Microsoft Word Elmi Mecmue 28



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə68/156
tarix22.07.2018
ölçüsü2,97 Mb.
#57831
1   ...   64   65   66   67   68   69   70   71   ...   156

Təhsilin sosiomədəni funksiyaları
 
 
171 
Ali təhsil pilləsində  cəmiyyətin və  əmək bazarının tələbatı  nəzərə alınmaqla 
yüksək iхtisaslı mütəхəssislərin və elmi-pedaqоji kadrların hazırlığı həyata keçirilir( 
5,s.29). 
Pedaqoji elmlərin və təhsil sisteminin qarşılıqlı münasibətləri real həyatda sosio-
mədəni mühitin formalaşması üçün səmərəli şərait yaradır, təlim-tərbiyənin yeni for-
malarının yaradılmasına aparır, məktəbli və müəllimlərin, eləcə  də valideyinlərin 
təhsil və mədəni səviyyəsinin artmasına səbəb olur.  
Şəxsiyyətin anadangəlmə sosial proqramları mövcud deyil. İnsan yaşadığı cəmiy-
yətdən ayrı yaşaya bilməz, belə ki, istənilən insanın davranışı sosial mühit, o 
cümlədən ünsiyyət dili, sosial institutlar, ənənələr, adətlər və s.tərəfindən şərtləndirilir 
və nəzarət olunur. Təlim prosesi nəticəsində cəmiyyətin mədəni laylarını çoxaldan və 
qoruyan qeyri-adi imkanlar yaranır. Təhsil cəmiyyətin və onun düşüncə mentalitetinin 
tarixi-mədəni fenomeni kimi çıxış edir. Təhsildə cəmiyyətin yaradıcı bacarıqlarının 
inkişafı  və  təzahürü üçün imkan yaranır ki, bunlar da bütün nəsillərin bilik və 
bacarıqlarının, mədəni irsinin cəmiyyət tərəfindən toplanaraq gələcəyə ötürülməsinə 
xidmət edir. 
Təhsil prosesi digər proseslərlə əlaqəlidir və insanı bütün həyatı boyu müşayiət 
edən sosiallaşmanın mühüm mexanizmlərindən biridir. 
Beləliklə müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisa-
diyyatın əsas resursuna çevrilir. İntellektual işçilərin üstünlük təşkil etdiyi cəmiyyət 
insanların ictimai fəaliyyətinə və sosial məsuliyyətinə də yeni tələblər irəli sürür və 
nəhayət “təhsilli insan” anlayışı da yeni məna kəsb edir. 
Təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacibdir. Biz artıq 
elə bir sürətlə  dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir 
tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənməli və  kəmiyyətə deyil, 
keyfiyyətə yönəlməlidir. 
Mədəniyyətin inkişaf perspektivlərinin təhlili bizə bu qənaətə gəlməyə əsas verir 
ki, yeni ümumdünya birliyinin doğulmasının real iştirakçısı olmaqla müasir təhsil bu 
birliyin inkişaf problemlərinin mərkəzində durmuş olur. Düşünürük ki, problemə bu 
cür yanaşma cəmiyyətin ümumbəşəri və milli dəyərlər üzərində qurulan yeni təhsil 
fəlsə-fəsinin formalaşdırılması, cəmiyyətin mənəvi həyatının dirçəldilməsi kimi 
məsələlərin həll edilməsində köməklik göstərə bilər.  
 
 
 


Müslüm Nəzərov
  
172 
 
ƏDƏBİYYAT 
 
1.Azərbaycan Respublikasının Təhsil haqqında qanunu. Bakı, 2009.  
2.Azərbaycan Respublikasında Təhsilin  İnkişafı üzrə Dövlət Strategiyası // 
Azərbaycan məktəbi, 2013, № 5, s.12 
3. Abbasov N. Mədəniyyət siyasəti və mənəvi dəyərlər Bakı – 2009
  
4.
 Bordovskaya N.V., Rean A.A.(2000). Pedagogics. Textbook for high schools 
- St. Peter, 2000. - p.304 
 5.Həsənov A., 
Nəzərov M.
 – Pedaqoji məntiq. Bakı,2009.-168s.
 
 6.Nəzərov M.H.,Babayeva A.R. Mədəniyyət və təhsilin ümumi əsasları, (Dərs 
vəsaiti), Baki, 2016, -200s.  
7.Nəzərov M.H., Şərifov T. Mədəniyyət və  şəxsiyyətin mənəvi aləmi. 
Bakı,2004,106 s. 
 8.Süleymanlı M. Sosial-mədəni sahənin idarə olunması. (Mədəniyyət 
kontekstindəDərslik. Bakı, “Qanun”, 2011, 288 s.  
 
 


Təhsilin sosiomədəni funksiyaları
 
 
173 
 
XÜLASƏ 
 
Məqalədə sosiomədəni konsepsiyalarının təhsil sistemininə göstərdiyi təsirdən, 
sosiomədəni hadisə olan təhsilin sosiomədəni konsepsiyalarının inkişaf mərhələləri 
nöqteyi-nəzərdən yanaşmağın düzgünlüyü əsaslandırılır və bu yanaşmadan çıxış 
etməklə  təhsil ictimai həyatın bütün sahələri ilə bağlı olan obyektiv təhsil 
konsepsiyalarını və ideyalarının inkişaf mərhələlri tam sistem kimi səciyyələndirilir, 
onun əsas məzmununun məhz cəmiyyətin mədəni dəyərlər sisteminin ayrılmaz tərkib 
hissəsi olan təhsil ideyalarında cəmləşdiyi vurğulanır. Təhsilin sosiomədəni 
məkanının formalaşmasında  əhəmiyyəti rol oynayan təhsil sisteminin sosiomədəni 
funksiyalarını təhlil olunur. 
Təhsilin sosiologiyaslnda logik şəkildə axtarış istiqamətləri sosiomədəni mühitdə 
inkişaf etdirilir. Təhsil açıq sosial sistem olub, digər sosial sistemlərlə bağlılığı 
göstərilir. 
 
 
РЕЗЮМЕ 
  
СОЦИОКУЛЬТУРНЫЕ ФУНКЦИИ ОБРАЗОВАНИЯ 
 
М.Г.Назаров 
  
В статье социокультурной концепции точки зрения на правильность этого 
подхода  исходя  из  концепции  образования  и  развития  идей  этапы  система 
характеризуется  как  его  основного  содержания  именно  общества  культурных 
ценностей,  полностью  объективно  все  сферы  общественной  жизни,  в  связи  с 
событием,  этапы  развития  образования,  системы  влиянии  образования  и  к 
образовательной  системы.  Идеях,  где  подчеркивается,  являющегося 
неотъемлемой составной частью образования. Социокультурного пространства, 
роль  образования  в  формировании  системы  образования,  анализируются 
значение социокультурных функции. 
 Социальной  лoгических  направления  социокультурной  среде  продол-
жаются  поисковые  системы  образования.  Оказывается  открытая  социальная 
система образования была связь с другими социальными системами. 
 
 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə