Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
145
nöqtələr daha sonra çoxaldılaraq (ن ،ق ،ف ،غ ،ظ ،ض ،ش ،ز ،ذ ،خ ،ج ،ث ،ت ،ب) və yerinə
görə (ي،ة) hərflərinin hamısını nöqtəli vəziyyətə gətirmişlər və bunlar da فورحلا
ةطوقنملاvə ya
ةمجعملا
فورحلا
adlanır. Hərflərin nöqtələnməsinin tarixi dəqiq olmasa da,
bu işin hələ Hz.Peyğəmbərin sağlığında vəhy katiblərinin zaman – zaman bu işə baş
vurmaları ən gec asrus – səadəti, ya da daha qüvvətli ehtimala görə Cahiliyyə dövrünə
təsadüf edir.
Ərəb əlifbasının tarixinin hicrətdən başlayan ikinci mərhələsi, yəni yazının
hərəkələnməsi və işlək hala gətirilməsi İslamın ilk illərində Şam və Hicazda yuvarlaq
və yuvarlaq olmaq üzrə iki ayrı – ayrı yazı üslübü gəlmiş və İbnus – Sid Batalyevsidən
öyrənildiyinə görə yuvarlaq xətti yazı Ənbarda, “məşk” Hirədə, “cəzm” Şamda, “cəli”
və ya “Şam”, köşəli olana “məkili” və ya “Hicazi” deyirmişlər. Ən əski nüsxələrində
Quranın məkili tərzdə yazıldığı aydın olur.
Əlifbadakı bütün hərflər yalnız samitlərdən ibarət olmasından irəli gələrək ərəb
dilinin konsonant yazı sisteminə aid olunması və bu hərflərdən üçünün: əlif, vav və
yə hərflərinin həm də müvafiq olaraq uzun ə, i və u saitlərini bildirməsi ilə yanaşı,
yalnız Quran yazısına xas olaraq vav və yə hərflərinin əlifin funksiyasını daşıması
aydınlaşır və samit hərfin üzərində “kiçik əlif” işarəsi şəklində yazılır. Məsələn,
ٰيح
ةو
– həyat,
ٰسوم
ى
– Musa, ٰسيع
ى
– İsa və s. Fars və Türk dillərində sözlərin sonunda hərfləri
səsləndirmək üçün [ə (a)] kimi qısa səslər ه/ه [hə] ilə yazılır və bu ةسومھم ةوھر irəli
gəlir. Ərəbcədə bütün hərflər ءاجھلا فورح [huruful – hicə’i] adlanır.
Hərflərin hərəkələnməsi, onların nöqtələnməsi kimi Süryani və Nəbati yazıları
örnək alınaraq hyata keçirilmişdir. Bu sistem فحصملا طقن [naqtul – mushafi] adlanmış
və ilk dəfə Əbul – Əsvad əd – Duəli tərəfindən həyata keçirilərək aparılmışdır. Bu
şəxsiyyət haqqında bir qədər ətraflı məlumata ehtiyac duyulduğundan onu deyə
bilərik ki, onun tam adı Əbul – Əsvad Zalim ibn Əmir ibn Sufyan ibn Cəndəl əd –
Duəlidir. O, ərəb dilçiliyi tarixində Qurani – Kərimə hərəkə sistemini gətirən və ərəb
sintaksis elminin əsaslarını təsbit etmiş bir alim və şairdir. Qaynaqlarda adı Osman
Əmr ibn Zalım kimi zikr olunur və Kinanə oğullarının Duil qəbiləsindən olduğu üçün
Duli nisbətini almışdır. Ana tərəfindən Abuddər qəbiləsinə mənsubdur. Atalarının
adları fərqli şəkildə tərtib edilir. Doğum tarixi bilinməklə 688/69 – cu ildə səksən beş
yaşında vəfat etmişdir. Əbdul – Əsvad öz qəbiləsini tərk edib hüzeylilər içərisində
daha sonra bir xanımın qəbiləsi olan Qureyş oğulları arasında yaşamış və Hz. Ömərin
vaxtında Bəsrəyə köç etmişdi. Bu dönəmdə bir təhsil alıb – almaması bəlli deyildir.
Hz. Əlinin xəlifəliyi zamanı Bəsrə valisi Abdulla ibn Abbas üzərinə göndərilən
ordunun komandanlığına gətirilmişdi. İbn Abbasın istefasından sonra qısa bir müddət
Bəsrə valisi olmuş və burada da vəfat etmişdi. Hz. Əli tərəfdarı olduğu üçün şiənin
tabiiləri arasında önəmli simalardan Əbdul – Əsvad Cəməl və Siffin savaşlarında
iştirak etmişdi. Bir rəvayətə görə nəhv elmini Hz.Əlidən almış, 661- ci ildə Hz.Əlinin
qətlə yetirilməsindən dolayı çox kədərlənmiş, əməvilərə qarşı nifrətini hər fürsətdə
bildirmişdi. Bir çox alimlər tərəfindən sıqa qəbul edilən Əbul – Əsvəd ərəb
qrammatikası və ədəbiyyatı sahəsində geniş biliyə malik, kəlimələrin daşıdıqları
mənaları dəqiq anlayan fəsahət sahibi sayılırdı. Qurani – Kərimin yanlış qiraətinə çox
Aslanova Süsən Yusif qızı
146
həssaslıqla yanaşmış və müshəf yazısında sözlərin səhvsiz tələffüzü üçün bir sistem
yaratmaq vəzifəsi ona həvalə olunmuşdu. Çünki hafiz sahəbələr zamanla azaldıqca
kəlimələrin bəziləri yanlış xatırlanır, başqa irqlərə mənsub müsəlmanlar, hətta yerli
ərəblər dil səhvləri etməklə ayələri yanlış oxumaq təhlükəsini doğururdu. Naqtul –
mushaf adlanan bu çalışma fəthə, kəsrə, damma, onların tənvinli hallarının
yaranmasından ibarət idi. Hərəkələr ilk öncə nöqtələr şəklində yazılmış, sonralar
hərflərin nöqtələri qarışdığından VIII yüzilliyin sonlarında hazırki vəziyyətinə
gəlmişdir. Bu xidmət ərəb leksikoqrafı, “Kibəbul – ayn”ın müəllifi Xəlil ibn Əhmədə
aiddir. O, nöqtə şəklində verilən və həm kişik bir əlif, kəsrəni başı çox kiçik yazılıb
ətəyi çəkilən (kəsidəli) kiçik bir yaya, dammanı isə kiçik bir vava çevirmişdir. Onun
qiraət üçün gətirdiyi digər köməkçi oxu işarələrindən səslərin reduplikasiyası
nəticəsində qoşa tələffüzünü bildirən təşdid, tənvini göstərmək üçün dammanın
sonunu bir qıvrımla bitirməsi ilə bağlıdır.
Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan zamanında əlifbanın əbcəd tərtibindəki
düzülüşü dəyişdirilərək bu günkü sırasına gəlib çıxmışdır.
Ərəb dilində ərəb əlifbasının ilk tərtibi və hərflərinin daşıdığı say dəyərlərinə
dayanan hesab sistemi haqqında maraq doğuran klassik qaynaqlarda əlifbadakı
hərflərin ilk öncə “ət – tərtibu – l - əbcədiyyu” adlanan sıralanmasında hərflərin
düzülüşüdür. Dini mətnlərdə bu tərtibin başlanğıcı Hz.Adəmə dayanır. Hz.
Peyğəmbər dövründə də istifadə olunan əbcəd tərtibi Əməvi xəlifəsi Əbdülməlik ibn
Mərvan zamanında (685 – 705) dəyişdirilərək yerinə Nasr ibn Asim ilə Yəhya ibn
Yəmər əl – Udvanin hazırladıqları bir – birinə bənzər hərflərin dalbadal sıralanması
əsasında tərtib olunmuş bu günkü “huruful – hicə’i” sistemi gətirilmişdir.
Əbcəd əslində əlifbadakı hərflərin asanlıqla yadda saxlamaq üçün heç bir mənası
olmayan sözlər toplumundan ibarətdir. Bu sözlərin ilki əbcəd (əbucəd də adlanır)
şəklində oxunduğu üçün bu adla adlandırılmışdır. Bu formulada yer alan kəlimələr
bunlardır. əbcəd (دجبا), həvvaz (زوھ), hutti (ىطح), kələmən (نملك), sə‘fas (صفعس),
qaraşət (تشرق), səxiz (ذخث), dazağ (غظض). Türkçədə bu tərtibin son kəliməsinə heç bir
rəqəm mənası daşımayan ləm əlif artırılaraq dazığlən (لاغظض) şəklində oxunur və
ardınca “Möminin” surəsinin 14 – cü ayəti – kərimi yer alan “fə təbərakə -llahu
əhsənul – xəliqin (نيقلاخلا نسحا ﷲ كرابتف) ifadəsi əlavə olunur. Məğrib müsəlmanları
sə‘fas, qaraşət və dazağ kəlimələrini sə‘faz (ضفعس), qarasət (تسرق) və zağaş (شغظ)
şəklində söyləyirlər. Əbcəd hesabı ibrani və arami dillərinin təsiri ilə nəbaticədən ərəb
dilinə keçməsi qəbul olunur. Çünki hərflərin əbcəd tərtibindəki düzülüşü bu dillərin
əlifbalarındakı sıraya uyğundur.
Əbcəd xalq arasında müxtəlif məqsədlərlə işlənir. Bunlardan biri doğum ilini
bildirən hərflərin bir araya gətirilməsi və ortaya çıxan adla uşağın adlandırılması
olmuşdur.
İslam dünyasında kitab tərtibində də əbcəddən istifadə olunur.
Ərəb hərfləri digər sami əlifbalar kimi sağdan sola yazılır. Hərflərin bitişib –
bitişməmədinfə fərqli cəhətlər vardır. Bitişik yazılanlar sözün əvvəlində, ortasında və
sonunda şəkil dəyişikliklərinə məruz qalır. Sözün əvvəlində və ortada gəldikdə isə
Dostları ilə paylaş: |