıqlarını 


Rəbiyyət Aslanova
 
 
60
təhrif etməyə, qloballaşan tarixi gerçəkliyin subyektiv ideoloji, geosiyasi maraqlara 
tabe edilməsi yönündə istiqamətlənməsi sirr deyil. 
Belə ki, dünyada baş verən böhran vəziyyəti, bir tərəfdən baş verən proseslərin 
səbəb və nəticələrini aşkara çıxarmağı, digər tərəfdən isə, tarixi proseslərin ənənəvi 
tədqiqat üsullarının natamam olmasına, kifayət etmədiyinə dəlalət etməklə, yenidən 
və yenidən tarixi-elmi irsə müraciət etməyi aktual məsələyə çevirir.  
Həmin elmi irsdən söz düşdükdə, milli və dünya tarixşünaslığına öz yaradıcılığı 
ilə böyük töhfə verən epoxal isimlərdən biri kimi ilk olaraq yada düşən alimlərdən 
biri- Fernan Brodeldir. Onun elmi yaradıcılığını və tarix fəlsəfəsi bir məqalədə əhatə 
etmək, dəyərləndirmək nəinki çətindir, demək olar ki, mümkün deyil. Bununla belə 
F.Brodelin tarix fəlsəfəsinə  gətirdiyi yeni istiqamətin yaşadığımız XXI əsr üçün 
əhəmiyyətini nəzərə alaraq mühüm məqamlara toxunmağa cəhd edəcəyik. 
Fernan Brodel (1902-1985) XX əsr dünya, Avropa və Fransa tarixçilərinin  ən 
görkəmli simalarından biri, tarixə dair tədqiqatlarda inqilabi yeniliklər yaratmış 
məşhur “Annallar Məktəbi”nə (“Salnamələr Məktəbi”) rəhbərlik etmiş dünya şöhrətli 
tarixçidir.  
F.Brodel tarixin yaranması  və  tədqiqində geniş-epoxal miqyaslı sosial-iqtisadi 
faktorların həlledici rola malik olmasını  aşkara çıxaran müasir tarixşünasların 
sırasında ən görkəmli şəxsiyyətlərdən biridir. O, həmçinin qeyd edildiyi kimi, “dünya 
sistemləri nəzəriyyəsi”nin (world-systems theory) banilərindən hesab edilir. 
 Tarixi zaman, sivilizasiyalara, sosial-tarixi dinamikaya dair nəzəri qənaətləri 
cəmiyyət həyatının təcrübəsi və tarixi faktlarla təsdiq edilməsi baxımından böyük 
əhəmiyyətə malikdir. 
 Məlum olduğu kimi, tarixi inkişaf və proseslərə formasion yanaşmadan fərqli 
olan sivilizasion yanaşmanın yaranması və geniş yayılması da F.Brodelin fəaliyyəti 
dövründə elmdə baş verən metodoloji yeniliklər sırasında mühüm istiqamətlərdən 
birini təşkil edirdi. 
“Keçən əsrdən başlayaraq ictimai fikir tarixində ən aktual məsələlərdən biri bəşər 
cəmiyyətinin min illərdir qarşılaşdığı müxtəlif sivilizasiyalar arasındakı münasibətlər 
olmuşdur. Təsadüfi deyildir ki, fəlsəfə  və geopolitikada, hətta iqtisadiyyat və 
ədəbiyyatda belə bu mövzu əsas oriyentir kimi götürülməyə başlanmışdır. Məşhur 
sivilizoloqlar Samuel Hantinqton, Arnold Toynbi, Fernan Brodel, Kristofer Dauson 
və başqaları qlobal siyasətdə əsas yeri sivilizasiyalararası münasibətlərin tutduğunu 
iddia edir və bu mülahizəni əsaslandırmağa çalışırlar”. (s.3- 4) 
Ümumiyyətlə Brodelin Aralıq Dənizi haqqında fundamental tədqiqatında, böyük 
imperiyaların (məs. İspaniya və Osmanlı kimi), dünya dinlərinin, məsələn, katolik-
islam qarşıdurmasında  əksini tapan ixtilafının təhlili-  ən parlaq mövzulardan biri 
olmaqla yanaşı sivilizasiyalar arası münasibətlərə böyük aydınlıq gətirir. 
Sivilizasiyalara dair qeyd edilən nəzəri yanaşma F.Brodelin bu sahədə mövcud 
olan konsepsiyaların davam etdirilməsi olmayıb,əksinə, fəlsəfi-tarixi idrakın yeni 
üfüqlərini açan, fənnlərarası düşüncə  məkanını genişləndirən prinsipial olaraq yeni 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə