Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə17/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   13   14   15   16   17   18   19   20   ...   156

XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
 
45
Kanda kim iki gönül birlikdedür 
Göresin bunlar ganı dirlikdedür (2, 182).  
Aşıq Paşa eşqi sadə, bəsit bir şey kimi başa düşməyin əleyhinə çıxış edir, çünki 
ilahi eşq ilə tutuşub yanan əsl aşiqin bir çox işarələri vardır ki, bunlar şairə görə 
aşağıdakılardır: 
Eşq insanın könlünü işğal edər və üzünü saraldar,  
Aşiq yeməkdən, içməkdən, yuxudan kəsilər, 
Bir yerdə qərar tuta bilməz, 
Hara baxsa onu görər, 
Onun ağzı ilə danışar və s.  
Aşıq Paşaya görə ilahi eşq bir şərbətə  bənzər ki, onun qədrini, dadını yalnız 
içənlər bilir, yəni ilahi eşqi, yalnız aşiqlər bilir. Bu isə təsəvvüfdə sonradan dadmayan 
bilməz formuluna çevrilmişdir: 
Aşıkın halın girü aşık bilür 
Kim uzun dünde niçe zarı kılur 
 
Kimesne kim içmedü ol şerbeti 
Ne bilür kim nedür anun lezzeti 
 
Tanrıdan aşk bir atadur mutlaka 
Kime gelse ol bulur ömri-beka 
 
Aşk içinde gizlidür cümle murad 
Aık erin sen sanma kaldu na-murad 
 
Aşk içinde görünüdurur dost yüzü 
Dost yüzin nedür gören bu aşk gözü (3, 98-99). 
Sonuncu fikir Aşıq Paşanın ilahi eşq düşüncəsinin bir növü yekunudur. Şairə görə 
Allahın camalını yalnız eşq gözü görə bilər. 
“Qəribnamə” sadə dildə Yunus Əmrə üslubunda yazıldığından xalq kütləsi 
tərəfindən hər zaman oxunmuş, təsəvvüfün başlıca məsələləri, o cümlədən də ilahi eşq 
haqqında tutarlı  mənbə olmuşdur. Aşıq Paşanın həm  şeirlərində, həm də 
məsnəvilərində ən əsas anlayış ilahi eşqdir. Şairin gəldiyi ümumi qənaətə görə aşiq 
bilən, məşuq isə bilinəndir. O, bu ikisi arasındakı münasibəti, bağı göstərmək üçün 
müxtəlif vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən biri də tənlə can, ruhla bədən 
metaforasıdır. Necə ki, tən cana möhtacdır, aşiq də məşuqa, eşq də tapınılan kulta 
möhtacdır. Aşıq Paşaya görə ilahi eşq sadəcə insanı deyil, insanı olduğu qədər Tanrını 
da maraqlandıran bir anlayışdır. Çünki ilahi eşq yalnız Allaha doğru yönəlmişdir. 
Aşıq Paşanın “Fəqrnamə”, “Vəsfi-hal”, “Hekayə” kimi əsərləri və qəzəlləri də 
vardır. O, bir əxlaq, didaktika şairi olsa da həm qəzəllərində, həm də digər əsərlərində 
eşqdən ilahi bir nemət kimi bəhs etmiş, özünü aşiqlərin getdiyi kamil insan yolunun 
yolçusu adlandırmışdır. Məsələn “Fəqrnamə” alleqorik məsnəvisində Aşıq Paşa Fəqr 


Dos.Nigar Qüdrət qızı İsmayılzadə
 
 
46
adlı bir quşdan bəhs edir. şairə görə Tanrı aləmi yaratdıqdan sonra Fərq adlı quşa 
özünə qalacaq bir yer tapmasını əmr edir. Fəqr öncə ərşi, kürsü, cənnəti, yeri, günəşi 
dolaşır, sonra Adəmin,  İbrahimin, Musanın,  İsanın yanına gedir, ancaq onların 
yanında da qala bilmir və nəhayət özünü varlı ikən fəqir, zənginkən yoxsul bilən, əl 
fəqri fəxri deyən Hz.Məhəmmədin yanına gəlir və onun yanında qərar tutur. Bu əsərdə 
Aşıq Paşa fəqir və  təvazökar olmayanın həqiqi sevgili ola bilməyəcəyi nəticəsinə 
gəlir. Aşıq Paşa “Vəsfi-hal” adlı kiçik məsnəvisində deyir ki, əsl aşiq odur ki, canını 
eşqə verib nə  vəziyyətdə olursa olsun hər zaman öz halına  şükr edər.  İlahi eşq 
mövzusu Aşıq Paşanın bizə  qədər müxtəlif məcmuə  və cönglərdə  gəlib çatan 
yetmişdən çox şeirində də bu və ya digər şəkildə işlənmişdir.  
Aşıq Paşada ilahi eşq cəzbə, vəcd olmaqla bərabər həm də bir inancdır. Belə ki, 
şair vəhdəti vücudu vəsf edən şeirlərə sadəcə ilhamla gələn hal kimi baxmır, həm də 
elmi bir konsepsiya gözü iə baxır. Onun birlik anlayışı ilahi eşqin əsas fərqləndirici 
cəhətidir: 
Pek bilün kim kanda birlük varısa 
Kim kimünle ikiliksüz yarısa 
 
Devleti her dü cihan anlardadur 
Anlarun menzilleri canlardadur 
 
Zira birlik Hak Çalap birligidür 
İkilik şol asiler dirligüdür (2, 163). 
Burada Aşıq Paşanın eşqin ontolojik izahı ilə tanış oluruq. Şairə görə İlk Varlıq, 
yəni Allah, bilavasitə aşiq, məşuq və eşqdir. Bir az sadə şəkildə ifadə etmiş olsaq İlk 
Varlıq, hansı nöqtədən baxılırsa baxılsın eşqin özüdür. Birlik məqamında Yaradanın 
həm özü, həm də başqa varlıqlar baxımından eşqin həm subyekti, həm də obyekti 
olduğu görünür. İlahi eşq demək varlıq deməkdirsə, varlıq demək də elə eşq deməkdir. 
Yəni varlıqların varlıqları ilə eşq bir birilərinin eynidir. O halda bəşəri eşq ilahi eşqin 
yer üzündəki variantıdır. Allah ruhları  bəzmi-ələstdə bir yerə topladığında aşiqlər 
orada bir birini görüb sevmişlərdir. Ruhlar əslində yarımdır, nə zaman ki, aşiqlər 
qovuşurlar o zaman ruhlar tamam forma alır. Ona görə də eşq varlı kasıb, güclü zəif, 
padşah gəda tanımaz, çünki onların üstndədir. O ölümdən daha güçlü olan və ölümü 
gözə aldıran, candan daha qiymətli, canın fəda edildiyi şeydir. Elə bir bəladır ki, 
gələndə dərdi, acını, kədəri də özü ilə gətirir. Çarəsi elə bəladan zövq almaq, gəm, 
kədər içində boğulmaqdır.  Şeirlərinə, “Qəribnamə”  əsərinə baxdıqda Aşıq Paşanın 
ilahi eşqdən anladıqlarının bunlar olduğu görünür. 
Göründüyü kimi Aşıq Paşanın ilahi eşq anlayışı digər  şairlərin ilahi eşq 
konsepsiyasından fərqlənir. Aşıq Paşada ilahi eşq birlik, dirilik və ilahi qüdrətin 
özüdür. Sonrakı  təkkə  şairlərinin ilahi eşqə  vəhdət anı kimi baxmaları  Aşıq Paşa 
ənənəsini davam etdirmək anlamına gəlir. 
Təkkə şeirinin böyük nümayəndələrindən biri də Əlvan Çələbidir. O, 1240-cı ildə 
Səlcuqlu zülmünə, özbaşınalığına, məzhəb ayrılığına qarşı üsyan çıxaran türkmən 


XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
 
47
toplumunun axın-axın gələrək ətrafına toplandığı Xorasan ərənlərindən Baba İlyasın 
soyundan olub Aşıq Əlaəddin Əli Paşanın oğludur. Kırşehirdə doğduğu məlum olsa 
da hansı ildə anadan olduğu bilinməz. Yüksək təsəvvüf təhsili almış, ərəbcə və farsca 
öyrənmiş, öz dövrünün məşhur mütəsəvvüfü kimi yetişmişdir. Daha sonralar Əlvan 
Çələbi atası Aşıq Paşanın icazəsi ilə Çoruma Tanunözü bəldəsinə (indiki Məcitözü 
ilşəsi  Əlvançələbi bəldəsi) gəlmiş, orada yaşamış, fəaliyyət göstərmiş, təkkəsini 
qurmuş, insanları irşad etmiş  və  vəfat etdikdən sonra orada da dəfn olunmuşdur. 
Məzarı bu gün də insanların ziyarət yeridir.  
Əlvan Çələbi böyük ehtimalla ulu babasının qurduğu vəfaiyyə təriqətinə mənsub 
olmuşdur.  Əlvan Çələbi öz təkkəsində ilahi eşq, təsəvvüf, seyri süluk haqqında 
söhbətlər aparmış, fikirlərini  əsərlərinə yansıtmışdır.  Əlvan Çələbinin  əsas  əsəri 
“Mənakıbül kudsiyyə fi mənasıbii-ünsiyyə” olsa da ətvarı-süluka aid bir əsəri, bir 
neçə lirik şeiri də vardır. Ancaq bütün əsərlərində  eşq mövzusu hər zaman aparıcı 
olmuşdur. Hətta Əhməd Kabaklı onun əsərlərində ilahi eşqin əsas mövzu olduğunu 
yazır (5, 357).  
Onun  ən məşhur  əsəri 1358-ci ildə tamamladığı “Mənakıbül kudsiyyə fi 
mənasıbii-ünsiyyə” adlı türkcə yazdığı məsnəvisidir. Bu əsər məşhur ələvi şeyxi Dədə 
Qarkından başlamış Baba İlyas, Muhlis Paşa və başqaları haqqında da geniş məlumat 
verən mənkabədir. Ancaq bu əsərdə şair daha çox atası Aşıq Paşa və onun müasirləri 
haqqında məlumat vermişdir. Əsər qəzəllərlə, qəsidələrlə, ilahilərlə bəzədilmiş, ilahi 
eşqin tərənnümü lirik ricətlərlə təqdim edilmişdir. Onun ilahi eşqə həsr edilmiş ayrıca 
şeirləri də vardır. Məsələn, bir qəzəlində Əlvan Çələbi ilahi eşqi belə tərənnüm edir: 
Bu cümle nesneye aşkdır behane 
Behane aşk u hem aşkdır behane 
 
Bu aşk içinde birdür cam u saki 
Bu aşk içinde birdür dem u dehane 
 
Bu aşkdır kaili lafzı Enel-haqq 
Bu aşkdır kaili Mansuriyane 
şəklində davam edən qəzəldə  eşqin mahiyyəti, tərifi, tərənnümü verilməyə 
çalışılmışdır. Şairin fikirlərindən də göründüyü kimi ilahi eşq bir vəhdət vadisidir və 
o vadidə hər şey birdir və hər şeyin yaranma səbəbi eşq olduğu kimi hər şeyin nəticəsi 
də  eşqdir. Bunu bir az fərqli şəkildə eşqin həm ilk aşiq, həm də ilk məşuq olduğu 
fikrində də görmək mümkündür. İlahi eşq həm də küll halında bütün varlıq aləminin 
özüdür. Eşq Zatın bir sifətidirsə demək var olmanın da əsas səbəbidir,  Əlvan 
Çələbinin ifadəsi ilə bəhanəsidir. 
Əlvan Çələbiyə görə ilahi eşq təsəvvüfün təməli, əsas fikir sistemidir. Təsəvvüfdə 
qul Allaha yaxınlaşdıqca ilahi eşqin cazibəsinə qapılır, ilahi eşqin içində fəna-fillah 
olub yenidən bəqa-billah mərtəbəsində canlanır. Eşq aşiqi özünə elə bağlayır ki, eşq 
aşiqin özü, özü də eşq olur. Əlvan Çələbi şeirlərində belə bir sual qoyur əgər eşq varsa 
aşiq hardadır, yox aşiq varsa bəs onda eşq hardadır. Demək ki, eşq də, aşiq də bir 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə