Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə81/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   77   78   79   80   81   82   83   84   ...   156

“Sivilizasiya” anlayışının məzmununa dair
 
 
203 
Anlayışın təyin olunması baxımından qeyd etmək istərdik ki, əksər tanınmış 
mütəxəssislər sivilizasiyanın meydana gəlməsini  şəhər mədəniyyətinin təşəkkül 
tapması hadisəsi ilə  əlaqələndirirlər. Onlardan B.S.Yerasova görə, sivilizasiya 
urbanizasiya inqilabından asılı olub, şəhər mədəniyyətinin təşəkkül tapması ilə 
formalaşır (4, s.87). Uilkinson qeyd edir ki, sivilizasiyanı əhalisi intensiv, daimi və 
əhəmiyyətli qarşılıqlı əlaqələrdə olan şəhərlər formalaşdırır (10, s.399). F.Beqbi isə 
sivilizasiyanı  şəhərlə  əlaqəli olan mədəniyyət kimi başa düşür (16, s.162). 
“Sivilizasiya” anlayışının məzmununa dair bir çox baxışları  nəzərdən keçirən 
R.Ueskot aşağıdakı nəticəyə gəlir: “Sivilizasiya adlandırılması üçün mədəniyyət ya 
əkinçilikdən, ya da maldarlıqdan irəli gələrək heç olmasa ərzaq məhsullarını istehsal 
etməlidir...şəhərlərə, yazıya, metallurgiyaya malik olmalıdır” (11, s.338). 
Bəzi tədqiqatçılar “sivilizasiya” və “mədəniyyət” anlayışlarını qarşı-qarşıya 
qoymağa cəhd edirlər. Bunun əsasında,  şübhəsiz ki, O.Şpenqlerin məşhur “Qərbin 
qürubu”  əsərinin həmin tədqiqatçılara göstərdiyi təsir dayanır.  Əslində  Şpenqlerin 
belə bir mövqedən çıxış etməsi başa düşüləndir, çünki ümumiyyətlə, alman 
kulturoloqlarının bu iki anlayışın bir-birindən fərqləndirilməsi prinsipinə  əsaslanır. 
Tanınmış mütəxəssis S.Hantinqton öz əsərində göstərir ki, “sivilizasiya” və 
“mədəniyyət” anlayışlarının bir-birindən fərqləndirilməsi yalnız Almaniya alimləri 
üçün xarakterikdir. Dünyanın digər elmi mərkəzlərində bu anlayışların bir-birindən 
ayrı tutulması praktikası yer almamışdır (14, s.46). Biz də hesab edirik ki, mədəniyyəti 
və sivilizasiyanı qarşı-qarşıya qoymaq doğru olmazdı. Belə ki, sivilizasiyanı  bəşər 
mədəniyyətinin  ən yüksək inkişaf səviyyəsi kimi dəyərləndirmək mümkündür. 
Nəzərə almaq lazımdır ki, ilk sivilizasiyaların yaranması dövrü üçün haqqında 
danışdığımız iki anlayışı bir-birindən ayırmaq sadəcə mümkün deyildir. Ona görə ki, 
yazının meydana gəlməsi, sosial differensiasiyanın baş tutması, ilk dövlətlərin və 
padşahların tarix səhnəsinə çıxması kimi əhəmiyyətli hadisələr yalnız sivilizasiyanın 
göstəricisi olmayıb, eyni zamanda bəşəriyyətin sosial təkamülündə ümumən 
mədəniyyətin də yüksək inkişaf səviyyəsinə çatması kimi dəyərləndirilə bilir.  
Bizim başa düşdüyümüz qədər, sivilizasiya yüksək mədəni inkişaf səviyyəsinə 
nail olmuş insan birliklərinin vahid sosiomədəni sistemi kimi çıxış edir. Bu sistem dil, 
tarix, din, adət-ənənələr, sosial institutlar kimi obyektiv komponentləri ilə yanaşı, 
onun tərkibinə daxil olan subyektin özünüidentifikasiya xüsusiyyəti ilə  də 
səciyyələnir. Tarixi inkişafın indiki səviyyəsi üçün əksər insanların bundan yüksək 
özünüidentifikasiya qabiliyyəti yoxdur. Sivilizasiyaların dövlətlərdən fərqli olaraq 
müəyyən olunmuş ərazi sərhədləri də yoxdur. Buna baxmayaraq, onların reallığına 
şübhə ilə yanaşmağa heç bir ciddi əsas görmürük. Eyni sözləri etnoslar üçün də 
söyləmək mümkündür (halbuki konstruktivistlər, o cümlədən B.Anderson, V.Tişkov 
kimi tanınmış mütəxəssislər etnosların reallığını  qəbul etməyib, onları sadəcə 
təxəyyülün məhsulu kimi başa düşürlər). Sivilizasiyalar canlı orqanizmlər kimi 
təşəkkül, inkişaf və tənəzzül dövrlərini yaşayırlar. Bütün mədəni sistemlər içərisində 
sivilizasiyalar  əhali sayı  və yerləşmə  məkanı baxımından  ən böyük insan birliyi 


Hacıyev Rövşən Sabir oğlu
  
204 
olmaqla yanaşı, onların içərisində zaman aspektindən həm də  ən uzun ömr sürmə 
xüsusiyyətinə malikdirlər.  
Yuxarıda deyilənlərdən irəli gəlib sivilizasiyanın tərifini aşağıdakı şəkildə ifadə 
etmək mümkündür: sivilizasiya müəyyən coğrafi  ərazidə  əsrlər boyu yanaşı 
yaşayaraq ortaq dəyərləri (ilk növbədə dini inancları  və dünyagörüşünü) 
formalaşdırmış müxtəlif tipli sosial qrupların və institutların mədəni birliyi olub, 
identifikasiya  əsasında onu təşkil edən insanların özlərini digər analoji birliklərin 
üzvlərindən fərqləndirə bildiyi ən böyük etnomədəni sistemə deyilir.  
 
 
ƏDƏBİYYAT SİYAHISI: 
 
1. Hacıyev R.S. “Xalq” anlayışına dair (sosial-fəlsəfi təhlil) // AMEA 
Arxeologiya və Etnoqrafiya İnstitutu, “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası” 
jurnalı, № 1, 2012, s.153-159.  
2. Hacıyev R.S. Sosiomədəni sistemlərin tipoloji təsnifatına dair // AMEA 
Arxeologiya və Etnoqrafiya İnstitutu, “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası” 
jurnalı, № 2, 2011, s.198-204. 
3. Емельянова Ю.П. Понятия «цивилизация» и «социокультурная система» 
в  контексте  цивилизационных  исследований // Вестник  ХНИУ,  № 115, 2011, 
с.39-42. 
4.  Ерасов  Б.С.  Цивилизации:  Универсалии  и  самобытность.  М., «Наука», 
2002, 524с. 
5. 
Мчедлова 
М. М. Вопросы 
цивилизации во французском 
обществознании. М., Изд-во МГУ,1996, 80с. 
6. Рустамов Ю. Oсновы философии (курс лекций). Баку, «Азербайджанский 
Университет», 2004, 475с. 
7. Семенов Ю.И. Философия истории. (Общая теория, основные проблемы, 
идеи и концепции от древности до наших дней), М., «Современные тетради», 
2003, 776с. 
8. Словарь русского языка (2-ое издание), IV т., М., «Русский язык», 1984. 
9. Сорокин П. А. Человек. Цивилизация. Общество. М.: Политиздат, 1992. 
543с. 
10.  Уилкинсон  Д.  Центральная  цивилизация // Время  мира  (альманах). 
Вып.2, Новосибирск, «Хронограф», 2001, с.397-423. 
11. Уэскотт Р. Исчисление цивилизаций // Время мира (альманах). Вып.2, 
Новосибирск, «Хронограф», 2001, с.328-344. 
12. Февр Л. Бои за историю, М., «Наука», 1991, 629с. 
13. Философия истории, М., «Гардарики», 2001, 432с. 
14. Хантингтон С. Столкновение цивилизаций, М., «Аст», 2006, 571с.  
15.  Хвостова  К.В.  Механизмы  воспроизводства  цивилизаций // 
Цивилизации (коллективная монография). Вып.7. М., «Наука», 2006, с.92-105. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə