Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə82/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   78   79   80   81   82   83   84   85   ...   156

“Sivilizasiya” anlayışının məzmununa dair
 
 
205 
16. Bagby Ph. Culture and History: Prolegomena to the Comparative Study of 
Civilizations. Berkeley&Los Angeles. 1963, p.162-163. 
17. Webster's third new international dictionary of the English language, 
unabridged: Philip Babcock Publisher: Springfield, Mass., G. & C. Merriam Co., 
1966. 2662p.  
18. Wilkinson D. Spatio-temporal Boundaries of African Civilizations 
Reconsidered // Comparative Civilizations Review. 1993. №29, p.52-53. 
19. The Boundaries of civilizations in space and time, Lanham, MD: University 
Press of America, 1987, 429p.   
20. Huntington E. Mainsprings of Civilization, New York, John Wiley & Sons 
Inc., 1945, 660p.  
 
 


Hacıyev Rövşən Sabir oğlu
  
206 
 
РЕЗЮМЕ 
 
К СОДЕРЖАНИЮ ПОНЯТИЯ «ЦИВИЛИЗАЦИЯ» 
 
Гаджиев Ровшан Сабир оглы 
 
 
В  статье  предпринимается  попытка  изучения  содержания  понятия 
«цивилизация».  С  этой  целью  рассматриваются  дефиниции  изучаемого 
понятия,  определяемые  в  разных  энциклопедических  и  других  словарях. 
Выявляются  разные  подходы  определения  понятия  «цивилизация». 
Выделяются  два  основных  подхода  по  определению  изучаемого  понятия: 
ценностно-нормативный  и  объективно-описательный.  Согласно  позиции 
автора, цивилизация является не социальной, а культурной систеa. 
 
 
SUMMARY 
 
ON THE CONTENT OF THE CONCEPT OF “CIVILIZATION” 
 
Hajiyev Rovshan Sabir 
 
The article attempts to study the content of the concept of "civilization". For this 
purpose, the definitions of the concept being studied are defined in different 
encyclopedic and other dictionaries. Different approaches to the definition of the 
concept of "civilization" are revealed. There are two main approaches to the definition 
of the concept under study: value-normative and objectively descriptive. According 
to the author's position, civilization is not a social, but a cultural system. 
 
 
Çapa tövsiyə etdi: 
 
f.e.d. F.M.Qurbonov 
 


Ömər Faiq Nemanzadənin fəlsəfi görüşləri
 
 
207 
 
 
ÖMƏR FAİQ NEMANZADƏNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ  
 
Yusif Hüseynov 
Naxçıvan Dövlət Universitetinin 
 “Fəlsəfə və sosial iş” kafedrasının  
dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
Açar sözlər:  “Molla Nəsrəddin”, fəlsəfi dünyagörüş, publisist, dilimizin 
qorunması, istibdad. 
Keywords: 
“Molla Nasraddin”, philosophical outlook, Publicist, Protection of 
our language, istibdad. 
Ключевые  слова:  “Молла  Насреддин”,  философское  мировоззрение, 
публицист, защита нашего языка, деспотизм. 
 
Ömər Faiq Nemanzadənin (1872-1941) həyat fəaliyyətinə nəzər saldıqda məlum 
olar ki, o İstanbulda oxumuş, sonra bir müddət orada işləmiş, lakin inqilabı iş üstündə 
İstanbuldan Azərbaycana gəlmişdir. Ömər Faiq Azərbaycana gəldikdən sonra uzun 
müddət  Şəki,  Şamaxı, Gəncə, Bakı  və Tiflisdə müəllim işləmiş, sonra isə jurnalist 
kimi fəaliyyət göstərmişdir. Azərbaycanda müəllim, publisist, maarifçi, ictimai xadim 
kimi tanınan Ömər Faiq Nemanzadə jurnalist kimi fəaliyyətə  əvvəlcə  “Şərqi-Rus” 
qəzetində (1903-1905) başlamış, sonra isə “Molla Nəsrəddin” jurnalının (1906-1910) 
əsas mühərrirlərindən biri kimi fəaliyyət göstərmişdir. Qeyd edək ki, Ömər Faiq 
Nemanzadə “Molla Nəsrəddin” jurnalında çalışarkən jurnalı C.Məmmədquluzadə ilə 
birlikdə idarə etmiş, çox fəal maarifçi publisist və  fədakar mollanəsrəddinçi kimi 
tanınmışdır. 
Sovet dönəmində Ömər Faiq Gürcüstan SSR yarandıqdan sonra, 1921-ci ilin 
fevralında Gürcüstan inqilab Komitəsinin üzvü seçilmiş, həmin ilin avqustundan 
Gürcüstanda müsəlman işləri üzrə Komitənin sədri təyin olunmuşdur. 1924-cü ildən 
Azərbaycan SSR Xalq maarif Komissarlığında işləyən Ömər Faiq Nemanzadə 1927-
ci ildən isə pensiyaya çıxmışdır. Tanınmış mollanəsrəddinçi 1937-ci ildə Sovet 
repressiyasının qurbanı olmuşdur. 
Ömər Faiq Nemanzadənin həyat fəaliyyətini, onun yaradıcılığını  dərindən 
araşdıran professor Şamil Qurbanov Ömər Faiqin “Molla Nəsrəddin” jurnalındakı 
fəaliyyətini şərh edərək, onun C.Məmmədquluzadə ilə əməkdaşlığı haqda yazmışdır: 
“1906-cı ildən 1932-ci ilə  qədər fəaliyyət göstərən jurnalın 1912-ci ilə kimi rəsmi 
redaktoru C.Məmmədquluzadə, qeyri-rəsmi redaktoru “sahibi-ixtiyarı” Ömər Faiq 
idi. C.Məmmədquluzadə 1924-cü ildə “Kommunist” qəzetində yazırdı: “Molla 
Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz 


Yusif Hüseynov
  
208 
yoldaşlarımın qələmlərinin, əsərinin məcmusudur ki, mən də onların ancaq ağsaqqal 
yoldaşıyam” (1, s.6). 
Professor  Ş.Qurbanov yazır ki, “Bu əziz yoldaşlardan biri, bəlkə  də birincisi 
Ömər Faiq olmuşdur. C.Məmmədquluzadə onu da etiraf edirdi ki, “yoldaşım Faiq 
Nemanzadəni mən birinci dəfə “Şərqi-Rus” qəzeti idarəsində gördüm və burada da 
onunla üns tutdum. ... bu qazetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun 
varlığı ilə, onun yoldaşlığı ilə “Molla Nəsrəddin” məcmuəsini bina etdim. Daha 
doğrusu, onunla bərabər, onunla birlikdə “Molla Nəsrəddin” məcmuəsini bina etdik” 
(1, s.6). 
Ömər Faiq Nemanzadənin sosial-siyasi məfkürəsinin formalaşmasında “Şərqi-
Rus” qəzetinin əhəmiyyətini xüsusi qeyd edən prof. Ş.Qurbanov bu haqda yazmışdır: 
“1903-cü ildə Tiflisdə “Şərqi-Rus” qəzetində Cəlil Məmmədquluzadə ilə xoş təsadüf 
onun gələcək fəaliyyətində mühüm rol oynayır. Redaktorun və onun qəzetə cəlb etdiyi 
din xadimlərinin təzyiqinə baxmayaraq Ömər Faiq “ürəyinin arzularını boşaltmağa” 
çalışır və çox vaxt buna nail olurdu. Doğrudur, bunlar ona bəzən baha başa gəlirdi: ya 
din xadimlərinin məzəmməti, küfr və  lənəti ilə qarşılaşır, ya da M.Şahtaxtinski ilə 
münasibəti kəskinləşir, hətta redaksiyadan uzaqlaşdırılır, öz sözləri ilə desək 
qovulurdu. Bütün bunlar ondan doğur ki, qəzet redaktorunun və onun qəzetə  cəlb 
etdiyi Zaqafqaziyada din rəhbərlərinin, o cümlədən “millət atası”  şeyxülislam 
Əbdüssalam Axundzadə, Tiflis quberniya məclisinin sədri Hacı  Məmmədhəsən 
Mollazadə, sünni idarəsinin üzvü müfti Hüseyn əfəndi  Əfəndizadə kimi “Başı 
sarıqlıların” məsləki və əqidəsi qəzetin daimi əməkdaşlarından C.Məmmədquluzadə, 
Ömər Faiq, Y.Hacıbəyov, R.İsmayılov və başqalarının  əqidəsinə uyğun gəlmir, 
tərəflər arasında ixtilaf yaranırdı (2, s.7). 
Tanınmış alim, tədqiqatçı Ş.Qurbanov Ömər Faiq Nemanzadənin 1903-cü ildə 
Tiflisdə yenicə nəşrə başlayan “Şərqi-Rus” qəzetinin redaksiyasında böyük maarifçi 
C.Məmmədquluzadə ilə görüşünü, onların bu qəzetdə birgə fəaliyyətinin Ömər Faiqin 
gələcək yaradıcılığında mühüm rol oynadığını geniş şərh etmişdir. Ş.Qurbanov Ö.F. 
Nemanzadənin 2006-ci ildə nəşr olunmuş “Seçilmiş Əsərləri”nə yazdığı “Ön söz”də 
Ömər Faiqin siyasi-mənəvi cəhətdən formalaşmasında, həm Azərbaycanın o vaxtkı 
tanınmış maarifçiləri ilə  əməkdaşlığında, həm də  fəlsəfi dünyagörüşünün 
möhkəmlənməsində “Molla Nəsrəddin” jurnalından  əvvəl “Şərqi-Rus” qəzetinin 
mühüm rol oynadığını qeyd etmişdir. 
Ömər Faiq cəmiyyətin sosial-mədəni inkişafında, insanların dünyagörüşünün 
genişlənməsində, onların mədəni səviyyəsinin yüksəlməsində mətbuatın mühüm rol 
oynadığını, bütövlükdə mətbuatın cəmiyyətin güzgüsü olduğunu göstərirdi. Mətbuatı 
“zəmanənin  ən kəskin qılıncı”, “hər millətin ölçüsü”, “məmləkətin hamisi, vəkili” 
hesab edən Ömər Faiq Tiflisdə  “Şərqi-Rus” qəzeti nəşr olunmağa başlayanda 
sevinərək öz düşüncəsini aşağıdakı kimi şərh edərək yazmışdır: “Xülasə indiyə qədər 
min dürlü təcrübələr ilə isbat edilmiş bir həqiqətdir ki, hər millət mərifət ilə yaşar, 
cəhalət ilə yox olar. Mərifətin birinci vasitəsi, xətibi, vaizi isə məcmuələr, qəzetlərdir. 
Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet cismi-həyatın 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə