Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə18/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   14   15   16   17   18   19   20   21   ...   156

Dos.Nigar Qüdrət qızı İsmayılzadə
 
 
48
olmuş, o da, bu da və ya mənlik sənlik ortadan qalxmışdır, çünki Allah onu eşqin 
surətində, içini və çölünü də eşqin işığında aydınlatmışdır.  
Kamil insan bütövlükdə  eşqlə yoğrulmuş varlığa çevrilmişdir. Bu eynilə 
Məcnunun səhrada olarkən anidən qolundan axan qanı görüb təəcüblənən atasına 
Məcnunun Leylanın qolundan neştərlə qan alındığını bildirmək üçün dediyi “Biz bir 
ruhuz iki bədəndə” fikrinə tam uyğun gəlir. Məcnun ikiliyin ortadan qalxdığını belə 
ifadə edir: 
Gər mən mən isəm nəsən sən ey yar  
Vər sən sən isən nəyəm mən-i zar 
O halda hər şeyin sirri, gizli mənası ilahi eşqin içindədir, çünki bütün varlığa, 
yaradılışa eşq bir bəhanədir. Əlvan Çələbi ilahi eşqi “Mənakıbül kudsiyyə” əsərində 
belə təqdim edir: 
Aşk anı şöyle kendüye almış 
Kim bu aşk kendü kendü aşk olmuş 
 
Aşk ise kanı aşıkı-muhtar 
Aşık ise kanı bu aşkı-yar 
 
Aşk u maşuk u aşık ol olmuş  
Ol u bu şol ortada ölmüş 
 
Kılmış anı Çalap musavveri-aşk 
Zahirin batının münevveri-aşk (3, 272). 
Qısaca bu şeirdə şair ilahi eşq dəryasına düşənin zahiri ilə batininin işıqlandığını 
bildirir. Nəsr əsərindən, təsəvvüfü təzkirəsindən və əsasən də şeirlərindən göründüyü 
kimi  Əlvan Çələbi böyük bir mütəsəvvüf, mütəfəkkir olduğu qədər də böyük bir 
təsəvvüf şairidir. 
 
 
ƏDƏBİYYAT 
 
1.  A.Azmi Bilgin. Türk tasavvuf edebiyatının mahiyeti. Türkiyat Mecmuası, C 
24, Bahar, 2014. 
2.  Aşık Paşa. Garib-name. Hazırlayan K.Yavuz. İstanbul, TDV Yayınları, 2000. 
3.  Erkoç Ethem. Aşık Paşa ve oğlu Elvan Çelebi, Çorum, 2006. 
4.  Günçen Ahmet. İlk Türkçeçilerden Kırşehirli Valiliği Yayınları, 2006. 
5.  Kabaklı A. Türk Edebiyatı, C.2, İstanbul, Türk Edebiyatı Vakfı Yayınları, 2002. 
6.  Köprülü M.Fuad. Türk Edebiyatı. Ankara, 2011. 
 
 
 


XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
 
49
 
XÜLASƏ 
 
XIV ƏSRİN DİNİ-TƏSƏVVÜFİ ƏDƏBİYYATIN NÜMAYƏNDƏLƏRİ – 
AŞIQ PAŞA VƏ OĞLU ƏLVAN ÇƏLƏBİ – İSLAM MƏDƏNİYYƏTİ 
KONTEKSTİNDƏ 
 
Təsəvvüf geniş  mənada  İslam mədəniyyətinin bütün sahələrində  təzahür 
etdiyindən Türk təsəvvüfü də orijinal ədəbiyyat olaraq ümumtürk mədəniyyətini 
zənginləşdirmişdir. XIV yüzilin ən böyük təsəvvüf şairi Aşıq Paşadır. Aşıq Paşa ilahi 
eşq şairi olaraq ilahi eşqi həqiqi eşq adlandırmışdır. Aşıq Paşanın “Qəribnamə” adlı 
əsəri ilahi eşq haqqında tutarlı mənbədir. Aşıq Paşanın oğlu Əlvan Çələbi də təkkə 
ədəbiyyatının nümayəndəsidir. Əlvan Çələbiyə görə ilahi eşq təsəvvüf ədəbiyyatının 
təməli, əsas fikir sistemidir.  
 
 
SUMMARY 
 
THE REPRESENTATİVES OF 14
TH
 CENTURY RELİGİOUS-SUFİ 
LİTERATURE İN THE CONTEXT OF İSLAMİC CULTURE ASHİG 
PASHA AND HİS SON ELVAN CHALABİ 
 
Sufism in its general meaning covers all fields of Islamic civilization. Similarly 
Turkish Sufism as an original literature enriched the whole content of Turkish 
civilization. The most significant Sufi poet of the 14th century is Ashiq Pasha, who as 
a poet of divine love, described divine love as the real love. The work of Ashiq Pasha, 
which is titled "Qaribname" is a solid source on the issue of divine love. His son Elvan 
Chelebi is a representative of Sufi lodge (tekke) literature. In Elvan Chelebi's view, 
divine love is the main thematic system of thought for Sufi literature.
  
 
 
 
 


Dos.Nigar Qüdrət qızı İsmayılzadə
 
 
50
 
РЕЗЮМЕ 
 
ПРЕДСТАВИТЕЛИ РЕЛИГИОЗНО-МИСТИЧЕСКОЙ ЛИТЕРАТУРЫ – 
АШУГ ПАША И ЕГО СЫН ЭЛВАН ЧЕЛЕБИ В КОНТЕКСТЕ 
ИСЛАМСКОЙ КУЛЬТУРЫ 
 
Мистика  в  широком  смысле  проявлялась  во  всех  сферах  исламской 
культуры,  поэтому  и  тюркская  мистика,  являясь  оригинальной  литературой, 
обогатила 
общетюркскую 
культуру. 
Крупнейшим 
поэтом-мисти-
ком XIV столетия является Ашуг Паша. Воспевая божественную любовь, Ашуг 
Паша  назвал  ее  истинной  любовью.  Его  произведение  «Гарибнамэ»  является 
фундаментальным источником о божественной любви. Сын Ашуга Паши Элван 
Челеби также входит в числопредставителей суфистской литературы. Согласно 
Элвану 
Челеби 
божественная 
любовь является основой мистической 
литературы, главной системой ее мыслей. 
 
 
 
Çapa tövsiyə etdi: akad.V.M.Məmmədəliyev 
 


Təcvid elmində ləhn anlayışı və onun namazla bağlı fiqhi hökmlərə təsiri
 
 
51
 
 
TƏCVİD ELMİNDƏ LƏHN ANLAYIŞI VƏ ONUN NAMAZLA BAĞLI 
FİQHİ HÖKMLƏRƏ TƏSİRİ 
 
f.f.d. Mürsəlov Mirniyaz Mürsəl o. 
BDU İlahiyyat fakültəsinin müəllimi 
 
 
Açar sözlər:təcvid, tərtil, qiraət, ləhn, namaz.  
Key words: tajweed, tarteel, qiraat, lahn, salah. 
Ключевые слова:таджвид, тартиль, кыраат, лахн, намаз. 
 
Qurani-Kərim hər kəsin heç bir qaydaya riayət etmədən, istədiyi kimi oxuya 
biləcəyi bir kitab deyil. Mənbəyi Allah-Təala olduğu üçün müsəlmanlar bu ilahi 
kəlamı oxuyarkən müəyyən qaydalara tabe olmaq məcburiyyətindədirlər. Eyni 
zamanda Qurani-Kərimin  ərəbcə nazil olması da onun müəyyən qaydalara riayət 
edərək oxunmasını zəruri edir. Bu qaydalar toplusu təcvid adlanır. Qurani-Kərimin 
təcvid qaydalarına riayət edilərək oxunması onun vəhy edilməsi ilə başlamışdır. Başqa 
bir ifadə ilə Qurani-Kərim təcvid ilə nazil olmuş  və onunla oxunmuşdur. Qurani-
Kərimdə onun mənasının başa düşülməsi üçün tətbiq edilən ölçülü oxunuşa təcvid ilə 
eyni mənada işlədilən tərtil sözündən istifadə edilmişdir.  هانلترو  كداؤف  هب  تبثنل  كلاذك
لايترت... - “...(Ya Rəsulum!) Biz onu sənin qəlbinə yaxşı təsbit etmək üçün beləcə hissə-
hissə nazil etdik və  ağır-ağır oxuduq. (Quranın az-az endirilib, ağır-ağır oxunması 
onun  əzbərlənməsini və  mənalarının anlaşılmasını asanlaşdırır).”
1
  Əli ibn Əbi 
Talibdən (ə.s.) tərtilin mənası soruşulduqda o, “Tərtil hərfləri təcvidlə (yəni lazımi və 
arizi xüsusiyyətləri ilə) oxumaq və vəqfləri bilməkdir”
2
 buyurmuşdur.  
Bildiyimiz kimi namaz hər bir müsəlmana vacib buyurulan ibadətlərdəndir və bu 
ibadəti icra edərkən Qurani-Kərimin müəyyən surə  və ayələrinin oxunması onun 
zəruri rüknlərindəndir. Belə olan halda, namaz əsnasında təcvid qaydalarına riayət 
etmədən oxunan surə və ayələr onun səhihliyinə təsir göstərəcəkdir. Biz bu məqalədə 
Quran oxunarkən təcvid qaydalarına riayət etmədikdə meydana gələcək xətaları 
(Ləhn) və xətaların namazla bağlı fiqhi hökmlərə təsirini araşdırmağa çalışacağıq.  
Ləhn (نحللا) sözünün lüğətdə bir çox mənası olsa da, burada bizi maraqlandıran 
onun xəta mənasıdır.
3
  Təcvid elmində Quran oxuyarkən hərflərin lazımi 
xüsusiyyətlərində, hərəkələrdə və təcvid qaydalarının tətbiqi zamanı meydana gələn 
xətalara ləhn deyilir.
4
 
                                                 
1
 əl-Furqan, 25/32 
2
ص 209 ، ج1، رشعلاتءارقلايفرشنلا،يرزجلانبا. 
3
Serdar Mutçalı, Arapça-Türkçe Sözlük, səh. 790 
4
 Tayyar Altıkulaç, Tecvidul-Kuran, səh. 7 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə