Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə76/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   72   73   74   75   76   77   78   79   ...   156

Sufizmin vəhdəti-vücud təlimində varlıq problemi
 
 
191 
üluhiyyət-surət Tanrının müstəqil və fərqli hissələri də deyil. Eyni həqiqətin gizli və aşkar 
tərəfləridir ki, onları iki varlıq kimi ayırmaq yalnışlıqdır, günahdır. Hətta, cəht etdikdə 
belə mümkünsüzdür (vəhdəti-vücudun aksiom olan vahidlik prinsipinin buna yol 
verməməsini nəzərdə tuturuq). Belədə, Tanrının surəti öz gizli zatından qaynaqlanaraq 
bilinsə də, Ə.Nəblusinin qeyd etdiyi kimi sifətlər zatın nə eynisi nə də qeyrisidir (21, s.33). 
Yenə də “Odur o deyil”. Vəhdəti-vücudda surət vahidin özü yox, izidirVəhdəti-vücudda 
surət mənanın açarı yox, onun kilitidir. Bir istiqamətli olan bu təlimdə üluhiyyətdən zata 
keçid yoxdur. Sufilərin bu vəhdət təlimində zatın həqiqəti öz parlaq nurundan görünməz 
olan günəşdir. Mahiyyəti bilinməz bu günəş, sonsuz şüaları-üluhiyyəti ilə yoxluğa varlıq 
verən, aləm ilə öz bağları vasitəsi ilə əlaqə quran “göy cismidir”. Belədə, vəhdəti-vücudda 
Tanrı varlıq sirrini yoxluqda əlaqələr ilə açır, ilahilik aləm ilə əlaqələnir. Bu mənada İbn 
Ərəbi də Tanrının üluhiyyətini hökmlər, nisbətlər və izafətlər kimi izah edirdi (12, s.106). 
Deməli, vəhdət fəlsəfəsinin tələblərinə görə, “aləm Tanrıdır” yox, Tanrı üluhiyyət 
rəqiqələri və bağları ilə aləm ilə irtibatdadır. “Aləm varlıqdır” yox, aləm əlaqələr ilə və 
əlaqələrdə aşkar olunan yoxluqdur. “Tanrı hər şeydir” yox, Tanrı hər şeydə varlıq kimi 
hər şeydir. Yəni, Tanrı vahid kimi gizli və aşkardır. İbn Ərəbi “Füsusül-Hikəm”də yazır 
ki, Tanrı həm zahir, həm də batindir (11, s.228). Belədə, hər iki tərəfdə ancaq Tanrı vardır. 
Tanrıdan başqa da heç nə yoxdur. Hər  şey odur. Çünki, varlıqda və yoxluqda varlıq 
vahiddir, aləmdə bu varlıq varlığın öz görüntüsüdür. Mahiyyəticə gizli, surəticə aşkar olan 
bu həqiqət isə vəhdəti-vücuddur. Fikirimizcə, batin və zahir “ikiliyi” (bu ikilik də şərtidir) 
də vəhdəti-vücudun vahidlik prinsipini, elə vahidlik çərçivəsində və vəhdəti pozmadan 
həll etmək üçün seçilmiş ən universal fəlsəfi formadır. Bu forma isə, ancaq Tanrının tək 
varlıq elan edilməsi ilə mümkün olur. Paradoksal görünsə də, vəhdəti vücud 1+1=2, yox, 
2=1 modelinə uyğundur. Bu model toplama yox, fərqli bərabərlik olduğundan, vahidlik, 
yəni, nəticə vahid olmadan vəhdət də yoxdur. Vəhdəti-vücudda bir mahiyyətdə bir 
qalmaqla,  şərti olaraq ikiyə ayırır. Belədə,  vəhdəti-vücud sirrin sir və sirrin aşkar 
dialektikası üzərində qurulan fəlsəfəsi təlimdir. Bu cəhətdən M.Şəbüstəri də yazır ki, 
Haqqın nurundan olan cümlə cahanda, Haqq özü həm peyda (zahir-Z.R.), həm də 
pünhandır (batin-Z.R.) (24, s.27). Deməli, vəhdəti-vücud fəlsəfəsində hər şey zahir olan 
surətin görüntüsüdür. Görüntü surətsiz yoxluqdur. Yoxluğa nəzərən isə, Tanrı hər şeydir, 
hər  şeydədir və heç bir yerdədir ifadələri daha uyğundur. Belədə görüntüyə  nəzərən, 
Əhməd Əvni Konukun (1873-1938) ifadəsi ilə “əşyanın qəyyumu olan Tanrı” da (14, 
s.392), “odur o deyil”. Deməli, vəhdəti-vücudda üluhiyyət vəhdətə  xələl gətirmədən 
kəsrəti də izah edib, vəhdət ilə kəsrət arası məntiqi bağ qurmaq üçün də ən əsas və başlıca 
keçidir.  Vəhdəti-vücud birbaşa üluhiyyət haqqında təlimdir.  Vəhdəti-vücud üluhiyyət 
keçidində mümkün olan həqiqətdir
Amma, bütün isimlər eyni nöqtədən çıxaraq, eyni bir birin həqiqətinin daşıyıcıları 
olmalarına baxmayaraq təcəllilərdə  fərqli görüntülər yaradaraq, müxtəlif  şəkillərdə 
təzahürlərdə artırlar, çoxalırlar. Mövcudlardakı  varlıqlıq (bu ifadə ilə  kəsrətdəki 
vəhdəti nəzərdə tuturuq) əlamətlərini sonsuz formalar ilə biruzə edirlər. İbn Ərəbi də 
yazır ki, bütün ilahi isimlər tək həqiqəti göstərsələr də, hər bir isim özülüyündə 
fərqlidir (11, s.197). Belədə, vəhdəti-vücudda  əsmaların müxtəlifliyi, sifətlərin 


Zaur Firidun oğlu Rəşidov
  
192 
sonsuzluğu və saysız ilahi əlamətlərin fərqliliyi biri ifadə edəcək hər hansı bir əlaməti 
də inkar edir. Yəni, məntiqi olaraq sonsuz fərqlilik sayılıb bitmədikcə, bir də sayılmır. 
Bu bir sayların (əsmalar) hamısının ilkində qalmaq şərti ilə, sayların geri sayılaraq 
birə gəlməsini də mümkünsüz edir. Sayların mahiyyətlərində sayılmaz bir kimi qalır. 
Əgər, biri digər bir say ifadə edərsə, onda bir zəruri şəkildə ikiləşər, bu ardıcıllıqla 
sayılıb sonda tükənər. Deməli, vəhdəti-vücudda vahid-bir kimi Tanrı sayılaraq yox, 
sayların-ilahi atributların mahiyyətlərində  də bir qismində qalmaqdadır. Vəhdəti-
vücud təlimindəki bu incə məqamları nəzərə aldıqda D.Kayserinin “Müqəddimələr” 
(əl-Müqəddimət) əsərində, “bir olanın həqiqətində çoxalma yox, çoxluq vardır” (18, 
s.96) yazmasında ziddiyyət də yoxdur. Vəhdəti-vücud sayılmayan bir və 
sayılanlardakı bir haqqında fəlsəfi təlimdir
 
Nəticə. Beləliklə, heç bir bəlli dini, mistik və  fəlsəfi təlimin dar çərçivəsi və 
məhdud haşiyəsinə sığmayan vəhdəti-vücud; tam əsaslı olduğu halda, heç də ardıcıl 
olmayan  fəlsəfi sistemdir. Özünəməxsus və  təkrarolunmaz məntiqə  əsaslanan 
bənzərsiz fəlsəfədir. Vəhdət və  kəsrət üzərində qurulan əbədilik prinsipidir.  Əbədi 
varlıq və  şərti yoxluğa  əsaslanan  ziddiyyətsiz dialektikadır. Bitmə  və son kimi 
anlayışların anlamını bilməyən  kəsilməməzlik qanunudur. Vahiddən danışan 
monoteizmdir. Vahidi məna və surət kimi bölən “politeizmdir”. Tanrını göydə aləmi 
yerdə bilən  dini təlimdir. Yoxluqda varlığın olmasını iddia edən  mistik təlimdir
Təbiəti maddi kimi qəbul etməyən qeyri-naturalistik təlimdir. Cəm və fərqi yek edən 
riyazi təlimdir. Eyniyyəti və  fərqliliyi eyni anda həm inkar həm də  təsdiq edən 
“təzadlı” təlimdir. Zahiri əqlə qarşı  çıxan  anti-rasional təlimdir. Batini kəşfə 
əsaslanan irrasional təlimdir. Əqli qəlbə yerləşdirdikdən sonra “rasional” təlimdir
İnasnı ancaq kamil insan kimi qəbul edən  seçici təlimdir. Bütün bunların da 
yekununda sufizmin vəhdəti-vücud təlimi fəlsəfə tarixində ən metafizik metafizikadır
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1.  Afifi E.A. Fusüsu’l Hikem Okumaları İçin Anahtar (et-Ta’likat ala Fususi’l-
Hikem) / Çevirmen E.Demirli. İstanbul: “İz Yayıncılık”, 2011, 512 s. 
2.  Afifi E.A. Muhyiddin İbnü’l-Arabi’de Tasavvuf Felsefesi. İstanbul: 
“Kırkambar Yayınları”, 1999, 253 s. 
3.  Akkach S. Abd al-Ghani al-Nabulusi Islam and the Enlightenment. Oxford: 
“Oneworld Publications”, 2007, 152 p. 
4.  Chaghatai M.I. Wahdat al-wujud and Wahdat al-shuhud: Some Observations 
(With Special Reference to Punjabi Poetry) // Mysticism in East and West: The 
Concept of the Unity of Being. Lahore: “Multimedia Affairs”, 2013, pp. 178-196. 
5.  Chittick W.C. Imaginal Worlds: Ibn al-Arabi and the Problem of Religious 
Diversity. Albany: “State University of New York Press”, 1994, 208 p. 
6.  Chodkiewicz M. The Seal of the Saints Prophethood and Sainthood in the 
Doctrine of Ibn Arabi. Cambridge: The Islamic Texts Society, 1993, 192 p. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə