Gülnarə Həsənova
340
belə ki, ən yüksək nəticə «qəbul - imtina» şkalasında təsdiqlənərək – 17 (40,4%) və
«simbioz» - 10 (23,8%). «Simbioz» şkalası, uşaqla ünsiyyət zamanı fərdlər arası
məsafəni əks edir. Bu şkalaya uyğun olan valideynlər,
uşaqla vəhdət təşkil edirlər,
övladları üçün daima narahatlıq hissi keçirərək, onların bütün istək və arzularını
yerinə yetirməyə səy göstərirlər, həyatdakı çətinliklərdən və xoşagəlməz hadisələrdən
onları qoruyurlar. Valideyn, uşağı balaca və köməksiz kimi görürdü.
Tədqiqatın növbəti mərhələsində, ər-arvad münasibətlərinin dinamikası, onların
uşağın fərd kimi inkişafına təsiri tədqiq edildi. Bizim fikrimizcə, ər-arvad
üçün tipik
olan qarşılıqlı əlaqə strategiyası amili, uşağın fərd kimi inkişafında əks olunur. Bunu
yoxlamaq üçün, kiçik yaşlı məktəblilər olan ailələrdə xüsusi tədqiqat apardıq. Dörd
ailə seçdik - ikisi eksperimental və ikisi kontrol. Eksperiment iki hissədən ibarət idi.
Birinci hissədə, eksperimental və kontrol qruplarını, uşaqların özünüqiymətləndir-
məsi aşağı olan (Dembo-Rubinşteyn metodikası vasitəsilə aşkarlanmış) ailələr təşkil
edirdilər. Eksperimental qrupda olan valideynlərə, əvvəlcədən uşağına həsr olunmuş
hekayə hazırlamaqları tapşırığı verilirdi. Yaxşı olardı ki, hekayədə, uşağın gözəl və
müsbət surəti təsvir olunsun.
Bundan sonra, gizli tənqiddən və iki mənalı olmasından
azad olan bu hekayə, uşağın öz mühim işiylə məşğul olduğu zamanı, uşağın iştirakı
ilə pixoloqa danışılırdı. Bu hadisədə valideyn tənqidçi və hər hərəkətə nəzarət edən
mövqeyindən uzaqlaşaraq, sevən, müdafiə edən valideyn, hər zaman uşağın tərəfində
olması ilə əvəzlənmişdir. Kontrol qrupunun eksperimental qrupdan fərqi ondadır ki,
əvvəlcədən hazırlıq keçirilmir, valideynlər uşaq haqqında fikirləşdiklərini deyirdilər.
Çalışırdılar ki, uşağın yalnız müsbət
keyfiyyətlərini söyləsinlər, bəzən tipik, valideynə
xas olaraq, uşaqlara öyüd –nəsihət vermə ünsürləri də peyda olurdu. İkinci dəfə
aparılan diaqnostikanın nəticələrini təhlil edərkən, məlum oldu ki, yoxlama
qrupundakı uşaqlarda özünüqiymətləndirmənin inkişafı olmamışdır, eksperimental
qrupdakı uşaqlarda
isə statik məna ifadə edən, dinamik özünüqiymətləndirmə əldə
olunmuşdur. İkinci eksperimental tədqiqatın keçirilməsinin əsas məqsədi ondan ibarət
idi ki, ailədəki vəziyyətdən asılı olaraq, uşaqların həyəcan səviyyəsinin yüksək
nəticələrinin olmasını, ailənin kinetik rəsmi vasitəsilə aşkarladıq. Birinci tədqiqatda
olduğu kimi uşağın iştirakı ilə valideynə imkan verildi ki, uşağın müsbət
xüsusiyyətləri,
tərbiyə prinsipləri, yaşlılarla necə davranması haqqında danışsın. Eyni
zamanda, valideyn müstəqqil olaraq, ziddiyyətləri aşaraq, yoxlama qrupunda
olmayan, razılığı əldə etsin. Orada ziddiyyətlərin nizamlayıcısı rolunu psixoloq icra
edir. Tədqiqatların nəticələrinə əsasən, eksperimental qrupda müsbət effekt uşaqlarda
66 % qeydə alınmışdı. 34% -də isə korreksiya effekkti yox idi. Yoxlama qrupundakı
uşaqlarda (26%) müsbət xüsusiyyətli, bir qədər effekt aşkarlanmışdır. Uşaqların 54%-
də isə hər hansı dinamikanın olmaması, ailədəki vəziyyətdən asılı olaraq, uşaqların
30%-də həyəcan səviyyəsinin yuksəlişi aşkarlanmışdır.
Beləliklə, kontrol qrupunda
müsbət və mənfi həyəcan dinamikası, statik göstəricilərə müvafiq deyildi,
eksperimental qrupda müsbət nəticə əldə olunmuşdur – ailədəki həyəcan hər iki
göstəricilərə görə aşagı düşmüşdür. Kontrol qrupunda ailə vəziyyətindəki həyəcanın
tədqiqatında azalma müşahidə edilmədiyindən, bizim fikrimizcə, heç bir faydası
Kiçik yaşlı məktəblilərin emosional dəyişkənliyinin formalaşmasında ailənin rolu
341
olmayan, uşaqlara gündəlik verilən öyüd-nəsihətin nəticələrinə əsasən
valideynlərin
stereotipləri mövcuddur. Kifayət qədər elmi mənbələri təhlil edərək, tədqiqatın
eksperimental hissəsinin keçirərək, diaqnostik müayinənin nəticələrini əldə edərək,
ailə üzvlərinin fərdi xüsusiyyətlərinin, ailədaxili münasibətlərinin dəyişdirilməsinə
yönəldilmiş kompleks psixokorreksiya proqramını hazırlamağa cəhd etdik. Bu
proqramın əsas məqsədi: ailədə əlverişli psixoloji iqlim şəraitinin yaradılmasıdır.
Valideynlərlə fərdi iş metodundan əlavə olaraq, valideynlərin
maarifləndirilməsi
vasitəsi kimi mini seminarlardan da istifadə edərək, şüurlu olaraq, valideynin özünə
məxsus tərzdə uşaqla əlaqəsi, uşağın tərbiyə olunmasındakı çətinlikləri aşkarladıq.
Tematik seminarlarda uşaq-valideyn münasibətlərinin təkmilləşdirilməsinin tipik
səhvləri təhlil edilmiş, uşaqlarla ünsiyyətin effektiv üsulları ilə iş aparılmışdır.
Beləliklə, biz ailələrlə diaqnostik - korreksiya işlərini yerinə yetirdik: aşkarlanmış
bir qrup uşaqlarda ailə tərbiyəsinin xüsusiyyətləri müəyyənləşdirilmiş, ailə
tərbiyəsində pozuntuların səbəbi və tipi dəqiqləşdirilmiş,
mövcud problemlərin dəf
olunması yolları müəyyənləşdirilmişdir. Ailə tərbiyəsinin xüsusiyyətləri ilə uşağın
inkişaf xüsusiyyətlərini müqayisə etdikdən sonra, bu yaş qrupundakı uşaqlardakı
psixoloji problemlərin, emossional qərarsızlığın ailə tərbiyəsi ilə sıx bağlı olması
nəticəsinə gəldik.
ƏDƏBİYYAT
1. Abbasov A N. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik.
B.: Mütərcim, 2015, 320 s.
2. Cabbarov R.V. Gercəklik terapiyası və ya yaşamaq sənəti. Monoqrafiya.
Bakı, “Ecoprint”, 2016, 232 s.
3. Çələbiyev N.Z. Ailə psixologiyası. Bakı: Mütərcim, 2015, 424 s.
4. Əlizadə Ə.Ə., Abbasov A. Ailə həyatının etikа və psixologiyası – müəllim
üçün vəsait. B., 2000.
5. Əmrahlı L. Ş.Uşaq psixologiyası. Bakı, Nurlar NPM,
2015, 344 s.
6. İsmayılov N V.
Tibbi psixologiya və psixoterapiya. B.: Maarif, 2008, 416
s.
7. Qurbanova L.M.Ailənin psixoloji problemləri və həlli yolları, Sumqayıt
“Bilik” nəşriyyatı, 2012, 240 s.
8. Uşaq inkişafı metodikası. Bakı: Acıq Cəmiyyət İnstitutu – yardım fondu,
2016.
9. Адлер А. Наука о характерах: Понять природу человека. Перевод
Цыпина Е. М.: Академический проект, 2014, 243 с.
10. Варга А.Я. Системная семейная психотерапия. Краткий лекционный
курс. СПб.: Питер, 2001, 278с
11. Венгер А.Л. Психологические рисуночные тесты: иллюстрированное
руководство /А.Л. Венгер. М.: ВЛАДОС-пресс, 2003, 160 с.