Təhsilin sosiomədəni funksiyaları
167
TƏHSİLİN SOSİOMƏDƏNİ FUNKSİYALARI
Müslüm Nəzərov
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Açar sözlər: təhsil, təhsilin sosiologiyası, təhsil sferası, konsepsiya, sosiomədəni
mühit.
Keywords: education, educational sociology, the education sector, the concept,
socio-cultural environment
Ключевые слова: образование, социологии образования, cфера образования,
концепция, социокультурной среды.
Təhsil–insanın həyata və əməyə hazırlığının vacib şərtlərindən olan bilik və baca-
rıqların,həmçinin sistemləşdirilmiş biliklərin mənimsənilməsi prosesi və onun
nəticəsidir. Təhsil insanın elm və mədəniyyət dünyasına çıxmasının vasitəsidir.Təhsil
prosesində insan mədəni sərvətləri mənimsəyir. Mədəniyyəti mənimsəməklə insan
nəinki daimi dəyişkən sonuna adaptasiya edir, həmçinin fəal fəaliyyətə qabil olur, öz
subyektivliyinin inkişafına nail olur. Təhsil - iqtisadiyyatın, siyasətin,
mədəniyyətin
və bütövlükdə cəmiyyətin inkişafının mühüm amilləridir. Öz növbəsində təhsil
cəmiyyətin tələbatlarının təsiri altında inkişaf edir. Mədəniyyət və təhsil ictimai
tərəqqi və sivilizasiyanın inkişafının aparıcı amilləridir.
Təhsil sosial-mədəni fenomen kimi, bir sıra funksiyaları yerinə yetirir. N.V.Bor-
dovskaya və A.A.Rean (4) təhsilin aşağıdakı sosial-mədəni funksiyalarını göstərirlər:
-insanın elm və mədniyyət aləminə daxil olmasının ən optimal və intensiv
üsulların-dan birirdir. Bu gün planet vətəndaşlarının tərbiyə edilməsi üçün bütün
dünya təhsil sahəsində bircə səy göstərir. Dünya təhsil məkanı intensiv
inkişaf edir;
-şəxsiyyətin sosiallaşması və nəsillərin varisliyinin üsuludur. Məhz təhsil
stabilləşdir-mə funksiyasını yerinə yetirir və insanın həyat şəraitində adaptasiyasını
yüngülləşdirir;
-insanın ictimai və mənəvi həyatının formalaşması mexanizmidir.
-təhsil və tərbiyə idarələri müəyyən dövrdə insanın sosial-mədəni fəaliyyətinin
ən ali nümunələrini cəmləşdirir.
-ona görə də təhsilin əhəmiyyəti cəmiyyətdə savadlı insanın əhəmiyyətliliyi ilə
müəyyən olunur;
-mədəni davranış və fəaliyyət nümunələrinin nümayiş prosesidir. Təlim və
tərbiyə prosesində insan sivilizasiyasının inkişafı üçün mdəni tarixi əhəmiyyətə malik
olan sosial-mədəni normaları mənimsəyir. Bu proses sosial qrupda, istehsalatda,
ailədə,
ictimai yerlərdə baş verir;
Müslüm Nəzərov
168
-regional sistemlərin və milli ənənələrin inkişafı üsuludur. Ayrı-ayrı rayonların
əhali-sinin spesifikliyi pedaqoji məsələlərin xarakterini şərtləndirir. Gənclər şəhər və
kəndin mənəvi həyatına təhsil vasitəsilə daxil olur;
-cəmiyyətin mədəni sərvətləri və inkişaf məqsədlərini ötürən sosial təsisatdır;
-ictimai həyatda dəyişikliklərin fəal surətləndiricisidir.
Bunlarla yanaşı təhsilin sosiomədəni məkanının formalaşmasında əhəmiyyəti və
rolu-nu göstərməklə təhsil sisteminin aşağıdakı sosiomədəni funksiyalarını qeyd
etmək olar:
1) Təhsil insanın elm, mədəniyyət, incəsənət aləminə daxil olmasının optimal və
in-tensiv üsullarından biridir;
2) Təhsil insanın cəmiyyətə adaptasiyanın təmin edir. Təhsil insanın
sosiallaşması-nın təsiri üsullarından biri olmaqla sosial və tarixi tərbiyəninnəsildən
nəsilə ötürülməsi-ni təmin edir;
3) Təhsil cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına səbəb olur,
insa-nın ictimai və mənəvi həyatının, başqa insanlara
humanist münasibətlərin
mexaniz-mini formalaşdırır;
4) Təhsil elm və
mədəniyyətin geniş yayılmasına, şəxsiyyət tərəfindən
sosiomədəni davranış normalarının mənimsənilməsinə səbəb olur;
5) Təhsil milli adət və ənənələrin inkişaf etdirilməsi üsulu, pedaqoji məsələlərin
xarakterini şərtləndirən amildir;
6) Təhsil cəmiyyətin baza mədəni dəyərlərinin transliyasiyasını həyata keçirən,
gəncləri müstəqil həyata hazırlaşdıran sosial təsisatdır;
7) Təhsil mədəniyyətin cəmiyyət və şəxsiyyətin sosiomədəni münasibətlərinin
inki-şafının sürətləndirən amildir (5,s.99-100).
Təhsil sisteminin göstərilən funksiyalarından aydın olur ki,sosiomədəni
mühitin
yaradılması təhsil sisteminin prioritet istiqamətlərindən biridir.
Sosiomədəni mühitlər insanın mədəni əlaqələrə qoşulduğu, xidmətlərinə görə
sosial status aldığı konkret məkandır.Şəxsiyyətin sosiomədəni səviyyəsi müxtəlif
amillər məcmusu (intellekt, ümumi mədəniyyət, mənəvi keyfiyyətlər) ailə, məktəbdə
tərbiyə ilə şərtlənir.
İnsan rəngarəng sosiomədəni mühitdə inkişaf edir. Bu mühit mədəni və ya
mədəniy-yətsiz, şəxsiyyəti yüksəldən
və ya alçaldan, şəxsiyyətin özünün inkişafını
həvəsləndirən və ya əksinə ola bilər. Sosiomədəni mühitin seçimi çox hallarda təhsil
sisteminin səv-iyyəsi, onun məzmunu və yönəlişliyi ilə şərtlənir.
Təhsilin sosiologiyasının cəmiyyətin bütün tərəflərindən – iqtisadi, sosial, siyasi,
dini və s. təhsilin təsirinə yanaşır. Eyni zamanda da şəxsi “təhsil” problemlərinə də
(təhsil sistemi necə funksiyalaşır və inkişaf edir, cəmiyyətin
tələblərinə necə cavab
verir, onun təşkilati quruluşu necə effekt verir) nəzər yetirərək aşağıdakı məsələlərə
də toxunur:
1.təhsilin strukturunun cəmiyyətin uzunmüddətli proqramları, aktual və pers-
pektivli sosial məqsədləri ilə uyğunlaşması;
2.təhsilin strukturunun morfoloji quruluşunun proporsionallığı;