Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə71/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   67   68   69   70   71   72   73   74   ...   156

Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
 
 
179 
Ekoloji problemlərin həlli bilavasitə dövlətin himayəsi altında gerçəkləşir və bu 
dövlətin ekoloji siyasətində (ekosiyasət) öz əksini tapır. Ekoloji siyasət cəmiyyətin və 
dövlətin ekoloji təhlükəsizliyinin təminatına yönəlmiş universal, təbiətdən istifadənin 
və  ətraf mühitin qorumansının bütüv, balanslaşdırılmış strategiyası olmaqla, 
stabilləşdirici  ən mühüm vəzifəsi olmaqla, dövlətin mövcud olmasını  və davamlı 
inkişafını təmin edən texnikanın və bütövlükdə bütün bəşəriyyətin ekolojiləşməsinə 
doğru xidmət istiqamətlənməlidir.(2, s.255) Beləliklə “ekosiyasət –təbii ehtiyatlardan 
səmərəli istifadə olunmasının təmin edilməsini,  ətraf mühitin çirklənməsinin və 
tullantıların minimuma çatdırılmasına və biosferin bütün həyat əmələ gətirən yaradıcı 
funksiyalarının qorunmasının məqsədyönlü fəaliyyətidir”.(7, s.49) Başqa sözlə desək 
dövlətin ekosiyasəti cəmiyyətlə  təbiət arasında münasibətlərin tənzimlənməsi 
istiqamətində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsini nəzərdə tutur. 
Bu isə ilk növbədə mükəmməl hüquqi bazananın hazırlanmasını tələb edir. 
Azərbaycan Respublikasında ekoloji problemlərin həlli, daha geniş anlamda 
götürülmüş təbiətin mühafizəsi bir sıra normativ-hüquqi sənədlərlə tənzimlənir. Belə 
sənədlər sırasında ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası dayanır. 
Yuxarıda qeyd olunan ekoloji problemlərə Konstitusiyanın üç maddəsi həsr 
olunmuşdur: 
Maddə 14. Təbii ehtiyatlar: Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin 
hüquqlarına və  mənafelərinə  xələl gətirmədən Azərbaycan Respublikasına 
məxsusdur. 
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ:  
I.Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 
II.Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji 
hüquqpozma ilə əlaqədar sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq 
hüququ vardır. 
III. Heş kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş həddlərdən 
artıq təhlükə törədə və ya zərər vura bilməz. 
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və  vəhşi 
heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.  
Maddə 78. Ətraf mühitin qorunması:  Ətraf mühitin mühafizəsi hər bir şəxsin 
borcudur.(1) 
Konstitusiyada  əksini tapmış maddələr digər normativ-hüquqi aktlar vasitəsilə 
konkretləşdirilmişdir. Belə  sənədlərdən biri də 1998-ci ildə Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş Milli Plandır. Bu sənəddə 
respublikanın  ən mühüm ekoloji problemləri müəyyən edilmişdir.  Ətraf mühitin 
mühafizəsinin gücləndirilməsi və bu sahədə görülən işlərin səmərəliliyini artırmaq 
məqsədilə Avropa qanunvericiliyinin tələblərinə cavab verən digər sənədlər də qəbul 
edilmişdir. Qanunvericilik bazasının yaradılması ilə yanaşı, ətraf mühitin mühafizəsi, 
ekoloji təhlükəsizlik, xüsusi mühafizə olunan ərazi və atmosferin mühafizəsi və s. 
halda bir sıra qanunların qəbul edilməsi, dövlət idarəçilik sisteminin 
təkmilləşdirilməsi məqsədilə islahatların aparılmasına imkan yaratmışdır. Yeri 


Rəşadət Qüdrət oğlu Yaqublu
  
180 
gəlmişkən onu da qeyd edək ki, 2001-ci ilin may ayında Ekologiya və Təbii Sərvətlər 
Nzirliyinin yaradılması bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi 
dəyərləndirilməlidir. Ümumiyyətlə, 1991-ci idən 2009-cu ilə  qədər təbiətin 
mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində ölkəmizdə 124 qanun, 1996-
2009-cu illər  ərzində isə Azərbaycan Respublikası Prezidentinin 93 fərmanı 
imzalanmışdır.  
Göründüyü kimi, davamlı inkişaf çərçivəsində ekoloji problemlərin həlli və 
təbiətin mühafizəsi sahəsində kifayət qədər əhatəli hüquqi baza yaradılmışdır. Bu isə 
görüləcək işlərin səməriəsini daha da artırır və gələcəkdə daha da təkmilləşdirilməsinə 
stimul yaradır.  
Deməli davamlı inkişaf konsepsiyasına keçid prosesində ekoloji problemlərin 
həlli ön planda olmaqla, onun əsas tərkib hissəsi kimi çıxış edir. Bu sahədə ən mühüm 
məsələlər biosfer mədəniyyətinin formalaşdırılması və ekoloji təhsilə xüsusi diqqət 
yetirilməlidir. Eyni zamanda, bu sahədə hüquqi bazanın yaradılması və ona nəzarətin 
həyata keçirilməsidir. 
 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT: 
 
1.  Azərbaycan Respublikasının Konstitusiyası.  
2.  Məmmədov H.Ekologiya və davamlı inkişaf. Bakı: Çaşıoğlu, 2015, 348s.  
3.  Sultanzadə F.V. Biomüxtəliflik və onun mühafizəsi. Dərslik. Bakı: Çaşıoğlu, 
2015, 240s.( s.127). 
4.  Hüseynov S. Davamlı insan inkişafının strateji istiqamətləri: Bakı; 
“Adiloğlu”, 2003, 264s. (səh.64). 
5.  “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa” da 
Azərbaycanın bu sahədəki uğurları yüksək qiymətləndirilib. Xalq qazeti, 1 oktyabr, 
2016. 
6.  Əsgərov Ə., Hüseynov E., Hüseynov S. Davamlı insan inkişafı. Dərslik. Bakı: 
“AZərbaycan Dövlət Aqrar Universitetinin nəşriyyatı”, 2009, 494 s. (s.107) 
7.  Приоритеты национальной экологической политики России: Портфель 
проектов / Центр  экол.  Политики  России;  отв.  Ред.  В.М.Захаров.  М.:  ЦЭПР, 
1999, ст.49 
 
 


Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
 
 
181 
 
XÜLASƏ 
 
Məqalədə Azərbaycan Respublikasında davamlı inkişafa keçid problemləri təhlil 
olunur. Bu konsepsiya çərçivəsində ekoloji problemlərin həll problemləri araşdırılır. 
Ekoloji problemlərin həllində biosfer mədəniyyətinin formalaşdırılması, ekosiysətin 
həyata keçirilməsi, ekoloji təhsilin daha da genişləndirilməsi və zəruri hüquqi bazanın 
yaradılmasının əhəmiyyəti vurğulanır. 
 
 
РЕЗЮМЕ  
 
Ягублу Рашадат Гудрет оглу 
 
В статье анализируются проблемы, связанные с переходом к устойчивому 
развитию  в  Азербайджанской  Республике.  В  рамках  этой  концепции 
исследуются решения экологических проблем. Так же подчеркивается важность 
формирования  культуры  биосферы,  осуществления  экополитики,  расширения 
экологического  образования  и  необходимой  юридической  базы в  решении 
экологических проблем. 
 
 
SUMMARY 
 
Yagublu Rashadat Gudrat 
  
The article analyzes the problems connected with the transition to sustainable 
development in the Republic of Azerbaijan. Within the framework of this concept, 
solutions to environmental problems are being investigated. The importance of the 
culture of the biosphere, the implementation of environmental policy, the expansion 
of environmental education, and the necessary legal framework for solving 
environmental problems are also emphasized. 
 
 
Çapa tövsiyə etdi: 
 
f.e.d. S.Hüseynov 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə