Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə63/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   59   60   61   62   63   64   65   66   ...   156

Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
  
160 
dialoq təkcə dinin problemi olmayıb, o həm də idraki bir proses kimi fəlsəfi fikrin 
tarixi problemlərindəndir.  
Rus tədqiqatçısı A.V.Juravski hesab edir ki, “dinlərin dialoqu” kifayət qədər 
şərti anlayışdır. Çünki, gerçək dialoq dinlər arasında yox, yalnız müxtəlif dinlərə 
inanan insanlar arasında ola bilər. Onun fikrincə, “dinlərin dialoqu dedikdə biz 
mədəni informasiyanın kortəbii mübadilə prosesini yox, şüurlu surətdə qarşılıqlı 
anlaşma başa düşürük. Bu özünün həm nəzəri təhlilini, həm də institusional 
rəsmiləşməsini tələb edən mürəkkəb prosesdir. Belə dialoq yalnız indi, bu günlərdə 
başlayır. Məhz bu səbəbdən dialoq haqqında elmin daha bir əhəmiyyətli xüsusiyyəti 
var: o eyni dərəcədə həm dialoqu tədqiq edir, həm də onu yaradır, o təkcə dialoq 
haqqında elm yox, həm də dialoq elmidir ” (2, s. 23). Fikrimizcə bununla tam 
razılaşmaq olmur. Çünki, dinlərarası dialoqun elə dinlərin tarixi qədər qədim 
olduğunu söyləmək mümkündür. Müasir dövrdə dinlərarası münasibətlərin və 
dialoqun vəziyyəti haqqında düşüncələr onun tarixinə nəzər salmadan konstruktiv 
nəticə verə bilməz. Ona görə də bu problemin tarixi aspektdə nəzərdən keçirilməsi 
vacibdir.  
Dinlərarası dialoq ilk növbədə istənilən cəmiyyətdə  və dialoqu aparan 
tərəflərdə tolerantlığın mövcudluğunu tələb edir. Bunu biz dialoqun ilkin və zəruri 
şərti kimi qəbul edirik. Dini tolerantlıq dedikdə isə: “insanın özünə bərabər layiqli 
şəxsiyyət kimi digərinə münasibətini səciyyələndirən və digər özgəni 
fərqləndirənləri (zahiri görkəm, nitq tərzi, həyat tərzi, inanc və s.) qəbul etməmə 
hissinin şüurlu boğulması ilə ifadə olunan keyfiyyətidir” (3, s. 75-76). Tolerantlığın 
xüsusi halı kimi götürülən dini tolerantlıq problemi müasir dünyada daha çox 
müzakirə edilən və aktual məsələdir. Dini tolerantlıq dünyagörüşü və sosial-
psixoloji qaydaların çoxsaylı dini ənənələrin qovuşmasına imkan verən mürəkkəb 
ictimai şüur forması kimi tədqiq olunmalıdır. Digər bir tərəfdən o, fərdlər, ictimai 
strukturlar və dövlətlər səviyyəsində konkret fəaliyyət kimi qavranılmalıdır. Başqa 
sözlə desək, dini tolerantlıq vətəndaş  cəmiyyətinin bütün fərdlərinin müxtəlif 
konfessiyalara məxsus olma hüququnun tanınmasında təzahür edən dəyər və sosial 
norma kimi başa düşülməlidir.  
Qədim dövrlərdə meydana çıxmış dini tolerantlıq problemi xüsusilə müxtəlif 
inanclı insanların birgə yaşamağa məcbur olduğu böyük imperiyalarda özünü daha 
kəskin  şəkildə büruzə vermişdir. Belə ki, ilk dünya imperiyası hesab edilən 
Əhəmənilər İmperiyasının banisi II Kir tarixə qədim dünyanın ən tolerant hakimi 
kimi düşüb. Bibliyada adı çəkilən II Kir zərdüştilik dininə inanmışdır. Bu dinin əsas 
mənbəyi olan “Avesta” da isə yazılmışdır: “Aşkar olanı qulağınızla eşidin, 
qəlbinizlə görün ki, hər bir kəs özü üçün inamı seçə bilsin”. Bunu qədim dünyada 
insanın vicdan azadlığı hüququnun etiraf edilməsinin ilk ifadəsi kimi qəbul etmək 
olar. Göstərilən nümunələrdə  fərqli tarixi mərhələlərdə  və  fərqli dini 
dünyagörüşlərində də rast gəlmək olar. Lakin, bizim əsas məqsədimiz bütövlükdə 
dini tolerantlıq yox, dinlərarası dialoqun mahiyyəti və onun bugünkü vəziyyətini 
araşdırmaqdır.  


Dinlərarası dialoqun nəzəri əsasları
 
 
161 
Ümumiyyətlə, demək olar ki, “dinlərarası dialoq” məna tutumuna görə 
mürəkkəb anlayışdır. Məhz bu səbəbdən ona təkcə tərif verməklə təhlili mümkün 
olmur və bu səbəbdən də yuxarıda qeyd edildiyi kimi onun məna çalarlarını 
aydınlaşdırmağa ehtiyac duyulur. Bunun üçün bu anlayışlara aydınlıq gətirməlidir: 
1) dinlərarası ünsiyyət; 2) konstruktiv münasibətlərin forması; 3) dialoq həqiqətin 
axtarılması kimi; 4) dialoq mədəniyyəti. 
1)  Dinlərarası ünsiyyət. “Dialoq” sözünün etimoloji mənası iki tərəf arasında 
söhbət, danışıq, kommunikasiya deməkdir. Ona görə də dinlərarası dialoq termini 
bir çox hallarda “dinlərarası ünsiyyət” termininin sinonimi kimi işlədilir. Yəni 
ondan müxtəlif konfessiyaların nümayəndələri arasında görüşün istənilən formasını 
işarələmək üçün istifadə edilir.  
2)  Konstruktiv münasibətlərin forması. “Dialoq” anlayışının məna çalarların-
dan biri belədir ki, o sadəcə danışıqları yox, həm də konstruktiv səviyyə daşıyan və 
müəyyən mənada yaxınlaşmaya istiqamətlənmiş münasibətdir, “dialoq – bu heç də 
həmişə razılaşma deyil, lakin həmişə razılıq axtarışıdır” (4, s. 5).  
3)  Dialoq həqiqət axtarışı kimi. Antik və Avropa fəlsəfəsi zəminində 
formalaşmış  mədəni  şüurda (yəni təkcə  sırf fəlsəfi  şüurda yox) “dialoq” sözü 
Sokratın söhbətləri ilə  sıx bağlıdır. Bu söhbətlərdə iki həmsöhbət tərəfindən irəli 
sürülən dəlillərin mübadiləsi vasitəsilə hansınsa nəzəri həqiqət aşkarlanır, yaxud 
Sokratın təbirincə “doğulur”. Belə “dialoq” özünəməxsus qanunlara malikdir: 
tərəflərdən hər biri müzakirə predmetinin autentik şərhinə nail olmağı arzulayır, hər 
bir məsələyə obyektiv yanaşmağa çalışır və bu məqsədlə şəxsi maraqlardan imtina 
edir. Bu prinsipə uyğun olaraq qurulan dinlərin dialoqunun klassik modeli aşkar və 
mütləq qalibli sonluğu ehtiva edir. Bu tip dinlərarası dialoqda həmişə prozelitizm 
strategiyası üstünlük təşkil edir.  
4)  Dialoq mədəniyyəti. Başlanğıcı 1893-cü ildə Çikaqoda keçirilən “Dinlərin 
ümumdünya parlamenti” hesab edilən dinlərarası dialoqun müasir mərhələsi dialoq 
predmetinin kardinal dəyişməsi ilə əlaqədardır. Əgər dinlərarası dialoqun ənənəvi 
predmetini “həqiqət nədir?” sualına cavab axtarışını təşkil edirdisə, yəni paradiqma 
müzakirə mövzusunu dəyişir: indi bu suala cavab axtarılır: “Hansı dil dialoq 
prosesini pozmadan problemlərimizi müzakirə etməyə, fikir ayrılıqlarını 
aşkarlamağa kömək edər?”. Modernist tipli belə dialoqun əsas məqsədi prozelitizm 
yox, özgə dinlərə adaptasiya, onların yeni dini statusunun tanınması olur. 
Dinlərarası dialoq sahəsində tanınmış mütəxəssislərdən biri, katolik teoloq, 
professor Leonard Svidler yazır: “Dialoq üzrə  səmimi tərəfdaşlar bir-birini 
inandırmağa cəhd etmirlər,  əksinə, həmsöhbətinə hörmətlə qulaq asır və 
qərəzsizliklə onun dəlillərini anlamağa çalışır... Dialoqun gerçək məqsədi tərəfdaşın 
həyata sənin kimi yox, başqa cürə baxan insan kimi qəbul etməkdir. Dialoqun əsas 
məqsədi isə odur ki, həmsöhbətini və onun baxışlarını  dərindən anlamağın öz 
məxsusi mövqeyinin məhsuldar dəyişməsi ilə  nəticələnsin. Başqa sözlə desək, 
dinlərarası dialoq onun iştirakçılarının qarşılıqlı  zənginləşməsinə  və  mənəvi 
inkişafına istiqamətlənir və başqasına olan yad baxışları ona aşılamağı qadağan 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə