Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə23/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   19   20   21   22   23   24   25   26   ...   156

Fernan Brodelin sivilizasiyalara dair baxışları
 
 
61
yanaşmadır. Bu baxımdan, XX əsrin sonları-XXI əsrin əvvəllərində daha da inkişaf 
edən yeni postindustrial paradiqmanın təməl əsaslarından biri olmuşdur. 
Mühüm məqamlardan biri də “sivilizasiya ” anlayışına Brodelin fərqli 
yanaşmasıdır. Onun elmi irsini tədqiqi edən rusiyalı alim Y. Afanasyevin fikrinə 
görə,Brodelin sivilizasiya konsepsiyası  həm Osvald Şpenqlerin, həm Arnold 
Toynbinin, həm də Karl Marksın bir-birini əvəzləyən ictimai-iqtisadi formasiyalar 
nəzəriyyəsindən fərqlənir. F.Brodel üçün sivilizasiya, hər şeydən əvvəl, "oykumena" 
miqyaslarında başa düşülən qlobal cəmiyyətlərdir. Məhz bu anlama əsaslanaraq,o, 
özünün sivilizasiya konsepsiyasınının digər yanaşmalardan fərqli olduğunu göstərirdi.  
Bununla bağlı F. Brodel qeyd edirdi: " Tarixi proseslərin ləng, asta gedişatı ilə, 
onun qəfil,sıçrayışabənzər sürətlənməsi,strukturun və konyukturun (şərait) arasında 
uyğunsuzluq-dissonans, tarixşünaslığın mərkəzində duran, hələ də bitməmiş müza-
kirə olaraq qalır. Bu prosesləri qarşılıqlı asılılıqda dəyərləndirmək lazımdır.Üstəlik 
də, burada onlardan hansının əsas, hansının isə ikinci dərəcəli olmasına əvvəlcədən 
hökm verilməsi qətiyyən düzgün yanaşma deyil. Tarixi proseslərin eyniləşdirilməsi 
(identikləşdirilməsi), təsnifatı  və müqayisəsi-bu bizim əsas məsələmizdir. Tarixi 
zaman-reallaşdırılan proseslərin yalnız səbəbi, şərti olmayıb, nəticəsidir.”(13) 
Sivilizasiyaların tarixi-müqayisəli kontekstdə öyrənilməsindən əldə edilən elmi-
nəzəri qənaətlər də belə bir yanaşmanın doğruluğunu isbat edir və onun müasir 
dünyanın siyasi-mədəni quruluşunun inkişaf dinamikasına düzgün model-konsepsiya 
verdiyini təsdiqləyirdi. Həmin qənaətlərin əsas cizgilərini belə ümumiləşdirmək olar 
ki, ayrı-ayrı zaman və məkan koordinatlarında yaranan, öz identikliyini formalaşdırıb 
seçkinləşən, eyni zamanda, bir-birindən törəyən, hətta bir-birinin daxilində mövcud 
olan sivilizasiyalar özlərinin antik dövrdən müasir zamana doğru tarixi inkişafı 
prosesində getdikcə daha çox inteqrasiyaya uğramış  və daha çox universallıq 
keyfiyyətləri  əldə etmişlər. Lakin bu proses onların özünəməxsusluğunu  əlindən 
almamış, hətta qarşılıqlı münasibətlər rəqabət ruhunu möhkəmləndirmiş, iden-
tiklikləri sanki insanın özünüqoruma instinkti kimi onların diri qalmasını  təmin 
etmişdir. Bütün arxaik və  qədim sivilizasiyalar artıq bu gün dünyada mövcud 
olmasalar da, onların yaratdığı sərvətlər yalnız muzey eksponatı kimi deyil, müasir 
bəşəriyyətin maddi və  mənəvi xəzinəsi kimi yaşayır. Müəyyən transformasiyalara 
uğrasa da, mövcudluğunu davam etdirən sivilizasiyalarınsa yeni doğulan siviliza-
siyalarla interaksiyası tarixi-siyasi inkişafın çox maraqlı qanunauyğunluqlarını 
meydana çıxarmışdır.  
Fernan Brodelin fikrincə, “sivilizasiya həmişə keçmişini, tarixini və müasir 
mövcudluğunu bir yerdə yaşayır”- bu “sivilizasiyaların davamlılığı” ideyası onların 
“tükənməzliyi” ideyasına da başlanğıc vermişdir. Hətta “mənəvi epoxaların eyni 
zamanlığı” və “siyasi epoxaların eyni zamanlığı” ölçüləri ilə yanaşmada məlum olur 
ki,  ən müxtəlif tarixi epoxaların mədəniyyət və sivilizasiyaları bir-biri ilə  səsləşən 
forma, məzmun və mahiyyətə malik olmuş, sanki eyni ideyaları  və substansional 
dəyərləri ayrı-ayrı epizodlarda ayrı cür yaşamışlar. Osvald Şpenqler isə belə hesab 
edirdi ki, sivilizasiyalar mədəniyyətlərin aqoniya və ölüm məqamıdır.(4) 


Rəbiyyət Aslanova
 
 
62
 Sivilizasiya və  mədəniyyət mövzusunu ən müxtəlif sivilizasiyaların 
materialları  əsasında geniş araşdıran tarixçi burada da yeni səviyyələri aşkara 
çıxarmış, mədəniyyətin fəlsəfəsi sahəsində də yeni anlayışlar təqdim etmişdir.  
Adi və ya “güzəran” mədəniyyətinin, ciddi elmi təhlilini də ilk dəfə F.Brodel 
özünün qeyd edlən “Gündəliyin strukturları. Mümkün və qeyri-mümkün olan” 
əsərində vermişdir. O, XV-XVIII əsrlərdə ən müxtəlif xalqların, ən müxtəlif həyat 
tərzləri, yaşayış, geyim, qida, pul və s. kimi aspektlərini ciddi təsvir və təhlil edərək 
güzəran mədəniyyətinin çoxçalarlığını  əks etdirir. Onun fikrinə görə, insan bütün 
ömrü boyu fəaliyyətini, adi “güzəran şüuru” səviyyəsində qərar və seçimlərinə uyğun 
olaraq qurur.” İctimai  şüur hər hansı bir dövr üçün əsas, rəhbər sayılan ideyanı 
mənimsəməyə meylllidir və onu həm ictimai həyatda, həm də elmdə tətbiq edir.“Əqli 
komforta” nail olmaq üçün faktlar müəyyən “məntiqi sapa” düzülür, məntiqsiz, 
“ağlabatmaz” görünən faktlar diskomfort effektini yaratdığı üçün kənarlaşdırılır. 
Nəticədə  rəhbər sxem və modellər  şüur kimi sadələşdirilmiş ideyada konkretləş-
dirilir”. (10;c.44) 
Məhz gündəlik mədəniyyətdə sabit, təkrarolunan həyat tərzi, sosial-mədəni 
mikro-nizamın təşkilində, dəstəklənməsində mühüm rol oynayır. Burada insan, etnik 
qrup, yaxud başqa birliyin üzvləri öz fəaliyyətlərini qura, təşkilatlandıra, energetik və 
psixoloji potensiallarını  sərf edə bilirlər. Bu güzəran mədəniyyəti rəsmi təsisatlar 
tərəfindən nizamlanmanın təsirinə  ən az məruz qalan sahədir. Gündəliyin 
mədəniyyətini mənimsəməklə insan hələ uşaq yaşlarından zəruri ünsiyyət təcrübəsinə 
malik olur, mədəniyyətin “böyük dünyası”na daxil olmağa qabil olur. Adi həyatda 
insan özünü nə qədər azad hiss etsə də bu azadlığın çərçivəsi məhdud olur. Ancaq 
“gündəlik-güzəran” mədəniyyəti insanı sonralar bütün həyatı boyu davranış  və 
fəaliyyətini müşayiət edəcək, onun maraq və tələbatlarım təmin edə biləcək, adət və 
ənənələrə çevrilərək nəsildən-nəslə ötürülə biləcək mikromühiti, ab-havanı aşılayır. 
Bu mühit isə iyerarxik olaraq ev, ailə, təhsil, iş yeri, yaşayış məkanı, ölkə, bəşəriyyət
dünya müstəvilərinə qədər variasiya edir. Yüksək mədəniyyətlə, güzəran mədəniyyəti 
arasında uçurum, “Çin səddi” yoxdur. Yüksək mədəniyyətin element və fraqmentləri 
tədricən, yeri gəldikcə adi səviyyəyə keçir. Yüksək ideyalar, ideallar və s. carçısı olan 
insanlar camaatın, adi insanların fikrinə, “adi həqiqətlərə” nə qədər biganə olsalar da 
məhz gündəlik və güzəran səviyyəsində yeni ideyaların, innovasiyaların taleyi həll 
oluna bilər. Digər tərəfdən məlumdur ki, adi mədəniyyət bəzən qarşısına çıxan 
problemləri müstəqil həll etməyə qadir olmaya bilir. Hər halda insanlar və ölkələrarası 
münasibətlərdə baş verən münaqişələrin həlli, dəyişən həyatla ayaqlaşma, 
innovasiyaların reallaşdırılması  və s. bütün bunlar yalnız gündəlik, güzəran 
mədəniyyəti səviyyəsində insanların mühitə münasibətini dəyişməyə sövq etməklə, 
varlığın və yaşamın yeni tələblərini anlamağa hazır olmaları ilə bilavasitə 
şərtlənmişdir.(1;s.45-46)  
 
 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə