Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə83/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   79   80   81   82   83   84   85   86   ...   156

Ömər Faiq Nemanzadənin fəlsəfi görüşləri
 
 
209 
ruhudur, qəzet aləmin ən nüfüzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, mizanıdır. 
Qəzet məmləkətin hamisi, vəkili, advokatıdır. Şükr xudaya, bizdə də dövri-tərəqqiyə 
girəcəyimizi bildirən əsərlər, şahidlr çox gec də olsa zühur etməkdədir. İşdə çoxdan 
bəri görülən bir nöqsan və ehtiyacımızı ikinci bir türk qəzetimiz ikmil üçün möhtac 
olduğumuz “Şərqi-Rus” adında Tiflisdə nəşr olunmağa başladı” (2, s.28). 
Ömər Faiqin mənəvi-etik prinsiplərindən biri də  vətənpərvərlik, xalqa bağlılıq 
milli dil problemi idi. O, “Yazımız, dilimiz, ikinci ilimiz” adlı məqaləsində həm dilçi 
alim, həm siyasi xadim, həm də əsl vətənpərvər kimi çıxış edirdi (1, s.161). 
Bir mollanəsrəddinçi kimi Ö.F.Nemanzadənin tənqidi yazılarında  əsas 
məsələlərdən biri dilimizin-azərbaycan türkcəsinin qorunması  məsələsi idi. Daha 
doğrusu  ərəb, fars dilinin və osmanlı  ləhcəsinin  əsarətindən qurtarmaq bunun 
əvəzində sadə xalq dilinə yaxınlaşmaq Ömər Faiqin əsas arzusu idi. Cəmiyyətdə 
savadsızlığın hökm sürməsində  bəzi üzdəniraq  şair və yazıçılarımızın fəaliyyətini 
tənqid edən  ədib dilimizin islahı, təkmilləşməsi üçün çalışmağı tövsiyyə edərək 
yazmışdır: “Dəxi vaxtdır ki, “xas” dilin “avam” dilinə yaxınlaşdıraq. Dəxi vaxtdır ki. 
mümkün mərtəbə açıq yazıb camaatı oxumağa həvəsləndirək. “Camaatımız oxumur, 
oxumaq istəmir” – demək doğru deyildir. Hansı açıq dililə  əsərlər yazıb camaatı 
oxumağa alışdırdıq ki, camaatdan şikayət eləyək, onlara nə verdik ki, nə istəyək? 
İnsafla düşünülürsə, bu gün camaatımızın belə kor və cahil qalmağına beş-on dilənçi 
mərsiyəxanın, bir para lotu mollaların əlində oyun-oyuncaq olmağına səbəb olanların 
bir qismi də  ədiblərimiz,  şairlərimiz, yazıçılarımız, qəzet yazanlarımızdır. Bu 
cənablarımız ha qışqırırlar ki, ay qoymayın millət geri qaldı! Lakin millətin əsl geri 
qalmağına səbəb olan yazımızın, dilimizin islahı üçün, türkcəmizin işləməsi üçün heç 
çalışdılarmı?” (2, s.173-174). 
Məlumdur ki, xalqın sosial-mədəni inkişafında, milli-mənəvi dəyərlərin 
zənginləşməsində milli dilin qorunması mühüm rol oynayır. Buna görə də Ömər Faiq 
Nemanzadə milli dilimizin, Azərbaycan türkcəsinin, xüsusən ədəbi dilin təmizliyini 
qorumağı ziyalılarımıza,  ədib və  şairlərimizə tövsiyyə edərək sadə xalq dilimizə 
yaxınlaşdırmağı irəli sürərək demişdir: “İndi insaf ediniz, bir millət ki, ata, ana, su, 
çörək kimi sözləri də yad bir dildən alıb işlədə, dəxi o dilin, o millətin nə şanı olar. 
Dəxi nə hala deyə bilərik ki, mənim də dilim və vücudum vardır?” (2, s.171). “Bu gün 
bizim işlətdiyimiz dil, ədəbiyyat dili deyil, oğurlanmış, çirki bir dildir. Ərəb və fars 
sözləri ilə yazılan uyğunsuz yazılara ədəbiyyat dili demək, ədəbiyyatın nə olduğunu 
bilməməkdir. Camaatımızı bu fikirdən daşındırmaq çağıdır. Dilimizin qədrini bilmək 
çağıdır” (2, s.173). 
Məlumdur ki, Ömər Faiq Nemanzadə “türk dili” deyəndə Azərbaycan türkcəsini 
nəzərdə tuturdu, daha doğrusu pantürkistlər kimi osmanlı dilini, İstanbul danışıq 
tərzini yox, yalnız Azərbaycan dilini nəzərdə tuturdu. Ömər Faiq sadə xalqın dilini 
təbliğ edirdi. Ömər Faiq Nemanzadə  ərəb, fars, osmanlı tükcəsini təqlid edənlərə 
üzünü tutaraq “Tərəqqi” qəzetinin, 1909-cu ilin 53 sayında yazmışdır: “İndiki bir para 
şairlərimiz türk dilimizi lap bərbad edirlər: cahilcəsinə osmanlıları  təqlid edib öz 
dillərini də itirirlər, özgəsindən də avara qalırlar. Odur ki, Vaqifin, Vidadinin, Zakirin, 


Yusif Hüseynov
  
210 
Seyid  Əzimin xoş,  şirin ruhlu şeirlərini indikilərdə görə bilmirik. Əgər bu cahilcə 
müqəllidlik, əgər bu saxta şairlik belə gedərcə bundan sonra şairlərimizin əsərlərində 
qafqazlıların məişətinə, psixologiyasına, adətinə, tərəqqisinin təbii dərəcəsinə, dilinə 
dair bir şey görə bilməyəcəyiz”(3). 
Müasirlərinin xatirəsindən bəllidir ki, Ömər Faiq bütöv xarakterli, mübarizə 
ruhlu, kəskin qələmli bir publisist idi. O, hər cür köhnəliyin, milli məhdudluğun, dini 
xurafatın qatı və barışmaz düşməni olmuşdur. Görkəmli ədibin əsərləri onun xarakter 
və dünyagörüşünün yetkinliyini bütünlüklə açmağa kömək edir. 
AMEA-nın müxbir üzvü Abbas Zamanov Ömər Faiq haqda yazmışdır: 
“Əsrimizin ilk illərindən başlayaraq, Qafqazda və Azərbaycanda mətbuat səhifələ-
rində zülmə və istibdada, cəhalət və mövhümata qarşı ölüm-dirim mübarizələri aparan 
inqilabçı-demokrat mühərrirlərin sırasında Ömər Faiqin özünəməxsus yeri vardır” (4, 
s.193). 
Ö.F.Nemanzadənin fəlsəfi dünyagörüşü XIX əsrin sonu-XX əsrin əvvəllərində 
Şərqin və Azərbaycan xalqının çoxəsrlik mədəniyyəti, xüsusilə M.F.Axundovun 
materialist, ateist irsi, S.Ə.Şirvaninin maarifçiliyi, H.B.Zərdabinin təbii-elmi ideyaları 
ilə  sıx varislik əlaqəsi olan ədibin dünyagörüşü, həm də qabaqcıl rus elmi-ictimai 
fikrindən və mütərəqqi  ədəbiyyatından qidalanmışdır. Türk ədəbi-ictimai fikrinin 
N.Kamal və T.Fikrət kimi parlaq nümayəndələrinin demokratik və humanist idealları 
da Ömər Faiqin dünyagörüşünə təsir göstərmişdir.  
Ömər Faiqin fəlsəfi dünyagörüşünü araşdıran BDU-nun dosenti, fəlsəfə üzrə 
fəlsəfə doktoru Fazil Vahidov Ömər Faiqin fəlsəfi dünyagörüşünün formalaşması, 
onun sosiomədəni ideya inkişafını və yaradıcılıq fəaliyyətini: 1906-ci ilə qədər, 1906-
1920-ci illər və sovet dövrü (1921-1937) olmaqla üç mərhələyə bölmüşdür. Eyni 
zamanda tarixi həqiqət naminə deməliyik ki, tədqiqatçı F.Vahidovun fikrinə görə, 
görkəmli mollanəsrəddinçinin dünyagörüşündə marksizm-leninizm ideyaları da öz 
izini göstərir ki, bunu da o dövr üçün çox təbii saymaq lazımdır (5, s.5-6). 
Demokratik-maarifçi ideyaların yayıldığı dövrdə öz xalqının mənəvi-mədəni 
cəhətdən oyanmasına can atan Ömər Faiq Qərbin və Rusiyanın sosial-mədəni 
nailiyyətlərindən nümunə götürməklə mətbuatın, məktəbin, elmin, təhsilin nadanlıq 
və cahilliyə qarşı mübarizəsini zəruri hesab edirdi.  
Burjua-mülkədar qaydalarının ictimai tərəqqini buxovladığını, həmçinin 
demokratik dövlət quruluşunun bərqərar olmasını vurğulayan Ömər Faiq Şərq 
xalqlarının azadlıq mübarizəsinin qələbə ilə başa çatmasını, milli münasibətlərin 
inkişafının təmin edilməsini cəmiyyətin inkişafının  əsas amili hesab edirdi. Bu 
baxımdan fədakar mollanəsrəddinçi istismar və istibdad quruluşunun dayağı olan çar 
rejimininə qarşı xalqı mübarizəyə çağırırdı. O, mütləqiyyəti damğalamaqla 
kifayətlənmir, həm də yeni hümanist-demokratik bir cəmiyyətin yaradılmasını təsvir 
və  tərənnüm edirdi. Mövcud anti-humanist quruluşun labüd şəkildə inqilab 
doğuracağına inanan ədib xalqı tarixin yaradıcısı hesab edirdi. Bu mənada tədqiqtçı 
F.Vahidovun aşağıdakı fikrində  də obyektiv-elmi həqiqəti görmək lazımdır. 
Tədqiqatçı F.Vahidov O.F.Nemanzadənin fəlsəfi dünyagörüşündən fəlsəfi bəhs edən 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə