Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə24/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   20   21   22   23   24   25   26   27   ...   156

Fernan Brodelin sivilizasiyalara dair baxışları
 
 
63
TARİXİ YADDAŞ VƏ MİLLİ İDENTİKLİK HAQDA 
 
Brodelin tarix fəlsəfəsində metodoloji baxımdan yenilik hesab ediləcək  əsas 
məsələlərdən biri də-tarixi yaddaş probleminin vacibliyinin gündəmə gəlməsi, tarixi 
şüur və tarixi mədəniyyətə dair yeni fikirlər oldu. Əlbəttə, tarixçilər həmişə yaddaş 
fenomeni ilə rastlaşmışlar. Lakin əvvəllər  əsasən , tarixi xronikanın müəlliflərini, 
hadisələri nə dərəcədə yaxşı xatırlaması maraqlandırırdı. Tarixçi yaddaşda baş verə 
biləcək səhvlərə, unutqanlıqlara lazımlı düzəlişlər edirdi. Bu prosesdə isə o artıq tarixi 
yaddaşı arxa plana keçirərək, bədnam "tarixi faktla"işləməyə üstünlük verirdi. İndi isə 
hadisə haqqında yaddaş daha az tarixçi üçün, hadisənin özü qədər, bəzən isə hadisədən 
daha çox maraq kəsb edirdi. Brodelin davamçılarından olan Pyer Nor özünün “Yaddaş 
məkanları” adlı yeddi cildlik əsərində, onun “Fransa nədir?”-sualına:“Fransa –yaddaş 
deməkdir.”cavabını vermişdir. 
Keçmişin mənalandırılması, daha doğrusu keçmişin təcrübəsinə dair şərhlər 
olduqca geniş aspektlərdə və çoxsaylı anlayışlar kontekstində təsvir edilə bilər. Həmin 
anlayışlara misal kimi: tarixi təcrübə (keçmiş haqqında bilik və təsəvvürlər), tarixi 
yaddaş, tarixi şüur,tarixi mədəniyyət ictimai psixologiya və s.xatırlatmaq olar.  
Diqqət yetirilməli bir məsələ də var ki, keçmişin dərk edilməsi, anlaşılmasının 
özünün də , artıq formalaşmış ənənəsi, başqa sözlə, tarixi təcrübəsi mövcuddur. 
Yaşanılan tarixə dair təsəvvürlər çoxçalarlı olub, tarixi idrakla, tarixi biliklərlə eyni 
deyil. Müasir sosiologiyasının tərəfdarları nöqteyi-nəzərindən biliyə, keçmiş haqqında 
təsəvvürlər ixtisaslaşdırılmış elmi biliklərdən daha geniş olub, ümumiyyətlə arxaik 
təsəvvürlərdən tutmuş, dinlər, fəlsəfələr, ideologiyalar, sənət və s. də əhatə edir. Bu nöqteyi-
nəzərdən, tarixi yaddaş və təcrübə keçmiş haqqında biliklər üçün əsas rolunu oynayır. 
 
Tarix fəlsəfəsinin yeni paradiqmasının formalaşmasında F.Brodelin rolu 
“Tarixçilər hər yeni gələn nəslin suallarına cavab verməli olurlar”. Fernan Brodel  
 
F.Brodelin adı fransız tarixşünaslığında yalnız bilavasitə "Salnamələr məktəbi" 
timsalında həyata keçirilən miqyaslı fəaliyyətlə bağlı deyil. Bütövlükdə müasir dünya 
tarix elmində  tədqiqat metodu və paradiqmasının köklü dəyişikliklərə  uğraması 
əhəmiyyətli dərəcədə onun adı ilə bağlıdır.  
1958-ci ildə F.Brodelin başlıca metodoloji məqaləsi "Tarix və ictimai elmlər: 
uzun müddətli tarixi zamanda" adlı konseptual məzmunlu və iri həcmli məqaləsi işıq 
üzü görür. (11) 
Məlum olduğu kimi, müxtəlif elm sahələrində dünyanın dərk edilməsi ilə bağlı 
mövcud olan problemlər ötən  əsrdə xüsusilə aktual məsələyə çevrilmişdir. Eyni 
zamanda,  əsasən XX əsrdən etibarən tarixin fəlsəfəsi ilə bağlı  tədqiqatlarda tətbiq 
edilən yanaşmalar və  əldə edilən qənaətlərin təcrübı  sınaqdan çıxması baxımından 
çətinliklər artmağa və dolayısı ilə tarixi böhranlarda əks olunmağa başladı.  
Qeyd etmək lazımdır ki, tarix elminin böhranı hələ XIX əsrin ikinci yarısından 
başlayaraq müşahidə edilirdi. Bu dövrdə pozitivistlər tarixin metodologiyasını təbiət 


Rəbiyyət Aslanova
 
 
64
elmlərinə uyğun formada qurmaq istəyirdilər. Bu zaman tarixşünaslıq tarixin nəqlini 
xatırladırdı, onu yazanlar tarixi hadisələrin səbəblərinin izahı haqqında yazmağı 
düşünmürdülər. XX əsrin birinci yarısında tarixin dərki ilə bağlı böhranın aradan 
qaldırılması istiqamətində yeni addım atıldı. Bu zaman ingilis tarixçisi Edvard Karr 
belə bir fikirlə çıxış etdi ki, “tarix – şərhlərdir” və Qərb elmi fikrində tarixin izahı 
istiqamətində tədqiqatlar aparılmağa başlandı.  
Fransa Annallar məktəbinin yaradıcıları olan Lüsyen Fevr və Mark Blok 
pozitivistlərə  əks olan bir fikir irəli sürdülər ki, tarixçi hadisələrə yaradıcı 
yanaşmalıdır. “Annallar məktəbi” sivilizasiyalara xas mədəniyyətlərin öyrənilməsini 
əsas məsələ kimi qaldırırdı. Bu isə öz növbəsində tarixi faktların izahı ilə bağlı 
fənlərarası yanaşma tələb edirdi. Onlar A.Toynbinin “Tarixin tədqiqi”  əsərində 
təqdim etdiyi nəzəriyyəyə tənqidi yanaşırdılar.  
XX əsrin ikinci yarısından başlayaraq, ümumilikdə elmdə, o cümlədən, ictimai 
və humanitar elmlərin tədqiqində mövcud olan yanaşmalara münasibət dəyişməyə, 
ənənəvi təhlil metodlarına tənqidi münasibətlər bildirən rəylər çoxalmağa başladı. 
Qeyd edilən dövrdə,  İstər bütün dünyada, istərsə  də Avropa ölkələrində ictimai-
humanitar elmlər mürəkkəb problemlərin həlli metodları ilə bağlı olan çətin 
transformasiya və yeni axtarışlar dövrünü yaşayırdı.Baş verən qanlı müharibələr, 
milyonlarla insanın öz həyatını qana qərq etməsi, sivilizasiyanın sanki barbarlıq 
mərhələsinə qədəm qoyma və s. problemlər düşmək olar ki, ictimai elmlərin bütün 
sahələrində tədqiqat metodlarının, eləcə də, tarixin köhnə modelinin qüsurlu olmasına 
dair mübahisələrə təkan verdi. 
Qeyd edilən bütün bu məsələlər tarixin tədqiqat üsullarının və tarixçilərin baxış 
bucağının cahan müharibələrinə  qədər olduğu kimi qalmasını mümkünsüz edirdi. 
Həmçinin XX əsrdə “elmi inqilab” adlanan proseslərlə paralel olaraq,elm ümumi 
böhran vəziyyəti yaşayırdı. 
Bir sıra nəzəri çağırışlara və metodoloji tələblərlə üz-üzə qalan 
ictimaiyyətşünaslar çoxsaylı suallara cavab vermək zərurətində qalmışdılar. 
Həmin sualların sırasında ən mühümləri: ictmai elm cəmiyyətə nə kimi xidmət 
etməlidir, nəyə lazımdır və s. idi. 
1977-ci ildə, ABŞ-ın Con Hopkins universitetində  məruzə ilə  çıxış edərək, F. 
Brodel özünün yeni tarix fəlsəfəsi və yeni metodoloji mövqeyini izah etməsi 
baxımından son dərəcə  əhəmiyyətli fikirlərini səsləndirdi. O qeyd etdi: "Tarixçilər 
üçün proseslərin "necə?" baş verməsini anlamaq, necə sualı asandır. Halbuki, böyük 
tarixi proseslərin yaranma səbəblərinə aydınlıq gətirən: "niyə? nə  səbəbə? nəyin 
naminə?" kimi suallara cavablar tapılması çox önəmlidir. Hələlik tarixçilər üçün 
nəticələri sezmək daha əlverişlidir, nəinki böyük problemlərin mənşəyini dərk 
etmək." (20) 
F.Brodel özünə qədərki ənənəvi tədqiqat metodlarından heç də imtina etməyərək, 
onları daha da təkmilləşdirmiş  və  zənginləşdirmişdir. Böyük alim sosial zaman 
konsepsiyası  və sosial zaman strukturunun xüsusi vurğulanması  əsasında ictimai-
humanitar elmlərin sintezinə imkan yaradan yeni metodologiyanı təqdim etmişdir. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə