Müasir İran ədəbiyyatında nəsr
125
Əl -Əhməd və Çubək patriarxal avtoritet və dini mövhumat mövzusunu
cəmiyyətin aşağı təbəqələrinin və fəhlələrin həyatını təsvir edərək açmağa çalışırdılar.
Ələvi Iran komunist Tudeh Partiyasının üzvü kimi ilk dəfə olaraq, həbsxana
yazılarını çap etdirmiş və siyasi məhbusların yaşadıqlarının şəxsi və emosional
aspektlərini təsvir etmişdir. Xaricdən qayıdan tələbələrin müasirləşməyə can atması
ilə vətəndəki mövhumat və siyasi təzyiq arasındaki antaqonizm Ələvi və dövrün digər
yazıçılarlnln əsərlərindəki əsas mövzulardan biri idi.
1960-cı illərdə yetişən şair və yazıçılar artıq tək Qərb ədəbiyyatı və tərcümələrə
deyil, onlardan əvvəl yaşayıb –yaratmış ədəbi nəslin yaradıcılıq təcrübəsinə istinad
edirdilər.1953-cü il dövlət çevrilişindən sonra siyası təzyiqin tədricən azalması
ədəbiyyatda yeni söz demək istəyində olanların artmasına təkan verdi. Yazıçıların
sosial və siyasi həyata təsiri artdı. Bəzi əsərlər 10 mindən də çox tirajla nəşr edildi.
Simin Daneşvərin “Savuşun”, Hoşəng Golşirinin “Şahzadə”, Əhməd Mahmudun
“Qonşular”, Mahmud Dövlətabadinin “İtmiş Soluç” əsərləri 1979-cu il inqilabına
qədər olan dövrün ən çox tanınan ədəbi nümunələridir.
Mahmud Dövlətabadi doğulduğu Xorasan əyalətinin uzaq kəndlərindən birində
baş verən hadisələri əks etdirən “Itmiş Soluç” romanını 1979-cu ildə həbsxanada ikən
fikrən “yazmış”, azad edildikdən sonra isə kağıza köçürmüşdür. Müəllif 500 səhifəlik
romanın yazılmasına cəmi 70 gün sərf etmişdir. “Itmiş Soluç” yazıçının fars danışıq
dilində yazılmış ilk əsəridir.
Roman keçən əsrin 60-cı illərinində, əhalinin kənddən şəhərə axını dövründə
Iranın şimalında yerləşən bir yaşayış məntəqəsinin sakinlərinin həyatından bəhs edir.
Əsərin əsas qəhrəmanı əri Soluç tərəfindən tərk edilmiş və üç uşağl ilə tək qalmış
Merqandır. Müasirləşmənin təzyiqi altında kəndin tənəzzülə uğraması və məhv
olması Merqanın ailəsinin aclıq, səfalət və zorakılığa məruz qalması ilə paralel təsvir
olunur.
Romanın tərcüməçisi K. Rəsteqar Mahmud Dövlətabadinin “Itmiş Soluç”
romanının şərhində qeyd etmişdir ki, “20-ci əsrin ortalarında Iranın kənd həyatında
baş verən dəyişikliklərin bir nəslin həyatının prizmasından qələmə alınmış bu əsər
“siyası metaforadansa incəsənət metaforasıdır.” (5)
Ümumdünya Ədəbiyyatı on-line Məcmuəsi “Sərhədsiz sözlər” saytinda əsəri
oxuculara təqdim edən Elham Geytançı yazır:” Dövlətabadi bir şedevr yaratmışdır:
səfalətdə yaşayan kəndlilərin hiss və həyəcanı bizi dəhşətə gətirir, çünki onların
qorxuları bizim həyatın mənası və ölüm haqqında olan şübhə və tərəddüdlərimzi əks
etdirir.” (6)
Roman 2007-ci il New York Sun məcmuəsi tərəfindən oxumağı məsləhət görülən
kitablar siyahisinə salınmışdır. 2008-ci il Amazon.com-un sponsorluq etdiyi “Ən
Yaxşı Tərcümə” mükafatına namizəd irəli sürülmüşdür.
Isfahanda doğulmuş Hoşəng Golşiri (1937-2000) Iranın 1979-cu il inqilabından
sonrakı dövrünün ən görkəmlı yazıçı və tənqidçisidir. O, şah əsəri hesab edilən
“Şahzadə” (1969) əsərində Sadeq Hedayətın roman yazılışında struktur və linqvistik
aspektlərdə əldə etdiyi müvəffəqiyyəti daha da mükəmməlləşdirmişdir.
Rauf Əlihüseyn oğlu Quluzadə
126
“Keçən əsrin 20-ci illəri Iranın əyalət şəhərlərinin birində dağılmış bir
malikanədə devrilmiş hakim sülalənin son nümayəndəsi vərəm yatağında ölümlə
çarpışir. Son sığınacağında demək olar ki, tək qalmış qoca şahzadəni əcdadlarının
keçmiş şan-şöhrəti təqib edir: reallıqla qeyri-real səhnələrin pəncəsində qalmış
şahzadənin gözünün qarşısına babalarının hökmranlıq dövrlərindən dəhşətli səhnələr
gəlir. Çoxdan ölmüş qohumlarının şəkillərində hallusinasiyalı beynin canlandırdığı
bir səhnə bitən kimi, ardınca şəklin çərçivəsindən digər bir səhnə “görünməyə”
başlayır. Dumanlı xatirələr bir-birini əvəz edir və sonunda məlum olur ki, qoca
şahzadəyə ən çox əzab verən onun gənc yaşda çərləyib ölmüş arvadı Fəxronnesanın
ölmüş şah əcdadların güc və enerjisi ilə ərinə işgəncə verən xəyalıdır.” (7)
Simin Daneşvər (1921- 2012) Iranın ilk qadın roman yazıçısıdır. Onun klassika
hesab edilən “Savuşun” realist romanı (1969) 1943-cü ilin birinci yarısında Şiraz
vilayətinin müttəfiq qüvvələri tərəfindən işğalı dövründə baş verən xaos və dağıntıları
təsvir edir. Daneşvərin çoxsaylı personajları və tarixi hadisələrlə dolu dövrün canlı
təsviri əsərin ən güclü tərəfidir.
Xarici qüvvələrin maraqları və təsiri ilə çulğalaşmış korrupsioner və yetərsiz
hakimiyyət məngənəsində əzilən, işğal edilmiş Şiraz ilə bir zamanlar Əhəməni
imperiyasının mərkəzi olan Persepolis və Şirazın islamdan əvvəlki dövrlərinın
mənzərələri,məqbərələr, böyük fars şairləri, sufilər və köçəri tayfaların həyatının
ustalıqla təsviri, romanı xarici mətbuat tərəfindən “Çox maraqlı saqa...” (Washington
Post Book World), “böyük rezonans yaratmış əsər...”(Publishers Weekly) kimi
oxuculara təqdim etməyə sövq etmişdir.(8)
Oxucu süjet peripetiyalarını əsərin əsas qəhrəmanı Zarinin gözləri ilə izləyir.
O,öz ailəsini qorumaq üçün mübarizə aparan gənc qadındır. Idealist bir adamın həyat
yoldaşı və gənc ana olan Zari ənənəvi ailə həyatını qorumaqla yanaşı, ailədə öz
kimliyini, fərdiliyini saxlamaq istəyir.
Tənqidşünas Stiv Sivolun əsər haqqında fikirlərini belə ifadə edir: “Kaş ki, Anton
Çexov bu kitabı oxuya biləydi! Düşünürəm ki, o, bu əsəri özünün ən yaxşı
povestlərinə bərabər tutardı. Daneşvər mənə Çexovu xatırladır. Əkiz ruhlu bu
yazıçılar, iranlı bacı və rus qardaş, cəmiyyəti tam çılpaq, bəzək-düzəksiz təsvir etmək
bacarığı, bütün personajlara, istər xeyir, istər şər, eyni dərəcədə bağlı olmaları ilə çox
yaxındırlar. Məncə, “Savuşun” romanını mütaliə edərkən, Çexov öz əsərlərində təsvir
edə və şəxsi həyatında tapa bilmədiyi bir cəhəti - evlilik həyatı və ailədə qadın və
kişinin tam olmasının, bütövləşməsininin təsvirinə görə məmnun olardı.
Nəciblik. Əvvəl düşünürdüm ki, “Savuşun” cəsarət haqqında kitabdır, əslində isə
bu, 40-dan çox personajda -qohumlar, nökərlər, kəndlilər, köçəri inqilabçılar,
siyasətçilər, həkimlər, ruhi xəstələr, əsgərlər, hökumət nümayəndələri, irlandiyalı
jurnalistdə ya nəcibliyin heyrətləndirici varlığı və ya bu keyfiyyətin hürküdücü
yoxluğuna aiddir. Bu da, bir zamanlar nəcib zadəgan, sonra isə təzyiq altında qalmış
ümidsiz məzlum Iranın portreti idi.
Dostları ilə paylaş: |