Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə74/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   70   71   72   73   74   75   76   77   ...   156

Sufizmin vəhdəti-vücud təlimində varlıq problemi
 
 
187 
vəhdəti-vücud  varlıqların yox, varlığın birliyi haqqında təlimdir.  Vəhdəti-vücud 
yoxluqda da varlıq olan Tanrı haqqında elmdirVəhdəti-vücud vücudun varlıq kimi 
vəhdətindən bəhs edən fəlsəfədir
İbn Ərəbi “Fütuhatül-Məkkiyyə” (Məkkə fəthləri) adlı irihəcmli əsərində filosof 
və sufilərin baxışlarını müqayisə edərək yazır ki, hər şeydə ona aid və onun vahid 
olduğunu göstərən bir ayət olduğu kimi, hər şeydə ona aid və onun eyni olduğunu 
göstərən bir ayət də vardır (13, s.328). Bütövlükdə sufizmin, eləcə  də, vəhdəti-
vücudun ensiklopediyası sayılan bu əsərin öz zəncirvari məntiqinə görə, “Tanrının hər 
şeydə olması” və “hər şeyin Tanrı olması” fikirləri də, əlaqəli şəkildə vəhdətdədir. 
Belə ki, vəhdəti-vücudda varlıq vahid olaraq yoxluğun da gerçək (gerçəklik) 
mahiyyəti olduğundan, vəhdəti-vücud həm də, tək mahiyyət haqqında olan fəlsəfi 
təlimdir. Mahiyyətin vahidliyi ilə təlimin bu iki ifadədəsindəki məntiq də birdir. Yəni, 
vəhdəti-vücud vəhdəti mövcud (vücudiyyə) olmasa da, vəhdəti-vücudda vücud həm 
də mövcudda mövcuddur. Sufizmin məşhur ifadəsi ilə: “Tanrı həm odur (yəni, aləm), 
həm də o deyil”. Belədə, məntiqi (vəhdəti-vücud təlimi bəlli bir fəlsəfi məntiq 
üzərində qurulmasa da) olaraq vəhdəti-vücudun vücud və mövcud bölgüsü varlığın 
vahidliyi prinsipinə zidd də deyil. Yəni,  vəhdəti-vücudda vahid yoxluqda da vahid 
olduqda vahiddir. Bu isə öz növbəsində, elə yoxluğun inkarı da deyil. Fikirimizcə, 
vəhdəti-vücud fəlsəfəsini  şiddətli təqiblər ilə üzbəüz qoyan ən  əsas məqam da, bu 
təlimdə bütün digər fəlsəfi sistemlərdən fərqli məntiq  əsasında qurulan varlıq (var 
kimi var olan) və mövcudluq (yox kimi var olan) bölgüsüdür. 
Müstəqil ikiliyi (təsniyə) inkar edən müsəlman  Şərqinin bu vəhdət təlimində 
varlıq yoxluq ilə toplanmır, yoxluqda mövcudluqlar (onları yoxluqdan varlığa 
çıxarmaq və ya onlarda əks olunmaqla) və ya cəmi mövcudluqlar ilə də aləm kimi 
görünür. Mövcudluqları aləmdən çıxıldıqda (məntiqi olaraq) isə, yenə yoxluq qalır. 
Deməli, varlığın vahidliyi prinsipi kimi vəhdəti-vücud cəmlənmə qanunlarına tabe 
olmadığından, nəticədə ondan ikinin hasil olması da mümkünsüzləşir. Amma, bu sirli 
riyazi hesab qaydaları gözün görmə və əqlin isə dərk etmə imkanları üçün cəbridir. 
Eləcə də, varlığın təcəllidə verilən varlıqdan (əlamət kimi varlıq) başqa, xalis varlıq 
(Tanrının özü) kimi bilinməsi də  vəhdəti-vücud fəlsəfəsi tərəfindən bütün hallarda 
birmənalı olaraq inkar edilir ki, belədə varlıq aləm kimi bilinir (bu məsələyə bir qədər 
sonra qayıdacağıq). Vəhdəti-vücud varlığın  əslinin bilinməz olması haqqında da 
təlimdir.  Vəhdəti-vücud varlığın yoxluğu inkar edərək, aləmin varlıq ilə  təsdiqidir
Nizamlı  şəkildə, təsdiq və inkar ahəngində (vəhdəti-vücud fəlsəfəsinin  əsaslandığı 
yeganə özünəməxsus ardıcıl məntiq də budur) həll olunan vəhdəti-vücudun  əbədi 
vahidlik prinsipi, varlıqdan kənar varlığın inkarı (əql üçün olan inkarı nəzərdə tuturuq, 
çünki, vəhdəti-vücudda varlıqdan kənarda da varlıq vardır), yoxluqda isə varlığın 
təsdiqi ilə qətiləşir. Belədə, vəhdəti-vücudun çağırışı “Tanrını aləm ilə birləşdirmək” 
deyil. Onun əsas ideyası, aləmdəki hər bir mövcudun surətində Tanrını görmək, bu 
mövcudların  əslində yoxluqda olduğunu dərk edərək, onlardakı vahid həqiqət olan 
varlığı-Tanrını seyr etməkdir. Qərbin vəhdəti-vücud aşiqlərindən olan İ.N.Əhməd 
doğru olaraq hesab edir ki, İbn Ərəbidə sual Tanrı ilə “bir olmaq” kimi yox, Tanrının 


Zaur Firidun oğlu Rəşidov
  
188 
bir olması kimi qoyulur (23, s.175). Fikirimizcə, bu mücərrəd vəhdəti dərk etmək, 
ancaq  əqli bir qədər fərqli kökləmək ilə mümkündür. Çünki, əqlin məntiq simləri, 
ancaq səslənən müəyyən “zil avazları” eşitməyərək və eləcə də onlara qulaq vermədən 
bu həzin musiqini sonadək tam dinləyə bilər. Bu cəhətdən, vəhdəti-vücudu yalnız 
rasional məntiq ilə izləməkdənsə, onun öz fərqli, amma, bu təlimin daxilində 
özünəxas ümumi nizamlı məntiqə qulaq asmaq daha məqsədəuyğundur. 
Vəhdəti-vücudun vahidi çoxalmayan, artmayan tək həqiqətdir. Bu həqiqət 
kəsrətin görüntülərdə fərq etdiyini mahiyyətlərdə cəm edəndir. Belədə, vəhdəti-vücud 
kəsrətdə  vəhdətdir, kəsrətin də  vahiddən və vahid olmasına sübutdur. Vəhdəti-
vücudun tanınmış simalarından olan azərbaycan filosofu Mahmud Şəbüstərinin də 
“Gülşəni-Raz” (Sirlər bağçası)  əsərində vurğuladığı kimi, vəhdəti aşkar edən də 
kəsrətdir (24, s.30). Yəni, kəsrət vəhdətin təcəllisinin nümayişidir. Varlıq vahid, 
mahiyyət tək, həqiqət bir, aləm yoxluq olduqda kəsrət vəhdətdir. Belədə, “aləmdə 
Haqqdır, aləm də Haqqdır” fikrləri doğrudur. Amma, bunun əksini, vəhdət kəsrətdir, 
varlıq yoxluqdur, “Tanrı aləmdir” demək yalnışdır. Deməli, vəhdəti-vücudda kəsrət 
vəhdət adlı vahid həqiqətin davamıdır, ondandır. Vəhdəti-vücudda vəhdət elə 
kəsrətdədir, kəsrət vəhdətdən ayrı deyil, onun bir hissəsidir. Çünki, vəhdətin bilinməsi 
kəsrətdə və kəsrət ilə mümkündür. 
Digər tərəfdən, vəhdəti-vücudda vahidin təzahür məkanına çevrilmək ilə, görüntü 
şəkli alaraq gerçəkləşən kəsrətin, vəhdətdən fərqli olması da labüddür. Çünki, görüntü 
varlıq və yoxluq arası ayırıcı təbəqədir. Görüntü nə tam varlıq, nə də tam yoxluqdur. 
Ona görə də, “Odur, o deyil”. Görüntülərdə isə, yoxluq öz yoxluğunu itirmək ilə kəsrət 
varlığını, aləmi qazanır. Aləm öz varlığı olan yoxluğunu varlığın görüntü varlığı ilə 
dolduraraq gerçəkləşdiyi üçün vəhdəti-vücudda varlıq yoxluğa məzc (qarışmaq, 
qatmaq) olmur. Bu cəhətdən, İbn Ərəbi “Füsusül-Hikəm” (Hikmətlərin əsas mənaları, 
inciləri) adlı məşhur əsərində yazır ki, Haqq göründükdə xalq onda gizlənir. Görünən 
xalq olduqda isə, gizlənən Haqq olur (11, s.80). Yəni, görüntü bir mərtəbə (məntiqi 
olaraq gerçək) kimi, həm də ayırıcı təbəqə olduğundan, o, varlığı da yoxluqdan ayırıb, 
var və “yox” (yox kəlməsi vəhdəti-vücud fəlsəfəsinə uyğun deyil) olanları ancaq 
görüntülərdə qovuşdurur. Belədə isə, Haqq və xalq, hər ikisi gizləndikdə aşkar olur
Bu cəhətdən, vəhdəti-vücudun  əsas ideyası, varlığın, eləcə  də yoxluğun mütləq 
gizliliyi və gizlilik ilə nisbi aşkarlanmasıdır. Çünki, vəhdəti-vücudda gizlənmək 
ortaya çıxmaqdan daha üstündür (13, s.202). Belədə isə, “hər şey odur”, “hər şeydə 
odur” deyimləri məntiqi olaraq vəhdəti-vücud təlimi daxilində qəti şəkildə doğrudur. 
Vəhdəti-vücud fəlsəfəsinin bu kimi təhlükəli səslənən çağırışları,  bu təlimindən 
kənarda aksomlar yox, bu təlim daxilində postulatlardır. Qeyd etdiyimiz formada 
aksiomlar kimi baxıldıqda vəhdəti-vücud elə vücudiyyədir.  İbn  Ərəbidən sonra 
vəhdəti-vücud təliminin ən görkəmli nümayəndələrindən biri olan Davud Kayserinin 
(1262-1350), “Allah varlıq olduğu üçün mövcuddur, izafi varlıq (aləm nəzərdə 
tutulur-Z.R.) isə mövcud olmadığı üçün vardır” (18, s.56). S.Qeybinin, “sənə aləm 
görünən həqiqətdə bir olan Allahdır” (19, s.348). İsmayıl Gələnbəvinin (1730-1791) 
“vəhdəti-vücuddan varlıq kimi var olmağa layiq tək bir mövcud vardır ki, o da 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə