Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə79/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   75   76   77   78   79   80   81   82   ...   156

“Sivilizasiya” anlayışının məzmununa dair
 
 
199 
Fransız tarixçisi M.Kruze hesab edir ki, hər bir sivilizasiya ideyaların və siyasi 
institutların, maddi və  mədəni həyatın  şərtlərinin, istehsal qüvvələrinin və ictimai 
münasibətlərin, dinin, insan intellektinin və incəsənətin müxtəlif təzahürlərinin cəmi 
kimi müəyyən olunur (5, s.40). 
Amerika kulturoloqu U.Adamsa görə isə, sivlizasiyanı cəmiyyətin elə bir inkişaf 
səviyyəsi yaradır ki, ona daha yüksək texnologiya, təsərrüfatda ixtisaslaşma, 
dəbdəbəli əşyalar, uzaq məsafələrə ticarət, iqtisadiyyatın mərkəzləşmiş qaydada idarə 
edilməsi, sosial stratifikasiya, şəhərlər və ya iri administrativ mərkəzlər, hüquq 
institutları, daimi ordu, müəyyən dövlət idarəçiliyi forması, müxtəlif tipli dinlər 
(monoteizm və ya politeizm), monumental memarlıq və incəsənət nümunələri xas 
olsun (19, s.6).  
Bir çox mütəxəssislər isə (bu dəstəyə daha çox antropoloqlar daxildir) 
sivilizasiyanı  cəmiyyətin primitiv və ya ənənəvi mədəniyyətlərə  əks olan inkişaf 
səviyyəsi kimi müəyyən etməyə çalışırlar. Bu zaman sivilizasiyanı səciyyələndirən 
meyarların göstərməsinə cəhd edilir. Bu meyarlar əsas etibarilə sosioloji, mənəvi və 
intellektual müstəvilərdə müəyyən edilir. 
Sosial sahədə bütün sivilizasiyalara aşağıdakı xüsusiyyətlər xasdır: 
1.  Əməyin bölgüsünə  əsaslanan iqtisadi münasibətlər sistemi – üfüqi (peşə 
ixtisaslaşması) və şaquli (sosial stratifikasiya). 
2. Istehsal üsuluna hakim rejim tərəfindən nəzarət edilməsi. Belə ki, hakim sinif 
vergi vasitəsilə ilkin istehsalçılardan əldə edilən əlavə məhsulun mərkəzləşdirilməsini 
və bölüşdürülməsini həyata keçirir. 
3. Siyasi strukturun mövcudluğu. Bu strukturda icraedici və administrativ 
funksiyaları öz əlində cəmləşdirən hakim təbəqə əsas yer tutur. Burada mənşəyinə və 
qohumluq əlaqələrinə görə hökm sürən tayfa təşkilatı məcburiyyətə əsaslanan hakim 
sinfin idarəçiliyə ilə  əvəzlənir. Sivilizasion siyasi sistemin əsasında sosial-sinfi 
münasibətləri və ərazi bütövlüyünü təmin edən dövlət dayanır.  
Əxlaqi-mənəvi sahədə sivilizasiyanın formalaşması etik sistemlərin kökündən 
dəyişməsi ilə müşayət olunur. Bu da öz növbəsində sosial münasibətlərdə hərtərəfli 
dəyişikliklərə  gətirib çıxarır. Eyni zamanda insanların dünyagörüşündə  də 
əhəmiyyətli dəyişikliklər baş verir. Sivilizasiyaların inkişafının erkən mərhələsində 
əxlaqi davranış normalarının bərqərar olması müstəqil və xüsusi sosial institut 
vasitəsilə  həyata keçirilir. Bu instituta kahinlər təbəqəsi, dini məbəd, dövlətçilik 
simvolları  və s. daxildir. Bu sistemdə allahlar ierarxik düzülüşdə  təqdim və  qəbul 
edilir. Allahlar panteonunda dövlətin mövcudluğunu təmin edən baş allah statusu 
müəyyənləşdirilir.  
Sivilizasiyanın inkişafının sonrakı mərhələsində mənəvi davranış normaları yeni 
dəyərlər  əldə edirlər. Bu əxlaqi dəyərlər norması lokal birliklərdəki və ya tayfa 
sistemlərindəki davranış qaydalarından keyfiyyətli dərəcədə fərqlənir. Artıq əxlaqi-
mənəvi normalar icma tərəfindən deyil, xüsusi təbəqə, yəni elita tərəfindən 
formalaşdırlır. Sivilizasiyanın yeni inkişaf səviyyəsində elita tərəfindən irəli sürülmüş 
ideyalar tarixi prosesin hərəkətverici qüvvəsinə çevrilir. 


Hacıyev Rövşən Sabir oğlu
  
200 
İntellektual sahədə sivilizasiya nəzəri təfəkkürün inkişafına imkan yaradır. Belə 
ki, zaman haqqında yeni təsəvvürlər (retrospektiv və perspektiv) baş qaldırır, yazı və 
informasiyanın ötürülməsi üçün ümumi simvollar tərtib olunur, dəqiq və proqnostik 
elmlər inkişaf edir (riyaziyyat, həndəsə və astronomiya), zamanın, məkanın və çəkinin 
vahidləri müəyyənləşdirilir. Yaranmış elmlər praktik məqsədlərə xidmət edir. Belə ki, 
astronomiya elmi kənd təsərrüfatı  işlərinin vaxtında təşkil olunması  məqsədilə 
yaradılır (mövsümlərin düzgün təyin edilməsi). Riyaziyyat ilk növbədə 
admininistrativ və ticarət işlərinin aparılması  zərurətindən meydana gəlir. Həndəsə 
elmi isə administrativ binaların və dini məbədlərin tikintisi ilə əlaqədar təşəkkül tapır.  
Sivilizasiya həm də yüksək incəsənətin təşəkkül tapması ilə  səciyyələnir. 
Yaranmış yüksək incəsənət özünəməxsus peşəkar yaradıcılığı ilə xalq təsviri sənətini 
tədricən ikinci dərəcəli əhəmiyyətə malik fəaliyyət növünə çevirir. 
Mütəxəssislər tərəfindən sivilizasiyanın bu qaydada (yəni onun strukturuna daxil 
olan elementlərin hərtərəfli  şəkildə öyrənilməsi)  şərh edilməsi yaranmış yeni 
cəmiyyətin məzmun baxımından mürəkkəb səciyyə daşımasından xəbər verir. Belə 
cəmiyyət artıq təkamül xüsusiyyəti ilə də səciyyələnir. Digər tərəfdən, sivilizasiyanın 
bu cür şərh edilməsi strukturdaxili əlaqələrin funksionallığına və formasına heç bir 
aydınlıq gətirmir. Ümumən, sivilizasiyanın təfsilatı xarakterdə müəyyən edilməsinin 
ən optimal variantını, mütəxəssislərin fikrinə görə, E.Hantinqton 1945-ci ildə çap 
etdirdiyi monoqrafiyasında vermişdir: “Sivilizasiyanın tərifini vermək, eyni zamanda 
onun meydana gəlməsi vaxtını dəqiq müəyyən etmək çətindir. Bəlkə də bu işlərin gö-
rülməsinə elə bir ehtiyac da yoxdur. Hamı etiraf edir ki, dünyanın müəyyən hissəsində 
geridə qalmış insanlar yaşayır, bəzi mədəniyyətlərdə isə sivillilik səviyyəsi xeyli 
açağıdır. Ona görə də belə demək mümkünsə, sivilizasiya o yerdə təşəkkül tapır ki, 
kənd təsərrüfatına keçid baş verir, insanlar oturaq həyat tərzi sürür, müəyyən idarə-
çilik sistemi yarada bilir və bu işlərin aparılmasında yazıdan istifadə edirlər” (20, s.3). 
Sovet dövründə “sivilizasiya” anlayışına verilən təriflər daha çox ideoloji səciyyə 
daşımışdır. Onlardan biri ilə tanış olaq: “Sivilizasiya – bu və ya digər ictimai-iqtisadi 
formasiya tərəfindən əldə edilən maddi və mənəvi mədəniyyətin inkişaf səviyyəsidir” 
(8, s.645). 
Ümumən “sivilizasiya” anlayışının müəyyən edilməsində  fərqli yanaşmaları 
ayırd etmək mümkündür. Onlardan bəzilərinə nəzər yetirək: 
1. Sivilizasiya – cəmiyyətdir və deməli, ona xas olan bütün xüsusiyyətləri özündə 
daşıyır. Bu, mürəkkəb cəmiyyətdir və özündə siyasi, iqtisadi, sosial və  mədəni 
altsistemləri ehtiva edir. Sivilizasiyaya bu cür yanaşanlar sırasında “Annalar” 
məktəbinin yaradıcılarından biri olan fransalı L.Fevrin adını misal çəkmək olar. 
Sivilizasiyanın bu cür şərh edilməsi anlayışın məzmununu xeyli dərəcədə qeyri-
müəyyən edir, çünki belə olan halda əlavə terminlərin daxil edilməsinə ehtiyac 
yaranır. Belə ki, bəzən tayfa səviyyəsində yaşayan cəmiyyətlərin belə sivilizasiya 
kimi təqdim edilməsi bu tip yanaşmalarda özünə yer tapır. 
2. Sivilizasiya – şəhər mədəniyyətidir. Sivilizasiyaya bu cür yanaşan 
mütəxəssislər çoxluq təşkil edir. Məsələn, tanınmış mütəxəssis F.Beqbi sivilizasiyanı 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə