Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə64/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   60   61   62   63   64   65   66   67   ...   156

Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
  
162 
edir” (5, s. 456). Yeni paradiqma üçün qələbə  və dialoq prosesində özünütəsdiq 
məqsəd olaraq qətiyyən qəbul edilmir. Əksinə, dinlərarası dialoqun müasir 
modelinin zəruri komponenti özünütəsdiqə zidd olan “təvazökarlıq” və 
“özünüməhdudlama” olur. 
Müasir dinlərarası dialoq konseptual tədqiq və institusional rəsmiləşmə  tələb 
edən  şüurlu qaydalar, hansısa imperativ kimi başa düşülür. Dialoqun baş tutması 
üçün müəyyən qaydalar və ya proseduralar və reqlament sxemlərinin hazırlanması 
zərurətə çevrilmişdir. Buna tanınmış protestant teoloqu Paul Tillixin (1886-1965) 
təklif etdiyi dialoq prinsiplərinin külliyyatı nümunə ola bilər: “Müxtəlif din 
nümayəndələri arasında dialoq bir sıra fərziyyələrə əsaslanır. Əvvəla belə fərz edilir 
ki, hər iki iştirakçı digər tərəfin dini əsaslarının dəyərini qəbul edir... belə ki, onların 
hər ikisi dialoqun vacibliyini etiraf edir, İkincisi, fərz edilir ki, iştirakçıların hər biri 
özünün dini mövqeyini inamla müdafiə etməyə qabildir, belə ki, dialoq rəylərin 
ciddi qarşıdurması kimi təsvir edilir. Üçüncüsü, fərz edilir ki, həm dialoqu, həm də 
toqquşmanı mümkün edərək ümumi əsaslar mövcuddur. Dördüncüsü, hər iki tərəfin 
öz dini əsaslarını tənqidə açıqlığı fərz edilir. Əgər bütün bu şərtlərə riayət olunursa 
... onda iki və ya daha artıq dinin görüşməsi çox məhsuldar ola bilər və əgər dialoq 
davam edərsə, o tarixi nəticələrə gətirib çıxara bilər” (6, s. 425). Kifayət qədər ciddi 
qəbul edilən “Tillix platforması” müxtəlif icma fəalları və ekspertlər çərçivəsində 
dinlərarası dialoqun submədəniyyətini formalaşdırarkən nəzərə alınır” (7).  
Dialoq strategiyasında baş vermiş bu dəyişiklik dinlərarası dialoqun klassik 
modelinin perspektivsizliyinin dərki nəticəsində mümkün olmuşdur. Ənənəvi model 
üçün “problemi həll etmək”, yaxud “mövqeləri yaxınlaşdırmaq” kimi səciyyəvi 
xüsusiyyətlər artıq əhəmiyyətini itirir. Çünki, dialoqda iştirak edən ənənələr üçün 
fundamental məsələlər üzrə mövqelərin hətta minimal yaxınlaşması “məğlubiyyət”, 
“daxili dini dünyanın dağılması” duyğusu törədir və dialoqun dayandırılması ilə 
sonuclanır. 
Son yarım  əsrdə dialoq mədəniyyəti ideyası daha geniş yayılmışdır. Dialoq 
mədəniyyəti ideyasının ardıcıl tərəfdarlarından və görkəmli nümayəndələrindən biri 
olan M.M.Baxtin hesab edir ki, “dialoq” insan varlığının bütün təyinatları üçün kök 
və əsasdır: “Var olmaq – deməli dialoji ünsiyyətdə olmaq deməkdir. Dialoq bitən 
zaman hər  şey də bitir. Ona görə  də dialoq mahiyyətcə qurtara bilməz və 
qurtarmamalıdır” (8, s. 434). Dialoq ideyasının tədqiqi Q.Q.Şpet, N.A.Berdyayev, 
M.Buber, E.Levinas və b. kimi görkəmli tədqiqatçıların da diqqət mərkəzində 
olmuşdur. Onlar görə dialoq, dialoq vasitəsilə birgəlik, dialoq forması kimi 
götürülən təfəkkür fəlsəfəsinin, mədəniyyətin və insan biliyinin əsasıdır.  
Fəlsəfi fikrin daxili dialoji istiqamətliyi müasir sosial gerçəkliyin fəaliyyət və 
quruluş  şərtlərinə uyğundur. Dinlərarası münasibətlərdə bu onda təzahür edir ki
qlobal dünya düzəni üçün dəyər qismində və gerçək vəziyyət kimi dini plüralizm 
əsas götürülür. Bu onu bildirir ki, hər bir din özünə hökmran inanclar sistemi kimi 
yanaşa bilməz və o dinlərin hər biri təkcə başqa konfessiyalara yox, həm də dinsiz 
şüurla da dialoq qurmalıdır. Eyni zamanda dini-mənəvi məsələlərdə demokratiklik 


Dinlərarası dialoqun nəzəri əsasları
 
 
163 
– tolerantlıq, dini azlıqların hüquqları – kütləvi şüur tərəfindən baza dəyərləri kimi 
qəbul edilir, “dinlərin dialoqu” antonimlər çoxluğu isə  təcridçilik, obskurantizm 
(qaragüruh) və totalitarizm ilə assosiasiya olunur. 
Dinlərarası dialoq, dominant siyasi və iqtisadi aspektlərlə yanaşı, “dini meyar” 
qismində qloballaşmanın ümumi ssenari və mexanizmlərinə qoşulur. Qloballaşma-
nın sırf sekulyarlaşmış maşının çərçivəsində bu xidmətçi rolu heç şübhəsiz ki, 
dinlərarası  əlaqələrin daxili məzmununa təsir göstərərək onun mənəvi dərinliyini 
azaltmaya bilməz. Ona görə də müasir dinlərarası dialoq fenomeninin mahiyyətini 
anlamaq üçün həm də bu faktı  nəzərə almaq zəruridir ki, dialoqun forma və 
məzmununu elə  həmin dialoqu törədən amillər müəyyənləşdirir. Burada onu da 
qeyd etmək lazımdır ki, hər bir din iki səviyyədə özünü təzahür etdirir: birinci – 
“teoloji” (prinsiplər, etiqad əsasları) və ikincisi: – “institusional” (sosial, mədəni, 
siyasi aspektlər). 
Göstərilmiş  səviyyələrlə bağlı Azərbaycandakı  vəziyyətə diqqət yetirək. 
Azərbaycandakı real vəziyyətə  əsaslanaraq söyləmək olar ki, burada dialoqun 
səviyyəsi  əsas etibarilə “institusional” səviyyə ilə müəyyənləşir. Xüsusilə 
müstəqillik əldə etdikdən sonra dini təhsilin, ilahiyyat elminin inkişaf etməsi, dini 
icmalara qanunla müəyyənləşən çərçivədə  sərbəst fəaliyyət göstərmək imkanı 
verilir və bu da birbaşa dinlərarası münasibətlərin sağlamlaşdırılmasına xidmət edir. 
Ona görə də praktiki və nəzəri baxımdan müasir Azərbaycanın dünyada dinlərarası 
dialoqa verdiyi töhvə yeni bir paradiqma kimi qəbul edilə bilər. Müasir 
Azərbaycanda dinlərarası dialoqun əsas təşəbbüskarı harmonik dinlərarası 
münasibətlərdə siyasi, sosial və iqtisadi sabitliyin əsas  şərtini görən dünyəvi 
hakimiyyət institutlarıdır. Ölkəmizdə dinlərarası dialoqun əsas səciyyəvi 
xüsusiyyəti onun həm millətlərarası, həm də mədəniyyətlərin dialoqu ilə sıx əlaqədə 
aparılmasıdır. 
Müasir Qərb dövlətlərinin dinlərarası dialoq ənənəsində isə tamamilə  fərqli 
mənzərə mövcuddur: burada dinlərarası dialoq teoloji səviyyədə gerçəkləşdirilir. 
Yuxarıda adı çəkilən və dinlərarası dialoqun modern mərhələsinin başlanğıcı hesab 
edilən “Dinlərin ümumdünya parlamenti” liberal protestantlar və “svedenborqçular” 
(İsveç təbiətşünas alimi, xristian mistiki və teosof Emanuel Svedenborqun təliminin 
tərəfdarları) tərəfindən təşkil edilmişdir. Burada iki Şərq missionerinin – dzen-
buddizmin nümayəndəsi  Şaks Soen və vedanta təliminin təmsilçisi Svami 
Vivekananda – dini-fəlsəfi ideyaları ciddi maraq doğurmuşdur. Bir çoxları məhz bu 
zamandan etibarən xristian dünyasında buddizm və induizmə maraq yarandığını 
iddia edirlər. Həm bu konqresdə, həm də bu ərəfədə keçirilən müxtəlif tədbirlərdə 
dünyada mövcud olan bütün dinlərin, inanc, kult və təriqətlərin yaxınlaşması ideyası 
səslənmişdir.  Əsas məqsəd isə onların birgə  səyi ilə bütün bəşəriyyət üçün 
“universal dinin” yaradılması olmuşdur. Humanizm və  tərəqqipərvərlikdən 
qaynaqlanan bu ideyanın Birinci Dünya müharibəsinin başlanması ilə gündəmdən 
çıxarılmasına baxmayaraq dinlərarası dialoqun səviyyəsi teoloji səviyyə ilə 
şərtlənmişdir (9).  


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə