Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
164
Elmi ədəbiyyatda bir çox nüfuzlu tədqiqatçılar belə hesab edirlər ki, dini
tolerantlıq ilk növbədə dini plüralizm şəraitində dövlət siyasətinin səviyyəsi kimi
çıxış edir. Xüsusi halda BMT-nin 1958-ci ildə qəbul etdiyi İnsan Haqları
Deklorasiyasında ifadə olunmuş belə anlama tolerantlıq anlayışı dedikdə fərdə
verilmiş və ona arzuladığı dini seçməyə, yaxud ona etiqad etməyə imkan verən dini
azadlığı nəzərdə tutur.
Dinin dövlətdən ayrılması, dini plüralizm dini azadlıqlar kimi liberal prinsiplər
maarifçilik dövrü fəlsəfi təlimlərinin məhsulu olub insan təbiətinin mahiyyətini,
siyasi cəmiyyətin məqsədləri və həqiqi dini etiqadın yerini şərh edirdi. Bununla
birlikdə müasir dünya siyasətində “yenilənmiş partikulyarizm, üsyankar
konfessionalizm və yenidən dirçəlmiş etnik motivlərin üstünlük təşkil etdiyi” (12,
s. 47) halda maarifçilik ideyaları köhnəlmiş görsənir. Onlar artıq müasir gerçəkliyə
uyğun olmayan utopiyaya çevrilmişlər. Müasir dünyada müxtəlif mədəniyyət və
sivilizasiyalar mövcud olan qarşılıqlı təsirdədirlər. Onların heç də hamısı özünün
taleyini özü müəyyənləşdirmək hüququna malik olan fərdin azadlığının Avropa
prinsiplərini bölüşmür.
Müasir dövrdə dinlərarası dialoqun gerçəkləşməsi istər ayrı-ayrı dövlətlər,
istərsə də beynəlxalq və regional təşkilatlar bir sıra vacib əhəmiyyətə malik tədbirlər
görürlər. Belə təşkilatlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. BMT
Nizamnaməsinin preambulasında xalqların “mehriban qonşular kimi bir-biri ilə sülh
içində mehriban yaşamaq və dözümlülük nümayiş etdirmək” qərarından söhbət
açılır. Bu ona əsas verir ki, dünya dinləri arasında dialoqun institutlaşması üçün
BMT-nin himayəsi altında müəyyən işlər görmək olar ki, onlardan da biri dinlərin
dinc, yanaşı yaşamaq konsepsiyasının qəbulu ola bilər. Dinlərin dinc, yanaşı
yaşaması konsepsiyası dövlətlərin etnomədəni və konfessiyalararası siyasətin
qurulmasına kömək edəcək sənəddir və onun qəbulu deyilən istiqamətdə atılmış
mütərəqqi addım ola bilər. Hesab edirik ki, bu sənədə bir sıra mühüm prinsiplər də
daxil oluna bilər. Bu prinsiplərdən ən əsasları Azərbaycan praktikasında olduğu
kimi – istənilən dinin tərəfdarının insan ləyaqətinə hörmət; ümumbəşəri dəyər və
maraqların üstün tutulması; din və dini birliklərin hüquqi bərabərliyi; qarşıdurma
təfəkküründən imtina; istənilən şəraitdə dinlərarası dialoqa hazır olan və s.
prinsiplərdir. Belə bir konsepsiyanın işlənib hazırlanması dinlərin dinc, yanaşı
yaşama Xartiyasının hazırlanması və qəbulu istiqamətində böyük addım olardı.
Xartiyanın qəbul edilməsi isə vətəndaş sülhü və millətlərarası razılıq maraqları
çərçivəsində dünya konfessional birliklərinin xoş məramlı fəaliyyətinin ifadəsi ola
bilər.
Dinlərarası dialoqun nəzəri əsasları
165
ƏDƏBİYYAT SİYAHISI
1.Яблоков И. Н. Религиоведение. Москва: Гaрдарики, 2000, 536 с.
2.Журавский А.В. Очерки христиано-мусульманских отношений. Москва:
Свято-Филаретовский православно-христианский институт, 2014. 192 с.
3.Валитова Р.Р. Толерантность / Новая философская энциклопедия: В 4-хт.
Т. IV. Москва: Мысль, 2010, 736 с.
4.Диалог: теоретические проблеми и методы исследования: сб. Научно-
аналит. обзор. Москва: ИНИОН, 1991, 160 с.
5.Свидлер Л. Межрелигиозный диалог: истоки, проблемы, перспективы.
//Страницы, 2000, № 5, с. 452-461.
6.Тиллих П. Христианство и встреча мировых религий // Тиллих П.
Теология культуры. Москва: Юрист, 1995, 479 с.
7.Свидлер Л. Десять заповедей межрелигиозного диалога. URL:
http://constitutions.ru/archives/4403
8.Бахтин М. М. Проблема поэтики Достоевского. Москва: Худ. лит-ра,
1972, 470 с.
9.Хоружий С.С. Диалог религий: исторический опыт и принципиальные
основания. URL: http://synergia-isa.ru/?page_id=4301#H
10.Сиверцев М. А. Межрелигиозный диалог в эпоху глобализации //
Человек. 2002. № 5. С. 76-87.
11. Шохин В. К. «Диалог религий»: виртуальное понятие и реальное
значение: доклад, прочитанный 27.01.2000 на VIII Рождественских
образовательных чтениях. URL: http://www.netda.ru/belka/nauka/+filosof.htm
12.Грей Д. Поминки по Просвещению: политика и культура на закате
современности. Москва: Праксис, 2003. 368 с.
Gündüz Qurbanəli oğlu Süleymanov, Şölət Əlövsət oğlu Zeynalov
166
XÜLASƏ
DİNLƏRARASI DİALOQUN NƏZƏRİ ƏSASLARI
Məqalədə dinlərarası münasibətlərinin perspektivləri şərh edilmiş, sosial-fəlsəfi
aspektləri təhlil olunmuş, dünyada beynəlxalq təhlükəsizliyin təmin olunmasında dini
təhlükəsizliyin əhəmiyyəti izah edilmişdir. Bildirilir ki, dünyada dini situasiyanın
təhlili nəzəri və praktiki səciyyəli bəzi tövsiyələr verməyə imkan yaradır. Hesab
etmək olar ki, bu tövsiyələr dinlərarası münaqişələrin yaranma imkanlarını
əhəmiyyətli dərəcədə azalmasına və dünyada dinlərarası dialoqun baş tutmasına
gətirib çıxara bilər.
РЕЗЮМЕ
ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ МЕЖРЕЛИГИОЗНОГО ДИАЛОГА
В статье комментируются перспективы межрелигиозных отношений,
анализируются социально-философские аспекты и отмечается важность
религиозной безопасности в обеспечении международной безопасности в мире.
Анализ сегодняшней религиозной ситуации в мире дает возможность выдвигать
некоторые теоретические и практические рекомендации. Следует отметить, что
эти рекомендации могут помочь в значительной степени уменьшить
зарождение межрелигиозных конфликтов и привести к межрелигиозному
диалогу.
SUMMARY
THE THEORETICAL FOUNDATIONS OF
INTERRELIGIOUS DIALOGUE
In the article is commented perspectives of interreligious relations, analyzes the
socio-philosophical aspects and notes the importance of religious security in ensuring
international security in the world. Analysis of the current religious situation in the
world makes it possible to put forward some theoretical and practical
recommendations. It should be noted that these recommendations can help to
significantly reduce the origin of interreligious conflict and lead to interreligious
dialogue.
Çapa tövsiyə etdi: f.e.d. S.Hüseynov
Dostları ilə paylaş: |