Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə84/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   80   81   82   83   84   85   86   87   ...   156

Ömər Faiq Nemanzadənin fəlsəfi görüşləri
 
 
211 
yuxarıda sözügedən namizədlik dissertasiyasının avtorefaratında yazır: “Onun 
fikirləri demokratik azadlığa və xalqın xoşbəxtliyinə nail olmaq üçün inqilabın 
zəruriliyinə yönəlmişdir.  Şübhəsiz ki, xeyli dərəcədə o vaxt, həm də Zaqafqaziya 
xalqları arasında geniş yayılmış  və düşünən beyinlərin diqqətini ciddi cəlb etmiş, 
marksist-leninçi ideyaların ona səmərəli təsirinin nəticəsi idi. Lakin bununla yanaşı 
onun dünyagörüşü ziddiyyətli təkamülə uğramış və o, sosial inqilabın marksist-leninçi 
şərhinin tam dərki səviyyəsinə qalxa bilməmişdir, öz düşüncələrində inqilabi 
meyilləri və çağırışları mücərrəd-liberal mühakimələrlə birləşdirirdi” (5, s.9). 
Müəllifin fikirləri öz dövrünə görə bir qədər ifrat kommunist tədqiqatçı 
mövqeyindən ifadə edilsə  də bu bir həqiqətdir ki, XX əsrin  əvvəllərində xalqının 
tərəqqisi və azadlığı  uğrunda mübarizə edən bir çox insanlar, o cümlədən digər 
mollanəsrəddinçilər kimi Ömər Faiq də marksizm-leninizm ideologiyasında və 
kommunizm nəzəriyyəsində milli istiqlal üçün nicat axtarırdılar.  
Onlar azadlıq və müstəqil dövlət quruculuğunu məhz sosial-demokrat və 
marksist-leninçi təlimdə görür, rus bolşevizminin hazırladığı dövlət çevrilişlərini 
demokratik inqilabları hesab edib onların xalqa, fəhlə-kəndli sinfinə xoşbəxt həyat 
verəcəyinə inanırdılar. 
Ömər Faiq 1905-ci il rus inqilabından sonra Şərq xalqlarının milli-azadlıq 
hərəkatında baş verən, xüsusilə qonşu İran və Türkiyədə gedən hadisələri, prosesləri, 
demokratiya uğrunda aparılan mübarizəni alqışlayırdı. O həmçinin Hindistan, Çin, 
Koreya və s. Şərq ölkələrindəki azadlıq hərəkatını müstəmləkəçilik boyunduruğundan 
və istibdadından xilas edilməyin, müstəqil inkişafa nail olmağın  əsas amili hesab 
edirdi. Fazil Vahidov bu haqda yazmışdır: “Ö.Faiqin imperializmin müstəmləkə 
siyasətini ifşa edən ideya irsi bu baxımdan dövrümüzdə də öz aktuallığını qoruyub 
saxlamışdır”(5, s.12). Həqiqətən də sosializm cəbhəsinin aradan qalxması ilə dünya 
hegomonluğu iddialarına qapılmış  və beynəlxalq 
“jandarmeriya”
 
rolunu oynamaq 
istəyən təcavüzkar dövlətlər heç də yox olmadı, əksinə milli zəmində, dini müstəvidə 
“parçala hökm sür” siyasətini yeni mərhələdə davam etdirdilər.  
Ömər Faiqin fəlsəfi dünyagörüşündən bəhs edərkən göstərmək lazımdır ki, 
görkəmli ədib dini-idealist mövqelərdən materialist-ateist mövqelərə qədər təkamül 
yolu keçmişdir. O hər şeydən əvvəl dövrünün ictimai-siyasi və ideoloji problemlərinə 
toxunarkən öz fikirlərini mücərrəd kateqoriyalarla deyil, kütlə  və oxucular üçün 
anlaşıqlı olan fəlsəfi məna daşıyan terminlərlə ifadə edirdi. 
Ö.F.Nemanzadə təbiəti obyektiv reallıq hesab edərək insan idrakının qüdrətinə 
inam təlqin edirdi. Ömər Faiq təbiətdə  hər  şeyin daim dəyişmə  və yeniləşmədə 
olduğunu göstərirdi. Ömər Faiq cəmiyyətdəki sosial təbəddülatları da zəruri bilirdi. 
Bu baxımdan ədibin mənəvi-əxlaqi dəyərlərə çevik təfəkkürlə qiymət verməsi, hakim 
sinif və  təbəqələrin, riyakar, mənfəətpərəst, məkrli din xadimlərinin çürük daxili 
aləmini tərəqqiyə bir əngəl kimi ifşaedici pafosla təqdim etməsi çox təbii idi.  
İslamın siyasi alət olmasını, dini fanatizmi, şəxsi mülkiyyət ehtirasını, qadın 
hüquqsuzluğunu mütərəqqi etik normalar mövqeyindən qamçılayan Ömər Faiq 
ümumiyyətlə feodal-patriarxal münasibətlərin düşməni olaraq kəskin məqalələr 


Yusif Hüseynov
  
212 
yazırdı. Xalqın mövhümat və xürafatdan ayılmasını, öz sağlam düşüncəsini ortaya 
qoymasını istəyirdi. Yeri gəlmişkən, mollanəsrəddinçi  ədib  əvvəlcə  “Şərqi–Rus”, 
“Molla Nəsrəddin” daha sonralar “Tərəqqi”, “İrşad”, “Açıq söz” və s. mətbuat 
orqanlarında müntəzəm çıxış edirdi. Ömər Faiq xalqın azadlığı və xoşbəxtliyini öz 
həyatının mənası və əxlaqi borcu hesab edən şəxsiyyət idi. Ömər Faiqə görə Hər bir 
şəxs cəmiyyətin üzvü olduğu üçün onun maraqları, səadəti və rifahı ictimai 
əhəmiyyətli olmalıdır. Vətənə  məhəbbət, vətənin azadlığı  və çiçəklənməsi hər bir 
insanın ali məqsədi olmalıdır (5, s.15). 
Ömər Faiqin ədəbi-estetik görüşləri də mütərəqqi xarakter daşıyaraq realist 
incəsənətin bərqərar olmasını təbliğ edirdi. Ömər Faiqə görə, İncəsənət cəmiyyətin 
inkişafına xidmət etməlidir, xalqın oyanışına, azadlığına biganə olan sənət  əsəri 
ürəksiz və ölüdür. Ö.F.Nemanzadə əsl incəsənəti hay-küylü, riyakar, maraqlara qulluq 
göstərən  əqidəsiz incəsəntdən fərqləndirirdi. Onun fikrincə,  əsl yazıçı,  şair, həqiqi 
sənətkar  əməkçi insanları müdafiə etməli, xalqın qayğı  və ehtiyaclarından bəhs 
etməlidir. 
Ömər Faiq realist ədəbiyyatı  kəndlilərin, zəhmət insanlarının, sadə xalqın 
istismardan azad edilməsi yolunda qüdrətli silah hesab edirdi. Onun yaradıcılıq 
proqramına görə, əsl sənətkarın həyatı mübarizədən kənarda qala bilməzdi. Qəddar və 
müstəbid hakimlərə, despot başçılara, dərəbəylik üsuli-idarə quruluşuna qarşı çıxan 
sənətkarı döyüşən əsgərlə müqayisə edən Ömər Faiq yazırdı: “Fərq bundadır ki, onlar 
müstəbidlərə qarşı qılınc və bombalarla deyil, biliyin və maarifin gücü ilə döyüşürlər” 
(1, s.47). 
Ömər Faiq tələb edirdi ki, sənətkar həyat hadisələrinin sadəcə müşahidəçisi 
olmalı deyil, mütərəqqi meyillərə xidmətini göstərməlidir. O jurnalistləri “millətin 
ruhu” adlandırır, xalqı oyatmaq işində, siyasi şüurunun yüksəlməsi prosesində fəallıq 
göstərmələrini zəruri bilirdi (5, s.20). Ömər Faiq realist ədəbiyyatın ictimai hadisələrlə 
və xalqın həyatı ilə  sıx bağlı olmasından çıxış edərək incəsənətin tərbiyəvi roluna 
yüksək qiymət verirdi və onu ləkəsiz, parlaq güzgü ilə müqayisə edirdi. 
Beləliklə, Ömər Faiq Nemanzadənin fəlsəfi dünyagörüşünün, etik-estetik 
fikirlərinin təhlili və  tədqiqi göstərir ki, görkəmli  ədibin yaradıcılığı sosial-fəlsəfi 
baxımdan bu gün də öz aktual dəyərini qoruyub saxlamaqdadır. 
Görkəmli mollanəsrəddinçi, istedadlı publisist, jurnalist və ictimai xadim Ömər 
Faiq Nemanzadənin yaradıcılığı-məqalə, felyeton və xatirələri XX əsrin əvvəllərində 
Azərbaycan xalqının ictimai-siyasi mübarizəsini, mənəvi inkişafını, özünütanıma 
prosesini, habelə dövrün ədəbi salnaməsini parlaq şəkildə ifadə edir. Ömər Faiq 
“Molla Nəsrəddin” məktəbinin, mollanəsrəddinçilər cərəyanının ideya rəhbəri olan 
Mirzə Cəlilin məslək yoldaşı, əvəzsiz köməkçisi, ən sədaqətli cəbhədaşı kimi jurnalın 
nəşri və fəaliyyətində həlledici rol oynamışdır. 
 
 
 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə