Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə25/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   21   22   23   24   25   26   27   28   ...   156

Fernan Brodelin sivilizasiyalara dair baxışları
 
 
65
Qeyd edilən xüsusiyyətlər  ən çox, tarix fəlsəfəsini də  əhatə etmişdi desək, 
yanılmarıq. Bu özünü keçmişdə baş verən hadisə  və proseslərin tədqiqinin yeni 
variantlarının ortaya çıxmasında, zaman xüsusi və ümumi, fərdi,şəxsi və ictimai 
müstəvilərin, mikro və makrotarixi aspektlərin bir-birinə qarşı qoyulmaqla deyil, 
qarşılıqlı bağlılıqda araşdırılmasının vacibliyinin aşkara çıxmasında biruzə verdi. 
Bu isə görkəmli alimin buraya tarixin subyekti və obyekti ilə özünə qədər mövcud 
olan tarixi zaman təsəvvürlərini və məkan hüdudlarını olduqca genişləndiməklə, tarix 
elminin tədqiqat predmetini dəyişməsi ilə mümkün olmuşdur.  
Bütün bunların nəticəsində isə dolayısı ilə, tarixin yeni fəlsəfi konsepsiyasının 
ortaya çıxmasına vəsilə olmuşdur. 
İstər makrotarixi hadisələrin, qlobal-ümumdünya tarixinin, istərsə də,regional və 
lokal tarixlərin yaranması  və inkişafının yeni konsepsiyaları meydana gəldi. Qeyd 
edilənlər tarixi tədqiqatlarda elmlərarası inteqrasiya imkanları, fənlərarası sintez 
üsullarını artması yolları  məlum oldu.Sonradan bu proseslər yeni elm sahələrinin 
yaranmasını  şərtləndirdi.Tarix elminin nəzəriyyə  və metodologiyaları daha da 
zənginləşdi. 
F.Brodelin və “Annallar məktəbinin” tarixşünaslıqda və tarix fəlsəfəsində 
yaratdığı metodoloji çevrilişin mahiyyəti tədqiqatçılar tərəfindən aşağıdakı kimi 
ümumiləşdirilir: 
  Tarix - insanlar və zaman haqqında elmdir. Zaman gedişi ilə insan 
cəmiyyətində baş verən dəyişikliklərin yalnız yazlı mənbələr vasitəsi ilə deyil, bizə 
müyəssər olan istənilən məlumat və imkanlar nəticəsində öyrənilməsi və  tədqiqi 
haqda elmdir. Buna görə də, tarixi tədqiqatlarda yeni metodlar və artıq məlum olan 
mənbələrin bir daha,təkrar təhlili zəruridir; 
  Tarix elminin hədəfi-zamanla bağlı insanlar və dövlətlər arasında baş verən 
proseslərin anlaşılması, "keçmişə keçmişin öz gözləri ilə baxmaq" bacarığıdır. Tarix-
yalnız səthdə olani siyasi faktları tədqiq etmək deyil,keçmişdə qalan reallığın bütün 
çoxçalarlığında öyrənilməsidir; 
  Tarix-reallığın  ən müxtəlifi sferalarını öz tədqiqatına cəlb etməli, digər 
elmlərlə  və izah metodları ilə  əməkdaşlıq etməli, keçmişin mümkün qədər dolğun 
mənzərəsini yaratmalıdır. Keçmişi fraqmentlərə, hissələrə bölmək məqbul yanaşma 
deyil; 
  Tarixçi-keçmişə hər hansı problemə yaxınlaşdığı kimi- təəccüblə-münasibət 
göstərməli,ona yeni-yeni suallar ünvanlamalı,artıq məlum olan ənənəvi versiyalarla 
kifayətlənməməlidir.Çünki onlar yanlış və ya natamam ola bilər.(23) 
F.Brodelin tarix fəlsəfəsində təqdim etdiyi yeni metodologiyanın yolu o qədər də 
asan olmamışdır. Xüsusilə də nəzərə alınsa ki, söhbət onun dövründə tarixşünaslıqda 
yüzillərlə davam edən bir ənənənin tənqidindən gedirdi, onda bunu daha aydın başa 
düşmək olar. Belə ki, bəhs edilən dövrdə hər şey konkret metod əsasında baş verirdi: 
tarixçi yazılı mənbələri əldə edərək, onun əsasında keçmişdə nə baş verdyini yoxlayıb 
izah etməlidir. Bu paradiqmanı  dəyişmək Brodel və onun rəhbərlik etdiyi illərdə 
"Salnamələr" məktəbinə çox böyük zəhmət bahasına başa gəldi. 


Rəbiyyət Aslanova
 
 
66
XX əsrin sonlarına doğru ikiqütblü dünyanın çökməsi, qloballaşma prosesi və 
ictimai elmlər qarşısında məzmun və mahiyyətcə tam fərqli bir sosial, siyasi, 
iqtisadi, mənəvi gerçəkliyin aşkar olunması ilə əlaqədar tarix fəlsəfəsinin metod 
və nəzəriyyəsində də zəruri dəyişikliklərə yaranan ehtiyac F.Brodel irsinə dönə-
dönə müraciət etməyi gündəmə gətirdi. F.Brodelin tarix fəlsəfəsi ideyası, onun elmi, 
tarixi-fəlsəfi irsi dünya elminə  əhəmiyyətli təsiri göstərdi və indiyə  qədər öz 
aktuallığını saxlayırlar 
Alimin yaradıcılığını  tədqiq edən Y. Afanasyevin fikrinə görə, “F.Brodel öz 
dövrünün tarix elmində diqqət mərkəzində olan problemlərinin  ən geniş spektrinə 
toxunmuş, tarixi proseslərə refleksiyanın yeni tipinin, praqmatik, genetik, məntiqi və 
dialektik metodlardan əhəmiyyətli dərəcədə fərqlənən yeni metodologiyanın təməlini 
qoymuşdur. Brodelin toxunduğu problemlərin universallığı  və onların həllinə 
novatorluqla yanaşması, həmçinin fransız aliminin irsinin müasir dövrün özündə bir 
sıra yenilikləri saxlaması  və elmi axtarışların gözlənilməz perspektivlərinə yol 
açmasında özünü göstərir”.(9,c.201) 
F.Brodelin tarixi-fəlsəfi konsepsiyasının  əsas metodoloji xüsusiyyətlərinə 
gəldikdə isə, alimin fikrincə bunlar-fəlsəfi “holizm-bütövlük-vəhdət” ideyası ilə, 
eləcə də, ümumi, “total sosial fenomen”,model, struktur, sinxroniya, şərait, hadisə, 
sosial zaman” və s.anlayışları ilə ifadə edilə bilər.  
Yeni-qeyri-klassik metodoloji dönəmin müxtəlif elm sahələrində  təmsil-
çiləri,fransız tarixçisinin yaradıcılığına metodologiya nöqteyi-nəzərindən ən çox təsir 
etmiş sosioloq, tarixi yaddaş”, “kollektiv yaddaşa” dair nəzəriyyələrin banilərindən 
olan Moris Halbvaksı, antropoloq və tarixçi Marsel Mossu, psixoloqlar Şarl Blondel 
və Anri Vallonu, antropoloq Kloda Levi-Strossu göstərmək olar. Brodelə ən böyük 
təsiri ümumi sistemlər nəzəriyyəsinin, sistemli təhlil metodunun fəlsəfəsi 
göstərmişdir. Belə ki, Brodelin konsepsiyasını tarix fəlsəfəsi olmadan təsəvvür belə 
etmək mümkün deyil. 
Brodelin tarixi zaman və məkan konsepsiyalarına şahidi olduğu və əsir düşdüyü 
dünya müharibəsinin gətirdiyi faciələr mühüm psixoloji təsir etmişdir. Müharibə 
dövrünün qanlı-qadalı hadisələrinin fövqünə qalxa bilmək, bəşəriyyətn üzləşdiyi bu 
fəlakətin gerçək tarixi-fəlsəfi səbəblərini dərk etmək, ilk baxışda aşkar görünən 
proseslər arxasında üzünmüddətli tarixi zaman gedişində davam edən gizli və dərin 
qatlarını görmək cəhdləri Brodelin elmi axtarışlarının əsasını təşkil etmişdir. 
Metodoloji planda F.Brodelin elmi irsinin aktuallığı, yaşadığmız XXI yüzillikdə 
sivilizasion yanaşma,sivilizasiya fenomeninin təkzibedilməz əhəmiyyəti kontekstin-
də, nəzəriyyənin elementlərinin real cəmiyyət həyatına nöqsanlı tətbiqinin çoxsaylı 
nümunələrinin olması, bəzən yeganə  həlledici amil kimi izah edilməsi və s.-lə 
bağlıdır.S.Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi buna misal ola 
bilər. Tarix fəlsəfəsində, ümumilikdə ictimaiyyətşünaslıq elmləri kompleksinin 
metodoloji sistemində sivilizasion yanaşmanın Brodel anlamında tamamilə  fərqli 
izahları mövcuddur. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə