Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə78/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   74   75   76   77   78   79   80   81   ...   156

Zaur Firidun oğlu Rəşidov
  
196 
 
РЕЗЮМЕ 
 
ПРОБЛЕМА БЫТИЯ В СУФИЙСКОМ УЧЕНИЕ 
ВАХДАТ АЛЬ-ВУДЖУД (ЕДИНСТВА БЫТИЯ) 
 
Заур Рашидов 
 
Доктрина  единства  бытия,  составляет  основу  суфизма  или  исламского 
мистицизма. Как известно, до окончательного формирование теории единство 
бытия, суфизм существовал как чисто мистическое течение в исламе. В XII веке, 
после  систематизации  этого  учения  суфизм  обрел  философскую  форму. 
Помимо ислама, в вахдат аль-вуджуд сочетается и сливается вместе, различные 
философские  учения  (Античная  философия),  которые  в  свою  очередь  в 
значительной мере обогатили суфизм. Но несмотря на это родство, вахдат аль-
вуджуд  в  целом  остается  детищем  ислама.  Если  подробно  ознакомится  с 
трудами  таких  суфийских  мыслителей  как,  Мухйиддин  ибн  Араби,  Махмуд 
Шабустари,  Абд  ал-Гани  ан-Наблуси  можно  убедиться,  что  все  главные 
проблемы  в  этом  учение  тесно  связано  именно  с  этой  религией.  Поэтому 
философское  учение  вахдат  аль-вуджуд  нужно  понимать  исключительно  в 
контексте ислама. Долгое время, многие Западные востоковеды и переводчики 
суфийских  текстов  игнорировали  последнее  суждение.  Они  часто  понимали 
доктрину  единства  бытия  вне  контекста  ислама.  Некоторые  исследователи 
полностью  связывали  вахдат  аль-вуджуд  с  Античной  философией.  Такие 
научно  философские  подходы,  к  тому  же  имеющие  однозначный  характер, 
привели к известным заблуждениям и по этой причине большинство западных 
интерпретаторов  суфизма  понимали  философию  вахдат  аль-вуджуд  как 
пантеизм. В статье обсуждается главная проблема в учение вахдат аль-вуджуд, 
проблема  бытия  или  же,  Бога.  А  также  анализируется  основные  принципы 
учение, которые в свою очередь связанны с проблемой бытия или Бога. 
 
 
Çapa tövsiyə etdi: 
 
f.ü.f.d. A.Ş.Həsənov 
 


“Sivilizasiya” anlayışının məzmununa dair
 
 
197 
 
 
“SİVİLİZASİYA” ANLAYIŞININ MƏZMUNUNA DAİR 
 
Hacıyev Rövşən Sabir oğlu 
AMEA Fəlsəfə İnstitutunun a.e.i., fəl.ü.f.d. 
 
 
Açar sözlər: sivilizasiya, sosial sistem, mədəni sistem 
Key words: civilization, social system, cultural system 
Ключевые слова: цивилизация, социальная система, культурная систем 
 
 
Sivilizasiya” anlayışına dair geniş materiallarla tanışlıq belə qənaətə gəlməyə 
əsas verir ki, bu məfhumun məzmunu ilə bağlı xeyri fərqli baxışlar və yanaşmalar 
mövcuddur. Bunu nəzərə alaraq, məqalədə “sivilizasiya” anlayışı adı altında nəyin 
başa düşülməsi məsələsinə aydınlıq gətirilməsinə səy göstəriləcək. 
“Sivilizasiya” termini öz mənşəyini latın sözü olan “civilis” anlayışından 
götürmüşdür və ilkin şərhində özünü nəzakətli,  ədəbli aparmağı bacaran şəhər 
insanının davranış qabiliyyəti mənasını ifadə etmişdir (6, s.461). Demək olar ki, Yeni 
Dövr fəlsəfəsinə  qədər bu anlayış isim deyil, məhz sifət  şəklində  işlədilmişdir. 
Anlayışın həm isim halında, həm də müasir anlamda işlədilməsi ilk növbədə fransız 
maarifçilərinin fəaliyyəti sayəsində  (şübhəsiz ki, bu işdə ingilis maarifçilərinin də 
əməyi vardır) mümkün olmuşdur. Y.Semyonov bildirir ki, Yeni Dövrdə bu anlayışı 
ilk dəfə işlədən fransız zadəganı V.Mirabo olmuşdur. “Qanunların dostu” əsərində bu 
anlayış ilk dəfə olaraq məhz onun tərəfindən səsləndirilmişdir (7, s.114). Tanınmış 
fransalı alim L.Fevr qeyd etmişdir ki, ingilis dilinə bu anlayış fransızlardan keçmişdir 
(12, s.246).  
Tədqiqatlar göstərir ki, anlayışın yaranmasından bu günə  qədər “sivilizasiya” 
məfhumunun mahiyyət və  məzmunu xeyli dərəcədə  dəyişmiş  və  zənginləşmişdir. 
Xüsusən yaxın 250 il ərzində bu anlayışın məzmunu olduqca fərqli və müxtəlif 
çalarlar əldə etmişdir. Rusiyalı alim İ.İonov bu dövr ərzində anlayışın məzmununun 
dəyişməsi dinamikasında üç mərhələni ayırd edir (13, s.387-388). Birinci mərhələ 
təqribən XVIII əsrin yarısından XIX əsrin yarısına qədər olan bir dövrü əhatə edir. Bu 
dövr ərzində “sivilizasiya” anlayışı “tərəqqi” anlayışı ilə demək olar ki, eyniləşdirilir. 
Məsələ burasındadır ki, qeyd etdiyimiz dövr Avropada təkamül nəzəriyyəsinin baş 
qaldırdığı  və geniş  təşəkkül tapdığı bir dünyagörüşü mərhələsi olmuşdur.  İnsanın 
zəkasının inkişafı ilə səciyyələnən düzxəttli təkamül konsepsiyasının və ya tərəqqinin 
son və  ən yüksək səviyyəsi isə sivilizasiyanın yaranması  mərhələsi kimi başa 
düşülmüşdür. Aydındır ki, söhbət Avropa sivilizasiyasının yaranmasından gedir. 
Təsadüfi deyil ki, o dövrdə sivilizasiya sözü tək anlamda işlədilirdi və yalnız Avropa 
mədəniyyətini nəzərdə tuturdu. İctimai inkişafda isə üç dövr ayırd edilirdi: vəhşilik, 
barbarlıq və sivilizasiya. Birinci mərhələnin aparıcı nümayəndələri kimi görkəmli 


Hacıyev Rövşən Sabir oğlu
  
198 
mütəfəkkirlər K.A.Sen-Simon, O.Kont, A.Fergüson və b. qeyd etmək olar. Ikinci dövr 
təqribən XIX əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdə Yaxın  Şərqdə aparılan 
arxeoloji qazıntılar tarixi prosesdə Qərb mədəniyyətindən fərqli olan sivilizasiyaların 
varlığından xəbər verdi. Nəticədə, “sivilizasiya” anlayışı artıq tək yox, tədricən cəm 
halında işlədilməyə başladı. Bu səbəbdən sivilizasiyaya təkamülçü təmayül ilə 
bərabər (buna Y.Semyonovun təklifi ilə unitar-mərhələli yanaşma da deyilir), plüral-
dövrü istiqamətdən yanaşan baxışlar da yer aldı. Başqa sözlə, XIX əsrin ikinci 
yarısında artıq lokal sivilizasiyalar haqqında nəzəriyyələr meydana çıxdı. Bu 
nəzəriyyələri ortaya qoyan mütəfəkkirlərdən xüsusən N.Y.Danilevskinin adını qeyd 
etmək olar. Nəhayət, üçüncü mərhələ XX əsrin birinci yarısına təsadüf edir. Bu 
mərhələdə “sivilizasiya” analyışı tarixi prosesin aparıcı subyektinə çevrilmiş oldu. 
Eyni zamanda, ictimai inkişafda tərəqqiyə olan münasibət şübhə altına alındı və hesab 
edildi ki, tarixi proses vahid bəşəriyyətin deyil, sadəcə ayrıca götürülmüş 
sivilizasiyaların inkişafı tarixindən başqa bir şey deyildir. Bu mərhələnin aparıcı 
nümayəndələri olaraq dünya şöhrətli mütəfəkkirlərdən O.Şpenqlerin, P.Sorokinin və 
A.Toynbinin adlarını qeyd etmək lazımdır.  
Biz artıq qeyd etdik ki, “sivilizasiya” anlayışının müəyyən edilməsi ilə bağlı xeyli 
fərqli yanaşmalar mövcuddur. Onlardan bəzilərinə diqqət yetirməklə anlayışın 
məzmununu müəyyən edən xassələri üzə çıxarmaq mümkün olardı. Bu məqsədlə öncə 
məşhur Vebster lüğətində bu anlayışın müxtəlif məzmunlarda şərh edilməsinin bəzi 
məqamlarına nəzər yetirək. Sivilizasiya: 
1. a) Barbarlığın tam şəkildə aradan qalxması  və qeyri-rasional davranışın 
yoxluğu ilə  səciyyələnən insan mədəniyyətinin ideal halıdır. Bu hal üçün insanın 
fiziki, mədəni və ruhi resurslarından tam istifadə, eləcə  də onun fərdi 
xüsusiyyətlərinin cəmiyyətdə öz yerini tapması xasdır; 
b) mədəniyyətin elə bir inkişaf səviyyəsidir ki, yazının kəşfi və yazılı mətnlərin 
qorunması, eləcə  də urbanizasiya, kənd təsərrüfatında və  sənayedə texnologiyanın 
təkmilləşməsi,  əhali sayının artması  və sosial təşkilin mürəkkəbləşməsi ilə 
səciyyələnir; 
2. Sivilliliyin təşəkkül tapdığı prosesdir ki, özünü elmin tərəqqisində, dövlət 
idarəçiliyində, eləcə də mənəviyyatda və insan fəaliyətində göstərir;  
3.  İnsan mədəniyyəti nailiyyətlərinin və heyvani tələbatlardan kənara çıxan 
arzuların cəmidir; 
4. Normativ tipli davranışın və ya təfəkkürün qəbul edilməsidir; 
5. Elə ərazilərdir ki, orada mədəniyyətin və texnoloji inkişafın nisbətən yüksək 
səviyyəsi bərqərar olmuşdur; 
6. Şəhər mədəniyyəti deməkdir (17, s.413).  
Fransız kulturoloqu A.Niçiforo sivilizasiyanı  aşağıdakı kimi müəyyən edir: 
sivilizasiya − insan birliyinin elə bir varlıq formasıdır ki, özünü: 1) maddi həyatda; 2) 
intellektual fəaliyyətdə; 3) mənəvi həyatda; 4) siyasi və sosial idarəetmədə göstərir (5, 
s.40). 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə