Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
135
1) Cənubi ərəb (mehri, Sokori, Ehkil və Skanri), 2) Amhor –
Həbəş dili, 3) Tiqri
(Efiopiyanın yazısız dili).
Sami dilləin təsnifatı barəsində digər qısaca məlumat H.Məmmədov və
A.Axundovun “Dilçiliyə giriş” əsərində verilir:
2
“Sami
dillər üç qrupa bölünür: şərq, şimal və cənub. Şimal və cənub qrupları
birlikdə sami dillərin qərb qolunu təşkil edir.
1. Şərq sami dillərinə ölü dillərdən olan qədim assori və babil dilləri daxildir.
Bunların ikisi birlikdə əkkəd dili adlanır. Yazılı abidələri eramızdan çox – çox əvvələ
aiddir.
2. Qərbi sami dilləri iki yarımqrupa – xanaan və arami dillərinə bölünür.
Xanaan qrupuna Finikiya, qədim yəhudi, moabit, uqarit dilləri daxildir və bu
qrupun yazılı abidələri Suriyanın Pas – Şamra ərazisində tapılmışdır.
Arami qrupuna arami, eramızın II əsrdən çox zəngin ədəbiyyatı olan Suriya və
Mandey dilləri daxildir.
Yaxın Şərqdə aramilərin yerləşmələri ilə əlaqədar olaraq
arami dili xanaan dilini
sıxışdırmış və bu dil eramızın birinci əsrindən başlayaraq Şərqdə geniş yayılmışdır.
Hal – hazırda ancaq livanın bir neçə kəndində (qərbdə və şərqdə) Urmi arami
şivələrinə rast gəlmək olur.
3. Cənub qrupu sami dillərin qərb qolunun cənub qrupunu təşkil edir və buraya
bir çox məhəlli dialektlərə malik şimal və cənub ərəb və həbəş dilləri daxildir.”
3
Göründüyü kimi belə bir məlumat heç də qənaətbəxş olmayıb sami dillərin
təsnifatına dair daha ətraflı və daha dəqiq mənbələrə müraciət etmək zərurətini
doğurur.
Sami dillər haqqında ətraflı məlumatlar əldə etmək məqsədilə doktor Mahmud
Fəhmi əl – Hicazinin 1998 – ci ildə Qahirədə nəşr olunmuş “Dilçiliyə giriş” kitabına
müraciət edək. Müəllif burada sami dilləri Asiya – Afrika
dilləri ailəsinə aid edir və
qeyd edir ki, Afro – Asiya dilləri qədim, orta və yeni dünya tarixində ən böyük dil
ailələrindən ibarət vahid bir dil qrupunu təşkil edir. Bu dil qrupu bir neçə qollara
ayrılır: sami dillər, qədim Misir dili,
bərbər dili, çad dili, kyşit dili. Hələ XIX əsrdən
bəri tədqiqatçılar belə bir qənaətə gəlmişdilər ki, sami dillərə daxil olan müxtəlif dillər
arasında bir əlaqə vardır. Qədim Misir dili, daha sonralar isə bərbər dilinin sami
dillərlə müqayisəli tədqiqi nəticəsində, habelə Afrika qitəsində yaşayan bir sıra
xalqların danışıq dilləri ilə sami dillər arasındakı oxşar cəhətlər
sübuta yetirildikdən
sonra tədqiqatçılar şimal – şərrqi Afrika və qərbi Asiyada mövcud olan bir neçə dilin
qohum dillər olduğu fikrinə gəlmişlər. Amerika dilçisi Qerinberq bu dilləri Avro –
Asiya dilləri ailəsi kimi təqdim edir.
Bu dil qrupu haqqında rus dilçisi İ.M.Dyakonovun “Языки древней передней
Азии” əsərindı aşağıdakı məlumatlara rast gəlirik: “Dünya mədəniyyətinin ilk
dillərindən olan qədim Ön Asiyada yaşayan xalqların dilləri xüsusi maraq doğurur.
2
Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966, səh.233
3
Məmmədov N., Axundov A., Dilçiliyə giriş, 1966, səh.233
Aslanova Süsən Yusif qızı
136
Bu dillərin təsnifatı əsasən morfoloji prinsipə əsaslanmışdır. Digər bir prinsip stadial
prinsipdir ki, digər qrammatik kateqoriyaların oxşar olub – olmamasına
görə bu ailəyə
daxil olan dillərin araşdırılmasını nəzərdə tutur. Geneloji təsnifat isə əsas dil, ya da
ona oxşar dillərin tədqiqi deməkdir.”
4
Sami dillərin tədqiqində alman dilçilik məktəbinin də xüsusi rolu vardır. ةسردم
نامللاا نيوغللا
adlanan bu dilçilik məktəbinin ən görkəmli nümayəndələrindən N.Osthoff, A.Leskin,
K.Bruqmann, K.Brokkelman, Holdeke kimi dilçilərin xidmətləri əvəzsizdir. Onlara
həm də “Yanqqrammatiklər”, yəni نابشلا ةاحنلا (“gənc qrammatiklər”) kimi müraciət
olunur. Onların “Gənc qrammatiklər” adlandırılmalarının əsas səbəbi sələflərindən
fərqli olaraq əsas ana dili öyrənməklə yanaşı, canlı dilləri, dialektləri və yerli şivələri
də araşdırmağa meylli olmaları ilə bağlı idi. Bu məktəb yarandığı şəhərin adı ilə
Leypsiq məktəbi kimi də məşhurdur.
Sami dillərin tarixən və coğrafi baxımdan yayılmasına gəlincə, bunu aşağıdakı
verilmiş bölgüyə əsasən qruplaşdırırlar:
1. Əkkəd qolu (
يداكلأا عرفلا ):
- bu dil İraq ərazisində b.e.ə. 2500 – cü ildə məskunlaşmış (Babilistanın şimalına
köçüb gəlmiş) sami dilli tayfaların məskən saldığı ilk şəhər olan Əkkəddə ünsiyyət
vasitəsi olmuş və ةيداكلاا ةغللا adlanmışdır. Onlar öz dillərinə “əkkəd dili” adı
vermişdilər ki, o zaman Dəclə və Fərat torpağının cənubunda
yaşayan şümerlərin
dilindən, yəni ةيرموسلا “əs – suməriyyə” dilindən fərqlənsin. Şumerlər o zamanlar
Babilistanda ən yüksək mədəniyyətə, xüsusilə kənd təsərrüfatı, yəni əkinçilik,
bağçılıq, suvarma sistemində yüksək inkişafa malik olan bir xalq idi. Tədqiqatlar
şumerlərin bir çox daşüstü rəsmlərini aşkara çıxarmışdır. Lakin şumer dilinin hansı
xalqa mənsub olması hələ də problem olaraq qalmaqdadır. Ən qədim yazılı abidəyə
malik olduğu baxımından bu dil dünyada çox yayılmışdır. Müasir dünyamızda
minlərlə dil vardır ki, hələ əlifbası yoxdur. Yazısı olan və yazısı olmayan dillərin
sayına görə dünya dillərinin sayı haqqındakı təzadlı fikirlərin olması da,
yəqin ki,
bundan irəli gəlir. Ola bilsin ki, şumer dili də bütün dillərdən əvvəl yaranmış bir dil
ailəsinə aid olunsun, lakin yazısı olmasın. Çox güman ki, İraq torpağına köçüb gəlmiş
samilər şumerlərlə qarışmış, onların yüksək mədəniyyətini, yəni oxumaq,
öyrənmək,
öyrəndiyindən nəticə çıxarmaq qabiliyyətini əxz etmiş, lakin sayca üstünlük təşkil
edən əkkədlilər şumer dilini sıxışdırıb aradan çıxara bilmişlər. B.e.ə. altı əsrdən artıq
(2500 – 1900 – cu illər) bu müddət ərzində bu dillərin qoşa işlədilmədi (bilinqvizmi)
hökm sürmüşdür. Həmin dövrdən qalmış yazılı şumer və əkkəd abidələri mövcuddur.
Daha sonra bu iki dilin qovuşmasından (əvvəlki dilə qədim əkkəd dil adı verilir ki,
sonra gələn dil mərhələlərindən fərqlənsin) babil dili (qədim, orta, yeni, müasir),
ondan sonra assuri (qədim, orta, müasir) dili yaranır. Əkkədlilər yazını şumerlərdən
öyrənmişdilər. Şumerlər mixi (يرامسملا طخلا) yazı ilə yazırdılar. Bu xəttə xarici
4
И.М. Дьяконов, «Языки древней передней Азии», Издательство «Наука», Главная Редакция
восточной литературы, Москва, 1967