Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə75/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   71   72   73   74   75   76   77   78   ...   156

Sufizmin vəhdəti-vücud təlimində varlıq problemi
 
 
189 
Allahdır mənası  çıxarılmalıdır” (22, s.64). Ya da ki, vəhdət ariflərindən olan 
Köstəncəli Şeyxi Süleymanın (1750-1820) “aləm Haqqın varlığının əlamətidir” (26, 
s.131) ifadələrindəki fikirlər vəhdəti-vücud fəlsəfəsi daxilində qavranıldıqda küfr yox, 
həqiqətin həqiqətdir. Belədə, “vücud mövcud ilə eynidir” demək mümkündür. 
Vəhdəti-vücudda varlıq varlıqlıq əlamətlərini yoxluğa təcəllilərdə ötürərək, aləmdən 
kənar qüvvə kimi qaldıqca, yoxluq təcəllidə mövcudluq qazanıb aləmə çevrildiyindən, 
mövcudluq varlığın əksidir, “odur”. Belədə vəhdəti-vücud, varlığın özündə (Tanrı), 
varlığın yoxluğda (təcəlli) və yoxluğun da özündəki (aləm)  əhədiyyət prinsipidir. 
Ə.Əfifi də hesab edir ki, öz varlığının əslində Haqqın varlığı olduğunu qəbul etmədən
sənin və onun varlıqları kimi ayırsan, əhədiyyət ortadan qalxar (1, s.180). Deməli, 
vəhdəti-vücudun əhədiyyət prinsipi “o, mən və ya qeyri” qəlibinə ziddir. Ancaq “o” 
olan vəhdəti-vücudda “o” yoxdursa, “mən” də yoxdur. O, məndə yox, o, sirr kimi 
təcəllilərdə məndədir. Bu cəhətdən vəhdəti-vücud, O üzərində qurulan fəlsəfi təlimdir
Vəhdəti-vücud təlimində Tanrı problemi. Vəhdəti-vücudun vahid varlığı olan 
Tanrı, bu təlimin “odur, o deyil” başlıca müddəasına görə  həm, aləmi-əcsamda 
(cisimlər aləmi) təcəlli edərək görüntülərdə  əks olunan, “görntülərin gerçək 
mahiyyətlərini yox” edərək aləmin həm görüntüsü, həm də əsli olan qüvvədir. Yəni, 
vəhdəti-vücudun Tanrısı bir tərəfdən əbədi “gizli xəzinə”, digər tərəfdən isə, təcəlli 
edərək aləmə enən, amma, aləmdə olmayan vahiddir. Belə ki, vəhdəti-vücudun “o 
deyil” bucağından Tanrının  əsli olan mənası (sufizmdə, eləcə  də  vəhdəti-vücud 
təlimində “məna” Tanrının batin tərəfini ifadə etmək üçün istifadə olunan termindir) 
aləmdən münəzzehdir. Məna qeybdə olan bilinməz qüvvədir. Bu bilinməz məna 
xaliqin mahiyyəti və ya zatıdır. Vəhdəti-vücuda görə, Tanrının vahid mənasını 
yoxluğa aid keyfiyyətlər və ya aləmin xassə  və xüsusiyyətləri ilə anlamaq 
mümkünsüzdür. Bu mənada İbn Ərəbi də yazır ki, Haqqın zatı mümkününlərin hər 
hansı bir xüsusiyyətləri ilə ifadə oluna bilməz (13, s.326). Digər tərəfdən isə, bu gizli 
və sirli mənanın təcəlli edən, görüntülərdə əks olunan və kəsrəti törədən ikinci tərəfi, 
“odur” halı olan surəti (sufizmdə “surət” Tanrının təcəlli edən zahir tərəfidir) də 
mövcudlarda mövcuddur. Vəhdəti-vücudda məna və surət Tanrının vəhdətini 
pozmadan, vəhdətdə də onun ikili izahı üçün seçilmiş bənzərsiz bir fəlsəfi modeldir. 
M.Şəbüstəri də “Gülşəni-Raz”da yazır ki: 
Hər nəyi görsən, bil, budur zərurət, 
İki aləm var: məna və surət (24, s.74). 
Deməli,  vəhdəti-vücud məna və surət “ikilisinə”  əsaslanan fəlsəfi təlimdir
Amma, vəhdəti-vücud fəlsəfəsi bu “iki aləmdən” ancaq birinin ətrafında dönüb durur 
ki, bu da Tanrının surət tərəfidir. Vəhdəti-vücud surət qismində olan Tanrı haqqında 
elmdir. Tanrının məna tərəfi sufilərin bu vəhdət fəlsəfəsində məhrəmdir, açılmaz və 
bilinməz sirrdir. Deməli, vəhdəti-vücudun sualı  qətiyyən Tanrının zatı da deyil. 
Vəhdəti-vücud əbədi transsendent olan Tanrının yalnız “immanent” tərəfi haqqında 
fəlsəfi təlimdir. İbn Ərəbi də yazır ki, Tanrının varlığı mahiyyətinin də eynidir (12, 
s.122). Tanrının zatı  həm də vahid həqiqətdir (11, s.74). Vəhdəti-vücudda Haqqın 
zatının təcəllilərdə  iştirakı, təzahürlərdə bilinməsi qeyri-mümkündür. Yəni, birbaşa 


Zaur Firidun oğlu Rəşidov
  
190 
iştirak etməsə  də, bütün təcəllilərin vahid mənbəyi (surətin  əsası  mənasında) olan 
Tanrının zatı özündə varlıqdır, qeybdə  həqiqətdir.  Əgər, zat Tanrı adlı  nəhəng bir 
həqiqətin mərkəzi nöqtəsi, daxili nüvəsidirsə, surət, bu yanar nüvədən çıxan saysız-
hesabsız bərq vuran şüaların cəmidir. Vəhdəti-vücudda Tanrının zatı qeybdə olan 
sirrli həqiqətini, varlığ lütfünü ancaq öz surətinin görüntüləri vasitəsi ilə kənarda da 
agah edir, bu sirri özündə sirrli saxlamaq şərti ilə yoxluğa da ötürür. Vahid nöqtə öz 
surətini-yanar nüvənin hərarəti ilə yoxluğa yönəldərkən öz qeyb dairəsini tərk etmir. 
Közərmiş nüvənin istisi şüaların mahiyyətlərində-hərarətlərində qalmaqda davam etsə 
də,  şüaların qaynar nöqtədən uzaqlaşması ilə  hərarətin közərən sirri də azalır. Bu 
hərarət də öz növbəsində donmuş yoxluğa soyuyaraq daxil olur. Nüvədən yoxluğa 
qədər olan uzun “məsafə”də nüvənin sirri hərarətin azalması ilə daha da artır. Vəhdəti-
vücudda Tanrı aləmdə bilavasitə yox, bilvasitə  təcəlli edərək görünür.  Əgər, köz 
bütün odu-alovu ilə, yerə enərsə, varlığın varlığı (zat), yoxluğunsa həm yoxluğu 
(aləmin zatı), həm də varlığı (aləm) itmiş, yanıb kül olmuş olar. Tanrı da aləmdə 
“əriyər”. Yəni, vəhdəti-vücudda Tanrının bilinməz qalması, bu təlimin növbəti 
bəndlərinin qurulması üçün ən vacib şərtdir.  Vəhdəti-vücud vücudiyyəni məntiqi 
olaraq da inkar edən təlimdir.  Vəhdəti-vücudda surət adlı  dərin uçurum vücudu 
yoxluqdan təcrid edən təbəqədir. Deməli, vəhdəti-vücudda, Tanrının zatı surətin-
təcəllinin arxasında daima gizlidir. Surət də zatın izharını (aşkar olunub meydana 
çıxma) mümkünsüz edən arakəsmədir. Bu gizlilikdən Tanrının zatı “korluq”dur. 
Vəhdəti-vücudun açar terminlərindən olan korluq (əma) həqiqətin görünməməsinə 
işarədir. Korluq sirrli olan məna ilə eynianlamlıdır, zatı inkar etmədən, bilinməz kimi 
təsdiq edən bir ifadədir. Digər tərəfdən, vəhdəti-vücud arifləri Tanrının bilinməz 
zatını izah edərkən tez-tez “toxum və ağac” bənzətməsinə müraciət edirdilər. Toxum 
(məna) ağacın (aləm) meydana gəlməsi ilə, köklərdə (surət) bilinməz olsa da, ağacın 
varlığında bir mahiyyət kimi əbədi olaraq qalmaqda da davam edir. Toxum qollu-
budağlı  ağaclar kimi bitib, yoxluğu aləm adlı meşəlik ilə örtür, varlıq toxumdan 
yarpağadək aləmə yayılır. Bu bənzətmə vücudiyyə  təəsürütı yaratsa da, “o deyil” 
prinsipi əsasında (məntiqi olaraq, artıq qeybə  çəkilmiş toxum birbaşa ağacda deyil 
onun izi ağacdadır, elə  ağacdır) ağacın kəsilərək meşənin yenidən yoxluq elan 
edilməsi (təkrarlanan təsdiq-inkar ikilisi) ilə vəhdəti-vücuda çevrilir. 
Vəhdəti-vücudda məna öz surətini aləmə  təcəllilərdə açır. Surətin təcəllisi ilə 
məzhərlər həqiqət qazanır, yoxluq qazanılan görüntülər ilə aləmə çevrilir. Sonsuz əsmalar 
(isimlər), ilahi əlamət və sifətlər aləmə yayılmaqla müxtəlif formalarda əks olunur-
üluhiyyəti (ilahi ad və sifətlərin bütün toplusu) gerçəkləşdirir.  İbn  Ərəbi “Füsusül-
Hikəm”də yazır ki, Tanrı surəti ilə aləmi var edəndir (11, s.31). Çünki, Tanrı həqiqəti 
etibarı ilə tək olsa da, isimləri etibarı ilə çoxdur (11, s.184). Vahidin vahid kimi bilinməsi 
mümkün olmadığından, vahid öz surətinin sonsuz təcəlliləri vasitəsi ilə aləmdə “çoxalır”, 
aləmi vahid nurla müxtəlif rənglərə boyayır. Bir sonsuz ismləri (vəhdəti-vücudda isim və 
sifətlər ilahi əlamətləri ifadə etmək baxımından eynianlamlıdır) ilə  təcəlli etsə  də, bu 
təcəllilərdə  toplanmayan və bölünməyən birin nəliyi və necəliyi heç vaxt zahir olmur. 
Qeyd etməzk lazımdır ki, bu “ikili” bölgüyə baxmayaraq, vəhdəti-vücudda zat-məna və 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə