Əliyeva Mətanət Valeh qızı
156
olan və həyatının özəyini təşkil edən dəyərləri yenidən mənalandırılmasını tələb edir
və onu əhatə edənlə münasibətləri, əlaqələri həyat tərzini dəyişməyə sövq edir.
Böhranın müvəfəqiyyətli həll olunması və bu problemin öhdəsindən uğulu gəlmək
insan üçün həyati əhəmiyyətli məsələ hesab olunur və bu zaman insan üçün yeni,
müsbət keyfiyyətlərin yaranmasına səbəb olur.
Qeyd olunduğu kimi, yeniyetməlik dövrünün böhranı təbii haldır. Bü dövrdə
yaşanan böhran halları insan yaşamının zaman baxımından çox kiçik dövrünü əhatə
etsə də, məhz bu dövrdə şəxsiyyətin psixoloji cəhətdən inkişaf etməsinin,
formalaşmasının psixoloji xüsusiyyətlərini özündə əks etdirir. Bu dövrdə yeniyet-
mənin üzləşdiyi mənfi faktorlar, onun inkişafı üçün əlverişşis şəraitin olması, sosial
əhatənin qeyri-düzgün münasibəti bu dövrün destruktiv və deviant xarakterli
davranışlarla nəticələnməsinə gətirib çıxarır. Bu baxımdan istər yeniyetmənin
böyüdüyü ailə, istər onun təhsil aldığı pedoqoji kollektiv, istərsə də onu əhatə edən
digər insanlar bu dövrün psixoloji xüsusiyyətlərini bilməli və yeniyetməyə qarşı
uyğun davranış sərgiləməlidirlər. Çünki yaşadığımız dövlətin gələcəyi üçün faydalı
şəxslərin yetişdirilməsi cəmiyyət olaraq hər biri vətəndaşın mənəvi borcudur.
ƏDƏBİYYAT SİYAHISI
1. Qədirov. Ə .Yaş psixologiyası. Bakı, Maarif, 2003
2. Quliyev E. M. , Əzimov Q. E., Əlizadə Ə. Ə. Yaş və pedaqoji psixologiya. II
hissə, Bakı, 1978
3. А. А. Реан. Психология подростка. Москва, 2004
4. Л. А. Регуш. Психология современного подростка. Санкт - Петербург,
2005
5. Кочетиов А. И. Перевоспитание подростка. Москва, 1972
6. Исторический смысл психологического кризиса, Методологическое
исследование из книги Выготский Л.С, Психология развития человека, М.: Изд-
во Смысл; Эксмо, 2005. — 1136 с
Yeniyetməlik dövrü və psixoloji böhran
157
XÜLASƏ
YENİYETMƏLİK DÖVRÜ VƏ PSİXOLOJİ BÖHRAN
Məqalədə yeniyetməlik dövründə baş verən psixoloji böhrandan bəhs
olunmuşdur. Yeniyetməlik dövrü şəxsin həyatında onun gələcək inkişafını təyin edən
kritik dövrlərdən biri hesab olunur. Uşaqlıq və yetkinlik arasında "keçid körpüsü"
kimi çıxış edir. Yeniyetməlik dövrü ilə bağlı "böhran" anlayışı uşaqlıqdan böyüklüyə
keçidin ağırlılığını,mürəkkəbliyini, çətinliyini vurğulamaq üçün istifadə olunur.
РЕЗЮМЕ
ПОДРОСТКОВЫЙ ВОЗРАСТ И ПСИХОЛОГИЧЕСКИЙ КРИЗИС
В статье рассматривается психологический кризис в подростковом
возрасте. Подростковый возраст является одним из самых важных, существенно
влияющим на дальнейшее развитие, критическим периодом в жизни человека.
Он выступает в роли «переходного мостика» между детством и взрослостью.
Понятие «кризис» применительно к подростковому периоду используется для
того, чтобы подчеркнуть тяжесть, болезненность переходного состояния от
детства к взрослости.
SUMMARY
ADOLESCENCE AND PSYCHOLOGICAL CRISIS
The article deals with the psychological crisis in adolescence. Adolescence is
considered a critical period in a person's life and affects the future development. It
acts as a "bridge of transition" between childhood and adulthood. The concept of
"crisis" in relation to the adolescent period is used to emphasize the severity,
morbidity of the transition state from childhood to adulthood.
Çapa tövsiyə etdi: prof. R.F.İbrahimbəyova
Dinlərarası dialoqun nəzəri əsasları
159
DİNLƏRARASI DİALOQUN NƏZƏRİ ƏSASLARI
Gündüz Qurbanəli oğlu Süleymanov
AMEA Fəlsəfə İnstitutunun
“İslam fəlsəfəsi” söbəsinin elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Şölət Əlövsət oğlu Zeynalov
AMEA Fəlsəfə İnstitutunun
“İslam fəlsəfəsi” söbəsinin elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Açar sözlər: dinlərarası dialoq, dünyəvilik, din, tolerantlıq.
Keywords: interreligious dialogue, secularism, religion, tolerance.
Ключевые
слова:
межрелигиозный
диалог,
секуляризм,
религия,
толерантность.
Müasir dünyanın yeni formalaşan arxitekturasında dinlərarası münasibətlərin
tədqiqi xüsusi aktuallıq kəsb edir. Problemin aktuallığını şərtləndirən əsas amil bu
münasibətlərin münaqişə və düşmənçilik deyil, konstruktiv, dialoq səciyyəsi daşıyacaq
məcraya yönəldilmə zərurətidir. Dinlərarası dialoq artıq müasir dövrün tipik səciyyəsinə
çevrilsə də, bu fenomen kifayət qədər öyrənilməmişdir. Bir faktı xüsusi ilə qeyd etmək
lazımdır ki, “dinlərin dialoqu” anlayışının semantikası və qavranılması sahəsində qeyri-
müəyyənlik hökm sürür. Bəzi tədqiqatçılar isə ümumiyyətlə, dinlərarası dialoqa
inanmayaraq onu “virtual gerçəklik” adlandıraraq ifrat skeptik mövqe tutur, belə bir
dialoqun baş tutmasını mümkünsüz hesab edirlər (11).
Qeyd edək ki, “Dinlərarası dialoq” anlayışı xüsusi fəlsəfi və kulturoloji
çalarlara malikdir. O tarixən müxtəlif məkan və zamanda fərqli anlamlarda istifadə
olunmuşdur. Ona görə də müasir dünyada fərqli dinlər arasında münasibət və
dialoqun öyrənilməsi məhz bu anlayışın məzmun dəqiqləşdirilməsini zəruri edir.
Rusiyalı dinşünas İ.N.Yablokovun fikrincə, dinlərin dialoqu – “müxtəlif
dünyagörüşlərinin qarşılıqlı münasibət və qarşılıqlı təsirlərinin çoxtərəfli tarixi
prosesi olub, əsas məqsədi həm müxtəlif din nümayəndələri, həm də inanclı və
inancsızlar arasında münaqişə və insan hüquqlarının pozulmasının qarşısını
almaqdır” (1, s. 359-360). Tədqiqatçının fikrinə görə əsas məsələ heç də dindarlar
arasında deyil, məhz tərifdə də əksini tapdığı kimi inanclı və inancsız insanlar
arasında dialoqun qurulmasıdır. Bu kimi yanaşmalar bizə onu qeyd etməyə əsas
verir ki, dinlərarası dialoq təkcə etiqad prinsipləri daşıyıcılarının problemi olmayıb,
bütövlükdə ümumplanetar bir səciyyə daşımaqdadır. Başqa sözlə desək, dinlərarası
Dostları ilə paylaş: |