Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
137
görünüşünə görə mismarlara bənzədiyindən ona bu adı vermişlər. Onlardan sonra
gələn xalqlar da mixi yazısından istifadə etmişlər ki, bu dillərdən ən qədimi Hind –
Avropa dillərinin ölü dillər qrupuna mənsub olan het (ةيثيحلا) dilidir. Eyni yazı
formasından istifadə olunan bu dillər bir – birindən fərqlənir. Ümumiyyətlə, mixi
yazısı səslər əsasında aparılmış, iki xətt bir heca yaradırmış.
Bir müddət ərzində saf samilər daha üstün mədəniyyətə malik şumerlərlə
qovuşmuş, nəhayət, İraqın bütün bölgələrində əkkəd dilinin hökmranlığına gətirib
çıxarmışdı.
Sami dillərin digər qolu kənan qoludur (يناعنكلا عرفلا). “Kənan” sözü nədənsə
Azərbaycan dilində gah “hananey”, gah da “xanaan” şəklində yazılır. Bu qol (ya
budaq) ucarit (və ya uqarit), Finikiya, buni və ya moabit dillərini əhatə edir.
“Kənan” budağı şimal (ةيلامشلا ةيناعنكلا), orta (ةطسوتملا ةيناعنكلا) və cənub ( ةيناعنكلا
ةيبونجلا
)
kənan dilləri kimi üç yarımqrupa bölünür.
Şimal qarımqrupu Ucarit şəhəri kimi qədim bir şəhərə nisbətən adlanan ucarit
dilini (və ya uqarit) dilini (ةيتيرجلاا ةغللا) əlifba sırasına uyğun olaraq yazı sistemi ilə
əhatə edir.
Orta kənan yarımqrupu (ةطسوتملا ةيناعنكلا) Fələstin sahili, Suriya və Livanda
yaşayan samilərin dili kimi(
ةيقينيفلا ) “Finikiya” dili adlanır.
Cənubi Kənan yarımqrupu isə (
ةيناعنكلا
ةيبونجلا
) ibri (qədim yəhudi) və moabit
dillərini əhatə edir.
Ərəb dili öz tarixinə b.e.ə. XII əsrdən, yəni İsrail qəbiləsinin Fələstin torpağına
dail olmasından başlayır.
Sami dillərin oxşar cəhətlərinə gəlincə, onlardan ən mühümləri bu dillərdə
sözlərin üç kök samitinə əsaslanması, felin iki zaman formasının mövcud olması ilə
yanaşı qadın cinsinin morfoloji əlamətinin “tə” hərfinin olması, sözlərin sonlarının
tənvinlə və “təmyim”lə bitməsi kimi qrammatik cəhətdən oxşar xüsusiyyətlər təşkil
edir.
Sami dillərin fonetik, morfoloji və sintaktik baxımdan digər oxşar cəhətləri bu
dilləri eyni dil qrupuna aid olunmasına gətirib çıxarır ki, bu oxşarlıq xüsusilə qədim
sami dillərdə özünü göstərdi. Bunlardan bəzilərinə nəzər salaq:
1 – bu dillərdə boğaz samitləri (,ع ,غ ,ح ,خ ,ه ,ء) eynidir;
2 – emfatik damaq samitləri (
ص ,ض
’
ط ,ظ
) eynidir;
3 – söz konsonant sistemli olub samitlərdən və vəznlər əsasında qurulan qiyasi
modellərə əsaslanır;
4 – sami dillərdə iki cinsə əsaslanan qrammatik kateqoriya mövcuddur;
5 – bütün sami dillərdə bir çox eyni əsas sözlər mövcuddur:
-
bədən üzvlərini bildirən sözlər (baş, göz, əl, ayaq, saç);
- bitki və heyvan adlarını bildirən sözlər (buğda, sünbül, it, qurd);
-
bəzi əsas fellər (doğmaq, ölmək, durmaq, əkmək);
-
əsas saylar (2 – 10)
-
əsas ön qoşmalar ( -dan, -dən; -a, -ə, -ya, -yə; -da, -də)
Aslanova Süsən Yusif qızı
138
Heç şübhə yoxdur ki, müxtəlif sami dillər arasındakı yaxınlıq onları Afro – Asiya
dilləri çərçivəsində bir qolda birləşdirir. Bu, o deməkdir ki, ərəb dili qədim yəhudi dili
olan ibri dilinə, yaxud əkkəd dilinə daha yaxındır.
Ərəb dili sami dillərin cənub qrupunun şimal yarımqrupuna daxildir. Qohum
dillərdən (ərəb dilində “qohum dillər” dedikdə “ərəb dili və onun bacıları” ( و ةيبرعلا
اھتاقيقش) nəzərdə tutulur) uzun ömrü, geniş yayılması (Asiya qitəsində yerləşən 11 ərəb
dövlətinin (buraya Bəhreyn dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Qətər dövləti,
İordaniya Haşimiyyə Krallığı, İraq Respublikası, Yəmən Respublikası, Küveyt
dövləti, Livan Respublikası, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Suriya
Ərəb Respublikası kimi Asiyada yerləşmiş Ərəb dövlətləri daxildir) və Afrikada
yerləşən 9 dövlətində (buraya Afrikada yerləşmiş ərəb ölkələrindən Əlcəzair Xalq
Demokratik Respublikası, Liviya Cəməhiriyyəsi, Mavritaniya İslam Respublikası,
Mərakeş Krallığı, Misir Ərəb Respublikası, Somali Demokratik Respublikası, Sudan
Respublikası, Tunis Respublikası və Cibuti Respublikası daxildir) rəsmi dövlət dili
olması nəzərdə tutulur), fonetik – qrammatik və leksik xüsusiyyətlərini bu günədək
qoruyub saxlaması ilə fərqlənir. Bu dil tarixən üç inkişaf mərhələsi: qədim (V
əsrədək), klassik (V – XVIII əsrlər) və müasir (XIX əsrdən indiyədək) keçmiş ərəb
kimi təmsil edilmişdir.
Qədim ərəblər (məsələn, Qurani – Kərimdə adı çəkilmiş Hicr, yəni “qayalıq” bir
yerdə yaşamış Səmud xalqı) haqqında ilk yazılı məlumat hələ eramızdan əvvəl
Assuriya padişahı Sarqonun (715 – ci il) kitabəsində təsadüf olunur. Qədim ərəb dili
Suriya ərazisində tapılmış Lihyan (b.e.ə. III əsr), əs – Səfa (təxminən 106 – cı il), ən
– Nəmarə (328 – ci il), Zəbəd (512 – ci il) və s. kitabələrdə əks olunmuşdur. Cahiliyyə
dövründə ərəblərin çoxlu sayda dialekt və ləhçələri olmuşdur. Ərəbistan
yarımadasının cənubunda “Qəhtanilər diyarı”nda Səba, Himyər və Məin ləhçələri,
Ərəbistan yarımadasının şimalında “Ədnanilər diyarı”nda Səmud, Səfa və Nabatiyyə
kimi zaman keçdikcə silinib gedən dialektlər mövcud olmuşdur. Qureyş qəbiləsinin
Mudar ləhçəsi Hicazda ədnanilərin dili kimi qorunub saxlanmışdır. Ədnan
qəbilələrinin ləhçələri dünya dillərinin hər birində olduğu kimi bir qəbilədən digərinə
düzənsiz şəkildə keçmişdi.
Müxtəlif məhəlli dialektlərdən ibarət qədim ərəb dili sonradan inkişaf edərək
qəbilələr arasında başa düşülən və danışılan bir dilə çevrilir. Dilin yeni keyfiyyət kəsb
edib formalaşmasında Qureyş (Məkkə) dialekti (ةيشيرقلا ةيناندعلا ةغللا) xüsusi rol
oynamışdır. Doörudan da ümumxalq dilinin ən vacib mədəni tərkibi olan ədəbi dil
dilçilik ədəbiyyatında “ədəbi dil”, “standart dil”, “kodlaşdırılmış dil” “yazılı dil” və
bu kimi terminlərlə ifadə olunsa da, bu münasibətlə “ədəbi dil” termininin işlədilməsi
daha məqsədəuyğun hesab oluna bilər. İnsan birliyinin ilk forması olan qəbilə,
sonralar böyüyərək tayfa, tayfalar içərisində formalaşan xalq və insan cəmiyyətinin
ən yüksək forması olan milli dillərin yaranmasınadək mürəkkəb bir inkişaf yolu
keçmiş ədəbi dil ümumxalq dilinin cilalanmış nümunəsi kimi xalq dilinin ən yaxşı
cəhətlərini özündə cəmləşdirməklə, hər bir xalqın milli mədəniyyətinin
nailiyyətlərini, mənəvi dəyərlərini əks etdirir, milli dilin formalaşmasında böyük rol
Dostları ilə paylaş: |