Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə80/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   76   77   78   79   80   81   82   83   ...   156

“Sivilizasiya” anlayışının məzmununa dair
 
 
201 
şəhərlə  əlaqəli olan mədəniyyət kimi başa düşür (16). Sivilizasiyaya bu cür 
yanaşmada cəmiyyətdə siyasi rejimin bərqərar olması amili nəzərdə tutulur. Belə ki, 
amerikalı mütəxəssis D.Uilkinson da hesab edir ki, sivilizasiya əhalisi 10000-dən az 
olmayan  şəhər mədəniyyətidir (18). Sivilizasiyanın  əsas xüsusiyyəti sosiopotestar 
sistemə malik olması ilə müəyyənləşir. Belə olan təqdirdə hətta dövlətlər də ayrıca 
sivilizasiya kimi nəzərdən keçirilir. O halda mövcud sivilizasiyaların sayı həddan artıq 
çox olur ki, bu da əslində anlayışın məzmununun xeyli dərəcədə şişirdilməsinə gətirib 
çıxarır.  
3. Sivilizasiya – cəmiyyət quruluşunun müasir tipidir. Bu cür cəmiyyətlərə Qərbi 
və digər yüksək inkişaf etmiş sosiomədəni sistemləri aid etmək mümkündür ki, harada 
müasir texnologiyanın tətbiqini görmək olar. Eyni zamanda, bu cür sivilizasiyalarda 
cəmiyyətin mütərəqqi inkişafını  təmin edən vətəndaş  cəmiyyətinin və digər sosial, 
siyasi, hüquqi institutların fəaliyyətini qeyd etmək olar. Anlayışın bu qaydada təqdim 
edilməsi  əslində dünya tarixində yüksək mədəni inkişaf səviyyəsinə çatmış digər 
böyük sosiomədəni sistemlərin sivilizasiya kimi təqdim edilməsinin qarşısını alır. 
Belə yanaşma, zənnimizcə, “sivilizasiya” anlayışının məzmununu xeyli dərəcədə 
azaldır və reallığın olduğu kimi əks etdirilməsinə mane olur. Çünki belə  təqdirdə, 
tarixdə mövcud olmuş və hazırda da mövcud olan mədəniyyətlərin özüməxsusluğu 
amili Qərb həyat tərzinə, onun mentalitetinə uyğun şəkildə dəyərləndirilir. 
4.Sivilizasiya insanların hüquqlarını, vicdan azadlığını  təmin edən bir 
cəmiyyətdir. Bu halda yenə də sivilizasiya adı altında faktiki olaraq Qərb həyat tərzini 
sərgiləyən bir sosial model ortaya qoyulur. Anlayışın bu cür şərhi Qərb 
mədəniyyətinin daşıyıcısı olan sivil insan obrazını canlandırır ki, əslində bunu da 
XVIII əsr fransız və ingilis maarifçilərinin təsəvvür etdikləri sivil insan məfhumunun 
yeni interpretasiyası kimi başa düşmək olar.  
5. Bəzən “sivilizasiya” anlayışına insan fəaliyyətinin nailiyyətləri prizmasından 
yanaşmağa çalışırlar. Bu zaman daha çox maddi mədəniyyətə aid olan nailiyyətlər 
nəzərdə tutulur və beləliklə də, iqtisadi həyat önə çəkilir, mənəvi mədəniyyət isə bir 
növ arxa plana keçmiş olur. Belə yanaşmada  əslində “mədəniyyət” anlayışının 
“sivilizasiya” məfhumundan fərqləndirilməsi məqsədi güdülür. Bu cür düşünənlər 
sırasında J.J.Russonu və O.Şpenqleri misal çəkmək olar. Məlumdur ki, O.Şpenqlerin 
yanaşmasında sivilizasiya adı altında məhz mədəniyyətin inkişafının son mərhələsi, 
yəni mənəvi yox, məhz maddi-texniki dəyərlərə üstünlük verilən mərhələsi nəzərdə 
tutulur. İnkişafın bu mərhələsində kütləvilik fərdiliyi və özünəməxsusluğu üstələmiş 
olur, maddi-texniki nailiyyətlər ruhi-mənəvi dəyərlərdən üstün tutulur, yaradıcı 
qabiliyyət texnoloji uğurla  əvəz edilir. Texnoloji determinizm konsepsiyası “sivili-
zasiya” anlayışına məhz bu aspektdən yanaşan nəzəriyyə kimi dəyərləndirilə bilər.  
6. Bəzən sivilizasiya məzmunu baxımından milli sosiomədəni birlik mənasında 
işlədilir. Bu zaman anlayış faktiki olaraq inkişaf etmiş dövlətin iqtisadi, siyasi, sosial 
və mədəni sahələrdəki tarixi nailiyyətlərinin nəticəsi kimi çıxış edir. Belə olan halda 
ingilis, fransız, İran, Yapon və s. bu kimi sivilizasiyalardan söhbət açılır ki, bununla 
da dünya tarixi faktiki olaraq milli dövlətlərin qarşılıqlı əlaqələrinin cəmi kimi ortaya 


Hacıyev Rövşən Sabir oğlu
  
202 
çıxır. Bu cür təqdimat tədqiqatçı K.V.Xvostovanın verdiyi tərifdə özünü büruzə verir: 
“Biz, “sivilizasiya” anlayışını müəyyən məkanda stabil olan və zaman diapazonunda 
uzunmüddətli olan kulturoloji, hüquqi, sosial-iqtisadi və siyasi amillərin funksional 
əlaqələrinin cəmi kimi müəyyən edirik” (15, s.92). Bu tərifdən göründüyü kimi, 
sivilizasiya anlayışı faktiki olaraq, dövlətin parametrlərini özündə ehtiva edən 
cəmiyyət tipi kimi təqdim edilir. 
7. Bir sıra hallarda sivilizasiya dünyəvi dinlərin təməlində qurulan vahid iri 
miqyaslı  cəmiyyətlər kimi nəzərdən keçirlir. Sivilizasiyanın dinə müncər olunması 
onun təsnifatında da özünü büruzə verir: Qərbi xristian, Şərqi xristian, İslam, induist, 
buddist və s. sivilizasiyalar. Sivilizasiyaların bu cür anlaşılması komparativistika 
elminin formalaşmasına, yəni fərqli sosiomədəni sistemlərin qarşılıqlı müqayisədə 
öyrənilməsinə  zəmin yaratmışdır. Sivilizasiyaların dini müstəvidə  nəzərdən 
keçirilməsi ilk növbədə məşhur tarixçi A.Toynbinin yaradıcılığına xasdır. 
8. Sivilizasiya dünyəvi dinlərdə, əxlaq sistemlərində, hüquq və incəsənətdə öz 
ifadəsini tapan universal, yəni ümumbəşəri dəyərlərin  əsasında formalaşan 
sosiomədəni sistemlərdir. Bu cür şərh “sivilizasiya” anlayışının ən çox qəbul edilən 
tərifidir. Bizim də yanaşmamız məhz bu səpgidə öz ifadəsini tapır. 
Yuxarıdakı təhlillərdən və təsnifatdan göründüyü kimi, “sivilizasiya” anlayışına 
həqiqətən də müxtəlif yanaşmalar mövcuddur. Onların hamısını  əsasən iki 
istiqamətdə qruplaşdırmaq mümkündür: dəyər-normativ (bu yanaşmada sivilizasiya 
mədəni inkişafın ən yüksək səviyyəsi kimi başa düşülür, yaşayış norması, standartı 
kimi dəyərləndirilir) və obyektiv-təsviri (məkan-zaman daxilində formalaşmış sosial 
və  mədəni sistemlərin birliyi kimi). Bu bölgü tədqiqatçı Y.P.Yemelyanovanın da 
yanaşmasında öz əksini tapır (3, s.39). Biz, sivilizasiya dedikdə, öz tədqiqatlarımızda 
daha çox obyektiv-təsviri yanaşmadan irəli gəlirik, yəni bu məfhum sosiomədəni 
sistemin müəyyən bir tipi və ya forması kimi çıxış edir. Bu kontekstdə qeyd etmək 
istərdik ki, sivilizasiya tərəfimizdən cəmiyyət deyil, məhz mədəni sistem kimi başa 
düşülür. Başqa sözlə desək, mahiyyəti baxımından sivilizasiya mədəni sistemdir, 
çünki onu müəyyən edən  əhəmiyyətli  əlamətlər dil, din, mentalitet, özünüiden-
tifikasiya, davranış stereotipi və digər bu kimi mənəvi-mədəni dəyərlərlə 
müəyyənləşir. Biz sosiomədəni sistemin iki növünü ayırd edirik: etnomədəni və 
sosiosiyasi. Sivilizasiya tərəfimizdən etnomədəni sistemlərə aid edilir. Bu kontekstdə 
istənilən tipli cəmiyyət və ya sosial orqanizm isə sosiosiyasi sistemlərə aid edilir (bu 
barədə daha ətraflı bax: 1; 2). Sivilizasiyanın mahiyyəti baxımından mədəni sistem 
kimi başa düşülməsi tanınmış sosioloq P.Sorokinin fikirlərindən qaynaqlanır. Sorokin 
sivilizasiyanı aşağıdakı  şərhləri ilə müəyyən edir: “Sosiomədəni hadisələrin ucsuz-
bucaqsız «okeanında» real vahid kimi fəaliyyət göstərən iri mədəni sistemlər, başqa 
cür desək, mədəni supersistemlər mövcuddurlar. Onlar ya dövlət, ya millət, ya da hər 
hansı bir sosial qrupla üst-üstə düşmürlər. Bir qayda olaraq bu mədəni 
supersistemlərin sərhədləri milli, siyasi və dini birliklərin sərhədlərini aşaraq onları 
özündə ehtiva edir” (9, s.47-48).  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə