Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə26/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   22   23   24   25   26   27   28   29   ...   156

Fernan Brodelin sivilizasiyalara dair baxışları
 
 
67
Bu aspektdə tarixi zaman və tarixi məkan haqda bilikləri sistemləşdirilməsi
cəmiyyət və dövlətlərin inkişafının arxetipik modellərinin dərk edilməsi baxımından 
analitik metodoloji vasitə rolunu oynayır.Tarixi-fəlsəfi araşdırmaların problemlər 
dairəsinin- mahiyyəti, strukturun və məzmununun əhəmiyyətli dərəcədə genişlənmə-
sinə, tarixi prosesin yeni mənzərəsinin canlanmasına, zaman gedişində transformasi-
yaya uğramasını təhlil etməyə imkan yaradır.  
Brodelin interdissiplinar (fənlərarası) və multidissiplinar tədqiqatların  əsaslarını 
yaratmağa imkan verən konsepsiyası, ictimai cəhətdən-humanitar elmlərdə ümumən 
qəbul olunmuş,  ənənəvi mövcud olan klassik nəzəriyyələrlə, müasir yanaşmalar bir-
birini nəinki inkar edir, əksinə bir-birini tamamlayaraq, tamamlayır və zənginləşdirirlər. 
Özünün son müsahibələrindən birində F.Brodel tarixin mənası  və  tərəqqi 
anlayışına münasibətini belə bildirmişdir: "Mən insanların, intellektin və  əxlaqın 
tərəqqisinə dərindən inanıram. Bununla belə, tarix özünü birmənalı deyil, təntənəli 
"ispan nümayişi (karnavalı)" kimi aparır. Hər dəfə, iki addım irəli atanda, bir və ya iki 
addım da geri atır. Tarix- həm məna, həmdə mənasızlıqdan ibarət bir dinamik struktur 
təşkil edir. O, yalnız Allah deyil, həm də iblisdir."  
Bütün ziddiyyətlərinə baxmayaraq insan, tarix və zaman münasibətlərinə 
F.Brodelin nikbin yanaşması bu gün dərin problemlər içində parçalanan dünya 
tarixinin gələcəyi ilə bağlı həm ümidlərə, həm də dərin düşüncələrə sövq edir. 
  
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT: 
 
1.  Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı: «Elm», 2004.- 264 s. 
2.   Braudel F. A History of Civilizations. New York: Penguin Books, 1993, 436 p. 
3.   Həbibbəyli  Ə. Sivilizasiyaların kəsişməsində türk dünyası. Bakı, “Elm və 
təhsil”, 2011 – 264 s.  
4.  Feyziyev C.Mədəniyyətlərarası münasibətlərin siyasi-humanitar problemləri 
//http:// cavansir.feyziyev.com/bloq/elmi/medeniyyetlerarasi-munasibetlerin-siyasi-
humanitar-problemleri.php 
5.  Foundation House of Human Sciences//http://www.fmsh. fr/en/foundation 
/27675) 
6.  Афанасьев Ю. "Историзм против эклектики. Французская историческая 
школа "Анналов" в современной историографии". М.: "Мысль", 1980. –277 с. 
7.  Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. Том 
1.Структуры повседневности. Возможное и невозможное.М,1986.623 c. 
8.  Бродель Ф. Материальная цивилизация, экономика и капитализм. Том 3. 
Время мира.1992.681 c. 
9.  Бродель  Ф.Материальная  цивилизация,  экономика  и  капитализм,  ХV–
ХVIII  вв.  Т.1.  Структуры  повседневности:  возможное  и  невозможное.  Пер.  с 
фр.2-е  изд.2006  г.М.:  Издательство  «Весь  Мир».592с.// https://www. 
vesmirbooks.ru/ books/catalog/history/172/ 


Rəbiyyət Aslanova
 
 
68
 
SUMMARY 
 
Fernand Braudel's Views On Civilizations 
 
Rabiyyat Aslanova 
 
The article was dedicated to the actual problems of Fernand Braudel's historical 
philosophy and his great contribution to history as the precursors of world-system 
theory. The basic concepts of modern historical researchers and his different approach 
to the history of philosophy and civilization have been analyzed. The new terms like 
global history, “longue durée”, world-system theory, the structures of everyday life 
and also issues like historical memory and national identity were investigated in the 
terms of modernity in his activity. According to author researches, Fernand Braudel's 
historical philosophy is one of the actual outlooks within the XXI century 
philosophical theories. 
 
 
РЕЗЮМЕ 
 
Взгляды Фернана Броделя На Проблему Цивилизации 
 
Рабият Асланова 
 
Статья  посвящена  философии  истории  Фернан  Броделя.  В  нем 
рассказывается  о  большом  вкладе  в  мировую  историческую  науку,  научного 
наследия  Ф.Броделья.  Автор  так  же  анализирует  новые  методы,  базовые 
концепции  и  основные  понятиясоставляющие  теоретическую  конструкцию 
новой парадигмы исторических исследований. 
Для  понимaния  философии  истории  Фернанa  Броделя  обьясняются  такие 
понятия,  как  «длительная  время-la longue durée», «глобальная  история», 
«миросистемный  анализ», «повседневные  структуры»,  так  же  его  взгляд 
относительно вопросов исторической памяти и национальной идентичности. 
В конце статьи автор приходит к выводу,что философия истории Броделя 
имеет большое значение в 21-ом веке и особенно актуальны в плане развития 
современных мультидисциплинарных исследований. 
  


İslam mədəniyyətində ləqəb və fəxri adlar
 
 
69
 
 
İSLAM MƏDƏNİYYƏTİNDƏ LƏQƏB VƏ FƏXRİ ADLAR 
 
Valeh Vəliyev 
BDU, İlahiyyat fakültəsi 
 
 
Açar sözlər: İslam mədəniyyəti, ləqəblər, fəxri adlar  
Key words: Islamic culture, epithet, honorary names 
 Ключевые слова: исламская культура, прозвище, почетные титулы  
 
Bütün  şeylər öz adı ilə bir- birindən fərqləndiyi və tanındığı kimi insanlar da 
adları ilə bir- birindən fərqlənir və tanınırlar. Ad şərti olaraq insanlara verilir və həmin 
adın mənası  şəxsin mahiyyət və  məzmununa uyğun ola da bilər, olmaya da bilər. 
Ancaq bir sıra insanlar keçdikləri həyat yolunda müəyyən keyfiyyət və  dəyərlər 
qazanarlar ki, onların  şəxsiyyəti həmin keyfiyyət və dəyərlərlə müəyyən edilir. Bu 
baxımdan ta qədim zamanlardan insanlara verilən ləqəblərin mühüm əhəmiyyəti 
vardır.  
Şərq xalqlarının zəngin ləqəb  ənənəsi vardır. Hələ çox qədim zamanlarda 
ərəblərdə İbrahim peyğəmbərə “Xəlilu-l-lah” (Allahın dostu), Tay qəbiləsinin başçısı 
şair, cəngavər Hatimut- Taiyə  “Əcvadu-l-arabi” (ərəblərin  ən səxavətlisi), 
Məhəmməd peyğəmbərə gəncliyində çox dürüst bir insan olduğu üçün “Əl- Əmin” 
(əmanətə  sədaqətli) kimi verilmiş yaxşı  ləqəblərlə yanaşı “fasiq” (pozğun), “saqıt” 
(mənəviyyat düşgünü), “münafiq” (ikiüzlü, riyakar), “kəfir” (kafir), “şəhih” (xəsis), 
“kəzzab” (yalançı) kimi çoxlu pis və  mənfi ləqəblər də yayılmışdır. Bu səbəbdən 
Qurani Kərim insanların düşüncəsini müsbət yönə yönəltmək məqsədilə pis ləqəblərin 
verilməsini məqbul saymamışdır. Hucurat surəsi, 11ci- ayədə buyurulur: “Ey iman 
gətirənlər: Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o 
birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir- 
birinə (rişxənd) etməsinlər. Bəlkə, onlar (rişxənd olunanlar) o birilərdən (rişxənd 
edənlərdən) daha yaxşıdırlar. Bir- birinizə tənə etməyin (ayıb tutmayın) və bir- birinizi 
pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i.a.) çağırmayın. İman gətirdikdən 
sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır.” 
1
 
Görünür elə buna görə  də  məşhur  ərəb izahlı lügəti “əl- Muncid” (xilas edən, 
yardımçı, dəstəkləyən) ləqəb termininə qismən ətraflı bir tərif vermişdir. Həmin izahlı 
lüğətdə ləqəb sözü belə izah olunur:  
(ىلصلاا) .انعم رابتعاب مذوأ حدمب رعشي و لولاا همسا ىوس ناسنلاا هب ىمسي مسإ بقللا 
                                                 
1
Hucurat, 49/11 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə