Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə73/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   69   70   71   72   73   74   75   76   ...   156

Sufizmin vəhdəti-vücud təlimində varlıq problemi
 
 
185 
Bütün bunlara baxmayaraq vəhdəti-vücud firqəsinin verdiyi çoxsaylı günahsız 
qurbanlar hədər də getmədi. Bütün bu itgi və  təlafatlar XVI əsrin  əvvəllərindən 
başlayaraq xeyli dərəcədə  səngidi. Bu əsrdə ortodoksal (sabit, ardıcıl olan) islam 
vəhdəti-vücud ilə sülh bağladı.  İslamın müqəddəs torpaqlarına (1517-ci ildə 
osmanlıların məmlüklər üzərində  qələbə çalaraq Hicaz bölgəsini  ələ keçirmələrini 
nəzərdə tuturuq) sahib çıxan Osmanlı hünkarı I Səlimin (1470-1520) səyləri nəticəsində 
vəhdəti-vücud böyük islam məkanının geniş bir qismində tam bəraət qazandı. Sultanın 
göstərişi ilə 1165-ci ildə Əndəlüsdə (İspaniyanın indiki Mursiya şəhərində) doğulub, 
Suriyanın Dəməşq  şəhərində  vəfat etmiş sufi şeyxi  İbn  Ərəbinin (1165-1240) qəbri 
üzərində  də möhtəşəm türbə  də ucaldıldı. Xəlifənin (məmlüklər üzərində  qələbə ilə 
xəlifəlik də Osmalı hökmdarlarına keçdi) fətvası ilə  İbn  Ərəbinin təlimi də islam 
aləmində rəsmiləşdi (3, s.15). Xəlifələrin başladığı bu işi növbəti əsrlərdən alimlər də 
davam etdirdi. Belə ki, XVII əsrdə  Mədinə  şəhərinin tanınmış üləması  İbrahim  əl-
Şəhrizari (1616-1690) vəhdəti-vücudu Quran əsasında da şərh etməyə çəht göstərdi (15, 
s.35).  İslam ilə  vəhdəti-vücud təlimi arasında  əldə olunan bu barışıq Osmanlı 
imperatorluğunun son günlərinədək davam etdi. Bütün bunların nəticəsində islamda 
Şeyx əl-Əkfər (ən kafir şeyx) adını qazanmış İbn Ərəbi, artıq Şeyx əl-Əkbər (ən böyük 
şeyx) kimi tanınmağa başladı. Sonuncu addan törəyən əkbərilik təlimi isə Osmanlıda 
vüsət aldı. Eyni zamanda, osmanlıların Məqrib ölkələrini fəth etməsi əkbərilik təliminin 
bu  ərazilərədə  də geniş yayılmasına güclü təkan verdi. Növbəti  əsrlərdə bu ideyalar 
Məqribdən Qərbə (Avropa) də yol tapdı. Qərbin  əkbərilik təlimi ilə ilk (tarixi 
qaynaqlara  əsasən ilk məlum olan-Z.R.) tanışlığının  əsasını isə  məşhur  əkbəri  şeyxi 
Cəzayiri qoydu (27, s.152-153). Qeyd edək ki, Əlcəzairin fransızlar tərəfindən işğalına 
qarşı üsyan qaldıran əkbəri şeyxi Əbdülqadir Cəzayiri (1808-1883) bir müddət Fransada 
həbs həyatı yaşamış, fransız imperatoru III Napoleon (1808-1873) tərəfindən böyük 
hörmət qaznaraq azadlığa buraxılmışdır. Dəməşqdə vəfat edən Ə.Cəzayiri İbn Ərəbinin 
qəbri yanında dəfn edilmişdir. 
Vəhdəti-vücud təliminin formalaşmasında Mühyiddin ibn Ərəbinin (1165-
1240) rolu. Ümumi şəkildə vəhdəti-vücudun bir çox ideyalarına İbn Ərəbidən öncə 
də müxtəlif sufi mütəfəkkirlərində bu və ya digər dərəcədə rast gəlinsə də, bu təlimin 
fəlsəfi özüllər üzərində  əsaslı inkişafı  şübhəsiz ki, İbn  Ərəbinin adı ilə bağlıdır 
(aşağıda bu məsələyə yenidən qayıdacağıq). Düzdür, İbn  Ərəbi vəhdəti-vücud 
termindən heç vaxt istifadə etməmişdir. Ümumiyyətlə, bu terminin mənşəyi və kim 
tərəfindən ilk olaraq işlədilməsi  ətrafındakı mübahisələr də  səngimir. Məsələn, 
H.Ərdəm hesab edir ki, bu termindən ilk istifadə edən Sədrəddin Konəvi (1210-1274) 
və  İbn Səbindir (1219-1270) (8, s.38-39). Qərbdə  İbn  Ərəbinin  ən tanınmış 
tədqiqatçılarından olan U.Çittik (William Chittick) isə hesab edir ki, vəhdəti-vücud 
termini ilk istifadə edən S.Konəvi ilə yanaşı, həm də Sadəddin Fərqanidir (ö. 1296) 
(5, s.178-179). S.Taci-Fəruhiyə (Suha Taji-Farouki) görə isə, vəhdəti-vücud kəlməsi 
İbn Təymiyyənin Böyük Şeyxi tənqid etdiyi zaman meydana gələrək, islam dünyasına 
bidətçi bir təlim kimi tanıdılmışdır (25, s.16). Amma, İbn  Ərəbi vəhdəti-vücud 
termindən istifadə etmədiyi halda belə, öz zəngin yaradıcılığında təsəvvüfün vəhdət 


Zaur Firidun oğlu Rəşidov
  
186 
məsələlərinə digər mütəsəffiflər ilə müqayisə olunmaz dərəcədə çox müraciət edərək, 
müxtəlif fəlsəfi məsələləri vəhdəti-vücud əsasında ardıcıl bir şəkildə izah etmişdir. 
Qeyd edək ki, Böyük Şeyxin böyük irsi də islam aləmində öz geniş miqyasına görə 
seçilməkdədir.  İbn  Ərəbinin nəhəng irsi barədə  ətraflı  məlumat (700 səhifəlik bir 
əsərdə) verən Osman Yəhya, Şeyxin böyük və kiçik həcimli olmaqla 800-dən artıq 
əsərinin olduğunu qeyd edir (28, s.73). Məcid Fəxri isə, İbn Ərəbinin bu əsərlərindən 
400-ünün günümüzədək gəlib çatmasını xüsusi olaraq vurğulayır (9, s.258). 
Eləcə də, İbn Ərəbi bir-neçə əsr öncə yaşamış bir çox məşhur sufilərin də vəhdət 
məsələləri ilə bağlı  əsas ideyalarını öz müxtəlif  əsərlərində bir yerə toplamaqla, 
sufizmi daha geniş bir şəkildə işıqlandırmışdır. Onunla sufizm bir çox islami və qeyri-
islami təlimləri də özündə birləşdirərək hərtərəfli olaraq inkişaf etmişdir. Bu vəhdətdə 
sufizm yeni, ideyalarla da zənginləşmişdir. İbn Ərəbi ilə vəhdəti-vücud mükəmməl 
təlim şəkli almaqla, həm də əvvəlki dövrlərdən fərqli olaraq praktik yaşantılar, alovlu 
nitqlər, bədahətən söylənilən bəlağətli ifadələrdən birdəfəlik yazı formasına da 
keçmişdir. Bu cəhətləri nəzərə alan Ə.Əfifi
3
  də hesab edir ki, İbn  Ərəbidən öncə 
vəhdəti-vücud sistemi islamda kamil formada mövcud deyildi (1, s.47). S.Akkaç 
(Samer Akkach) da düşünür ki, vəhdəti-vücud ideyası İbn Ərəbini qabaqlasa da, bu 
konsepsiyanın  əsaslı dünyagörüşü kimi inkişafı sözsüz ki onun adı ilə bağlıdır (3, 
s.89). İbn Ərəbi ilə yeni məcraya daxil olan sufizm nizamlı bir şəkildə inkişaf etməklə 
təlim kimi daha da sistemləşdi.  Ə.Dəmirli də hesab edir ki, İbn  Ərəbi və onun 
davamçılarının fəaliyyətləri ilə təsəvvüf nəzəri bir dil qazanmaqla da sistemli forma 
aldı (7, s.73). İbn Ərəbinin yazılı irsində istər Şərq, istərsə də Qərb fəlsəfi ənənələri 
də bir-birinə qovuşdu. Bunun nəticəsində  Ə.Qaramustafanın vurğuladığı kimi, İbn 
Ərəbi sufilik nəzəriyyəsini də  fəlsəfi  ənənələr ilə  zənginləşdirmiş oldu (17, s.29). 
Fəlsəfi ideyalarla zənginləşən sufizm İbn Ərəbidən sonrakı dövrlərdə də artıq sırf dini-
mistik təlimdən daha çox əsaslı bir fəlsəfə kimi yeni inkişaf yolu götürdü. Bu cəhətdən 
R.Okudan da qeyd edir ki, İbn  Ərəbi ilə ümumilikdə  təsəvvüf də  əsaslı  fəlsəfi 
sistemlilik qazanmağa başladı (22, s.85).
4
 
Vəhdəti-vücudun “odur, o deyil” prinsipi. Varlığın vahidliyi və yaxud birliyi 
kimi tərcümə olunan vəhdəti-vücuda görə, vahid varlıq və varlığa sahib yeganə vücud 
Tanrıdır. Aləm bu tək varlığın görüntülər məkanı, aləmdəki bütün mövcudluqlar isə 
bu vahidin sonsuz təzahürləridir. Varlıq vahid olduğundan saysız təzahürlərin 
mahiyyətlərindəki həqiqət, yəni, onların mövcudluq əsasları da vahiddir. Deməli, 
Tanrı yoxluğu öz təcəllisində aşkar edən bir, yoxluqdan aşkar olunan aləm (yoxluqdan 
aləmə çevrilən aləm) isə, təcəllidə Tanrının görüntüsü olan çoxluqdur. Belədə, yoxluq 
olan aləmdə varlıq kimi Tanrıdan başqa heç nə yoxdur. Yəni, varlıq aləmin özünə aid 
olmadığından, aləmin əsli yoxluq qalmaqla onun cəmi görüntüsü Tanrıdır. Deməli, 
                                                 
3
 İlk dəfə İbn Ərəbinin irsini fəlsəfi aspektdən şərh edən Əbüləla Əfifi (1897-1966) olmuşdur. Əfifiyə 
görə, İbn Ərəbinin təlimi qəti olaraq fəlsəfədir (2, s.117). 
4
 Böyük Şeyxin filosof kimi qəbul olunması  məsələsi də olduqca mübahisəlidir.  İbn  Ərəbi irsinin 
tanınmış  tədqiqatçılarından olan R.Landau (20, s.22) və M.Şodkeviç (6, s.5) isə, ümumiyyətlə hesab 
edirlər ki, İbn Ərəbi filosof deyil. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə