Sami dillər ailəsi və Ərəb dili Ərəb yazısı və əlifbası haqqında qısa məlumat
141
və Tarafənin şeirlərində öz qəbilələrinə aid olan sözləri
işlətdiklərinin şahidi olmaq
mümkün deyildir.
Ümumiyyətlə, cahiliyyə dövrünün şerlərindən və xüsusilə muallaqlardan ərəb
nəhv və leksikologiyası ilə Quranın təfsirində və qərib sözlərin açıqlanmasında
şavahid (nümunə) olaraq ilk növbədə istifadə olunur. Sibaveyhinin ərəb
qrammatikasına dair yazdığı “əl – Kitab” əsərində 1050 şavahid beyti arasında 24 –
nün muallaqa şerindən olduğunu Abdulla Salim Məkrəm və ondan sonra gələn
qrammatika alimləri incələmişlər.
Ərəbi ədəbi dilinin formalaşmasında cahiliyyə dövrünün poeziya nümunələrinin
oynadığı rol haqqında çox danışmaq olar. Təkcə o faktı bilmək kifayətdir ki, əgər
möhtəşəm poeziya nümunələri ilə zəngin ərəb ədəbiyyatında sevə - sevə oxunan ədəbi
– bədii əsərlər bəşər kəlamı hesab edilirsə, Qurani –
Kərimin mübarək ayələrinin
açıqlanaraq incələnməsində bəşər övladının ən dahisinin belə qələmi aciz qalır, çünki
bu müqəddəs kitabın ilahi nəzm – ilahi söz düzmü üslubu tədqiqatçıdan yüksək elmi
səviyyə, zəka və bacarıq, ən başlıcası məsuliyyət tələb edir.
Bununla belə ərəb ədəbi dilinin formalaşmasınadək ərəblərin məhəlli dialekt və
şivələrinin fonetik – morfoloji baxımdan xüsusiyyətlərinə, ötəri də olsa, nəzər salmaq
daha məqsədəuyğun olardı.
Dialekt, yaxud ləhçə dedikdə müəyyən bir
mühitə aid olan bir qrup dil
xüsusiyyətləri nəzərdə tutulur. Həmin ərəb ləhçələrində məqsəd İslamdan öncə və
sonra mövcud olmuş, bir – birilərindən fonetik baxımdan, sövti baxımdan fərqlənən,
eyni zamanda hər bir qəbiləyə ayrıca məxsus olan danışıq dilləri və ya qəbilə dilləri
nəzərdə tutulut. Cahiliyyə dövründə bu ləhçələrin fonetik cəhətdən səs tərkiblərinin
dəyişiklərinin sayı on səkkizə çatırdı ki, bunlardan hər biri haqqında ayrıca izaha
ehtiyac duyulur. Təbiidir ki, ərəb ləhçələri həm də özünəməxsus
lüğət vahidləri və
qrammatik quruluşu baxımından da bir – birlərindən fərqlənirdi. Şübhəsiz, bu proses
indi də davam etməkdədir.
Dialektlər ümumxalq dilinin bir hissəsi kimi danışıq dilinin, ayrı – ayrı sosial və
professional insan qruplarının danışığı kimi sözlərin qeyri – adı səciyyə daşıdığı
jarqonları və loru danışığı (məsələn, səciyyəvi şəhər danışığı, bədii ədəbiyyatın
ifadəliliyini artırmaq, məqsədini güdən, sadə adamların güclü milli koloritə malik
danışığı) əhatə etdiyi ləhçələrdir ki, ərəb qəbilələri arasında da həm səs tərkibi, həm
lüğət tərkibi, həm də qrammatik xüsusiyyətləri ilə fərqlənən məhəlli dialektlərə
bölünürdü.
Burada cahiliyyə dövründə və ondan sonra mövcud
olmuş məhəlli ərəb
ləhçələrinin fonetik, yəni sövti – səs baxımından fərqli xüsusiyyətlərindən bəhs
olunacaqdır.
Fonetik baxımından özünəməxsus səciyyə daşıyan bu xüsusiyyətlər təmim, qeys,
əsəd və onlarla qonşu olan ərəb qəbilələrinin danışıqlarında özünü göstərmiş, bu
fonetik xüsusiyyətlərin sayı on yeddi olmaqla ərəb dilli qaynaqlarda qısaca
açıqlanmışdır. Cahiliyyə dövrünün yazılı abidələrində bu sövti – səs dəyişikləri öz
əksini tapmasa da, danışıqda mövcud olmuşdur. Bu fərqli
cəhətlər bütün dünya
Aslanova Süsən Yusif qızı
142
dillərində məhəlli səciyyə daşıdığı kimi ərəb qəbilələrinin arasında da mövcud olan
yerli ləhçə və şivələr təkcə səs müxtəlifliyi ilə deyil, həm də morfoloji – qrammatik
baxımdan yəni lüğət tərkibi və cümlə quruluşları cəhətdən bir – birilərindən
fərqlənirdi.
Qeyd etdiyimiz kimi ərəb qaynaqları bu sövti – səs dəyişikliklərinin sayının on
səkkiz olduğuna işarə edir.
8
Təəssüflə qeyd etməliyəm ki, ərəb ləhçələrinin bu
fərqlilikləri haqqında kifayət qədər mənbə və qaynaqların olmaması bu ləhçələrdəki
mövcud sövti – səs dəyişiklərinin mahiyyətini lazımınca açıqlamaq imkanımızı
məhdudlaşdırsa da, onların əksəriyyəti haqqında ümumi məlumat və anlayış verməyə
çalışacağıq.
Demək olar ki, cahiliyyə dövründə və Qurani – Kərimin
nazil olduğu dövrdə hər
bir ərəb qəbiləsibib öz ləhçəsi olmuşdur ki, bunların hər biri də digərindən həm səs
tərkibi, həm də hərflərin dəyişməsi baxımından fərqlənmişdir. Həmin səs
dəyişikliklərinə diqqət yetirək. Bunlar aşağıdakılardır:
1) ءاطنتسلاا ; 2) عجضتلا ; 3) ةلتلتلا 4) ةّترلا ; 5) ةنشنشلا ; 6) ةيئامطمطلا ; 7)
جعلا
ةيفر
; 8)
ةجعجعلا ; 9)ةنعنعلا; 10) ةمغمغلا; 11) ةحفحفلا; 12) ةعطقلا; 13) ةسكسكلا; 14) ةشكشكلا; 15)
ا
ةيناخلخلل ;
16) منولا
;
17)
مكولا; 18) مھولا
Bu məhəlli dialektlərin yuxarıda göstərilmiş xüsusiyyətləri haqqında
imkanımızda olan məlumatlara nəzər salaq:
عجضتلا – beşinci bab məsdər formasında olan bu termin “yastı – yastı danışmaq”,
ةترلا “pəltəklik”, ةنشنشلا dörd samitli fel kökündən birinci bab məsdəri formasında olub
“hay – hüklə danışmaq”, ةيئامطمطلا “qaba, kobud danışmaq”, ةيفرجعلا “kibirli
danışmaq”, ةجعجعلا
“ج” hərfini “ع” hərfindən sonra gələn “ي” hərfinin yerinə tələfüz
etmək, (məsələn, يعم əvəzinə جعم demək), ةمغمغلا “aydın danışmamaq”, ةحفحفلا “ح”
hərfini “ع”
kimi tələffüz etmək, ةجفجفلا
“lovğa – lovğa danışmaq”, ةيناخلخللا “fonetik
cəhətdən pis ərəb tələffüzü ilə danışmaq” kimi ləhçə xüsusiyyətlərini nəzərdə tutur.
ةنعنعلا dedikdə təmim, qeys, əsəd və onlarla qonşu qəbilələrin dilində “ع” hərfini “ء”
kimi tələffüz etmək məqsədi güdülür. ةسكسكلا sövti – səs dəyişikliyi Rəbiə, Bəkr,
Mudar və Havazin qəbilələri arasında geniş yayılmış və qadın cinsinin təkində
işlədilən “ك” bitişən əvəzliyinin izafət tərkibində “س” kimi tələffüzü demək idi. Bəzən
bu bitişən əvəzlik “ت” kimi və ondan sonra “س” hərfinin əlavəsi ilə də işlədilirmiş.
Digər bir fonetik ləhşə xüsusiyyəti ةشكشكل adlanırdı və Rəbiə, Bəkr, Mudar
qəbilələrinin ləhçələrində özünü göstərirdi və qadın cinsinin təkini bildirən [ك-]
bitişən əvəzliyinin “şin” kimi tələffüzündə, bəzən bitişən əvəzlikdən sonra “şin”
hərfinin artırılması, eləcə də bitişən əvəzliyin tə məmdudə ilə əvəz olunmasından
ibarət olurdu.
Digər fərqliliklər haqqında lazımi məlumatlara rast gəlinməmişdir.
Bəhrə qəbiləsində geniş yayılmış ləhçə xüsusiyyəti indiki – gələcək zaman
formasında ikinci şəxs bildirən fəthəli prefiksin hərəkəsinin kəsrlə ilə oxunması idi.
8
٥٨٤ -٥٨٣ :ص ،١٩٨٨ ،نييلاملل ملعلا راد ،نارھت ،بوقعي عيدب ليما دادعا ،بارعلاا و فرصلا و وحنلا ةعوسوم