Əliyeva Mətanət Valeh qızı
154
Yeniyetməlik dövründə uşaq klassik psixoanalizin iddia etdiyi kimi, valideynlərə
qarşı “sevgi və nifrət” hissi ilə qarşılaşır. Bu problemin müsbət həlli onun öz yaşıdları
arasında sevgi predmeti tapa bilməməsindən asılıdır.
Valideynlərin uşağın inkişaf böhranlaının gedişatına az və ya çox dərəcədə təsir
edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, burada onların təsiri
daha həlledicidir. Əgər valideynləri sayəsində yeniyetmə etibar, müstəqillik,
təşəbbüskarlıq və bacarıq hissi mənimsəyibsə, onun identifikasiyası, yəni öz
fərdiyyətinin dərki şansı artır.
Yeniyetməlik yaşlarına təsadüf edən psixoloji böhran fərdin inkişafının bütün
böhran dövrlərində olduğu kimi üç mərhələdə keçir:
-neqativ mərhələ (qarşısında köhnə vərdişlərin, stereotiplərin, əvvəldə
formalaşmış strukturlarının dağılması)
-böhranın kulminasiya nöqtəsi (bu yeniyetməlik yaşlarında bir qayda olaraq,13-
14 yaşında baş verir, ancaq fərdi variantlar da özünü göstərir);
-böhranlı fazadan sonrakı dövr (bu zaman yeni strukturlar, yeni münasibətlər və
s. Formalaşır)[4;89].
Psixoloji ədəbiyyatda yeniyetməlik dövrünə psixoloji böhranın təzahür forması
təsvir olunub. Birinci və daha geniş yayılmış müstəqillik böhranıdır. Onun
simptomları
aşağıdakılardır:
-höcətçilik, inadkarlıq, tərslik, hər şeyə neqativ münasibət, özbaşınalıq, mülkiyyətə
qısqanclıq. Əgər 3 yaşlı uşaqda mülkiyyətə qısqanclıq başqa uşaqlarla oyuncaqları
bölüşmək istəməməsində özünü göstərirsə, bu tələbat yeniyetmədə onun əşyalarına
kənar şəxslərin toxunmasından narazılıq, yaxın insanları (dostlar, rəfiqələr və s.)
başqalarına qısqanmaq, valideynlərin onunla həddindən artıq maraqlanmasına və
yeniyetmənin şəxsi düşüncələrinə ətrafdakıların müdaxiləsinə qarşı narazılıq və s.
kimi özünü göstərir. Asılılıq böhranının simptomları isə sadaladıqlarımızın əksinədir.
Bu hal özünü həddindən artıq başqalarına qulaq asmaq, yaşlılardan, güclülərdən
asılılıq, köhnə maraq və əxlaq normalarına aludə olmaq, həvəs göstərmək və s.
formada təzahür edir[3;135].
Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş verir: yeniyetmələrdə
məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə
yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla
oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və məşhurlaşmaq meyli,
özünüdərketmə tələbatı və s. daxildir.
Yeniyetmələr özlərini böyüklər kimi aparmağa çalışır, özlərinə qarşı böyüklər
kimi münasibət tələb edirlər. Bəzən müəllim və valideynlər onların bu "böyüklük
hissi" ilə razılaşmır, onlara uşaq kimi yanaşır, hər addımlarına nəzarət edir,
yoldaşlarının yanında xoşagəlməz sözlər işlədirlər. Yeniyetmə oğlan və qız çox vaxt
bu səbəbdən böyüklərə cavab qaytarır, bəzən mübahisə, hətta kobudluq edir. Onların
bir qismi böyükləri yamsılamaqla bəzi neqativ hərəkətlərə (məktəbli formasından
imtina etmək, papiros çəkmək, spirtli içki içmək və s.) yol verirlər. Bu dövrdə ünsiyyət
və özünütəsdiq tələbatı güclü olur. Buna görə də məktəb və ailə onları birgə tədbirlərə,
Yeniyetməlik dövrü və psixoloji böhran
155
ictimai-faydalı işlərə, əmək və ünsiyyətə geniş cəlb etməklə bu əsas tələbatın
ödənməsinə şərait yaratmalıdır.Yeniyetmələr kollektivdə layiqli mövqe tutmağa can
atırlar. Bu, özünütəsdiqin bir vasitəsidir. Yoldaşlarının yanında nüfuzdan düşmək,
şərəf və ləyaqətini itirmək - yeniyetmə üçün ən böyük faciədir. Buna görə də
yeniyetmə yoldaşlarının yanında deyilən qeyri-taktiki sözlərə, ədalətsizliyə, təhqirə
dözmür, onlara kəskin reaksiya verir. Bu zəmində bəzən ciddi münaqişə yaranır[5;98].
Yeniyetmə şəxs üçün kollektivin ictimai rəyi, yoldaşların fikirləri böyük təsirə
malikdir. Müəllim onlar üçün əvvəlki yaşlardakı qədər nüfuz sahibi deyildir. Buna
görə də tərbiyəçi sağlam kollektiv rəyin yaranmasına, təlim-tərbiyə işində ona istinad
etməyə çalışmalıdır.Bu yaşda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb
edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Qızlarla oğlanların dostluğu baş
qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır.
Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yaratmaq lazımdır. Qızla oğlanın
dostluğunu ələ salmaq, qadağan etmək olmaz. Əks halda o, xəlvəti dostluğa çevrilər
və arzuolunmaz nəticələr verə bilər. Bu dövrdə hisslər güclü təzahür edir: onlarda
adətən hövsələsizlik, çılğınlıq, tündxasiyyətlilik özünü göstərir. Bəzi yeniyetmələrin
özlərini ələ ala bilməməsi, davranış və rəftarlarında kobudluq və kəskinlik,
özünənəzarətin zəifliyi bununla bağlıdır. Yeniyetmə neqativizmi çox zaman
yorğunluqdan, ədalətsizlikdən, kollektiv və yoldaşlarının mənfi münasibətindən irəli
gəlir. Müəllim və valideynlər mənfi emosiyaları aradan qaldırmaqda və müsbət
hisslərin möhkəmlənməsində yeniyetməyə kömək göstərməlidirlər.Yeniyetmələrin
müəyyən qismində (xüsusən oğlanlarda) təlimə maraq azalır. Bunun qarşısını almaq
üçün onlarda təlimə müsbət motivlər, təlimə maraq və tələbat aşılamaq, özünütəsdiq
tələbatını ödəmək, xarici və daxili stimulları gücləndirmək, onları özünənəzarətə,
kiçik məktəblilərin təliminə köməyə cəlb etmək faydalıdır. Bu yaş qrupunda olan
uşaqlar arasında bəzən intizamsızlıq, qanunpozma halları müşahidə olunur. Bu isə,
adətən, ailələrdə qeyri-normal tərbiyə şəraiti ilə, münaqişələrlə, yeniyetmə
nəzarətsizliyi, onların mənfi küçə təsiri altına düşməsi ilə (xuliqanlıq, oğurluq,
sərxoşluq, narkomaniya və s.) bağlıdır. Belə halların qarşısını almaq üçün
yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onları idmana, incəsənətə,
mütaliəyə, ictimai işlərə, sosial ünsiyyətə cəlb etmək lazımdır[5;115].
Qeyd edək ki, yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrüdür. Bu dövrdə
onlarda həm uşaqlıq, həm də gənclik əlamətləri özünü göstərir. Keçid dövrü əsas
çətinlik böyüklərlə yeniyetmələrin münasibətindəki problemlərdir. Yeniyetmələrin
yaş xüsusiyyətlərini nəzərə almaqla, onların tələbatlarını ödəmək üçün şərait
yaratmaqla, onlarla düzgün ünsiyyət qurmaqla, onları faydalı işlərə cəlb etməklə bu
çətinlikləri aradan qaldırmaq mümkündür.
Sonda qeyd edək ki, nəinki yeniyetməlik dövründə insan inkişafının müxtəlif
dövrlərində yaranan böhran halları sadə məsələ deyil və öz mürəkkəb psixoloji
strukturu və təzahür formalarına görə bir birindən fərqlənir. Böhran həyatın adət
edilmiş axarını pozur, insanın gündəlik həyat fəaliyyətinə təsir edib onu sistemdən
çıxarır. İnsan yaşadığı dövrdə baş verən böhranlar indiyə qədər onun üçün əhəmiyyətli
Dostları ilə paylaş: |