Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə16/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   12   13   14   15   16   17   18   19   ...   156

i.f.d., dos. Mübariz Camalov
 
 
42
 
РЕЗЮМЕ 
 
РЕЛИГИОЗНЫЙ РАДИКАЛИЗМ И ИСЛАМСКИЕ СИСТЕМЫ 
ОБРАЗОВАНИЯ ПО МНЕНИЮ ФАЗЛУРРАХМАНА 
 
Исламский  мир  значительно  пострадал  от  радикализма  в  периоде 
нескольких десятилетий. Их возможно встретить во многих направлениях, в том 
числе  в  политическом,  экономическом  и  др.  областях.  Одной  из  причин, 
вызвавших  религиозный  радикализм,  это  столкновение  традиционных 
религиозных мышлений с модернизмом, а другая из них потеря актуальности 
религиозного 
образования. 
Религиозное 
образование 
нуждается 
в 
коллоссальной реформе. Мы в этой статье изучили особенности религиозного 
радикализма, причины ее возникновения и борьбу с его последствиями. В конце 
статьи  мы  затронули  вопрос,  о  необходимости  реформ  в  системе  исламского 
образования. 
 
 
Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov 
 


XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
 
43
 
 
 
 
  
XIV ƏSRİN DİNİ-TƏSƏVVÜFİ ƏDƏBİYYATIN NÜMAYƏNDƏLƏRİ – 
AŞIQ PAŞA VƏ OĞLU ƏLVAN ÇƏLƏBİ – İSLAM MƏDƏNİYYƏTİ 
KONTEKSTİNDƏ 
 
Dos.Nigar Qüdrət qızı İsmayılzadə 
 
 
 
 
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi,  
 
 
Açar sözlər: türk ədəbiyyatı, təsəvvüf, təsəvvüf ədəbiyyatı, ilahi eşq 
Key words: Turkish literature, sufism, sufi literature, devine love 
Ключевые  слова:  Турецкая  литература,  суфизм,  суфийская  литература, 
божественная любовь 
 
Təsəvvüf fikir həyatımızı, düşüncə  həyatımızı meydana gətirən bir məktəbdir. 
Təsəvvüf  İslami bir hadisə olub bu və ya digər dərəcədə sosial ədalətsizliyə, dini 
fanatizmə qarşı çevrilmiş, həmçinin tərkidünyalığa əsaslanmaqla real həyatla zahirən 
bağlı olan fəlsəfi hərəkatdır. 
Təsəvvüfün təfəkkür sisteminin ən mühüm ifadə vasitəsi  ədəbiyyat olmuşdur. 
Müsəlmanlar arasında təsəvvüf hərəkatı inkişaf edib yayıldıqdan sonra bunun 
ədəbiyatda da əks olması qaçınılmaz hal idi. İslamiyyət hər  şey kimi, ədəbiyyat 
üzərində də şübhəsiz dərin bir təsir yaratmalıydı. İslam dininin qəbul etdiyi ədəbiyyat 
ilə təsəvvüf ədəbiyyatı eyni pillədədirlər. Təsəvvüf mənəvi, hiss, fikir və həyəcanları 
bəlli bir üslub və ədəb daxilində sətirlərə, misralara, sözə çevirmişdir (1, 2-3). Qovuşa 
bilmədiyi hər hansı bir şəxsə  sətirlər vasitəsilə çataraq , sadəcə könüllərə deyil, 
dərinlik və  məzmun genişliyinə sahib olduğuna görə  də  ədəbiyyata böyük bir 
zənginlik vermişdir. 
Təsəvvüf geniş  mənada  İslam mədəniyyətinin bütün sahələrində  təzahür 
etdiyindən türk təsəvvüfü də orijinal ədəbiyyyat olaraq ümumtürk mədəniyyətini 
zənginləşdirmişdir. 
XII yüzildən Xoca Əhməd Yəsəvi ilə başlayan təsəvvüf  ədəbiyyatı Fuad 
Köprülünün də yazdığı kimi monqol istilasından sonra Anadoluya köç edən Xorasan 
ərənlərinin fəaliyyətləri ilə XIII-XIV əsrlərdə böyük bir inkişaf yoluna qədəm qoydu. 
Anadoluda bu ədəbiyyatın ilk nümunələrini Orta Asiyadan gələn təsəvvüf əhli yazmış, 
daha sonralar Aşıq Paşa, Gülşehri, Abdal Musa, Qayğusuz Abdal, Səid Əmrə kimi sufi 
şairləri bu ədəbiyyatın əsas prinsiplərini işləyib hazırlamışlardır (6, 150-151). 
Anadoluda Hacı Bəktaş Vəli, Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Əhməd 
Fakih ilə başlayan təkkə şeiri XIV-XVI yüzillərdə Gülşehri, Aşıq Paşa, Abdal Musa, 
Qayğusuz Abdal, Əlvan Çələbi, Hacı Bayram Vəli,  Əşrəfoğlu Rumi, Əbdürrəhim 
Rumi, Kəmal Ümmi, Dədə Ömər Ruşəni, İbrahim Gülşəni, Əziz Mahmud Xudayi, Pir 
Sultan Abdal, Qul Himmət və b. kimi həm  əruzda, həm də hecada şeirlər yazan 
sənətkarlarla davam etmişdir.  


Dos.Nigar Qüdrət qızı İsmayılzadə
 
 
44
Təbii ki, XIV yüzilin ən böyük təsəvvüf şairi babai təriqətinin qurucusu və babai 
üsyanının ideoloqu olan Əbül Bəka Şeyx Baba İlyasın nəvəsi Aşıq Paşadır (öl.1332). 
Aşıq Paşa Anadoluda türklərin çoxalmasında və xüsusən də İslam dininin yaılmasında 
mühüm rol oynamış bir ailədə 1277-ci ildə dünyaya gəlmişdir. A.Günşenin də yazdığı 
kimi onun atası Muhlis Paşa Səlcuqlu sultanı II Qiyasəddin Keyxosrovun 1243-cü ildə 
Kösədağ məğlubiyətindən sonra, Karamanoğullarından öncə eyni bölgədə iqtidarı ələ 
keçirmiş, hətta sonradan Karamanoğlu Mehmet bəyi taxta çıxartmış və onun 13 may 
1277-ci ildə türkcəni dövlət dili halına gətirən məşhur fərmanının verilməsində 
mühim rol oynamış şəxsdir. Bunu o dövrün qaynaqları da təsdiq etməkdədir (4, 9).  
Aşıq Paşa özü “Qəribnamə”də təxəllüsü barədə yazır ki, ledün elmində xocası 
olan Xızır peyğəmbər ona Aşıq adını vermişdir: 
Ol kıgırdı bana Aşık adını 
Ol biraktı canuma işk dadını (2, 107).  
Buradan aydın olur ki, Aşıq Paşa ilahi eşq şairidir. Onun həyatı, dünyagörüşü və 
əsərləri haqqında bizə  qədər gəlib çatan əsas məlumatı  oğlu  Əlvan Çələbi  şeirlə 
yazdığı “Mənakıbül kudsiyyə fi mənasıbii-ünsiyyə” adlı  əsərində vermişdir.  Əlvan 
Çələbi əsərində atası haqqında, onun təxəllüsü haqqında maraqlı məlumatlar verərək 
belə yazır. O əxlaqı ilə könülləri ovlayan, yaxşılıq etməkdə hər zaman öndə olan biri 
idi. Allah eşqi (ilahi eşq) ilə yandığına görə Xızır peyğəmbər ona Aşıq adını vermişdi. 
Əlvan Çələbiyə görə  Aşıq Paşa ağıl, kəşif, seyr və  kəramət sahibi idi. Hər zaman 
dilindən hikmət tökülürdü, ilahi elmlərlə aydınlandığından elm, əməl, ağıl və fərasət 
kimi dörd fəzilətə sahib idi (3, 262-267).  
Aşıq Paşa atası Muhlis Paşa kimi dövrün siyasi hadisələrinə qarışmamış, əksinə 
Osmanlı xanədanına yaxın olmuşdur. Yüksək təhsil görmüş Aşıq Paşa 12000 beytlik 
“Qəribnamə” adlı təsəvvüfün bütün tərəflərini işləyən bir əsər yazmışdır. Əslində bu 
əsər ilahi eşqdən daha çox o dövrün sosial həyatını, dini və fəlsəfi düşüncələri ələ 
almışdır. Aşıq Paşa Xoca Əhməd Yəsəvinin Orta Asiyada ilk dəfə təsəvvüf ədəbini 
öyrədən “Divani-hikmət” əsəri kimi Anadoluda ilk təsəvvüf ədəbini, təsəvvüf yolunu 
öyrədən “Qəribnamə” adlı bir əsər yazmışdır. Ona görə də bu əsərdə ağıl, əxlaq, ədəb, 
təsəvvüf yolu və s. ilahi eşq mövzusuna baxanda daha geniş işlənmişdir. Ancaq buna 
baxmayaraq “Qəribnamə”yə baxılırsa təsəvvüfün və  təkkə  ədəbiyyatının  ən  əsas 
mövzusu hər şeyi özünə çəkən, cəzb edən ilahi eşqdir.  
Aşıq Paşa ilahi eşqə həqiqi eşq deyir və onun tərifini, təsvirini belə verir: həqiqi eşq 
bizi alıb götürəcək, masuvadan uzaqlaşdıracaq və Allahın üzünü bizə göstərəcək eşqdir. 
Kanı ol aşki-hakiki kim bizi 
Ala ilte göstere görklü yüzi (3, 98).  
Bu eşq ikiliyi aradan qaldıracaq, birlik yaradacaq və birlik olan yerdə də əbədi 
dirilik olacaq. “Qəribnamə”də ilahi eşqin birlik məsələsi xüsusi olaraq vurğulanır: 
Cümle işün yigregi birlik durur 
Birlige bitmek bütün erlik durur 
Birlige bitenler irdi menzile 
Ikilikle kimse gelmez hasıla 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə