Zaur Firidun oğlu Rəşidov
196
РЕЗЮМЕ
ПРОБЛЕМА БЫТИЯ В СУФИЙСКОМ УЧЕНИЕ
ВАХДАТ АЛЬ-ВУДЖУД (ЕДИНСТВА БЫТИЯ)
Заур Рашидов
Доктрина единства бытия, составляет основу суфизма или исламского
мистицизма. Как известно, до окончательного формирование теории единство
бытия, суфизм существовал как чисто мистическое течение в исламе. В XII веке,
после систематизации этого учения суфизм обрел философскую форму.
Помимо ислама, в вахдат аль-вуджуд сочетается и сливается вместе, различные
философские учения (Античная философия), которые в свою очередь в
значительной мере обогатили суфизм. Но несмотря на это родство, вахдат аль-
вуджуд в целом остается детищем ислама. Если подробно ознакомится с
трудами таких суфийских мыслителей как, Мухйиддин ибн Араби, Махмуд
Шабустари, Абд ал-Гани ан-Наблуси можно убедиться, что все главные
проблемы в этом учение тесно связано именно с этой религией. Поэтому
философское учение вахдат аль-вуджуд нужно понимать исключительно в
контексте ислама. Долгое время, многие Западные востоковеды и переводчики
суфийских текстов игнорировали последнее суждение. Они часто понимали
доктрину единства бытия вне контекста ислама. Некоторые исследователи
полностью связывали вахдат аль-вуджуд с Античной философией. Такие
научно философские подходы, к тому же имеющие однозначный характер,
привели к известным заблуждениям и по этой причине большинство западных
интерпретаторов суфизма понимали философию вахдат аль-вуджуд как
пантеизм. В статье обсуждается главная проблема в учение вахдат аль-вуджуд,
проблема бытия или же, Бога. А также анализируется основные принципы
учение, которые в свою очередь связанны с проблемой бытия или Бога.
Çapa tövsiyə etdi:
f.ü.f.d. A.Ş.Həsənov
“Sivilizasiya” anlayışının məzmununa dair
197
“SİVİLİZASİYA” ANLAYIŞININ MƏZMUNUNA DAİR
Hacıyev Rövşən Sabir oğlu
AMEA Fəlsəfə İnstitutunun a.e.i., fəl.ü.f.d.
Açar sözlər: sivilizasiya, sosial sistem, mədəni sistem
Key words: civilization, social system, cultural system
Ключевые слова: цивилизация, социальная система, культурная систем
“Sivilizasiya” anlayışına dair geniş materiallarla tanışlıq belə qənaətə gəlməyə
əsas verir ki, bu məfhumun məzmunu ilə bağlı xeyri fərqli baxışlar və yanaşmalar
mövcuddur. Bunu nəzərə alaraq, məqalədə “sivilizasiya” anlayışı adı altında nəyin
başa düşülməsi məsələsinə aydınlıq gətirilməsinə səy göstəriləcək.
“Sivilizasiya” termini öz mənşəyini latın sözü olan “civilis” anlayışından
götürmüşdür və ilkin şərhində özünü nəzakətli, ədəbli aparmağı bacaran şəhər
insanının davranış qabiliyyəti mənasını ifadə etmişdir (6, s.461). Demək olar ki, Yeni
Dövr fəlsəfəsinə qədər bu anlayış isim deyil, məhz sifət şəklində işlədilmişdir.
Anlayışın həm isim halında, həm də müasir anlamda işlədilməsi ilk növbədə fransız
maarifçilərinin fəaliyyəti sayəsində (şübhəsiz ki, bu işdə ingilis maarifçilərinin də
əməyi vardır) mümkün olmuşdur. Y.Semyonov bildirir ki, Yeni Dövrdə bu anlayışı
ilk dəfə işlədən fransız zadəganı V.Mirabo olmuşdur. “Qanunların dostu” əsərində bu
anlayış ilk dəfə olaraq məhz onun tərəfindən səsləndirilmişdir (7, s.114). Tanınmış
fransalı alim L.Fevr qeyd etmişdir ki, ingilis dilinə bu anlayış fransızlardan keçmişdir
(12, s.246).
Tədqiqatlar göstərir ki, anlayışın yaranmasından bu günə qədər “sivilizasiya”
məfhumunun mahiyyət və məzmunu xeyli dərəcədə dəyişmiş və zənginləşmişdir.
Xüsusən yaxın 250 il ərzində bu anlayışın məzmunu olduqca fərqli və müxtəlif
çalarlar əldə etmişdir. Rusiyalı alim İ.İonov bu dövr ərzində anlayışın məzmununun
dəyişməsi dinamikasında üç mərhələni ayırd edir (13, s.387-388). Birinci mərhələ
təqribən XVIII əsrin yarısından XIX əsrin yarısına qədər olan bir dövrü əhatə edir. Bu
dövr ərzində “sivilizasiya” anlayışı “tərəqqi” anlayışı ilə demək olar ki, eyniləşdirilir.
Məsələ burasındadır ki, qeyd etdiyimiz dövr Avropada təkamül nəzəriyyəsinin baş
qaldırdığı və geniş təşəkkül tapdığı bir dünyagörüşü mərhələsi olmuşdur. İnsanın
zəkasının inkişafı ilə səciyyələnən düzxəttli təkamül konsepsiyasının və ya tərəqqinin
son və ən yüksək səviyyəsi isə sivilizasiyanın yaranması mərhələsi kimi başa
düşülmüşdür. Aydındır ki, söhbət Avropa sivilizasiyasının yaranmasından gedir.
Təsadüfi deyil ki, o dövrdə sivilizasiya sözü tək anlamda işlədilirdi və yalnız Avropa
mədəniyyətini nəzərdə tuturdu. İctimai inkişafda isə üç dövr ayırd edilirdi: vəhşilik,
barbarlıq və sivilizasiya. Birinci mərhələnin aparıcı nümayəndələri kimi görkəmli
Hacıyev Rövşən Sabir oğlu
198
mütəfəkkirlər K.A.Sen-Simon, O.Kont, A.Fergüson və b. qeyd etmək olar. Ikinci dövr
təqribən XIX əsrin ikinci yarısına təsadüf edir. Bu dövrdə Yaxın Şərqdə aparılan
arxeoloji qazıntılar tarixi prosesdə Qərb mədəniyyətindən fərqli olan sivilizasiyaların
varlığından xəbər verdi. Nəticədə, “sivilizasiya” anlayışı artıq tək yox, tədricən cəm
halında işlədilməyə başladı. Bu səbəbdən sivilizasiyaya təkamülçü təmayül ilə
bərabər (buna Y.Semyonovun təklifi ilə unitar-mərhələli yanaşma da deyilir), plüral-
dövrü istiqamətdən yanaşan baxışlar da yer aldı. Başqa sözlə, XIX əsrin ikinci
yarısında artıq lokal sivilizasiyalar haqqında nəzəriyyələr meydana çıxdı. Bu
nəzəriyyələri ortaya qoyan mütəfəkkirlərdən xüsusən N.Y.Danilevskinin adını qeyd
etmək olar. Nəhayət, üçüncü mərhələ XX əsrin birinci yarısına təsadüf edir. Bu
mərhələdə “sivilizasiya” analyışı tarixi prosesin aparıcı subyektinə çevrilmiş oldu.
Eyni zamanda, ictimai inkişafda tərəqqiyə olan münasibət şübhə altına alındı və hesab
edildi ki, tarixi proses vahid bəşəriyyətin deyil, sadəcə ayrıca götürülmüş
sivilizasiyaların inkişafı tarixindən başqa bir şey deyildir. Bu mərhələnin aparıcı
nümayəndələri olaraq dünya şöhrətli mütəfəkkirlərdən O.Şpenqlerin, P.Sorokinin və
A.Toynbinin adlarını qeyd etmək lazımdır.
Biz artıq qeyd etdik ki, “sivilizasiya” anlayışının müəyyən edilməsi ilə bağlı xeyli
fərqli yanaşmalar mövcuddur. Onlardan bəzilərinə diqqət yetirməklə anlayışın
məzmununu müəyyən edən xassələri üzə çıxarmaq mümkün olardı. Bu məqsədlə öncə
məşhur Vebster lüğətində bu anlayışın müxtəlif məzmunlarda şərh edilməsinin bəzi
məqamlarına nəzər yetirək. Sivilizasiya:
1. a) Barbarlığın tam şəkildə aradan qalxması və qeyri-rasional davranışın
yoxluğu ilə səciyyələnən insan mədəniyyətinin ideal halıdır. Bu hal üçün insanın
fiziki, mədəni və ruhi resurslarından tam istifadə, eləcə də onun fərdi
xüsusiyyətlərinin cəmiyyətdə öz yerini tapması xasdır;
b) mədəniyyətin elə bir inkişaf səviyyəsidir ki, yazının kəşfi və yazılı mətnlərin
qorunması, eləcə də urbanizasiya, kənd təsərrüfatında və sənayedə texnologiyanın
təkmilləşməsi, əhali sayının artması və sosial təşkilin mürəkkəbləşməsi ilə
səciyyələnir;
2. Sivilliliyin təşəkkül tapdığı prosesdir ki, özünü elmin tərəqqisində, dövlət
idarəçiliyində, eləcə də mənəviyyatda və insan fəaliyətində göstərir;
3. İnsan mədəniyyəti nailiyyətlərinin və heyvani tələbatlardan kənara çıxan
arzuların cəmidir;
4. Normativ tipli davranışın və ya təfəkkürün qəbul edilməsidir;
5. Elə ərazilərdir ki, orada mədəniyyətin və texnoloji inkişafın nisbətən yüksək
səviyyəsi bərqərar olmuşdur;
6. Şəhər mədəniyyəti deməkdir (17, s.413).
Fransız kulturoloqu A.Niçiforo sivilizasiyanı aşağıdakı kimi müəyyən edir:
sivilizasiya − insan birliyinin elə bir varlıq formasıdır ki, özünü: 1) maddi həyatda; 2)
intellektual fəaliyyətdə; 3) mənəvi həyatda; 4) siyasi və sosial idarəetmədə göstərir (5,
s.40).
Dostları ilə paylaş: |