Müasir İran ədəbiyyatında nəsr
129
seçilərək, xarici dilli oxucuya təqdim edilməsi qeyri-adi hal deyildir. Iranda son
inqilabdan dərhal sonra rus dilində nəşr edilən “Müasir Iran novellasi:60-70-ci
illər” adlı topluda Əhməd Mahmud, Qolamhüseyn Səidi, Feridun Tonkaboni, Xosrov
Şahanı, Nadir Ebrahimi, Ebrahim Rəhbər kimi yazıçıların lirik hekayə və satirik
novellaları yer almışdı.Tərtibatçılar şah rejimi dövründə Iran və iranlıların
dünyagörüşü, psixologiya və məişətini daha çox qara rənglərlə təsvir edən əsərlərə
üstünlük vermişdilər.
Topludakı Feridun Tonkaboninin “Nənə yatmamışdı” hekayəsi sübut edir ki, öz
düşüncələrini izhar etmək üçün heç də qalın roman yazmaq vacib deyil. Kiçik sənət
əsəri hesab olunmağa layiq bu hekayə toplunun ən qəmlı əsəridir. Abbas Pəhləvaninin
“Təntənəli açılış” hekayəsi hər bir şəhərin “ən vacib müəsisəsi”, ölüxananın tikilişi
və açılışından danışan satirik novelladır. Yalan və ikiüzlülüyün insanı necə pis
vəziyyətdə qoyduğunu Xosrov Şahanının içki və kart məclisi qurmaq istəyən bir qrup
cavanın din xadimi ilə bir kupeyə düşən zaman baş verənlərdən bəhs edən “Yol
yoldaşı” novellasında görmək olar. (12)
Monarxiya rejiminin idarəçilik sistemində hökm sürən bürokratiya, özbaşınalıq,
sadə insanlara qarşı biganə münasibət, bədnam xəfiyyə, əhali arasında yoxsulluğa
həsr edilmiş bu əsərlərin mütaliəsi Iran haqqında daha çox bədbin əhval-ruhiyyə
yaradır. Buna baxmayaraq, Iran ədəbiyyatınln qəmli reallığı lirik üslubda təsvir
etməsinin ayrıca bir gözəlliyi var.
Hal-hazırda Iran Islam Respublikası dövründə, ədəbi fəaliyyətdə olanlar siyasi,
dini və əxlaqı mövzularda müəyyən kriteriyaları gözləməlidirlər, buna baxmayaraq,
dövlətin senzuranı bir qədər yumşaltdığı qısa zaman intervalları da mövcud
olub.1980-ci ildən bəri, ABŞ və Avropada görkəmli Fars emiqrant ədəbiyyatı yaranıb
və inkişaf edir. Bu məqalə ilə mütaliəsevərlərin diqqətini dünya ədəbiyyatına nadir
incilər bəxş etmiş klassik fars ədəbiyyatının ənənələri və Qərb ədəbiyyatı üslublarının
çulğalaşdığı müasir Iran ədəbiyyatının nümunələrinə yönəltmək istədik.
Rauf Əlihüseyn oğlu Quluzadə
130
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Nima Malek Mohamadi- A brief history of Iran's modern literature
e- mənbə- https://www.britishcouncil.org/voices-magazine/brief-history-irans-
modern-literature
2. Kamin Mohammadi - Kamin Mohammadi's top 10 Iranian books (The
Guardian)
e-mənbə -
https://www.theguardian.com/books/2011/jul/20/kamin-mohammadi-
top-10-iranian-books
3. Dalia Sofer- A review of The Blind Owl by Sadegh Hedayat
e-mənbə https://www.believermag.com/issues/201102/?read=review_hedayat
4. Missing Soluch” From Wikipedia, the free encyclopedia
e-mənbə https://en.wikipedia.org/wiki/Missing_Soluch
5. Kamran Rastegar, iranian.com, "Reading Missing Soluch in the U.S.",
6. Mahmoud Dowlatabadi's "Missing Soluch", Elham Gheytanchi, Words
Without Borders
e-mənbə - http://www.wordswithoutborders.org/book-review/mahmoud-
dowlatabadis-missing-soluch
7. “The Prince” by Hushang Golshiri (Author), James Buchan (Translator)
e-mənbə https://www.amazon.com/The-Prince-Hushang-
Golshiri/dp/0099468395
8. Savushun: A Novel About Modern Iran (Persian Classics)
9. Strange Times, My Dear: The PEN Anthology of Contemporary Iranian April
17, 2006 by Nahid Mozaffari (Author)
e-mənbə https://www.amazon.com/Strange-Times-Dear-Contemporary-
Literature/dp/1559708050
10. Esmail Fassih: امغا رد ايرث(Sorraya in a Coma)
11. Women Without Men: A Novel of Modern Iran by
Shahrnush
Parsipur (Author), Faridoun
Farrokh (Translator)
e-mənbə
https://www.amazon.com/Women-Without-Men-Novel-Modern/dp/1558617531
12. «Современная иранская новелла. 60-70 годы» 1980 Издательство:
Прогресс
13. J.T.P. de Bruijn, Modern Persian literature, Encyclopaedia Iranica, 2015
Müasir İran ədəbiyyatında nəsr
131
XÜLASƏ
Məqalə Müasir Iran Ədəbiyyatında nəsr janrının inkişafına həsr olunmuşdur.
Onun inkişafında 3 dövr ayırd etmək olar. Formalaşma dövrü 1922-ci Məhəmməd Əli
Camalzadənin “Yek-i bud, yek-i nəbud” məcmuəsi ilə başlayır. 1930-cu illərdən
yazıçıların diqqəti sosial və siyasi problemlərə yönəlir. Bu dövr Iran ədəbiyyatında
əhəmiyyətli dəyışikliklər və görkəmlı adlarla xarakterizə olunur. Onlardan Bozörg
Ələvi, Sadeq Çubak, Ali Əhməd, Sadeq Hedayətın adlarını çəkmək olar. Üçüncü dövr
1979-cu il inqilabından sonrakı dövrü əhatə edir. Müasir İran ədəbiyyatının
inkişafında qadın yazarların əsərləri böyük rol oynayır. Iran qadın ədəbiyyatı 1980 və
90-cı illər xüsusi status qazanmışdır.
РЕЗЮМЕ
Статья посвящена прозе в Современной Персидской литературе. Развитие
современной персидской прозы делится на три периода. Формирующий период
начался в 1922 году после публикации сборника Мухаммеда Али Джамалзаде
دوبن یکي و دوب یکي (Жил-был) С 1930-х годов и внимание писателей были
привлечены к новыми социальным и политическим проблемам.
Этот период в
литературе является наиболее плодотворным и полон крупными именами таких
как Бозорг Алави, Садек Чубак, Аль-Ахмад Садек Хедаят.
Третий период в развитии современной прозы совпадает с революцией
1979 года. Произведения женщин сыграли значительную роль в процессе
развития современной персидской литературы, хотя женская литература
приобрела особый статус в период 1980-х и 1990-х годов.
SUMMARY
The article has been devoted to the Modern Iranian Prose. The development of
the modern Persian prose is divided into three periods. The formative period started
in 1922 after the publication Mohammad Ali Jamalzadeh’s collection “ دوب و یکي دوبن
یکي) Once Upon a Time. From 1930s and on the attention of the writers was drawn by
new social and political issues. This period in the Iranian literature stands out as the
most fruitful of changes and full of big names that were established. Among them
were Bozorg Alavi, Sadeq Chubak, Al’e Ahmad Sadeq Hedayat etc. The third period
in the development of modern prose, such as short-story coincides with the Revolution
of 1979. Women’s writing has played significant role in the process of the
development of modern Persian literature, although it gained particular status in the
1980s and 1990s period.
Çapa tövsiyə etdi: dos. Q.S.Süleymanov
Dostları ilə paylaş: |