Azərbaycanda davamlı inkişafın perspektivləri və ekoloji problemlərin həlli
177
qəbul edilməsi və onların həyata keçirilməsi; bu sahədə çalışan müəllimlərin
ixtisasının artırılması; kütləvi informasiya vasitələrinin diqqətinin davamlı inkişaf ilə
bağlı olan mövzulara yönəldilməsi və s.
İkinci mərhələ; Davamlı inkişaf, ekoloji iqtisadiyyat, sosial ekologiya,məişət
ekologiyası, ekoloji etika, universallıq etikasına aid dərs vəsaitlərinin hazırlanması və
yuxarıda göstərilən fənnlərin ali məktəblərdə tədris edilməsi: davamlı inkişafın aktual
problemləri üzrə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi; davamlı inkişaf üzrə
elmi-populyar ədəbiyyatların
nəşr edilməsi; davamlı inkişafa aid verilişlərin təşkil
edilməsi; davamlı inkişafa aid tədbirlərin praktiki cəhətdən həyata keçirilməsinə
əhalinin cəlb edilməsi məqsədilə aidiyyatı təşkilatlar tərəfindən birgə aksiyaların
keçirilməsi və s.
Ölkə iqtisadiyyatı stabilləşməyə doğru getdikcə üçüncü mərhələyə keçmək
mümkündür. Üçüncü mərhələdə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir.
Üçüncü mərhələ: İstehsal prosesinə idarəetmə sistemində çalışanların hamılıqla
ekoloji təhsilə keçməsi; davamlı inkişaf üzrə elm-təhsil mərkəzlərinin
formalaşdırılması; bakalavr , magistr və aspirantlar üçün davamlı inkişaf üzrə xüsusi
kursların
təşkili və tədris edilməsi; ibtidai, orta, orta ixtisas, xüsusi ixtisas və ali
məktəb proqramlarına davamlı inkişaf üzrə beynəlxalq sənədlərin və milli
materialların daxil edilməsi; başqa sivil ölkələrdə davamlı inkişaf sahəsində əldə
edilən nailiyyətlərlə tanışlıq və onların respublikada istifadə edilməsi və s.
Zəruri olaraq qeyd edək ki, Sakit Hüseynovun təklif etdiyi proqram onun 2003-
cü ildə nəşr edilmiş monoqrafiyasında əksini tapıb. Keçmiş müddət ərzində yuxarıda
əksini tapmış bəzi müddəalar artıq gerçəkliyə çevrilmişdir. Belə ki, bu sahədə görülən
işləri aşağıdakı kimi sadalamaq mümkündür; Azərbaycanda
mövcud olan bəzi ali
təhsil ocaqlarında davamlı inkişaf və ekologiya ilə əlaqəli fakültə və ixtisaslar
yaradılmışdır; müvafiq sahədə çalışan çoxsaylı qeyri-hökümət təşkilatları yaradılmış
və bilavasitə dövlətin dəstəyi ilə iri həcmli layihələr həyata keçirməkdədirlər; müvafiq
mövzuya aid dərsliklər, dərs vəsaitləri, elmi-kütləvi məcmüələr nəşr edilmişdir.
Ekoloji problemlərin həlli istiqamətində davamlı inkişaf konsepsiyasının rolu və
əhəmiyyətinə həsr edilmiş bir sıra beynəlxalq konfrans, dəyirmi masalar keçirilmişdir.
Belə tədbirlərdən biri də 2016-ci il sentyabrın 30-da V Bakı Beynəlxalq
Humanitar
Forum çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən
dəyirmi masa olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında keçirilən “dəyirmi masaya” akademik Urxan Ələkbərovla
yanaşı dünyanın tanınmış elm xadimləri, Nobel mükafatı laureatları Robet Bette
Laflin, Edvard K.Preskot həmsədrlik etmişdir. Mövzu üzrə əsas mühazirəçilərdən
olan akademik Y.Ələkbərov ölkəmizdə davamlı inkişaf sahəsində idarəetmə
texnologiyasının tətbiqinin nəticələrindən danışaraq bildirib ki, davamlı inkişaf
mövzusu hələ 2001-ci ildən orta məktəblərdə kurrikuluma daxil edilib. Daha sonra isə
ali məktəblərin bakalavr və magistratura pilləsində tədris proqramına salınıb. Davamlı
inkişaf indiktorları əslində sosial indiktorlardır. Az enerjidən
istifadə edilməsi iqtisadi
nöqteyi-nəzərdən sərfəlidir. Keçmiş sovet ölkələri, eləcə də Avropa İttifaqına üzv olan
Rəşadət Qüdrət oğlu Yaqublu
178
keçmiş sovet ölkələri arasında ən yaxşı göstərici Azərbaycana məxsusdur. Dünya
Bankının ən son məlumatında da Azərbaycanın indeksi yüksəkdir. Bunlara nail
olunmasında innovativ idarəçilik mühüm amildir. Bütün bunlar Azərbaycan
Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində mümkün olub. (5)
“Dəyirmi masanın” digər məruzəçilərindən biri də ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov olmuşdur. Nazir öz çıxışında davamlı inkişaf və ekoloji
sivilizasiya məsələlərinə dair ölkəmizdə həyata keçirilən
işlər barədə məlumat
verərək, bildirilmişdir ki, bu məsələyə “Azərbaycan 2010: gələcəyə baxış” inkişaf
konsepsiyasında böyük yer verilib. Ölkəmizin Paris prosesinə qoşulduğunu deyən
nazir qeyd edib ki, Azərbaycan zərərli qazların atmosferə buraxılmasına dair
beynəlxalq sənədi imzalamışdır. Öhdəliyimiz ondan ibarətdir ki, 2030-cu ildə karbon
birləşmələrinin atılmasını 35 faiz azaldaq. Bu dünyada ən böyük öhdəlik
səviyyəsidir.Hətta ABŞ kimi böyük ölkənin öhdəliyindən də yüksəkdir.
Məlum olduğu kimi ekoloji tarazlığın qorunması və bərpaedilməz
təbii resurslara
qənaət edilməsi baxımından alternativ enerji mənbələrindən istifadə mühüm
əhəmiyyət kəsb edir. H.Bağırov alternativ enerjidən istifadənin zəruriliyinə diqqət
yetirərək demişdir: “Ölkəmizdə mazutdan istifadədən tam imtina edilib. Habelə meşə
ərazilərini artırmaq istiqamətində böyük işlər görülür. Azərbaycan keçmiş sovet
ölkələri ilə müqyisədə az meşə örtüyünə (ərazisinin 10-12 faizi) sahib olsa da, bu
meşələr azalmır, sənaye üçün istifadə edilmir. Nəticədə meşələrin artması hiss olunur.
Son 15 ildə ölkəmizdə 150-170 min hektarlıq meşələr salınıb. Onlardan 144 min
hektarı artıq çətiri birləşmiş meşə hesab olunur və standartlara uyğundur. Ölkəmizdə
Günəş panelləri fabriki tikilib. Günəş enerjisi ilə təmin edilən enerji sektoru
genişlənib”.(5)
Keçirilmiş dəyirmi masanın adında öz əksini tapmış və son illərdə elmi
dövriyyəyə daxil edilmiş ekoloji sivilizasiya anlayışı ciddi maraq doğurur. Əgər XX
əsrin əvvəllərində Elmi texniki tərəqqi nəticəsində meydana çıxmış texnogen
sivilizasiya haqqında söhbət açılırdısa, bu gün artıq ekoloji sivilizasiya sosio-
humanitar tədqiqatların predmetinə çevrilir.
Ekoloji sivilizasiya, yaxud ekoloji
mədəniyyət təbii ətraf mühitə, onun tərkib hissəsini təşkil edən amillərə neqativ və
antropogen təsirlərin, onların çirklənməsinin qarşısının alınmasına yönəldilən
fəaliyyətin daha da gücləndirilməsi, təbii resurslardan düzgün və məqsədyönlü
istifadə olunması, qorunub saxlanılması və gələcək nəsillərə təhvil verilməsi
istiqamətlərinə yönəldilən tədbirlərin həyata keçirilməsini xarakterizə edir.
Ekoloji
mədəniyyətin səviyyəsi əsasən iki amildən –ölkənin demiqrafik vəziyyəti, istehsal və
istehlak mədəniyyətindən asılıdır. İstehsal mədəniyyətinin olmaması, onun müvafiq
tələblərinin ödənməməsi, antisanitariyanın hökm sürməsi ətraf mühitin çirklənməsi
ilə nəticələnir, insan sağlamlığı üçün potensial təhlükə yaradır və davamlı insan
inkişafına maneçilik törədir. İstehlak mədəniyyəti sağlam və uzunömürlülük
prinsiplərini əsas tutduğu halda ətraf mühitin çirklənməsinə şərait yaradılması da
yolverilməz hal hesab olunur. Ekoloji sivilizasiya həm də davamlı insan inkişafının
əsas məqsədi hesab edilir. (6, s.107)